18-ci əsrdə Azərbaycan xanlıqları



Yüklə 31,3 Kb.
səhifə9/16
tarix27.02.2022
ölçüsü31,3 Kb.
#53172
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
referat 1565

Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirlər soyundan idi.O,1748-ci ildə keçmiş Qarabağ bəylərbəyliyinin qərbində Qarabağ xanlığını yaratdı və özünü xan elan etdi.Pənahəli xanın ilk tədbirlərindən biri Nadir şahın Xorasana sürgün etdiyi Qarabağ əhalisini geri qaytarmaq oldu.Qarabağ xanlığının əhalisi əsasən türklər idi.Qarabağda yaşayan otuzikilər,cavanşir,kəbirli tayfaları Qarabağın köklü elatları idi.Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi.Xanlığın hərbi-siyasi cəhətdən möhkəmləndirilməsi üçün Pənahəli xan yeni müdafiə qurğuları və şəhərlər salmalı oldu.1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsi bu sahədə ilk addımlardan biri oldu.Bayat qalasının tikilməsi və Qarabağ xanlığının qüdrətinin artması qonşu Şirvan və Şəki hakimlərini,habelə Qarabağın bir sira məlikliklərini narahat edirdi.Qeyd etmək lazımdır ki,Qarabağ xanlığının yaranması və möhkəmlənməsi prosesinin xüsusiyyətlərindən biri ondan ibarətdir ki,bu prosesə erməni məliklikləri müqavimət göstərirdilər.Hələ Nadir şahın dövründə onun Türkiyəyə qarşı apardığı müharibədə məliklər Nadirə kömək göstərdilər və bunun müqabilində məlikliklərə imtiyazlar verildi.Onların öz silahlı qüvvələri də var idi.Bundan əlavə,Nadir məlikləri Gəncə bəylərbəyliyinintabeliyindən azad etmişdi.Bu dövrdə məliklər öz çiçəklənmə dövrünü keçirirdilər.Təbii ki,Pənahəli xanın güclənməsi ilə məliklərin də müqaviməti artırdı.Məliklər Şəki xanı Hacı Çələbiyə bildirdilər ki,.....Pənahəli xan burada taxta çıxmış,qala və səngər tikdirmişdir.Əgər bir qədər təxir edilsə,sonra onun qarşısında durmaq mümkün olmayacaqdır.Şəkili Hacı Çələbi öz qoşunu və müttəfiqləri ilə Bayat qalasını mühasirəyə aldı.Bu mühasirə 1 ay çəksə də Hacı Çələbi qalanın müdafiəçilərinin müqavimətini qıra bilmədi.Böyük itki verərək məğlub olan Hacı Çələbi Kürün o tayına çəkildi və məyusluqla dedi: “Pənah xan bu vaxtacan bir sikkəsiz gümüş idi,biz gəldik,ona sikkə vurduq və qayıtdıq.” Bayat döyüşü onu göstərdi ki,bu qala o qədərdə etibarlı deyil,onun tikilməsi üçün yer düzgün seçilməmişdir.Buna görə də Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala tikdirdi.Şahbulaq qalası 1751-ci ildə artıq hazır idi.Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Pənahəli xan əlçatmaz bir yerdə qala saldırdı.1750-ci ildə Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı.Tez bir vaxtda bu qalaAzərbaycanın siyasi,iqtisadi və mədəni mərkəzlərindən birinə çevrildi.Qala əvvəlcə Pənahabad,sonralar isə Şuşa adlandırıldı.Lakin belə bir fikir də var ki,Şuşa Azərbaycanın Təbriz kimi qədim şəhərlərindən biridir,onun ilk adı heç də Pənahabad,Şuşa yox,Novruz olmuşdur.Pənahəli xan isə onu bərpa etmişdir,möhkəmlətmiş və abadlaşdırmışdır.Bu fikri A.Bakıxanov da təsdiq edir.Qeyd olunduğu kimi,Pənahəli xanın qarşısında duran ən vacib problemlərdən biri məliklərin separatçı fəaliyyətinə son qoymaq idi.Bu məqsədlə xan müxtəlif yollarla məlikləri özünə tabe etməyə çalışırdı.Əks halda xanlığın ərazi-inzibati bütövlüyü itirilə bilərdi. Qarabağ məliklərini itaətdə saxlamaq məqsədilə Pənahəli xan onlar arasında nifaq saldı.Vərəndə məliyi Şahnəzər Pənahəli xanın hakimiyyəti altına keçdi.Şahnəzər hakimiyyət üstündə öz əmisi Məlik Hüsünü öldürdü.Buna görə Gülüstan,Çiləbörd və Dizaq məlikləri ona qarşı ittifaq bağladılar.Məlik Şahnəzər qızını Pənahəli xanın oğlu İbrahim Xəlilə verərək onun hakimiyyətini qəbul etdi və onun vassalına çevrildi.Xaçın məliyi Ulubab ilə Pənahəli xan arasında Ballıqayada qanlı toqquşma baş verdi.Xaçın məliyi bu döyüşdə məğlubiyyətə uğradı və Pənahəli xandan asılılığı qəbul etdi.Bundan sonra digər məliklər də Pənahəli xanın hakimiyyətini qəbul etməyə və onun vassalı olmağa razı oldular.Xaçın istisna olmaqla qalan məliklər Qarabağa gəlmə idilər.18-ci əsrdən əvvələ onların kökü yoxdur.Dizaq məliyi Qarabağa Loridən,Vərəndə məliyi Göyçədən,Çiləbörd məliyi Mağavizdən,Gülüstan məliyi isə Şirvandan gəlmişdi.Beləliklə,Pənahəli xan məliklərin müqavimətini qırıb onları özünə tabe etdi.Mərkəzi hakimiyyət möhkəmləndi və bundan istifadə edərək Pənahəli xan Gəncə,İrəvan,Naxçıvan,Ərdəbil xanlıqlarını ələ keçirməyə çalışdı.Az bir müddətdə onların bəzisini zorla,bəzisini diplomatik danışıqlar yolu ilə,bəzisini qohumluq vasitəsi ilə öz itaəti altına aldı. Eyni zamanda Çiləbörd məliyinin qardaşı Məlik Hatəm Gülüstan hakimi Usub ilə ittifaq yaradıb Pənahəli xana qarşı çıxış etdilər.Lakin müttəfiqlər Ağdərə döyüşündə məğlubiyyətə uğradılar.Bu onu göstərir ki,məliklər heç də öz bölüşdürücülük istəyindən əl çəkməyiblər.Məhəmməd Həsən xan Qacarın Azərbaycana hücumu ilə bağlı Pənahəli xan məliklərlə mübarizəni müvəqqəti dayandırmalı oldu.1751-ci ildə Məhəmməd Həsən xan Qacarın qoşunu Qarabağa basqın etdi.Şuşanın yaxınlığında düşərgə saldı və 1 aya yaxın orada qaldı,lakin Şuşanı tuta bilmədi. Məhəmməd Həsən xanın Azərbaycanda olmasından istifadə edərək Kərim xan Zənd Astrabada,Mazandarana və Gilana hücum etdi.Bundan xəbər tutan Məhəmməd Həsən xan Şuşadan əl çəkib tez İrana qayıtdı.1759-cu ildə Fətəli xan Əfşar Pənahəli xanın yanına elçilər göndərərək tabe olmasını tələb etdi.O,rədd cavabı aldıqdan sonra böyük ordu ilə Qarabağa hücum etdi.Fətəli xan Əfşar Şuşa qalasına gəlib çatdı və qalanı mühasirəyə aldı.6 ay çəkən mühasirədən sonra Pənahəli xan Fətəli xana tabe oldu və oğlu İbrahim Xəlili girov verdi.Lakin tezliklə Kərim xan Zənd Fətəli xan Əfşarın üzərinə hücuma keçdi və Pənahəli xanı öz tərəfinə çəkdi.Kərim xan Zənd Pənahəli xana göndərdiyi məktubda yazırdı: “Gərək birləşmək uğrunda bütün qüvvəni əsirgəməyəsən.Məhz bu yolla həm intiqam almaq,həm də oğlunuzu xilas etmək mümkün olar.Bununla həm siz sevinərsiniz,həm də biz öz arzumuza çatarıq.”Pənahəli xan kiçik oğlu Mehralı xanı öz yerinə hakim təyin etdi və Zəndlə birgəUrmiyaya hücum etdi.1763-cü ildə Urmiya xanlığı üzərində qələbədən sonra Kərim xan Zənd Pənahəli xana Qarabağa qayıtmağa imkan vermədi.Pənahəli xan Şiraz qonaqlığının iştirakçısı oldu və ömrünün axırınadək Şirazda qaldı.Onun oğlu İbrahim Xəlil isə məhbəsdən azad edilərək Qarabağa qayıtdı.1763-cü ildə İbrahim Xəlil Mehralı bəylə hakimiyyət uğrunda mübarizədə qalib gəldi və Qarabağ xanlığını idarə etməyə başladı.Mehralı bəy Qubalı Fətəli xanın yanına qaçdı və sonralar Qarabağa qarşı yürüşlərdə iştirak etdi.1785-ci ildə Mehralı bəy öldürüldü.İbrahim Xəlil xanın dövründə Qarabağ xanlığı daha da gücləndi.O,Car-Balakən camaatının başçısının bacısı ilə evləndi.Bu qohumluq hər iki feodal arasında hərbi-siyasi birliyin yaranmasına səbəb oldu.İbrahim Xəlil xanın Qaradağ,Ərdəbil,Naxçıvan,Gəncə üzərində təsiri olmuşdur.O öz qızını-Tuti Bikə xanımı Şəkili Səlim xana ərə vermişdir.18-ci əsrin 80-ci illərində Qarabağ xanı ilə məlikliklər arasında mübarizə kəskinləşdi.Vərəndə və Xaçın məlikləri İbrahim Xəlil xanın müttəfiqləri olsalar da,Dizaq,Çiləbörd və Gülüstan məlikləri İbrahim Xəlil xana itaət etməkdən imtina edirdilər.1783-cü ildən Rusiya bu münaqişələrə qarışmağa başladı.O,məliklərin köməyi ilə burada xristian dövləti yaratmaq fikrində idi.Lakin İbrahim Xəlil xan məlikləri Şuşaya çağıraraq onların xəyanətini sübut etdi və onları həbsə aldı.Onlardan ikisi Şuşada zindanda saxlanıldı,qalanları isə siyasi məhbuslar kimi Ərdəbilə göndərildi. Şuşa zindanında saxlanılan məliklər tezliklə qaça bildilər və Tiflisə gələrək Qarabağ xanlığına qarşı qəsdi 2 İrakli və polkovnik Burnaşovun köməyi ilə yerinə yetirməyə girişdilər.1787-ci ilin sentyabrında birləşmiş qüvvələr Gəncəyə yaxınlaşdılar.Lakin 1787-1791-ci illər Rusiya-Türkiyə müharibəsinin başlanması bu yürüşün dayandırılmasına səbəb oldu.Beləliklə,İbrahim Xəlil xan Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlaya bildi.


Yüklə 31,3 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin