29.SLAYDBoğucu təsirli ZM. Fosgen HAMSİNİ QOYMAMİSAM BURDAN OYREN
(kimyəvi adı–karbon turşusunun dixloranhidridi; kimyəvi formulu: COCl) – əsas etibarı ilə ağciyərləri zədələyir. Ölümcül təsirli ZM-dir. Rəngsiz qazdır, çürümüş ot və ya alma ətri verir, az davamlıdır, lakin onun buxarları havadan 3,5 dəfə ağırdır, böyük konsentrasiyalarda yarıqlara, səngərlərə, sığınacaqlara dolur. Müsbət 8 dərəcəyə qədər soyutduqda və ya təzyiq altında uçucu mayeyə çevrilir. Fosgen suda pis həll olur, lakin suya düşdükdə hidroliz olur və toksiki olmayan məhsullar əmələ gəlir.
Toksiki xüsusiyyətləri-boğucu təsirli ZM-in tipik nümayəndəsidir. Əsasən, ağciyərlərə təsir edir. Orqanizmi yalnız tənəffüs üzvləri vasitəsilə zədələyir. Orqanizmin oksigenlə təchizi kəskin pozulur – boğulma başlayır, ağır hallarda boğulma nəticəsində ölüm baş verir.
Fosgenin 0,006 mq/l konsentrasiyası ölümcül nəticəyə səbəb ola bilər. Fosgenin təsirinin gizli dövrü 4-6 saatdır; onun müddəti havadakı konsentrasiyasından, zədələnmiş atmosferdə qalma müddətindən, insanın vəziyyətindən, orqanizmin soyumasından asılıdır. Fosgenlə zədələnmənin xarakterik xüsusiyyətləri gizli dövr (2 saatdan 12 saata qədər) və kumulyativlikdir. Fosgen və difosgen toksiki təsir dərəcəsinə görə eynidir və insanları yalnız tənəffüs üzvləri vasitəsilə zədələyir.
30.SLAYD
Fosgenlə (difosgen) ağır zəhərlənmənin gedişində 4 dövr ayırd edilir:
- ZM ilə təmas dövrü (başlanğıc dövr);
- gizli dövr;
- ağciyər ödeminin inkişaf dövrü;
- bərpa dövrü.
31.SLAYD
Başlanğıc əlamətlər dövründə gözlərin (yad cisim hissi, yaş axma) və yuxarı tənəffüs yollarının qıcıqlanması (sinədə sıxılma, acışma, öskürək), tüpürcək ifrazı, tütünə ikrah, mədə bulanması, bəzən qusma olur. İnsan fosgenlə nəfəs aldıqda ağızda xoşagəlməz şirintəhər dad olur, sonra öskürək, baş hərlənməsi və ümumi zəiflik əmələ gəlir. Zədələnmiş ərazidən çıxdıqda zəhərlənmə əlamətləri tez bir müddətə keçir, gizli dövr-xəyali rifah dövrü başlayır; bu zaman subyektiv şikayətlər tamamilə olmur, 2 saatdan 12 saata qədər davam edir, orta davametmə müddəti 4-6 saat olur. 4-6 saatdan sonra zədələnmiş şəxsin vəziyyəti kəskin pisləşir: dodaqlar, yanaqlar, burun göyümtül rəng alır, ümumi zəiflik, baş ağrısı, təngənəfəslik, duru, köpüklü, çəhrayı rəngdə bəlğəm ifrazı ilə əzabverici öskürək olur, bu da ağ ciyər ödeminin inkişafını göstərir.
Zədələnmənin bütün mərhələlərində xəstələr fiziki gərginliyə çox həssas olurlar, ona görə də onlara sərbəst hərəkət etməyə icazə verilmir, lazımi yerlərə nəqliyyatla aparılır. Fosgenin böyük dozalırının təsirindən gizli dövr olmaya da bilər.
Fosgen maddəsinin tətbiqi zamanı dəstələrin şəxsi heyəti mütləq əleyhqaz geyinməlidir, mühafizəedici geyim mütləq deyildir.
İlk yardım: boğucu təsirli ZM ilə zərərçəkmişlərə əleyhqaz geyindirmək, tam sakitlik vermək, tənəffüsü asanlaşdırmaq üçün bel kəmərini çıxartmaq, paltarın düymələrini açmaq, isti içkilər vermək və mümkün qədər tez müddətə tibb müəssisəsinə çatdırmaq lazımdır. Süni tənəffüs vermək olmaz. Qapalı yerlərdə deqazasiya işləri aparmaq və ya havanı dəyişdirmək lazımdır.
32.SLAYD
Dostları ilə paylaş: |