16.Şəxsiyyətin istiqamətinin əsas keyfiyyətləri



Yüklə 236,94 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix06.12.2022
ölçüsü236,94 Kb.
#72583
1   ...   5   6   7   8   9   10   11   12   13
16-29

25.Zaman qavrayışı
 Zaman qavrayışı- cisim və hadisələrin sürətinin, müdd t və 
ardıcıllığının inikasıdır. Zamanın əks etdirilməsində üstün yeri eşitmə 
və hərəki duyğular tutur və eyni zamanda daxili analizatorlar da iştirak 
edir. Əslində sırf zaman deyil, zaman daxilində baş verən hadisələri 
qavrayırıq. Qavradığımız zaman rəngarəng və maraqlı hadisələrlə 
zəngindirsə, bizi özünə cəlb edirsə, bizə elə gəlir ki, vaxt əslində 
olduğundan sürətlə keçir. Əksinə, həmin vaxtda baş verən hadisələr 
maraqsızdırsa biz vaxtın çox uzandığını və ya ağır keçdiyini zənn 
edirik. 
-Hadisəyə münasibətimiz, keçirdiyimiz hisslər də zaman qavrayışına 
təsir edir. Hadisə bizdə müsbət hisslər əmələ gətirdikdə vaxtın sürətlə 
keçdiyini, mənfi hisslərə səbəb olduqda isə ağır keçdiyini zənn edirik. 
Yaxud, bizi maraqlandıran, sevindirici, cəlbedici bir hadisə gözlədikdə 
vaxtın ağır keçdiyini, əksinə, xoşagəlməz, əzabverici bir hadisə 
gözlədikdə isə vaxtın çox sürətlə yaxınlaşdığını zənn edirik. Deməli, 
subyektiv amillərin təsiri ilə bəzən adam vaxtı qiymətləndirməkdə 
səhvlərə yol verə bilər. Bu, insanın emosional vəziyyətindən də asılı 
ola bilər.
26.Hərəkət qavrayışı 
Hərəkət qavrayışı- cismin uzaqlığından, yerdəyişmə sürətindən, həm 
də müşahidəçinin özünün məkanda hərəkətindən asılıdır. Həddən artıq 
yavaş və ya çox sürətlə hərəkət edən cisimləri qavraya bilmirik. 
Məsələn, saatın əqrəbinin hərəkəti, güllənin sürəti və s. Hərəkətlərin 
qavranılması görmə və hərəkət analizatorlarının birgə fəaliyyəti 
sayəsində baş verir. Məsələn, 8-9 min metr hündürlükdə saatda 800-
900 km sürətlə uçan təyyarənin pəncərəsindən baxdıqda mavi 
ənginlikdə adama elə gəlir ki, təyyarə göydə dayanmışdır, lakin aşağı 


baxdıqda, müəyyən cisimləri gördükdə onların uzaqlaşdığını duyuruq. 
Yaxud, hərəkətsiz qatarın vaqonunda oturan adam pəncərədən 
baxarkən keçib gedən qatarı görür və əvvəlcə ona elə gəlir ki, onun 
oturduğu qatar hərəkət edir. Lakin ehtizaz duyğularının və təkanın 
olmaması bir azdan sonra adamda əks təəssüratın yaranmasına səbəb 
olur. Hərəkət qavrayışı eşitmə analizatorlarının köməyi ilə də 
mümkündür. Bu halda səs mənbəyi bizə yaxınlaşdıqca onun eşidilmə 
ucalığı güclənir, uzaqlaşdıqca isə zəifləyir. 

Yüklə 236,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin