2. Pedaqogikada diferensasiya və inteqrassiya prosesləri Ali məktəb pedaqogikası ümumi pedaqogikanın sahısi kimi



Yüklə 248,55 Kb.
səhifə4/9
tarix30.11.2022
ölçüsü248,55 Kb.
#71529
1   2   3   4   5   6   7   8   9
1MÜHAZİRƏ (1)

Sosiologiya elminin məlumatları şəxsiyyətin sosializasiyası problemini dərindən dərk etməyə, tələbənin asudə vaxtının təşkili, professional oriyentasiyası və digər pedaqoji problemlərin uğurlu həllinə yol açır.
Fəlsəfi biliklərin də pedaqogika elmi üçün əhəmiyyəti çox böyükdür. Pedaqogikanın müasir inkişaf səviyyəsində pedaqoji prosesin məqsəd və vəzifələrini, mahiyyətini fəlsəfı biliklər olmadan dərk etmək mümkün deyil. İdrak nəzəriyyəsi təlimdə idraki fəaliyyətin qanunauyğunluqlarını müəyyənləşdirınəyə, pedaqoji prosesin mexanizmlərini işləməyə əsas verir.
Kibernetika elmi təlim-tərbiyə proseslərinin tədqiqi üçün pedaqogika elmi qarşısında yeni imkanlar açır. Kibernetikanın nailiyyətlərindən istifadə edən pedaqogika elmi təlim prosesinin idarə edilməsinin qanunauyğunluqlarını, yollarım və mexanizmlərini müəyyənləşdirir.
Pedaqogika elmi müxtəlif xalqların əmək formalarını, adət və ənənələrini öyrənən etnoqrafiya; xalq eposu abidələrini toplamaqla məşğul olan folklorşünaslıq; əmək prosesində insanın funksional imkanlarını öyrənən, işçinin əmək məhsuldarlığını və qanunauyğunluqlarını aşkara çıxaran, fəaliyyətdə olan insanın xüsusiyyətlərini konkret iş şəraitində və maşınla daxili əlaqədə (İSM) tədqiq edən erqonomika (erq - metr, nomos - qanun deməkdir); əxlaq nəzəriyyəsini öyrənən etika; gerçəkliyin gözəllik qanunları əsasmda dərk edilməsindən bəhs edən estetika; fiziki inkişafın qanunauyğunluqlarını, insanın normal və sağlam həyatım təmin edən səhiyyə tələblərini tədqiq edən gigiyena; genlər və irsiyyət problemlərini öyrənən genetika elmlərinin nailiyyətlərindən istifadə etməklə pedaqoji problemlərin həllini reallaşdırır.
Pedaqoji tədqiqatlarda riyaziyyat, inforınatika, statistika, hüquq, ekologiya, iqtisadiyyat, politologiya, tarix, texniki və digər elmlərin də məlumatlarından istifadə olunur.
Pedaqogikanın başqa elmlərlə sıx əlaqəsi sayəsində bir sıra inteqrativ elmlər meydana gəlmişdir. Bunlara aşağıdakıları misal göstərmək olar:

  • pedaqoji psixologiya.

  • psixopedaqogika.

  • pedaqoji erqonomika.

  • kibernetika pedaqogikası.

  • kompüter pedaqogikası.

  • məktəb gigiyenası.

  • sosial pedaqogika.

-riyazi pedaqogika.

  • təhsilin iqtisadiyyatı və s.

Pedaqogika elminin başqa elmlərlə inteqrasiyasmı sxematik olaraq aşağıdakı kimi göstərmək olar:

Yüklə 248,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin