16.Şəxsiyyətin istiqamətinin əsas keyfiyyətləri



Yüklə 236,94 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix06.12.2022
ölçüsü236,94 Kb.
#72583
1   ...   5   6   7   8   9   10   11   12   13
16-29

 
27.Diqqətin ümumi səciyyəsi
Diqqət- psixi fəaliyyətimizin müəyyən obyekt üzərinə yönəlməsi və 
mərkəzləşməsindən ibarətdir. Diqqətin əmələ gəlməsi üçün ilk 
növbədə obyekti ayırd etmək, onun üzərində mərkəzləşmək lazımdır. 
İnsanın bütün fəaliyyət sahəsində diqqətin böyük əhəmiyyəti vardır. 
Əgər diqqət olmasaydı heç bir bilik əldə edilməzdi. Məhz elə buna 
görə də K.D.Uşinski deyirdi: “Diqqət ruhumuzun elə bir yeganə 
qapısıdır ki, şüurumuzda olan hər bir şey mütləq oradan daxil olur. 
Ona görə də, şagirdləri həmin qapını açıq saxlamağa alışdırmaq 
lazımdır.” Şagirdlərin diqqətli olmalarını təmin etmək müəllimin ən 
mühüm vəzifələrindən biri sayılır. 
-Diqqət idrak proseslərindən fərqlənir. Diqqət fəaliyyət zamanı 
insanın idrak proseslərinə qoşulur, onların daha müvəffəqiyyətli 
cərəyanı üçün zəmin yaradır. Çünki bütün idrak prosesləri seçici 
xarakter daşıyır, müəyyən obyektə yönəlmiş olur. Bu mənada diqqət 
cisim və hadisələrin əksi olmayıb, psixi fəaliyyət obyektinin aydın əks 
olunmasını təmin edir. Deməli diqqətin əsas vəzifəsi insanın şüurlu 
fəaliyyətinin seçici xarakter daşımasını təmin etməkdir. 
-Diqqəti mürəkkəb psixi hadisə kimi xarakterizə edərkən onun bir sıra 
funksiyalarını ayırd etmək lazımdır. Diqqətin üç funksiyası vardır: 
1.Diqqətin seçmək funksiyası. Bu zaman biz mövcud fəaliyyətə 
uyğun gələn təsirləri seçirik, digər ikinci dərəcəli kənar təsirlərə 
əhəmiyyət vermirik. 


ə 
2.Diqqətin saxlanması funksiyası. Bu zaman biz idrak fəaliyyəti 
başa çatana qədər psixi fəaliyyətimizi həmin obyekt üzərində 
mərkəzləşdiririk. 
3.Diqqətin nəzarət etmək funksiyası. Bu saman biz fəaliyyətin 
gedişini tənzimləyib, ona nəzarət edirik.
28.Diqqətin fizioloji əsasları
Diqqətin fizioloji əsasını başa düşmək üçün İ.P.Pavlovun kəşf etdiyi 
sinir proseslərinin induksiyası qanunu olduqca böyük əhəmiyyətə 
malikdir. Bu qanuna görə baş beyin qabığının bir sahəsində yaranan 
oyanma prosesləri başqa sahələrdə ləngimə yaradır və ya əksinə, 
qabığın bir sahəsində yaranan ləngimə başqa sahələrdə oyanmanın 
baş verməsinə səbəb olur. Dem li, müəyyən an ərzində beyin 
qabığında yüksək oyanma ocağı (optimal oyanma) mövcud olur.
İ.P.Pavlov belə sahəni beyin qabığının yaradıcı şöbəsi adlandırmışdır. 
Diqqətin fizioloji mexanizmi həmin şöbənin fəaliyyəti ilə bağlıdır. 
-Diqqətin fizioloji əsasını aydınlaşdırmaq üçün A.A.Uxtomskinin irəli 
sürdüyü dominantlıq prinsipi də böyük əhəmiyyətə malikdir. Bu 
prinsipə görə, beyində həmişə üstün oyanma ocağı (dominant 
oyanma) olur ki, o, beyinə gələn bütün oyanmaları sanki özünə doğru 
çəkir və bunun sayəsində həmin oyanmalar üzərində daha çox hakim 
olur. Üstün oyanma ocağı yüksək oyanma ocağından özünün yüksək 
davamlılığı ilə fərqlənir. Məsələn, gərgin zehni fəaliyyətlə məşğul 
olan bəzi şəxslərə kənar qıcıqlayıcı təsir etdikdə onların diqqəti 
əvvəlki problem üzərində daha da güclənir. Bu halda sanki bütün 
qüvvələr səfərbərliyə alınır və kənar qıcıqlayıcılar sezilməmiş qalır, 
diqqətin mərkəzləşməsi artır. 
-İstər optimal oyanma sahəsi, istərsə də dominant oyanma haqqında 
təlim diqqətin ixtiyari mexanizmini kifayət qədər aydınlaşdırmağa 
imkan vermir. Çünki insan qarşısına şüurlu surətdə məqsəd qoyur, öz 
diqqətini özü tənzim edir. 


-Əlbəttə, diqqətin fizioloji mexanizmi çox mürəkkəbdir. Hazırda bu 
mexanizm sinir sisteminin müxtəlif səviyyələrində yerləşmiş süzgəc 
kimi başa düşülür. Buradan orqanizm üçün lazım olan qıcıqlayıcılar 
seçilib ötürülür, digərləri isə uzaqlaşdırılır. Bu xüsusən də beyin 
sütununda və qabıqaltı sahələrdə yerləşmiş, xüsusi sinir hüceyrələri 
olan şaxəli törəmənin fəaliyyəti ilə əlaqələndirilir.

Yüklə 236,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin