1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s



Yüklə 236,35 Kb.
Pdf görüntüsü
səhifə25/30
tarix02.01.2022
ölçüsü236,35 Kb.
#41233
1   ...   22   23   24   25   26   27   28   29   30
1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s

ATASININ TƏRİFİ

Atam, aləm bilir nəccar Əlidir,




Onun səxavəti elə bəllidir.

O məni böyüdüb, vermişdir çörək,

Mədh edəm mən onu qələmlə, gərək.

Sənətdə Azərdi, söhbətdə İsa, Tabut

qayırardı o, Xəlilasa,

Onun qayırdığı tabutlar, yəqin,

Qoyulur qəbrinə musəvilərin. O da

bir Əliydi adda, ehsanda, Mən isə

Qənbərdim hazır fərmanda, Azad

bəsləyirdi dünyada məni, Jan-başla

sevərdim bu ailəni.

Girərdi qəlbimə o şəfqətilə,

Qəlbim qızınardı məhəbbətilə.

Dünyada səhv edib, dadsaydım əgər,

Janları məhv edən acı bir zəhər.

Sataraq, ən əziz hər nəyi vardı, O,

zəhri məhv edən dərman alardı. O,

can sərf edərdi hər istəyimə. Quş

südü düşsəydi gər ürəyimə, Hansı

yolla olsa tapardı, inan! O mənə

canını edərdi qurban, Bəslədi, can

quşum pərvaza gəldi, Atamın dənini

yeyib yüksəldi. O, bir sultan kimi

fərman verərkən, Quş kimi hazırdım

qulluğunda mən.


Yüklə 236,35 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin