2. Qazıma məhlulun keyfiyyətinin yoxlanılması



Yüklə 104,45 Kb.
səhifə4/5
tarix29.11.2022
ölçüsü104,45 Kb.
#71251
1   2   3   4   5
5 ci ulduz

1. Qazılan süxurla;
2. Quyu divarından diffuziya nəticəsində;
3. Lay təzyiqi quyudakı təzyiqdən çox olduqda, laydan sərbəst ya həll olunmuş qaz halında;
B.Axundova görə isə:
1) Qazlı layları qazdıqda, qazılmış süxur parçalarının məsamələrindəki qaz qazıma məhluluyla qarışıb onu qazlaşdırır;
2) Laydan quyuya süzülmə və diffuziya vasitəsilə keçən qaz quyu divarlarındakı qazmağın keçiricilik qabiliyyətindən və quyudakı məhlulun əks təzyiqindən asılı olaraq az və çox miqdarda olur;
3) Balta quyudan qaldırılan zaman pistonlaşma effekti nəticəsində;
Qazıma məhlulun içərisində qazın miqdarı 25-30%-ə çata bilər.
Qazıma məhlulun quyuda bir tsikli müddətində qazlanması dərəcəsi:Qazıma məhluldakı qazın miqdarını laboratoriya şəraitində OM-1 çökdürücüsü ilə təyin edirlər. Buruq şəraitində gilli məhlul deqazator, anbarlarla və s qazsızlaşdırılır.
8.Qazıma məhlulların qələviliyi və turşuluğu

Qazıma məhlulların keyfiyyətini xarakterizə edən amillərdən biri də, onlarda olan hidrogen ionlarının konsentrasiyasıdır. Məlumdur ki, 220C temperaturda 1 l suda qram molekulun yalnız 10 milyonda bir hissəsi dissosasiya edir. Odur ki, l suda 10 q hidrogen ionları olur. Sabit temperaturda su məhlullarında H ilə OH ionları konsentrasiyasının hasili də sabitdir. Məsələn, 220C temperaturda bu vurma hasili 10-14-ə bərabərdir. Buna görə də məhlulların qələviliyini və ya turşuluğunu hidrogen ionlarının konsentrasiyası vasitəsilə eyni işarə ilə ifadə etmək mümkün olur. Məhlulun dispersiya mühiti turşulu isə, hidrogen ionlarının konsentrasiyası bir litrdə 10-7-dən daha çox olur. Dispersiya mühiti qələvi ilə, hidrogen ionlarının konsentrasiyası bu qiymətdən az olur. Hidrogen ionlarının konsentrasiyası bu qiymətdən az olar. Hidrogen ionlarının konsentrasiyası mənfi onluq loqarifma şəklində ifadə edilir və bu da pH ilə işarə olunur. pH 1 litr məhlulda hidrogen ionlarının miqdarını qramlarla ifadə edir.


Az turşulu məhlulun bir kitrində 10-6 və ya 10-5H-hidrogen ionları varsa, onda pH-6 və ya pH-5 olur. Məhlul çox turşulu olarsa pH-3 və ya pH-4 olacaqdır.Turşuluq H ionlarının, qələvilik isə OH ionlarının izafi artıqlığını nəticəsində olur. Məhlula OH ionları əlavə etdikdə, hidrogen – H ionlarının konsentrasiyası azalır. Onların 1 litr miqdarı 10-8 və ya 10-9olarsa, məhlul üçün pH-8 və ya pH-9 olar. Neytral olan təmiz su üçün pH-7 olur. Qələvili və turşulu məhlullar üçün pH>7olur.

Yüklə 104,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin