2. MÜASİr azərbaycan tariXİ metodika (kurikulum) Sİtuasiya və psixoloji suallar ümumi DÜnyagöRÜŞ



Yüklə 377,59 Kb.
səhifə91/132
tarix12.05.2022
ölçüsü377,59 Kb.
#57623
1   ...   87   88   89   90   91   92   93   94   ...   132
Cəmilə müəllimə (1)

Qiymətləndirilməsi: müəllimin hazırladigi və əvvəlcədən şagirdlərlə bölüşdüyü meyarlar əsasında aparılır. Bu zaman həm müəllim ,həmdə şagirdlər tərefindən qiymətləndirmə aparılır.

Sual-cavab və müzakirə prosesinin təşkili. Təlim prosesində sual-cavab bir cox məqsədlər üçün istifadə edilə bilər.



  • Şagirdləri təlim prosesinə cəlb etmək

  • Öyrənməni qiymətləndirmək

  • Yaddaş və anlamanı yoxlamaq

  • Şagirdlərin müəyyən bir mövzu barəsində fikir və baxışlarinı öyrənmək

  • Şagirdlərəfikirlərini digər yoldaşları ilə bölüşmək imkanı vermsk

  • Şagirdləri yaradıcı və innovative düşünməyə çağırmaq • Birgə öyrənmə mühütünu yaratmaq və mühazirə tipli dərsdən

yayinmaq

  • Şagirdlərin Yuxarı Təfəkkur Səviyyəsinə (YİZ) keçdiyini təmin etmək Həm açıq, həmdə qapalı suallar Aşağı və Yuxarı təfəkkür səviyyəsində

qurula bilər: Aşağı Təfəkkur Səviyyəsi (ATS) : • Qapalı sual- ismin neçə hali var

  • Açıq sual- isimə misal olaraq hansi sözləri deyə bilərsən Yuxarı Təfəkkür Səviyyəsi (YTS):

  • Qapalı sual- isim və sifətin fərqi nədədir?

  • Açıq sual- Sağlam qalmaq üçün gigiyena qaydalarina necə əməl edərdin?

Sinifdə müzakirə prosesini təşkil etmək üçün aşağıdakı strategiyalardan

istifadə etmək lazimdır:



  1. Akvarium- bu strategiyanı həyata keçirtmək üçün şagirdləri daxili kiçik qruplara və bu qrupları dinləyən xarici müşahidəcı qruplara bolüb bir növ akvarium yaradılır. Akvariumun içində olan qruplar movzunu müzakirə edərək xarici müşahidəci qruplar dinləyib,qeydiyyat aparırlar .

Sondarefleksiya aparilir.

  1. Sokrat dialoqu- bu strategiya mətnin yaxın analizinə əsaslandığı üçün burada müzakirə və interperetasiya üçün çoxlu əsas verən bir mətn seçilməlidir. Seminara başlamazdan əvvəl şagirdlərə hazırlaşmaq üçün vaxt verilir və bir neçə açıq tipli suallarla müzakirə başlayır.

  2. Dəyirmi masa- problem və ya tapşırıqla bağlı müxtəlif fikirlər toplanır.dəyərləndirmə və mühakimə edilmir. Sonda qruplarin işlərini müəllim gözdən kecirir ,izah etmək üçün əlavə vaxt verilir.

  3. Ziqzaq- bu strategiya şagirdlərə müəyyən bir mövzu üzrə əkspərtə çevrilib bildiklərini yoldaşları ilə bölüşmək imkanı verir. İlk olaraq kiçik qruplara bölünüb muzakurə aparilir,sonra qrupların tərkibi dəyişdirilir və yeni qruplar fformalaşır.bu yaradilan qruplarda hər bir şagird əvvəlki qrupunda müzakirə etdikləri məsələləri yeni qrup yoldaşlarina catdirir


Yüklə 377,59 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin