18-ci əsrdə Azərbaycan xanlıqları



Yüklə 31,3 Kb.
səhifə2/16
tarix27.02.2022
ölçüsü31,3 Kb.
#53172
1   2   3   4   5   6   7   8   9   ...   16
referat 1565

Cənub xanlıqları

Azərbaycanın cənub torpaqlarında Təbriz,Urmiya,Xoy,Qaradağ,Sərab,Marağa,Maku və Ərdəbil xanlıqları yaranmışdı.Nadir şahın ölümündən sonra Əliqulu xan Əfşar özünü şah elan etdi,lakin öz hakimiyyətini möhkəmləndirə bilmədi.Bu dövrdə İranda və Cənubu Azərbaycanda mərkəzi hakimiyyət uğrunda əsas 3 nəfər Fətəli xan Əfşar,Kərim xan Zənd və Məhəmməd Həsən xan Qacar mübarizə aparırdı.Cənubi Azərbaycan bu mübarizədə mühüm yer tutrdu.



Təbriz xanlığı-Xoy,Naxçıvan,Qaradağ,Sərab və Marağa xanlıqları ilə həmsərhəd idi.Nadir şahın ölümündən sonra Təbrizin görkəmli şəxslərindən biri Əmiraslan xan Adil şahın hakimiyyətini qəbul etmədi və özünü Təbriz şahı elan etdi.Lkin tezliklə Adil şah devrildi və onun yerini qardaşı İbrahim Mirzə tutdu.O böyük qoşunla Təbrizi tutdu.Bu zaman Məşhəd və İsfahanda üsyan baş verdi və İbrahim şah Təbrizi tərk etdi.Bu yürüş zamanı(Məşhəd döyüşü) İbrahim şah öldürüldü.Təbrizdə isə şəhər hakimi Məhəmməd xan Əfşara qarşı üsyan baş verdi.Məhəmməd Əfşar qətlə yetirildi.Yaranmış vəziyyətdən urmiyalı Fətəli xan Əfşar istifadə edərək Təbrizi tutdu və paytaxtı buraya köçürdü.O Təbrizin idarəsini Dünbüli tayfasının görkəmli nümayəndəsi Nəcəfqulu xana tapşırdı.1763-cü ilə qədər Nəcəfqulu xan Təbrizi Urmiya xanın naibi kimi idarə edirdi.Lkin göstərilən ildə Fətəli xan Əfşar Kərim xan Zənd tərəfindən öldürüldü və bundan sonra Təbriz xanlığı tam müstəqillik qazandı.Öz hakimiyyətini möhkəmləndirmək üçün Nəcəfqulu xan Təbrizin ətrafına qala divarları çəkdirdi.İnzibati baxımdan xanlıq Təbriz,Güney və Mərənd mahallarına bölünmüşdür.Xanın 10 minlik qoşunu var idi. Göründüyü kimi Təbriz əvvəllər olduğu kimi Cənubi Azərbaycan torpaqlarının toplayıcısı kimi çıxış edirdi,lakin bu dəfə o,bu vəzifəni yerinə yetirə bilmədi.


Yüklə 31,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin