döyüş vəziyyəti əsasən buxar halında olur. Hərbi mütəxəssislərə görə bu qrup ZM mühafizə olunmayan canlı qüvvəyə və ya əleyhiqazı olan şəxsi heyətə qəfil hücum üçün daha məqsədəuyğundur. İkinci halda fərz edilir ki, şəxsi heyət dərhal əleyhiqazdan istifadə etməyə imkan tapmayacaq. Bu ZM-in tətbiqində əsas məqsəd şəxsi heyətin tez və kütləvi olaraq sıradan çıxarılması və mümkün qədər çox ölümcül nəticəyə nail olmaqdır. Zarin rənsiz və ya sarı rəngdə, iysiz məhluldur, ona görə də onu ətraf mühitdə aşkar etmək çətindir. Zarin, əsasən, havanı buxar və duman halında, yəni davamsız ZM kimi zədələmək üçün nəzərdə tutulur. Bəzi hallarda ərazini və orada olan hərbi texnikanı zədələmək üçün damcı-maye halında tətbiq edilir; bu halda zarin yayda-bir neçə saat, qışda-bir neçə gün öz davamlılığını saxlayır.
Zarin tənəffüs üzvləri, dəri, mədə-bağırsaq yolu vasitəsilə orqanizmə daxil olur; maye-damcı və buxar halında tətbiq edilərkən dərini zədələmədən orqanizmə daxil olur. Zədələnmə dərəcəsi onun havadakı konsentrasiyasından və zəhərli atmosferdə qalma müddətindən asılıdır. Zarinin təsirindən ağız suyu ifrazı, çoxlu tərləmə, qusma, baş gicəllənmə, şüurun itməsi, güclü qıcolma tutmaları, iflic və güclü zəhərlənmənin nəticəsi kimi ölüm baş verə bilər.