1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s



Yüklə 236,35 Kb.
Pdf görüntüsü
səhifə9/30
tarix02.01.2022
ölçüsü236,35 Kb.
#41233
1   ...   5   6   7   8   9   10   11   12   ...   30
1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s

DƏJLƏ ÇAYININ TƏRİFİ

Dəclənin məcrası fələklərədir,

Fələklər də Kərxi mehrab zənn edir.

Kərxin bir qütrüdür yeddinci fələk,

Dərya, qətrəsidir Dəclənin, demək.

Dəclədə yuyunur ulduzlar, ancaq

Bununçun olmuşdur üzləri parlaq.

Gah gümüş düzəldir suları haman,

Gah şüşə yaranır hübablarından.

Suları, sanki, bir gülaba bənzər,

Onunla rəf olur bütün dərdi-sər.

Suları onunçun yaradır hübab, Ki

dolsun hübabdan şüşəyə gülab, Ey

rəssam, sən ruhu görmək istəsən Kəl,

seyr et Dəclənin cəmalını sən! Nə

qədər küləklə kəflə oynaşdır, O

üzük-üzükdür, həm də qaş-qaşdır.

Yürür Məsiha tək o sərbəst, azad,

Rahib tək zəncirə düşüb çəkər dad.

Üstündən əsdikcə yel, suyu burur,

Gah yarpaq yaradır, gah düyün vurur

Külək mühəndislik edib əməldə,

Həndəsə düzəldir gümüş cədvəldə.

Külək bir mühəndis olmasaydı gər,

Üqlidis şəkili olardı, məgər?

Dəcləyə baş əyir dünyada çaylar,

Gəlindən xuraman hərəkəti var.

Nazlı bir məşşatə əli xoş gündə

Min nəqşə yaratmış onun üzündə,

İstidən dad çəkib yanan ürəklər,

Dəclənin suyundan təskinlik dilər.

Kövsərə bərabər bu çay dərindir,

Suyu çox içməli, təmiz, sərindir.

Dəclə bir axıcı, zəngin sərvətdir,




Onun sayəsində Bağdad cənnətdir.

Yerlər xəlifəsi, bax, budur Bağdad,

Çünki xəlifələr yurdudur Bağdad.


Yüklə 236,35 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin