18-ci əsrdə Azərbaycan xanlıqları



Yüklə 31,3 Kb.
səhifə14/16
tarix27.02.2022
ölçüsü31,3 Kb.
#53172
1   ...   8   9   10   11   12   13   14   15   16
referat 1565

İrəvan xanlığı 18-ci əsrin ortalarında Azərbaycanın qərb torpaqlarında yaranmışdı.Bu xanlığın əhalisi əsasən azəri türklərindən ibarət idi.Onun əsasını Mir Mehdi xan qoymuşdu.İrəvan xanlığı Göyçə gölü ətrafında yerləşmiş və 15 mahaldan ibarət idi,Şərur,Suran,Dərək,Saatlı,Tala,Seyidli,Sərdərabad,Gərni,Dərəçiçək,Abaran və Göyçə.Mir Mehdi xandan sonra burda hakimiyyətə gələn Hüseynəli xanın dövründə xanlıq bir neçə dəfə gürcülərin hücumuna məruz qalmışdı.İrəvan şəhərinin əhalisisnin ¼ hissəsini təşkil edən ermənilər bu yürüşlər zamanı gürcülərə köməklik etmişlər.1779-cu ildə 2 İrakli İrəvan xanlığının üzərinə yeni hücum təşkil etdi,lakin güclü müqavimətə rast gəldi və geri çəkildi.1783-cu ildə İrəvanda üsyan baş verdi və nəticədə Hüseynəli xan öldürüldü.Hakimiyyətə onun oğlu Qulaməli xan gəldi.1785-ci ildə 2 İraklinin köməyi ilə təşkil olunmuş sui-qəsd nəticəsində Qulaməli xan öldürüldü.Hakimiyyət onun qardaşı Əliməhəmməd xanın əlinə keçdi.Bu daxili çəkişmələr nəticəsində xanlıq xeyli zəiflədi və bir müddət Xoy xanlığından asılı vəziyyətə düşdü.1785-1786-cı illərdə İrəvan xanlığı avar xanı Umma xanın hücumlarına məruz qalmışdı.Bu dövrdə xanlıq xeyli zəifləmişdi.1795-ci ildə Ağa Məhəmməd Qacar İrəvan hakimi Məhəmməd xanı həbs edərək yerinə Əliqulu xanı qoydu.1797-ci ildə Ağa Məhəmməd şahın ölümündən sonra əhali Əliqulu xanı şəhərdən qovdu.Yeni İran şahı Fətəli şah Məhəmməd xanı həbsdən azad etdi və yenidən İrəvanda xan təyin etdi.Məhəmməd xan müstəqil siyasət yürütməyə çalışırdı.


Yüklə 31,3 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin