XƏLİFƏNİN TƏRİFİ
Hurilər səfini keçib, yetərsən İsanın
o yüksək məqamına sən. Bunlar bir
zahiri surətsə, ancaq, Mənalar
aləmi təkcə odur, bax! Bunlar bir
piyadə, o isə şahdır, O bütün aləmə
istinadgahdır. Görüncə bu böyük
şəni, cəlalı, Gözünə görünər hüsnü
cəmalı. Qorxuram hüzura gələn
zaman sən,
Yanasan üzünün hərarətindən.
Ona atmış olsan bir addım əgər,
Ulduz tək o günəş sənə nur verər.
O da Jəmşid kimi ədalətlidir, O da
günəş kimi hərarətlidir. Üzüyü
minlərcə Jəmşidə babdır, Onun
bir barmağı min afitabdır. Onun
kandarını öpər mələklər Onun
qapısında quldur fələklər. Qoyar
əmmaməsi tac üstünə tac, O alar
bu yerdən və göydən xərac.
Çiynində şanlı bir əbası vardır,
Qulaqda ənbiya nidası vardır.
Alını açıqdır, sözü ləzizdir,
Atının nalı da pakdır, təmizdir. O
qədər öpülmüş torpağı, bir bax,
Gövhərlə dolmuşdur önündə torpaq
Sultanlıq axtaran böyük adamlar,
Onun kandarından gəlib pay alar,
Nəqş olub yerində şahların üzü,
Torpağı muzeyə bənzəyir, düzü,
Önündə torpaqdır bütün sultanlar,
Fəxr edir torpağı öpməklə onlar.
Adı vurulmasa bir pula, inan,
Çıxmaz dinlə bağlı zərrəbxanadan,
Qızıl, daşımasa adını əgər,
Onun qızıllığı bəs nəyə dəyər?
Adını daşıyan qızılsa, bişək,
Müştəri alnına olar bir bəzək...
Mehrilə qaranlıq gecələr aşkar,
Səpilər fələyə hesabsız dinar,
Diqqət et göyə, sən ulduzlara bax,
Xəlifə puludur bu qədər parlaq.
Hərfləri düzərkən allahın özü,
Yazmış hər birinə "Mötəsəm" sözü.
Xaqani ilhamı açıb şəhpəri,
İstədi mədh etsin Əbbasiləri,
Onlara düaçı bir quşdur, lakin
Şirvan qəfəsində olmuşdur sakin.
Bir gün xilas etsə onu asiman,
Uçaraq Bağdadda qurar aşiyan.
Dostları ilə paylaş: |