Urmiya xanlığı-Xoy və Marağa xanlıqları ilə,Osmanlı imperiyası ilə həmsərhəd idi.Xanlığın mərkəzi Urmiya şəhəri idi.Urmiya xanlığının banisi Fətəli xan Əfşar idi.Təbrizi tutandan sonra o,Nadir şahın sərkərdələrindən biri olan əfqanlı Azat xanı öz tərəfinə çəkə bildi.Yaranmış vəziyyətə görə Dünbüli tayfasından olan Xoy xanı Şahbaz Fətəli xanla ittifaq yaratmağa məcbur oldu.Bundan sonra Fətəli xan Əfşar Qaradağ,Sərab və Marağa xanlıqlarını özünə tabe etdi.18-ci əsrin 50-ci illərinin əvvəllərində Fətəli xan Əfşar Kərim xan Zənd və Məhəmməd Həsən xan Qacar ilə hakimiyyət uğrunda mübarizəyə qoşuldu.1751-ci ildə Fətəli xan öz müttəfiqi olan Azat xanı İrəvan xanlığı üzərinə göndərdi.Lakin yerli xan Mir Mehdi xan Kartli çarı 2 İraklidən kömək istədi.Birləşmiş qüvvələrAzat xanı məğlubiyyətə uğratdılar.Lakin Fətəli xan Əfşar Azat xanın qoşununu gücləndirərək Gürcüstünü göndərdi və 2 İrakli məğlub oldu.Bu uğurlar Fətəli xan Əfşarı ali hakimiyyət uğrunda daha fəal mübarizəyə cəlb etdi. 1752-ci ilin sonunda İranın cənub torpaqlarını öz hakimiyyəti altında birləşdirən Kərim xan Zənd Azərbaycana hücum etdi.Həmin il Fətəli xan Əfşar Kərim xan Zəndi məğlubiyyətə uğratdı.Kərim xan cənuba qaçıb Fars vilayətinə gəldi.Qəlişə adlandırılan yerdə Kərim xanın qardaşı İskəndər xanın və Fətəli xan Əfşarın qoşunları üz-üzə gəldi.Fətəli xan bu döyüşdə qalib gəlib,İskəndər xanı edam etdi.1753-1754-cü illərdə Fətəli xan hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bildi. Lakin tezliklə böyük qüvvəyə malik olan qacarların hakimiyyət uğrunda mübarizəsi daha da gücləndi.1757-ci ildə Məhəmməd Həsən xan Təbrizi,sonra isə Urmiya şəhərini zəbt etdi.Fətəli xan Məhəmməd Həsən xandan asılı vəziyyətə düşdü. 1759-cu ildə Məhəmməd Həsən xanın öldürülməsindən sonra,Fətəli xan Təbrizdə öz hakimiyyətini möhkəmləndirdi və Qarabağa hücum etdi.Qarabağ xanı Pənahəli xan Fətəli xanla danışıqlara başlamağa məcbur oldu və Fətəli xandan öz asılılığını qəbul edərək,oğlu İbrahim Xəlil ağanı girov olaraq onun yanına göndərdi.Qarabağ xanlığını tabe etdikdən sonra Fətəli xan İrəvanı,Şəkini və Ərəşi tutmağa hazırlaşdı.Lakin İranda siyasi qüvvələrin nisbətində yeni dəyişikliklər baş verdi.Məhəmməd Həsən xanın ölümündən sonra Kərim xan Zənd başlıca qüvvəyə çevrildi və 1760-cı ildə o,Cənubi Azərbaycana hücum etdi.Təbrizi mühasirəyə aldı,lakin 4 aydan sonra şəhərin müdafiəçilərinin müqavimətini qıra bilməyərək,geri çəkilməli oldu.1761-ci ilin yayında Kərim xan yeni hücuma keçdi,lakin Qaraçəmən kəndi yaxınlığında məğlubiyyətə uğradı.Fətəli xan bu qalibiyyətdən arxayınlaşdı.Bundan istifadə edən Kərim xan yeni hücuma keçdi və Urmiya qalasını mühasirəyə aldı.Qalanın müdafiəsinə Fətəli xan özü başçılıq edirdi.1763-cü ildə 9 ay mühasirəyə tab gətirən Urmiya çökdü.Fətəli xan əsir düşdü.İsfahanda üsyan baş verməsi ilə əlaqədar Kərim xan ora getməli oldu.Urmiya xanlığının idarəsi Rüstəm bəy Əfşara tapşırıldı.Kərim xan,Fətəli xanı ailəsi ilə Şiraza aparmağı əmr etdi.Eyni zamanda o,ona Fətəli xanla mübarizədə kömək göstərən Pənahəli xanı,Xoy xanı Şahbazı,Qaradağlı Kazım xanı və başqalarını zəfər qonağlığında iştirak etmək bəhanəsi ilə Şiraza çağırıb girov götürdü.Bu hadisə tarixə “Şiraz qonaqlığı” kimi daxil oldu.Girov götürülmüş xanlar müxtəlif yollarla öz vətənləri ilə əlaqələrini üzmədilər.Beləliklə, “Şiraz qonaqlığı “ Kərim xanın gözlədiyi nəticəni vermədi.Bu xanlıqlar müstəqilliklərini qoruyub saxlaya bildilər.Fətəli xan Əfşar isə Kərim xanın əmri ilə qardaşı İskəndər bəyin öldürüldüyü yerdə edam edildi.Bundan sonra Urmiya xanlığı öz əvvəlki əhəmiyyətini itirdi.