18 Radioaktiv zəhərlənmə
-yerdə nüvə partlayışı baş verəndən sonrakı anlarda radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək, hündürə qalxır və bir neçə saniyədən sonra 1700°S-də topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz-torpağı göyə qaldırıb (ona görə o göbələk formasında olur) onları radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz-torpaq radioaktivləşir. İri toz buludlarının bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökur. Qalan hissəcikləri isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən kilometrlərlə məsafələrə aparılır və hərəkət istiqamətində radioaktiv maddələr yerə tökülür. Radioaktiv maddələrin buludda olan mənbəyi nüvə silahının tərkibində olan və partlayış zamanı istifadə edilməyən uran, plutoniy və radioaktiv izotoplardır. Onların torpağa təsiri nəticəsində istiqamətləşdirilmiş aktivlik əmələ gəlir. Həmin radioaktiv maddələr obyektlərin üstünə düşərək, bölünürlər və ionlaşdırıcı şualanma əmələ gətirərək, faktiki olaraq zədələyici amil olurlar. Radioaktiv çirklənmənin parametrləri radiasiya ilə ölçülür (insanlara təsirinə) və şualanma dozasının gücü ilə - radiasiyanın səviyyəsinə (ərazinin və obyektlərin çirklənməsi səviyyəsinə) görə. Bu parametrlər zədələyici amillərin kəmiyyət xarakteristikalarıdırlar- radioaktiv maddələrin dağılması ilə müşahidə olunan radioaktiv çirklənmənin, nüvə silahı partladılması nəticəsində radioaktiv çirklənmənin və nüfuzedici radiasiyanın.
Dostları ilə paylaş: |