4)Gilli məhlulun titrəyən ələklə təmizlənməsi
Hələ 1932-cu ildən titrəyən ələk neft mədənlərində tətbiq olunmağa başlanmasına baxmayaraq, bəzi quruluş nöqsanlarına görə istehsalatda geniş istifadə oluna bilmirdi. Sonradan titrəyən ələyin quruluş çatışmamazlığı aradan qaldırıldı və istehsalatda geniş tətbiq olunmağa başladı.
Titrəyən ələyin (şəkil 60) əsas hissəsi düzbucaqlı şəklində çərçivəyə bərkidilmiş torlardan ibarətdir. Yaylar üzərində oturmuş bu tor ekssentrik val vasitəsilə, ekssentrik val ilə pazvari qayış vasitəsilə elektrik mühərrikindən hərəkət alır.
Şəkil 66. CB titrəyən ələyi
CB-i titrəyən ələyin texniki xarakteristikası: paslanmayan poladdan hazırlanmış torun ölçüsü 1200x1500 mm elektrik mühərrikinin gücü 2 kvt;
elektrik mühərrikinin dəqiqədə dövrlər sayı 1430;
uzunluğu 2190 mm;
eni 1875 mm;
hündürlüyü 890 mm;
ümumi ağırlığı 720 kq.
Titrəyən ələyin işi ölkəmizdə ilk dəfə 1932-ci ildə R.İ.Şişşenko və B.D.Baklanov tərəfindən tədqiq edilmişdir. Onlar laboratoriya şəraitində titrəyən ələk modelini 1,5-2,0 l/san sərfində tədqiq edərək, aşağıdakı nəticəyə gəlmişlər:
- titrəyən ələk gilli məhlulu ələyin dəliklərindən böyük olan süxur hissəciklərindən tamamilə təmizləyir, xırda hissəciklər isə təmizlənmir;
-ələyin şəbəkəsinin maillik bucağı gilli məhlulun təmizlənməsi keyfiyətinə az təsir etdiyi halda, ələyin buraxma qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir (həddindən böyük maillik bucağı gilli məhlul itkilərinə səbəb olur, 15-200 maillik titrəyən ələk üçün səmərəli hesab olunur);
-ələyin ehtizaz sayının həddindəın çox artırılması təmizlənmə keyfiyətinə çox təsir etmir, ancaq ələyin buraxma qabiliyyəti ehtizaz sayı ilə düz mütənasibdir (səmərəli ehtizaz sayını dəqiqədə 1000-1500 qəbul etmək məsləhətdir);
-ələyin torunu seçərkən, gilli məhlulun tərkibindəki süxurun mexaniki xarakteristikasına əsaslanmaq lazımdır.
Şəkil 61-də 4 müxtəlif özlülüklü gilli məhlulun təmizlənməsinin müxtəlif ehtizaz saylarından asılılığı verilmişdir.
Gilli məhlulun qazılmış süxurdan təmizlənməsini keyfiyət nöqteyi-nəzərindən öyrənmək üçün təmizlənmiş gilli məhlullardakı qumun qranulometrik tərkibi yoxlanmışdır (şəkil 62). Aparılan təcrübələr göstərir ki, gilli məhluldan ayrılan qumun əsas hissəsi torun dəliklərinin ölçüsündən böyük olna hissəciklərdir
Gilli məhlulun titrəyən ələkdə təmizlənmə prosesi çox mürəkkəb olduğu üçün onu differensial tənlik şəklində göstərmək olduqca çətindir. Bunu nəzərdə tutaraq təcrübələrin nəticələrini oxşarlıq nəzəriyyəsinə görə əlaqələndirib ümumi şəkildə aşağıdakı fiziki tənlik formasında verək:
1.Titrəmənin tezliyini 2000-ə qədər artırdıqda gilli məhlulun təmizlənməsi müəyyən qədər yaxşılaşır.
2.Özlülüyün, statik sürüşmə gərginliyinin, məhlulun sərfinin, çirklənmə dərəcəsinin artması təmizlənməyə mənfi təsir göstərir.
3.Təmizlənmə dərəcəsitorun dəliklərinin ölçüsündən asılıdır.
4.Torun mailliyinin artması təmizlənməni yaxşılaşdırır (bunun üçün səmərəli bucaq 15-200 qəbul olunur).
5.Titrəyən ələk gilli məhlulun özlülüyünü tənzim etmək üçün yaxşı vasitədir.
6.Titrəyən ələkdən sonra qurulan nov sisteminin uzunluğu 10 m-dən artıq olmamalıdır.
7. Gilli məhlulun yaxşı təmizlənməsini təmin etmək üçün sürətli qazıma zamanı 3-4 ədəd CB-1 tipli titrəyən ələk qurulmalıdır.
Dostları ilə paylaş: |