– Si-Es (SS), xlorasetofenon, adamsit, dibenzoksazepin gözlərin və tənəffüs üzvlərinin qıcıqlanmasına səbəb olur. Əsas döyüş vəziyyəti – aerozoldur. Bərk maddə olub, tüstü halında tətbiq edilir. Bu qrup ZM zədələnmə zamanı əmələ gələn əlamətlər: asqırma, burunda, burun-boğazda yanma, burundan selik ifrazı, tüpürcək və göz yaşı ifrazı, döş sümüyü arxasında ağrı, bəzən mədə bulanması və hətta qusmadır.
İlkin tibbi yardım göstərmək üçün zərərçəkmişi ərazidən çıxartmaq kifayətdir. Qıcıqlandırıcı təsirli ZM polis tərəfindən tətbiq edilir, ondan döyüş məqsədilə istifadə məqsədəuyğun deyildir.
Sİ-ES – rəngsiz kristallik maddə olub, bibər iyi verir. Az konsentrasiyalarda gözlərə və yuxarı tənəffüs yolu üzvlərinə güclü qıcıqlandırıcı təsir göstərir, böyük konsentrasiyalarda dərinin açıq nahiyələrində yanığa səbəb olur, bəzi hallarda tənəffüs üzvlərinin və ürəyin iflicinə və ölümə səbəb ola bilər.
36.SLAYD
Botulizm toksini
ən toksiki ölümcül təsirli ZM-dir. Ağ rəngli kristallik maddədir. Onu daha uzun müddət təsir göstərən xüsusi reseptur kimi tətbiq edirlər. Xarakterik gizli dövrə malikdir. Zəhərlənmə 30-60 saat sonra başlayır. Zədələnmə əlamətləri baş ağrısı, zəiflik, gözlərdə ikiləşmə, qusma, qida borusunun iflicidir. Ölüm mərkəzi sinir sisteminin iflici səbəbindən baş verir.
Paltar və avadanlıqdan toksinlər silkələmə və təmizləməklə kənarlaşdırılır. Dərinin açıq hissələri, əleyhqazın üst hissəsi fərdi kimya paketinin vasitəsilə təmizlənir. İlkin yardım göstərdikdən sonra zərərçəkmişləri tibb müəssisələrinə göndərirlər.