Naxçıvan xanlığının əsasını Kəngərli tayfasının başçısı Heydərqulu xan qoymuşdur.O,yerli feodalların köməyi ilə şahın naibi Ağahəsəni Naxçıvandan qovdu və özünü xan elan etdi.Onun hakimiyyəti dövründə xanlıq xeyli möhkəmləndi.Lakin hərbi cəhətdən zəif olan xanlıq qarabağlı Pənahəli xandan asılı vəziyyətə düşdü və şəkili Çələbi xana qarşı mübarizədə Qarabağ xanının müttəfiqi oldu.Heydərqulu xanın ölümündən sonra 1787-ci il ə kimi Naxçıvanda hakimiyyət uğrunda mübarizə gedir.Bu mübarizədə 1787-ci ildə Kərbəli xan qalib gəlir.O,həmin ildə qarabağlı İbrahimxəlil xanın ona qarşı təşkil etdiyi hücumu dəf edir.Xoy və İrəvan xanlıqlarının köməyi ilə Kərbəli xan 1792-ci ildə İbrahimxəlil xanın yeni yürüşünə tab gətirir.1797-ci ildə Ağa Məhəmməd şah Qacar Kərbəli xanın bir gözünü çıxartdırır və hakimiyyətdən uzaqlaşdırır.Lakin Ağa Məhəmməd şahın ölümündən sonra tezliklə Kərbəli xan öz hakimiyyətini bərpa edir.