12 Mühafizə qurğularının sülh dövrundə saxlanılması və istifadə edilməsi - Mühafizə qurğularının sülh dövründə istismarı zamanı onların müəyyən olunmuş müddətdə mühafizə rejiminə keçirilməsində yararlı qalmasını və müharibə dövründə adamların mühafizə qurğusunda qala bilməsi üçün lazımi şəraitin yaradılmasını təmin edən bütün tələblər yerinə yetirilməlidir.
Sülh dövründə aşağıdakıların qorunub-saxlanması təmin edilməlidir:
bütünlükdə qurğunun, həm də onun müxtəlif elementlərinin (girişlər, qəza çıxış yolları, qoruyucu- germetik qapıları, partlayışdan qoruyan tərtibatlar və s.) mühafizə xassələri;
bütün mühafizə qurğusunun hermetikliyi və hidroizolyasiyası;
mühəndis-texniki avadanlığı və onun istənilən vaxt müharibə dövründə istismara keçirilməsi imkanı.
Mühafizə qurğularında otaqları yenidən planlaşdırmaq, mühafizəedici konstruksiyalarda deşik və oyuqlar açmaq, avadanlığı layihədə nəzərdə tutulmayan qaydada sökmək qadağandır.
Sülh dövründə mühafizə qurğusunu istismar edən müəssisə, təşkilat və idarələr obyekti istismara qəbul edəndən sonra ona məsul şəxs təyin edir ki, bu şəxslər binanın düzgün saxlanılmasına, qoruyucu tərtibatların və mühəndis-texniki avadanlığın vəziyyətinə müntəzim olaraq nəzarət edirlər.
İstismar edilən mühafizə qurğusunda xüsusi sənədlər olmalıdır.
Mühafizə-qurğularının vəziyyəti onlara illik baxışlarda və növbədənkənar (xüsusi) baxışlarda yoxlanılır.
Bütün baxışların müddətləri obyektlərin rəhbərləri tərəfindən müəyyən edilir. Xüsusi baxışlar təbii fəlakətlərdən və yanğından sonra keçirilir. Baxış zamanı bunlar yoxlanılır:
qurğunun ümümi vəziyyəti və onun girişlərinin, qəza çıxış yollarının, havagötürücü və hava sorucu kanallarının vəziyyəti;
bəndlərin və üst örtüklərin vəziyyəti;qapıların və bağlayıcı mexanizimlərin sazlığı;
qoruyucu tərtibatların, ventilyasiya sisteminin, su təchizatı, kanalizasiya, elektrik təchizatı, rabitə, avtomatika vasitələrinin və digər mühəndis avadanlıqlarının sazlığı;
binanın otaqlarında xalq təsərrüfatı ehtiyacları və əhaliyə xidmət üçün istifadə oluna bilməsi;
yanğınsöndürmə vasitələrinin mövcudluğu və vəziyyəti;
qrunt sularının və yerüstü suların sızması və içəriyə keçməsi hallarının olub-olmaması;
otaqlarda havanın temperaturu və nisbi rütubəti.
Baxışın nəticələri mühafizə qurğusunun vəziyyətinin yoxlanması N urnalında qeyd edilir.
Kompleks yoxlma üç ildən bir keçirilir və bu zaman bunlar yoxlanılır:
hermetiklik;
bütün mühəndis-texniki avadanlıqlar və qoruyucu tərtibatlar sisteminin işləmə qabiliyyəti;
mühafizə qurğusunu plana uyğun hazır vəziyyətə gətirmək imkanları; • mühafizə qurğusunun 6saat ərzində təmiz ventilyasiya və süzücü ventilyasiya rejimlərində sınaq istismarı.
Qurğu sülh dövründə istifadə olunarkən onun qoruyucu hermetik qapıları açıq vəziyyətdə qalmalıdır. Qapı yerlərini bağlamaq üçün adi qapılar düzəldilməlidir.
Dostları ilə paylaş: |