9)Nov sistemində gilli məhlulun hərəkəti
Açıq kanallarda mayenin hərəkəti həndəsi yüksəkliyin (z1-z2) azalması hesabına olur, çünki bütün axın boyu maye səthindəki təzyiq (p) sabit qalıb atmosfer təzyiqinə bərabər olur. Bu vaxt münətəzəm hərəkət üçün əsas tənlik:
z1-z2=hw
və ya
(z1-z2):l=i
Gilli məhlul və yaxud başqa özlü-plastik mayenin hərəkətini təyin etmək üçün hidravlik maillik qiymətini
i>i0
şərti ödənilməlidir. Burada i0 statik sürüşmə gərginliyinin dəf olunmasına gedən, başqa sözlə hərəkətin başlanması momentinə uyğun gələn maillikdir.
Əgər eni B olan düzbucaqlı kanal h hündürlüyünə qədər gilli məhlulla doldurulmuşsa, bu vaxt kanaldakı məhlul ancaq aşağıdakı şərt ödənildikdən sonra hərəkətə başlar:
olur.
R.İ.Şişenko maye axınının vahid səthə düşən sərfini tapıb.
Fərz olunur ki, hədsiz dərəcədə enli olan kanlada H qalınlıqda özlü-plastik maye axır. Bu halda kanalın mailliyi elə götürülmüşdür ki, maye bu kanalda müntəzəm sürətlə axır.
Mayenin özlülüyü - η, statik sürüşmə gərginliyini - və xüsusi çəkisini γ ilə işarə edək. Qabın dibinə paralel olmaq şərtilə müstəvi vasitəsilə, novun l uzunluğunda və H dərinliyində bir parçasını ayıraq; bu vaxt H>y olmalıdır (şəkil 36). Mayenin hərəkəti zamanı ab müstəvisi üzərində hər hansı τ qədər toxunan gərginliklər alınır.
Şəkil 36. Mail müstəvi üzərinə mayenin axması sxemi
Hərəkətin müntəzəm olması şərtinə əsaslanaraq, ayrılmış nov parçasının tarazlıq tənliyi belə olur:
lγyi=τl
yaxud
10)Bərk hissəciyin gilli məhlulda hərəkəti
Fərz edək ki, gilli məhlul daxilinə kürəşəkilli bərk bir cisim salınmışdır.
Əgər cisim mayeyə batırılmışsa, bu zaman cismin yuxarı və aşağı hissələrinə maye tərəfindən edilən təzyiqlərin fərqi nəticəsində bir qüvvə əmələ gəlir ki, bu da qiymətcə batırılmış cismin öz həcmi qədər çıxartdığı mayenin çəkisinə bərabərdir (buna Arximed qanunun deyilir).
Kürənin mayedə ağırlığı:
Burada, - kürənin həcmi.
- kürə materialının və mayenin xüsusi çəkiləridir.
Belə ehtimal olunur ki, özlü-plastik maye daxilində tarazlıqda olan kürənin səthindəki maksimum toxunan gərginlik, kürənin maye içərisindəki çəkisi ilə düz proporsional, səthi isə tərs mütənasibdir.
τ=τ0 olduqda, tam tarazlıq halı üçün:
τ0=
burada, – verilmiş şərtlərdə mayenin içərisində asılı halda qalan kürənin ən böyük diametridir. Şəkil 38-də k proporsionallıq koeffisiyentinin təyini üzrə aparılan təcrübələrin nəticələri verilmişdir.
Şəkil 38. k koeffisiyentinin kürənin diametrindən asılılığı
Şəkildə verilmiş k=f(d) əyrisindən istifadə edərək özlü-plastik mayedə batmayan kürəşəkilli cismin ən böyük batmaz d0 diametrini tapmaq olar:
Dostları ilə paylaş: |