24 Zəlzələnin xüsusiyyəti,. Ocaqların dərinliyi
-yerin dərinliklərində, tərkində dağ suxurların yerdəyişməsindən, kəskin surətdə dağılmasından, yer qabığının müəyyən səthinin titrəməsi nəticəsində yerin altında və üstündə çatların əmələ gəlməsindən ibarətdir. Bu zaman yaranan təkanlar və titrəyişlər binalara öz təsirini göstərir. Zəlzələ ocağı həndəvərində yeraltı təkanın gücü ən çox olan sahəyə zəlzələ mərkəzi deyilir. Zəlzələ 12 ballıq Rixter cədvəli (şkalası) ilə ölçülür. Zəlzələ ocaqları müxtəlif dərinliklərdə yerləşir.Onların əksəriyyəti yer qabığında 20-30 km dərinlikdədir. Bunula belə dərinliyi 700 km-ə çatan ocaqların da varlığı inkar edilmir. Belə ocaqlarla əlaqədar zəlzələlər dərin fokuslu adlanır. Zəlzələnin intensivliyi yer səthində titrəyişin dərəcəsini göstərir və balla ölçülür. Ölkəmizdə 12 bala bölünmüş seysmik cədvəldən (şkaladan) istifadə olunur. Bu cədvələ görə zəif zəlzələlərin intensivliyi 2-3 bal, güclü zəlzələlərinki 5-6 bal, çox güclülərinki 7 bal, dağıdıcı zəlzələlərinki 8 bal, viranedici zəlzələlərinki 9-10 bal, katastrofik zəlzələlərinki 11-12 bal sayılır.
Daha dəqiq desək:
5 bal- nisbətən güclü;
7-bal- çox güclü;
8 bal- dağıdıcı;
9 bal- viranedici;
10 bal- məhvedici;
11 bal- katastrofik;
12 bal- dəhşətli katastrofik zəlzələ sayılır.
1 bal gücündə zəlzələni insanlar hiss etmir, ancaq seysmik cihazlar qeyd edir. 2 bal gücündə zəlzələni adi şəraitdə bəzi adamlar hiss edir. 3 bal zəlzələni hərəkətdə olan adamlar hiss etmir. Əhalinin ancaq sakit şəraitdə olan qismi hiss edir. 4 balı zəlzələdə qab-qacaq, pancərə şüşələri silkələnir, qapılar cırıldayır. 5 balda binalar tərpənir, mebel hərəkətə gəlir, pəncərə şüşələri, divarların malası çatlayır, yatanlar oyanır. 6 balda titrəyişləri hamı hiss edir, divarlardan asılmış şəkillər və malalar qopur yerə düşür, binalar zədələnir. 7 balda daş binaların divarları çartlayır, antiseysmik və taxta binalar zədələnmir. 8 balda dağların iti yamacları çartlayır, heykəllər aşır, binalar möhkəm zədələnir. 9 balda daş binalar bərk zədələnir və ya uçub dağılır. 10 balda torpaqda iri çatlar, yarıqlar əmələ gəlir, sürüşmə və uçqunlar baş verir, daş binalar dağılır, dəmir yollarda relslər əyilir. 11 balda yer üzərində enli yarıqlar açılır, çoxlu sürüşmə, uçqun hadisələri baş verir, daş binalar tam dağılır. 12 balda torpaq son dərəcə parçalanır, çoxlu çatlar, sürüşmələr, uçqunlar baş verir, şəlalələr əmələ gəlir, çay dərələrinin qabağı kəsilir, göllər yaranır, çayların məcrası dəyişir. Bütün binalar uçub dağılır.
Dostları ilə paylaş: |