6.Məhlulun dayanıqlığı (stabilliyi).
Gilli məhlulun dayanıqlığı, sistemdə olan bərk hissələrin mayedə asılı vəziyyətdə qalmasını xarakterizə edir. Gilli məhlul nə qədər dayanıqlı olarsa, qazıma texnolojisi tələbatını bir o qədər müvəffəqiyyətlə təmin edər.
Plastik gillər, habelə bentonitlər ən dayanıqlı, özlülü və tiksotroplu məhlul verir. Gilli məhlulun dayanıqlığını artırmaq üçün onun mükəmməl qarışdırmaq lazımdır. Bu zaman məhluldakı bərk hissələrdaha doğranır və məhlulun dayanqlığı artır.
Qazıma məhlula qarışmış süxur, qum, əhəng, duz, barit, hematit və s. onun dayanıqlığını azaldır. Məhlula müəyyən qatılıqda qələvi və ya bentonit gili əlavə etdikdə, onun dayanıqlığı artır.
Bir qədər qələvi əlavə edilmiş bentonit suspenziyası ən dayanıqlı gilli məhlul olur. Məhlulun dayanqlığını öyrəndikdə, yalnız ondan ayrılmış suyun həcmi deyil, suyun ayrılması sürətinin də böyük əhəmiyəti vardır.
Gilli məhlulun dayanıqlığı iki üsulla təyin edilir: birinci üsul – həcmi 100 sm3 olan ölçücü silindrə doldurulmuş gilli məhluldan 24 saat müddətində ayrılan suyun miqdarını təyin etməkdən ibarətdir. Bu üsula adətən çökmə üsulu deyilir. Məhlulun çökməsi O həcmcə %-lə ifadə olunur.
Gilli məhlulun dayanıqlığı ikinci üsulla təyin etdikdə, onun ayrı-ayrı hissələrinin xüsusi çəkisini 24 saat sükunətdə qaldıqdan sonra müqayisə edirlər.
Həcmi 100 sm3 olan ölçücü silindr gilli məhlulla doldurulur, sonra isə onun yuxarı və aşağı yarılarının xüsusi çəkiləri müqayisə edilir. Bu xüsusi çəkilərin fərqi 0,02-dən çox olmadıqda, məhlul dayanıqlı olur.
Ağırlaşdırılmış gilli məhlulların dayanılığını müəyyən edildikdə, bu xüsusi çəkilər fərqi 0,06 qədər ola bilər.
7)Qazıma məhlulda olan qaz miqdarının təyin edilməsi
Qazıma məhlulda qazın olması çox zaman heç bir cihaz tətbiq etmədən göz vasitəsilə də müşahidə edilir (onun səthində kiçik qabarcıqların olduğu aydın surətdə görünür). Qazıma məhlulda olan hava, yaxud qazın miqdarı 0,5%-dən çox olmamalıdır. Qaz laydan quyuya 3 vasitə ilə daxil ola bilər:
Dostları ilə paylaş: |