2. Pedaqogikada diferensasiya və inteqrassiya prosesləri Ali məktəb pedaqogikası ümumi pedaqogikanın sahısi kimi


PEDAQOGİKADA DİFERENSİASİYA VƏ İNTEQRASİYA PROSESLƏRİ



Yüklə 248,55 Kb.
səhifə2/9
tarix30.11.2022
ölçüsü248,55 Kb.
#71529
1   2   3   4   5   6   7   8   9
1MÜHAZİRƏ (1)

PEDAQOGİKADA DİFERENSİASİYA VƏ İNTEQRASİYA PROSESLƏRİ
Pedaqogika elminin diferensiasiyası əsasən iki istiqamətdə gedir:
* yaşa görə;
* təlim-tərbiyə müəssisəsinin tipinə görə.
Məktəb pedaqogikası baza elmidir. O, təhsil-tərbiyə müəssisələrində pedaqoji prosesin metodoloji, nəzəri və tətbiqi problemlərini öyrənir. Sürətlə diferensiasiya prosesi nəticəsində məktəb pedaqogikası artıq ümumi pedaqogika statusunu almışdır.
Pedaqoji elmlər sisteminə daxil olan digər xüsusi sahələr ümumi pedaqogika əsasında forınalaşır. Ümumi pedaqogika iki böyük sahəyə ayrılır:

  • pedaqogika tarixi;

  • pedaqogikanın nəzəriyyəsi.

Pedaqogika tarixi bəşər cəmiyyəti mövcud olduğu zamandan indiyə qədər ayrı-ayrı tarixi dövrlərdə tərbiyənin, məktəbin və pedaqoji nəzəriyyənin yaranınası və inkişaf tarixindən bəhs edir.
Pedaqogikanın nəzəriyyəsi pedaqoji prosesin kateqoriyalarını, qanunauyğunluqlarını, məqsəd və vəzifələrini, məzmununu, prinsip, vasitə və metodlarını, təşkili formalarını və digər müvafıq problemləri öyrənir.
Pedaqogika nəzəriyyəsi aşağıdakı sahələri əhatə edir:
* Müqayisəli pedaqogika - müxtəlif ölkələrin təhsil-tərbiyə sistemlərini müqayisəli şəkildə öyrənərək ümumi və fərqli cəhətlərini müəyyən edir.
* Yaş pedaqogikası - müxtəlif yaş dövrlərində təlim və tərbiyə məsələlərini öyrənir. Yaş xarakteristikalarına görə pedaqogikanın aşağıdakı sahələri müəyyənləşdirilmişdir:
* Məktəbəqədər pedaqogika
* Orta ixtisas məktəbi pedaqogikası
* Məktəb pedaqogikası
* Ali məktəb pedaqogik'ası
* Androqogika (yaşlılar pedaqogikası)
* Xüsusi didaktikalar (ümumi və xüsusi metodikalar) konkret fənlərin spesifik qanunauyğunluqlarını, optimal metod və vasitələrini, texnologiyalarını, innovasiyaları, qiymətləndirınə sistemini öyrənir.
* Ailə pedaqogikası ailənin demoqrafik inkişafının səciyyəvi xüsusiyyətlərini və ailə tərbiyəsinin əsaslarını öyrənir.

Yüklə 248,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin