18-ci əsrdə Azərbaycan xanlıqları



Yüklə 31,3 Kb.
səhifə11/16
tarix27.02.2022
ölçüsü31,3 Kb.
#53172
1   ...   8   9   10   11   12   13   14   15   16
referat 1565

Gəncə xanlığının banisi Qacar tayfasından olan Şahverdi xan Ziyadoğlu idi.Yarandığı vaxtdan bu xanlıq qonşu feodal hakimlərin hücum obyektinə çevrilmişdi.Şahverdi xanın ölümündən sora hakimiyyətə onun oğlu Məhəmməd Həsən xan gəldi.0, 1780-cı ildə qardaşı Məhəmməd xanın təşkil etdiyi sui-qəsdin qurbanı oldu.Həmin ildə gürcü çarı 2 İrakli və qarabağlı İbrahimxəlil xan Gəncəni tutdular və Məhəmməd xanı kor edib Şuşa qalasına apardılar.Bundan sonra Gəncə xanlığını qaliblərin təyin etdikləri 2 nümayəndə-Qarabağ xanlığının nümayəndəsi Qulu bəy və Kartli-Kaxetinin nümayəndəsi Ledivan Keyxosrov Andranşaşvili idarə edirdi.Xanlıqda yaradılmış ikihakimiyyətlilik yerli əhalinin vəziyyətini xeyli gərginləşdirdi.1783-cü ildə burada Hacı bəyin başçılığı altında üsyan baş verdi.Üsyançılar nümayəndələri Gəncədən qovaraq ikihakimiyyətliliyə son qoydular.1784-cü ildə 2 İrakli yenidən Gəncəyə qarşı hücuma keçdi.Bu səfər də polkovnik Burnaşovun başçılıq etdiyi rus qoşunları ona kömək edirdi.Lakin Gəncə xanlığı Dağıstan hakimlərinin köməyi ilə düşmənlərə müqavimət göstərə bildi.1785-ci ildə Gəncədə hakimiyyəti Məhəmməd xanın qardaşı Rəhim bəy ələ aldı.Bundan narazı olan İbrahimxəlil xan və 2 İrakli Gəncəyə daxil olaraq Rəhim bəyi hakimiyyətdən saldılar və hər il 2 İrakliyə 11.500 manat xərac verməyi öhdəsinə götürən Ziyadoğlu nəslinin nümayəndəsi Cavad xanı Gəncə xanı təyin etdilər.O, 1795-ci ildə bu xəracı verməkdən imtina etdi.Həmin il Ağa Məhəmməd xan Qacarın Tiflisi mühasirəyə aldığı dövrdə Cavad xan ona qoşunla və ərzaqla kömək göstərdi.


Yüklə 31,3 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin