Lənkəran xanlığı hələ Səfəvilər dövlətinin tənəzzülə uğradığı dövrdə yaranmışdı.Qızılağaclı Musa mərkəzi Astara olan Talış xanlığının yaranmasını elan etdi.Lakin Nadir şahın dövründə Musa xan hakimiyyəti səfəvilərin nəslindən olan ərdəbilli Seyid Abbasa verməli oldu.Seyid Abbas xanlığın mərkəzini Lənkərana köçürdü. Onun hakimiyyəti dövründə Talış xanlığı Nadir şahdan asılı halda idi.Seyid Abbas öz oğluCəmaləddini(Qara xan ) Nadir şahın yanına qulluğa göndərmişdi.Seyid Abbasın ölümündən sonra Qara xan taxta sahib oldu.O,Talış xanlığının iqtisadi və siyasi durumunun möhkəmlənməsinə yönəldilmiş bir sıra tədbirlər gördü.Daimi ordu yaradan Qara xan yerli iri feodalların mərkəzdənqaçma meyllərinə qarşı mübarizə aparırdı. Xarici siyasətində Qara xan Rusiyaya meyl göstərirdi.Bu Gilan hakimi Hidayət xanı narahat edirdi.O, 1768-ci ildə Talış xanlığına qarşı hücuma keçdi.Qara xan müqavimət göstərsə də Şindan qalasına çəkilməli oldu.Tezliklə, o təslim oldu və böyük məbləğdə töycü verib azad edildi.1785-ci ildə Talış xanlığı Quba xanlığından asılı vəziyyətə düşür.Qara xanın ölümündən sonra hakimiyyətə onun oğlu Mir Mustafa xan gəldi.Mir Mustafa xanın dövründə Talış xanlığı xeyli möhkəmlənmişdi.