Quba xanlığı 18-ci yüzilliyin başlanğıcından mövcud idi.Həmin dövrdə bu xanlıq hələ kiçik sahəni tuturdu və tam müstəqil deyildi.Xanlığın banisi olmuş Hüseynəli xan bu vəzifəyə rus çarı tərəfindən 1726-ci ildə təyin olunmuşdu.Onun ilk iqamətgahı Xudat qalasında 1735-ci ildən isə Qubada yerləşirdi.Nadir şahın vəfatından sonra şahlığın zəifləməsindən istifadə edən Hüseynəli xan tam müstəqilləşdi.O,Salyanı öz xanlığının tərkibinə qatdı.Salyan hələ 18-ci əsrin əvvəllərində Quba xanlığından asılı vəziyyətdə idi.Lakin Nadir şah xanlığı zəiflətmək üçün Salyanı ondan almış və öz naiblərinin hakimiyyətinə vermişdi.Ömrünün sonlarında Hüseynəli xan öz irsi hüququndan istifadə edərək 1756-cı ildə Salyanı Quba xanlığına qaytardı.Vəfatından sonra Quba xanı onun oğlu Fətəli xan oldu.O,xanlığın mövqeyini daha da möhkəmləndirdi.Fətəli xan mahal naiblərinin hakimiyyətlərini məhdudlaşdırdı,vergi toplanmasını nizama salaraq xəzinənin gəlirinin artmasını təmin etdi.Bütün Azərbaycanı öz hakimiyyəti altında birləşdirməyi qarşısına məqsəd qoymuşdu.O,qoşunlarının sayını artırdı,toplarla təmin etdi,Qubanı qalaya çevirdi.Öz sərhədlərini möhkəmləndirmək üçün Muğandan döyüşkən şahsevənləri xanlığın ərazisinə köçürdü.Cənub xanlıqlarından əhali köçürməklə xanlığın əhalisini artırdı.Köçürülmüş əhali əsasən,Şabranda yerləşdirildi.1759-cu ildə onun qoşunu Dərbəndə yürüş etdi.O, bu yürüşü ilə Dərbənd xanlığında yaranmış vəziyyətdən məharətlə istifadə etdi.Məhəmməd Hüseyn xanın qəddarlığından narazı olan dərbəndlilər Fətəli xanın hakimiyyətini qəbul etməyə meyl göstərirdilər.Dağıstan feodalları arasında birlik yox idi.Bundan istifadə edərək Fətəli xan ƏrkiŞamxalı Murtuzəli,Qaraqaytaq usmisi Əmir Həmzə və Tabasaran hakimi ilə saziş bağladı.Qazıqumuğu isə zərərsizləşdirdi.1759-cu ildə Dərbənd Fətəli xana tabe oldu.Dərbənd xanı Narınqalaya çəkildi.Fətəli xan danışıq bəhanəsilə Məhəmməd Hüseyn xanı öz düşərgəsinə dəvət etdi,onu həbsə alaraq gözlərini çıxartdırdı.Əvvəlcə Qubaya,oradan isə ömrünün sonuna qədər saxlandığı Bakıya göndərdi.Fətəli xan Əmir Həmzə ilə ittifaqı möhkəmləndirmək üçün onun bacısı Tuti Bikə ilə evləndi.Dərbənd xanlığını birləşdirəndən sonra Fətəli xan Bakı xanlığını özünə tabe etməyi qarşısına məqsəd qoydu.Bu məqsədinə çatmaq üçün o,nigah diplomatiyasından istifadə etdi.Bacısı Xədicə Bikəni Bakı hakimi Məlik Məhəmmədə ərə verdi.Beləliklə,1767-ci ildə Bakı və Abşeron Quba xanlığının nüfuz dairəsinə qatıldı.Lakin,Xədicə Bikə ilə evlənmək fikrində olan Qaraqaytaq usmisi Əmir Həmzə ilə Fətəli xan arasında münasibətlər xeyli gərginləşdi.Hərbi cəhətdən çox zəif olan Bakı xanlığının qonşu feodalların talançı basqınlarından qoruyan güclü himayəçiyə ehtiyacı var idi.Quba xanlığı Nakıya iqtisadi müdaxilə etməklə onu xarici düşmənlərdən də qorumağı öhdəsinə götürdü.Bakı yaxınlığındakı Saray kəndində Quba xanlığının qarnizonu yerləşdirildi.Ağıllı Xədicə Bakı hakiminin daxili işlərinə fəal müdaxilə etməyə və Quba xanlığının xeyrinə istiqamətləndirməyə başladı.Beləliklə,Dərbənddən tutmuş Kür çayının Xəzərə töküldüyü yerə kimi,bütün Xəzərsahili torpaqlar Bakı və Salyan daxil olmaqla Quba xanlığının tərkibində idi.Daha sonra Fətəli xan Şəki xanı Hüseynəli xanla ittifaq bağlayıb Şamaxı xanlığı üzərinə yeridi.Şamaxılılar müdafiəni təşkil edə bilmədilər.1768-ci ildə birləşmiş qoşun Şamaxı xanlığının ərazisini tutdu.Qələbədən sonra Quba və Şəki xanları Şamaxı xanlığının ərazisini öz aralarında bölüşdürdülər.Lakin tezliklə Şəki xanın köməyi ilə Şirvanda Fətəli xana qarşı sui-qəsd hazırlandı.Lakin 1768-ci ilin avqustunda qəsdin üstü açıldı.Həmin ilin sentyabrın 11-də Hüseyn xanla döyüşdə Fətəli xan qalib gəldi və Şəki xanına çatmış Şamaxı xanlığının ərazisini də tutdu.Bunun nəticəsində Şamaxı xanlığı da bütövlükdə Fətəli xanın hakimiyyəti altına keçdi.1768-ci ildə Muğanda yerləşən Cavad xanlığı da Fətəli xanın hakimiyyətini qəbul etdi.Beləliklə 18 –ci əsrin 60-cı illərində Azərbaycanın şimal şərq torpaqları Quba xanlığı ətrafında birləşdirildi.Quba xanlığının güclənməsi Şəki xanını narahat edirdi.Onun iştirakı ilə Şmaxıda 1769-cu ildə qiyam qalxdı.Ona Məhəmməd Səid xan başçılıq edirdi.Qiyamçılar Şamaxıda Sərkərlər sülaləsini hakimiyyətə qaytarmaq və Yeni Şamaxını Şəki xanlığına verməyi nəzərdə tuturdular.Fətəli xan şəkili Hüseyn xana qarşı hücuma keçməyi qərara aldı.Ondan əvvəl isə Məhəmməd Səid xanı həbs etdirdi.Şəki xanı təslim oldu və o Şamaxı xanlığına olan iddialarından imtina etdi.Beləliklə Fətəli xan qalib gəkdi. Quba xanlığının qüvvətlənməsi başqa xanları və hakimləri də narahat edirdi.1773-cu ilin sonunda birləşmiş Şəki,Qarabağ xanlarının və Avar hakiminin qüvvələri Quba xanlığına qarşı yürüş təşkil etdilər.Lakin Fətəli xan bu hücumu dəf etdi. Fətəli xan qan tökmək istəmir,sülh yolu ilə Dağıstan feodallarını və göstərilən Azərbaycan xanlarını özünə tabe etmək istəyirdi.Fətəli xan xanlıqları ləğv etmək fikrində deyildi.O,həmin hakimlərdən onun himayəsini qəbul etməyi tələb edirdi.Xanlardan rədd cavabı alan Fətəli xan döyüşə hazirlaşdı.1774-cw ilin yayında Xudat yaxınlığında olan Govduşan düzündə bir sıra Azərbaycan və Dağıstan hakimlərinin birləşmiş qoşunları ilə Quba xanlığının qoşunu arasında döyüş baş verdi.Birləşmiş qoşunlara Şamaxı xanı Ağası xan və Qaraqaytaq usmisi Əmir Həmzə başçılıq edirdilər.Bu döyüşdə Fətəli xan məğlubiyyətə uğradı.O,Salyana qaçmalı oldu.Salyan,Bakı və Dərbənd istisna olmaqla bütün ərazilərini itirdi.Əmir Həmzə Fətəli xanın yalan ölüm xəbərini Dərbəndə öz bacısı Tuti Bikəyə göndərdi və Dərbəndin verilməsini tələb etdi.Tuti Bikə ona inanmadı,qalanın qorunmasına özü başçılıq etdi.Fətəli xan xəlvəti yollarla Dərbəndə gəldi və Rusiyaya müraciət edərək kömək istədi.1775-ci ilin martında Dərbəndə general de-Medeminın komandanlığı altında rus qoşunları gəldi.Əmir Həmzə və digər feodallar Dərbənddən geri çəkilməyə məcbur oldular.Fətəli xan rus qoşunlarının köməyi ilə tezliklə Qubanı,daha sonra isə Şirvanı ələ keçirdi.O,Qarabağ xanlığını tabe etmək üçün diplomatiya yoluna əl atdı və 1779-cu ildə Bakı xanı Məlik Məhəmmədi saziş imzalamaq təklifi iləQarabağ xanının yanına göndərdi.İbrahimxəlil xan başa düşürdü ki,bu saziş onu asılı hala salmaqdan ötrüdür və ona görə də Məlik Məhəmmədi həbs etdi.Bu Qarabağ və Quba xanlıqları arasındakı münasibətləri daha da gərginləşdirdi.1780-1781-ci illərdə Fətəli xan Qarabağ üzərinə bir neçə uğursuz yürüş təşkil etdi.O,Qarabağı özünə tabe edə bilmədi.1784-cü ildə Fətəli xan Azərbaycanın cənub torpaqlarına hücuma keçdi.Həmin ilin avqustunda Ərdəbilə,daha sonra isə Meşkinə daxil oldu.Lakin burada möhkəmlənə bilmədi.Çünki,Fətəli xanın rəqibləri-Azərbaycan və Dağıstan feodalları onu arxadan hədələyirdilər.Həm də onun Ərdəbilə yürüşü 2 Yekaterinanı narahat edirdi.Rusiya Quba xanlığının qüvvətlənməsindən ehtiyat edirdi.Bu gələcəkdə çarizmin Qafqazdakı siyasətinə mane ola bilərdi.Fətəli xan çar hökumətinin təkidi ilə geri qayıtmağa məcbur oldu.Çünki o, Rusiya ilə münasibətləri korlamaq istəmirdi.80-cı illərin ortalarında Şəki xanlığının Fətəli xan tərəfindən tabe edilməsi üçün əlverişli şərait yarandı.Şəki xanlığında baş verən iç çəkişmələr bu xanlığı zəiflətdi.Bu dövrdə Şəki xanı Hüseyn xanın oğlu Məhəmmədhəsən ağa Fətəli xana qarşı düşmənçilik siyasəti yeridirdi.1785-ci ildə onlar arasında döyüş baş verdi və Məhəmmədhəsən məğlub oldu.Bundan sonra xanlıqlar arasında ittifaq bağladı.Həmin ildə Quba xanlığı İrana və Osmanlıya qarşı birgə mübarizə aparmaq üçün gürcü çarı 2 İrakli ilə ittifaqa girdi.1788-ci ildə müttəfiqlər Gəncəyə daxil oldular.Bu zaman Şəki xanı Məhəmmədhəsən xan Fətəli xanın qoşunları üzərinə hücum etdi.Şamaxı yaxınlığında baş vermiş döyüşdə Məhəmmədhəsən xan yenidən məğlub oldu.Şəki xanlığı Fətəli xandan asılı vəziyyətə düşdü.Həmin ilin sonunda Fətəli xan Gəncə xanlığını da tabe etdi.Sonra isə o,yenidən Az.-nın cənubuna yürüşə hazırlaşmağa başladı.Lakin 1789-cu ildə qəflətən Bakıda vəfat etdi.Beləliklə,Fətəli xan Az.-nın şimal şərqtorpaqlarını birləşdirməyə nail oldu.Fətəli xanın siyasətini möhkəm dövlətin yaradılmasını istəyən xirda və orta feodallar,tacirlər,sənətkarlar,kəndlilər rəğbətlə qarşılayırdılar.Lakin öz müstəqilliyini saxlamağa çalışan iri feodallar,xanlar Fətəli xana müqavimət göstərirdilər.Bunun nəticəsində Fətəli xan Quba xanlığının ətrafında bütün Az. torpaqlarını birləşdirib vahid dövlət yaratmağa nail ola bilmədi.Onun ölümündən sonra hakimiyyətə gəlmiş oğulları Əhməd xan və Şeyxəli xan atalarının yaratdığıdövlətin möhkəmliyini qoruyub saxlaya bilmədilər.Quba xanlığına tabe edilmiş xanlıqlar müstəqilləşdilər.