18-ci əsrdə Azərbaycan xanlıqları



Yüklə 31,3 Kb.
səhifə10/16
tarix27.02.2022
ölçüsü31,3 Kb.
#53172
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
referat 1565

Bakı xanlığı 1747-ci ildə Nadir şahın ölümündən sonra yaranmışdı.İlk Bakı xanı Mirzə Məhəmməd olmuşdur.O,Bakıdan Nadir şahın əlaltısı olan Səlimi qovdu və özünü müstəqil xan elan etdi.Mirzə Məhəmməd xanın dövründə Bakı müstəqil olsa da,onun oğlu Məlik Məhəmməd xanın dövründə demək olar ki,öz müstəqilliyini itirdi.Qubalı Fətəli xan nigah diplomatiyasından istifadə edərək öz bacısı Xədicə Bikəni Məlik Məhəmməd xana ərə verərək Bakı xanlığını öz təsiri altına saldı.Faktiki olaraq,Məlik Məhəmməd xan Fətəli xanın vassalına çevrildi.Fətəli xanın ölümündən sonra 2 Mirzə Məhəmməd xanın hakimiyyəti dövründə Bakı xanlığı öz istiqlaliyyətini bərpa edə bildi.Lakin xanlıqda hakimiyyət uğrunda 2 Mirzə Məhəmməd xanla onun əmisi oğlu Hüseynqulu xan arasında mübarizə başladı və bu mübarizədə Hüseynqulu xan qalib gəldi.


Yüklə 31,3 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin