1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s



Yüklə 236,35 Kb.
Pdf görüntüsü
səhifə15/30
tarix02.01.2022
ölçüsü236,35 Kb.
#41233
1   ...   11   12   13   14   15   16   17   18   ...   30
1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s

QIZIL NAVDANIN

TƏRİFİ

Ürəyi odlanan susuzlarla sən,

O qızıl navdanın yanına gəlsən.

Görərsən dəryalar bütün cuş edir.

Gəlib bu navdandan tökülüb gedir.

Xəzər təhlükəsi, xətəri həmən,

Qorxar bu navdanın

qətrələrindən. Suya bir ehtiyac

duyarkən fələk,

Bu qızıl navdandan diləyər kömək.



KƏBƏYƏ

Xaqani bu alçaq, çirkin məkandan,

Ey könül Kəbəsi, sənə atır can.

O da çoxdan çəkir iştiyaqını,

Ki sənin müqəddəs pak torpağını,

Narınca döndərsin busəylə, gərək

Axıtsın göz yaşı nar danəsi tək.

Xidmətdə beş dəfə, hər səhər-axşam,

Gahi "dal", gah "əlif", gah da olsun "lam".

Nəğmələr oxurkən quşlar hər səhər,

Onun könül quşu tək səni istər, Onun da

duası budur hər zaman: Ey allah evi, sən

abad olasan!

Nə qədər bağlıdır sənə muradı,

Qulunun quludur onun da adı.

"Qulunun qulu" bil nə deməkdir bu?

Yəni qaradaşın olmuşam qulu.



Haqdan halqa almış onun

qulağı, Xaqani üzünə vurmuş bu

dağı, Bənövşə, lalə tək o da

bağlıdır,

Qulağı halqalı, üzü dağlıdır.

Nə qədər səndədir bəşərin gözü,

Sənə sadiq quldur Xaqani özü.

Sayəndə əcəmi dildə danışan,

Bu qulun gör necə dil açmış rəvan!

Bu qulun bir gecə açıb dilini,

Açdı dodağından Rum qıfılını.

Qəbul et yazdığı mədhini bir an,

Bu dərdli qulunu qovma qapından.

Sənin didarından almadıqca nur,

Gözləri işıqsız qalıb kor olur:

Bununçun ürəkdən əsəflənir ki,

Qalmışdır məhbəsdə bir Yusif

kimi Həsrət yaşlarıyla dolan o

gözlər, Su ilə dolu bir kuzəyə

bənzər


Üzünə gül vurmuş qan damarları,

Xət-xət cızılmışdır sanki rüxsarı.

Çox əzab çəkir o kədər əlindən,

Açılmır dodağı qəmlər əlindən.

Bu il istəyirdi gəlsin yanına,

Valideyn qayğısı düşdü canına.

Gördükdə dərd çəkir ata-ana həm,

Boğdu arzusunu qəlbində o dəm.

Valideyn sözünə baxdı o gündə,

Sanki ayağına vuruldu kündə.

Qəza ətəyinə böyük mıx çaldı,

Qədər də boynuna bir zəncir

saldı. Nə ayrıla bildi ata-anadan,

Nə də ki, səfərə tapdı bir imkan.

Qaldı torpaq kimi o hərəkətsiz,

Çirkaba düşərək -qaldı

qüdrətsiz. İndi göz yaşıyla yazır

şerlər,


Mümkünmü o bir də eyləsin səfər?

Binövrən saxlayır bütün dünyanı,

Sənə tərif yazır şair Xaqani:

Çox bakir mənalar düzüb




qələmi, Səpir döşəməyə incilər

kimi.


Hərçənd ki, görünür o biçarə tək,

Hərçənd ki, çırpmışdır dünyaya ətək.

Əvvəlcə qələmə sarılan zaman,

Adınla başladı yeni bir dastan,

Onun piyadəsi mədhində sənin,

Qürurlu şahları mat qoyar yəqin. O,

qəm taxtasında oynarkən şahmat,

Qoyar yüz xəzinə sahibini mat.

Bu səkkiz mənzilli xanəsində bil,

Heç kəs dura bilməz ona

müqabil. Haqqın köməyilə bir

topu edər

Səkkiz piyadəni yerlə bərabər.

Mahmud öz qəmini dağıtsın deyə.

Fil ilə mat verdi o, Ünsüriyə,

Bu köhnə taxtada indisə göz aç,

Zənn et Xaqanini birinci leylac.

Yaradır o haqqı sübut divanı,

Qasid tək göndərir badi-səbanı.

Səba bu töhfəmi sənə çatdırar,

Xaqani qalmasa, əsəri qalar.

Kömək et ona ey kərəm dərgahi,

Axı yetimlərin sənsən pənahi.

Yaxşı bil ki bunlar yenidir, aman.

Hifz eylə onu sən alovdan, sudan

Halal doğulmuşlar anadan onlar,

Qoyma ki, qalsınlar ürəkləri zar.

Saxla öz yanında oğullarını,

Joşqun ilhamının yadigarını.


Yüklə 236,35 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin