Şamaxı xanlığı Nadir şahın ölümündən sonra yaranmış xanlıqlardan biri olmuşdur.Burada ikihakimiyyətlilik mövcud idi.Bir hissəsində hakimiyyət Hacı Məhəmmədəli xanın əlində idi.Bura Yeni Şamaxı adlandırılırdı.Digər hissəsində Xançobanı tayfasından olan Məhəmməd Səid xanın hakimiyyəti bərqərar olundu.Bu hissənin mərkəzi Köhnə Şamaxı idi.1763-cü ildə Məhəmməd Səid xan elatların köməyilə Yeni Şamaxını tutdu və Məhəmmədəlixanı əsir aldı.Yeni və köhnə Şamaxını birləşdirdi.1767-ci ildə Şamaxı xanlığı Şəki və Quba xanlıqları arasında bölüşdürüldü.1768-ci ildə isə Qubalı Fətəli xan Şamaxı xanlığının Şəki xanlığına çatmış ərazisini tutdu.Fətəli xanın ölümündən sonra Şəkili Məhəmmədhəsən xan Şəkinin müstəqilliyini bərpa etməklə yanaşı ətraf yerləri də öz nüfuz dairəsinə cəlb etmək istəyirdi.O, 1790-cı ildə Şirvanı idarə edən Əhməd xanı oradan sıxışdırıbçıxartdı,Şirvan xanlarının hakimiyyətini bərpa etdi.