2. Pedaqogikada diferensasiya və inteqrassiya prosesləri Ali məktəb pedaqogikası ümumi pedaqogikanın sahısi kimi


ALİ MƏKTƏB PEDAQOGİKASININ ƏSAS TƏDQİQAT ASPEKTLƏRİ



Yüklə 248,55 Kb.
səhifə6/9
tarix30.11.2022
ölçüsü248,55 Kb.
#71529
1   2   3   4   5   6   7   8   9
1MÜHAZİRƏ (1)

ALİ MƏKTƏB PEDAQOGİKASININ ƏSAS TƏDQİQAT ASPEKTLƏRİ
Ali məktəb pedaqogikası - tələbə şəxsiyyətinin inkişafının və şəxsiyyət-mütəxəssis kimi hazırlığının nəzəri və praktik problemlərini öyrənməklə məşğul olur. Onun predmetini ali məktəbdə pedaqoji proses təşkil edir. Ali məktəb pedaqogikasının tədqiqat aspektləri aşağıdakılardır:

  • ali təhsil müəssisəsində təlim prosesinin elmi surətdə təşkili və idarə olunması;

  • tələbələrin təlim-idrak fəaliyyətinin pedaqoji-psixoloji əsaslarının öyrənilməsi;

  • tələbə ilə iş metodlarının modernləşdirilməsi və onları yaradıcı təfəkkür fəaliyyətinə cəlb etmək;

  • ali məktəbdə təlim prosesinin komponentlərinin təkmilləşdirilməsi;

  • ali təhsil müəssisələrində tədrisin metodlarıının mö! dernləşdirilməsi;

  • ali məktəbdə tələbə elmi işlərinin təşkili metodikası;

  • ali təhsil sistemində təlimin ən müasir texniki vasitələrinin tətbiqi metodikasının işlənilməsi;

  • ali məktəb pedaqogikasının yaranınası və inkişafı tarixinin araşdırılması. Ali məktəb pedaqogikası pedaqoji prosesi obyektiv və subyektivin, müəyyən və qeyri-müəyyənliyin vəhdətindən ibarət mürəkkəb, çoxplanlı, dinamik bir sistem kimi tədqiq edir, bu sistemdə müntəzəm olaraq baş verən keyfıyyət və kəmiyyət dəyişmələrinə müvafıq nəticələri ümumiləşdirir.

Ali məktəb pedaqogikası özünün bir sıra spesifık qanunauyğunluqlarını müəyyənləşdirə bilmişdir. Bu qanunauyğunluqlar aşağıdakılardır:

  • mütəxəssis hazırlığının bütöv, tam pedaqoji prosesdən (təhsil, tərbiyəedici,

  • inkişafetdici fəaliyyət prosesində) asılılığı;

  • tələbə şəxsiyyətiryn təhsili, təlimi, tərbiyəsi və inkişafının vəhdətdə götürülməsi;

  • biliklərin varisliyi və tələbənin intellektual inkişafının vəhdəti;

  • ali məktəbdə təhsilin fasiləsizliyi ilə diskret xarakterinin vəhdəti;

  • ali təhsil müəssisəsində təlim prosesinin yüksək səviyyədə aparılması ilə tələbənin axtarıcılıq və tədqiqatçılıq imkanları arasındakı asılıhq.

Bu qanunauyğunluqlar ali təhsilin özünəməxsus xüsu- siyyətlərini, qaydalarını və amillərini doğurur.
Tələbələrin yaradıcı təfəkkür fəaliyyətinin təşkili və inkişaf etdirilməsi istiqamətində aparılan axtarışlar ali məktəb pedaqogikasının nəzəri, praktik və tətbiqi vəzifələrini konkretləşdirınəyə imkan verir. Ali məktəb pedaqogikasının vəzifələri aşağıdakılardır:

  • ixtisasla bağlı bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin ən səmərəli yollarının müəyyənləşdirilməsi;

  • tələbələrin təlim-idrak fəaliyyətinin psixi proseslərin fəallaşdırılması əsasında təşkili və idarə olunınası;

  • təhsilin məzmununun müasir dövrün tələbləri baxı- ınından seçilməsi;

  • təlim məqsədlərinin reallaşdırılmasının müntəzəm olaraq yoxlanıması və qiymətləndirilməsi;

  • təlim metodlarının təkmilləşdirilməsi istiqamətlərinin psixoloji baxımdan əsaslandırılması;

  • tələbələrin elmi-tədqiqatçılıq fəaliyyətinin səmərəli təşkili yollarının müəyyənləşdirilməsi;

  • tələbələrə müxtəlif pedaqoji təsirlərin və nəticələrinin psixoloji təhlili (hansı hallarda və nə üçün müsbət nəticə alınır, yaxud uğursuzluq nə ilə bağlıdır və s.

Ali məktəb pedaqogikası ali təhsilin nəzəri problemləri istiqamətində araşdırmalar aparır, təhsilin məzmununu müəyyənləşdirərkən ali təhsil haqqında dövlət standartlarına istinad edir və bu əsasda mütəxəssis hazırlığım modelləşdirir.
Ali məktəb pedaqogikasının tədqiqat istiqamətlərindən biri də ali təhsilin spesifık prinsiplərinin reallaşdırılması yollarını və texnologiyalarını müəyyənləşdirməkdir.
Müasir dövrdə ali məktəbin problemləri bunlarla məhdudlaşmır. Cəmiyyətin, elmin, texnikanın müasir inkişafı ali məktəb pedaqogikasnı yeni tədqiqatlara istiqamətləndirir. Bu prioritet istiqamətləri belə ümumiləşdirınək olar:

  • sivil cəmiyyətdə ali təhsilin rolunun artması;

  • ali məktəbdə fundamental təhsilin həyata keçirilməsi;

  • ali məktəbdə təhsilin humanistləşdirilməsi və humanitarlaşdırılması;

  • ali məktəbdə pedaqoji diaqnostika, proyektləşdirmə və ən yeni pedaqoji texnologiyaların tətbiqi;

  • distant (latınca distarıtia - məsafə deməkdir) təlim;

  • virtual (latınca virtualis - qüvvətli, qabiliyyətli deməkdir. Burada mümkün olan mənasında işlədilir) təlim;

  • tədris fənninin məzmununun modul quruluşu;

  • pedaqoji prosesin keyfıyyətinin diaqnostikası;

  • təlim-tərbiyə prosesinin keyfıyyət təminatı;

  • ali peşə-ixtisas təhsili keyfıyyətinin idarə olunması texnologiyası və s.

Qeyd olunan bu prioritet istiqamətlər bir daha sübut edir ki, müasir cəmiyyətdə təhsil insan fəaliyyətinin ən genişl sferasına çevrilmişdir. Təhsilin sosial rolu və əhəmiyyəti artl mışdır. Bu gün bəşəriyyətin inkişaf perspektivləri təhsilin istiqamətləri və effektivliyindən asılıdır. Təhsil, xiısusən də ali təhsil sosial və iqtisadi tərəqqinin əsas və aparıcı qüvvəsinə çevrilmişdir. Təhsilə bu cür yeni yanaşma tərzi ondan irəli gəlir ki, müasir cəmiyyətin əsas kapitalı və dəyəri yeni biliklərin mənimsənilməsinə, elmi axtarışlara, qarşıya çıxan prob- lemlərin qeyri-standart, orijinal yollarla həllinə hazır olanj insandır. Hazırda sosial inkişaf- insanın nəyə sahib olmasından daha çox onun kim olması və malik olduğundan necə isj tifadə etməsindən asılıdır.
Bu gün bəşəriyyətin istehsal qüvvələrinin görünınəmiş vüsətlə inkişafının on milyonlarla adamın ən zəruri rifahım təmin edə bilməməsi, ekoloji böhran, planetimsizin flora və faunasına insanların amansız istismarçı münasibəti, yoxsulluq, uşaq ölümünün artması, insan hüquqlarının pozulması kimi problemlərin həlli üçün ali təhsil sahəsində müvafiq strateji islahatların həyata keçirilməsi zəruri və vacibdir.
Artıq bütün dünyada inkişaf etmiş ölkələrin milli təhsil sistemlərində dövlət səviyyəsində müxtəlif islahatlar keçirilməkdədir. Çünki dövlət başa düşür ki, onun gələcəyi ölkə daxilində təhsilin, xüsusən də ali təhsilin inkişaf səviyyəsindən çox asılıdır. İslahatlar ali məktəblərin sayının və tələbə kontingentinin artırılması; ali məktəblərin yeni funksiyalarının müəyyənləşdirilməsi; inforınasiya bolluğunun təmin edilməsi; yeni inforınasiya texnologiyalarının geniş tətbiqi; biliyin keyfiyyətinin idarə edilməsi və digər prestij istiqamətləri əhatə edir.
Nə qədər paradoksal (yunanca paradoksal gözlənilməz, qəribə deməkdir) olsa da, son 10-15 ildə ali təhsilin elə problemləri meydana gəlmişdir ki, onları islahat daxilində, başqa sözlə, mənəvi metodoloji yanaşmalar çərçivəsində həll etmək mümkün deyil.
Mövcud təhsil sistemləri cəmiyyətin yaradıcı qüvvələrə ehtiyacını ödəyə bilmir. İndü mətbuatda, pedaqoji ədəbiyyatda təhsil «böhranı» haqqında mülahizələr daha tez- tez səslənınəkdədir. Elmi ədəbiyyatda təhsil «böhranı» haqqında irəli sürülən mülahizələr artıq rəsmi dövlət sənədlərinə keçmişdir.
ABŞ kimi qüdrətli bir dövlətin maarif xadimləri də belə bir nəticəyə gəlmişlər ki, «hazırda elm və texnika sahəsində savadsız amerikalılar nəsli yetişməkdədir».
Respublikamızda ali təhsil sahəsində dərin və geniş miqyaslı islahatlar aparılsa da bəzi nöqsanları aradan qaldırınaq hələ də mümkün olmayıb. Gənclərimizin bəziləri elm və texnika sahəsində «savadsız amerikalılardan» heç də geri qalmır. Ali məktəbdə təhsil alan bəzi tələbələr nəinki ümumtədris fənlərinə, hətta peşə-ixtisasla bağlı fənlərə də biganə münasibət bəsləyirlər.
Bütün dünyada təhsil böhranının əsas mahiyyətini təhsil sisteminin keçmiş təcrübəyə, bərpaedici pedaqoji prosesə, reproduktiv təfəkkürə əsaslanınası, ən başlıcası, gələcəyə istiqamətlənınənin olmaması təşkil edir.
Respublikamızda ali təhsil sisteminin inkişaf etdirilməsində «Boloniya prosesi»nin rolunu xüsusi qeyd etmək lazımdır. «Boloniya prosesi»nin əsas mahiyyəti yaxın illərdə «Avropa ali təhsil zonası» adlanan və fundamental fəaliyyət prinsiplərinin vahidliyinə əsaslanan ümumavropa ali təhsil sisteminin formalaşdırılması respublikamızda ikipilləli ali təhsil və kredit sistemlərinin tətbiqi, təhsilin keyfiyyətinə nəzarət, mobilliyinin genişləndirilməsi, dərəcələrin tanmması, ali məktəb məzunlarının işlə təmin olunması, Avropada təhsil alacaq tələbələrin təminatı, fasiləsiz təhsil və digər problem- lərin uğurla həlli üçün geniş imkanlar açır.
Göründüyü kimi, sivill cəmiyyət ali təhsil qarşısında çox ciddi problemlər qoyur və bununla ali məktəb pedaqogikasmı yeni aspektlərdə tədqiqatlara cəlb edir.
ALİ TƏHSIL KONSEPSİYASI
Bütün dünyada bazar iqtisadiyyatının inkişafı əhəmiyyətli kapital qoyuluşu və yüksək ixtisaslı mütəxəssislərə tələbat doğurur. Bu da istehsal proseslərinin yenidən qurulmasını, yeni texnologiyalar yaradılmasını, ən başlıcası isə, intellektual potensialın artırılmasmı tələb edir. Çünki intellektual potensial olmadan tərəqqi mümkün deyil.
«Milli intellektual potensial»ın yaradılması müasir dövrdə Azərbaycanda təhsil sahəsində aşağıdakı islahatların aparılmasını tələb edir:

  • təhsil sistemində aparılan islahatların daim dövlətin diqqət mərkəzində olması və cəmiyyətin sosial tələblərinə cavab verməsi;

  • təhsil proseslərinin və strukturlarının idarə olunması;

  • təhsil alanların və təhsil verənlərin cəmiyyətdəki statusunun düzgün müəyyənləşdirilməsi və hüquqlarını müdafıə edilməsi;

  • təhsilin məzmununun təkmilləşdirilməsi;

  • təlimin metod və vasitələrinin yeniləşdirilməsi, interaktiv təlim metodlarına geniş yer verilməsi;

  • pedaqoji prosesdə innovasiyaların geniş tətbiqi;

  • yeni təlim texnologiyalaırının hazırlanması;

  • təhsil sferasının maddi təminatının yaxşılaşdırılması və maliyyə ehtiyatlarından səmərəli istifadə olunması;

  • Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası;

  • kompüterlərin, müasir informasiya və kommunikasiya texnologiyalarının təhsil sistemində geniş istifadəsi;

  • təhsil müəssisələrinin inkişaf rejimində işləməsi və gələcək fəaliyyətinin dəqiq proqnozlaşdırılması;

  • təhsil müəssisələrində pedaqoji proses iştirakçılarının fəaliyyətinin müntəzəm olaraq qiymətləndirilməsində müasir modellərinin tətbiqi;

  • müasir monitorinq və qiymətləndirmə mexanizmlərinin geniş tətbiqi;

  • təhsilin keyfıyyətinin dövlət standartlarına müvafıqliyinin təmin edilməsi;

  • idarəetmənin dövlət-ictimai və ictimai-dövlət xarakterinin müəyyənləşdirilməsi;

  • yeni sertifikatlaşdırma, lisenziyalaşdırma, attestasiya və akkreditasiya sistemlərinin yaradılması;

  • elmlərin vüsətli inkişafı ilə onların insan tərəfindən mənimsənilməsi imkanları arasındakı ziddiyyətlərin rasionalhəlli;

  • təhsil verənlərin və təhsil alanların fıziki və psixoloji sağlamlığının təmin edilməsi.

  • ətraf mühitin dərk edilməsi və qorunması, cəmiyyətin hər bir üzvündə ekoloji mədəniyyətin formalaşdırılması;

  • baza təhsilinin əsas elementlərini saxlamaqla onun təkmilləşdirilməsi və strategiyasının inkişaf prioritetlərinin müəyyənləşdirilməsi;

  • təhsil sisteminin hər bir insanı öz həyatını düzgün qura bilməsi üçün zəruri olan biliklər və təcrübə ilə silahlandırması, mədəni inkişafını təmin etməsi.

Göründüyü kimi, ali təhsil sistemi qarşısında son dərəcə ciddi problemlər durur. Lakin təkcə respublikamızda deyil, bütün dünyada təhsil sistemi bu qlobal problemləri qısa zaman kəsiyində həll etmək imkanlarına malik deyildir. Çünki:

  • keyfıyyətli təhsil almaq istəyən insanların sayı ilə buna imkam olanların arasında böyük fərq var. Nə orta, nə də ali təhsil sistemi təhsilə daim artan tələbi ödəyə bilmir;

  • peşə-ixtisas təhsili sürətlə dəyişən texnologiyalarla ayaqlaşa bilmir, başqa sözlə, təhsil sistemi konservativ (latınca konservo - qoruyuram, conservatio - mühafizəetmə deməkdir) xarakter daşıyır;

  • maddi imkanlarm məhdudluğu təhsil sisteminin yeni tələblər əsasında qurulmasına mane olur;

-təhsil sistemləri inert xarakter daşıdığından dövrün tələblərinə çevik surətdə uyğunlaşa bilmir;

  • cəmiyyətin və vətəndaşların ətalətli olması təhsildən, təhsilli kadrlardan dövlətin milli maraqlarına uyğun olaraq istifadə edilməsinə mane olur.

Müxtəlif ölkələrin milli təhsil sistemləri daim böhrana məruz qalır.Maddi resursların məhdudluğu, müəllimlər üçün binaların, tədris korpuslarının və vəsaitlərinin çatışmazlığı işin məhsuldarlığına mane olur.Bütün dünyada təhsil sahəsində özünü göstərən qüsurlar bəşəriyyət üçün ciddi problemlər yaradır.
Təhsil siyasətinin inkişafında dövlətin qanunvericiliyinin rolu çox böyükdür.
Müasir dövrdə respüblikamızda ali təhsil sahəsində keçirilən islahatlar aşağıdakı problemləri həll etməyə yönəlməlidir:

  • təhsilin fundamental əsaslarım inkişaf etdirmək və keyfıyyətini yüksəltmək;

  • təhsil sistemini «qabaqlama» prinsipi üzərində qurmaq, sivilizasiyanın gələcək inkişafına yönəltmək, insanın yaradıcılıq qabiliyyətlərinin inkişafını təmin etmək;

  • təhsil sistemində perspektiv informasiya və telekommunikasiya texnologiyalarından istifadə etməklə distant təlim üçün əlverişli şərait yaratmaq;

  • təhsilin keyfıyyətini yüksəltmək məqsədilə informasiya texnologiyalarından geniş istifadə etmək;

  • təhsil alanları peşə-ixtisas hazırlığı ilə bağlı informasiya texnologiyalarından istifadə etmək üçün xüsusi bilik və bacarıqlarla silahlandırmaq;

  • təhsil alanları müasir dövrdə həyat və fəaliyyətin əsasını təşkil edən «informasiya cəmiyyəti»ndə yaşamağa hazırlamaq;

  • təbii-elmi fənlərin humunitar təhsilə və buna uyğun olaraq humanitar fənlərin təbii-elmi və texniki təhsilə nüfuz etməsinə nail olmaq;

  • fundamental təhsilin və peşə-ixtisas təhsilinin inteqrasiyası problemini konstruktiv şəkildə həll etmək;

  • konkret fəaliyyət sahəsində dar ixtisaslaşmanı yeni professional fəaliyyət sferası ilə əvəz etmək; təhsil alanların hazırlığını bazar iqtisadiyyatının və dəyişən texnologiyaların tələblərinə çevik surətdə uyğunlaşmasına istiqamətləndirmək;

  • mütəxəssis hazırlığının keyfıyyətcə yeni mərhələsinə qalxmaq və s.

ALİ MƏKTƏB PEDAQOGİKASININ TƏŞƏKKÜLÜ VƏ FORMALAŞMASI

Yüklə 248,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin