1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s



Yüklə 236,35 Kb.
Pdf görüntüsü
səhifə5/30
tarix02.01.2022
ölçüsü236,35 Kb.
#41233
1   2   3   4   5   6   7   8   9   ...   30
1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s

ŞİKARGAHIN TƏSVİRİ

Nəhayət yetişdim xoş bir məkana,

Bura şikargahdı böyük sultana.

Gözümə göründü bu yer çox ali,

Misilsiz bir çəmən, gözəl, səfali.

Onun qarşısında sönükdi dünya,

Ya hərf üzərində sükundu guya.

Burada qurulan yüksək çadırdan,

Sanki görünürdü minlərlə cahan.

Bura şah meydanı bir şikargahdı,

Qurbanlar kəsilən bir barigahdı.

Yüz saray əyərdi qarşısında baş,

Bu saray yüz göyə, fələyə sirdaş.

Hər saray içində sultan iki yüz,

Sürtərdi bu dərgah torpağına üz.

Hər biri üç dəfə öpüb torpağı,

"Ələbdü" deyərdi qullar sayağı.

Yerin sakit yatan öküzü budur,

Onun fərmanının bir sübutudur.

Atının xoş çulu, bax, dönə-dönə,

Salınır fələyin atı üstünə.

Fələyin göylərdə olsa da atı,

Onun himmətilə çalır qanatı.

Bu çadır uzaqdan işıqlanırdı,




Sanki qaranlıqda çıraq yanırdı.

Gecələr nə qədər olsa da uzaq,

Onu tez göstərər nur ilə çıraq.

Sirrini arifə açar mehriban,

Naəhl adamlara eyləməz əyan. Tur

dağı yandırmaz oda Musanı,

Yandırar, əlbə ə, azğın insanı. Bu

böyük sarayın ətrafında, bax,

Durmuşlar böyüklər halqa vuraraq.

Çadır tənabını hər sadiq insan,

Etmişdir özünün can damarından,

İrəli çıxaraq hər sərkərdəsi,

Oxuyar dünyaya zəfər nəğməsi,

Nizamla düzülən qorxusuz ləşkər,

Saysızdır göylərdə ulduzlar qədər.

Sıyrılmış qılınclar yağdırır qəzəb,

Üstündə yazılmış "Kömək et, ya rəb!"

Böyük davalardan qalib çıxanlar,

Kiçik döyüşlərdə məğlubmu

olar? İşlədər davada o mərdlər,

bişək, Qılıncı dil kimi, dili qılınc

tək.


Onların hər zərbi yüz qəlbi dələr,

Hər səsə yüz yerdən səs, haray

gələr. Hər kəs qılıncını can tək

qoruyar, Papağı ağıl tək başına

qoyar.

Müştəri sifətli və ay camallı,



Zühəl həmayilli, Mərrix kamallı,

Hər biri keçərsə hücuma əgər,

Düşmənin canını yüz yerə bölər.

Onlar arxalanır əbədiyyətə,

Onların çadırı gəlməz afətə.

Bu yeddi fələyin ustadı günəş,

Onun qapısının nökərinə əş.

* * *

Qəlbim arzuladı o barigahı,

İstədi ziyarət eyləsin şahı.

Görüb bu dərgaha yaxın




kəsləri, Heyrətdə qalaraq

gəldim irəli,

Dedim: "Ey möhtərəm, əziz adamlar,

Ancaq sizdən imdad gözləmək olar.

Bu gün siz sultana yaxın ərsiniz, Ona

layiq sözü siz deyərsiniz.

Jan xilas edərək min bəlalərdən,

Gəlmişəm bu böyük barigahə mən.

Bəlkə sayəsində taparaq imkan,

Öpəm padişahın əlini bir-an."

Dedim sözlərimi, lakin bir nəfər,

Məni dinləmədi bir zərrə qədər.

Mən aciz qaldıqda, nəhayət yenə, Üz

tutdum hümmətli kəslər səmtinə.

Bir gün günəş kimi geyimi sarı,

Bir adam yönəldi önümə sarı.

Gördükdə möhtərəm, böyük

xacəni, Böyük bir şaşqınlıq bürüdü

məni. Bəxtim bu xacəyə olarkən

düçar, Sanki zərim gəldi mənim do

çahar.


Yüklə 236,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin