İprit dəri örtüklərinin zədələnməsi üçün nəzərdə tutulub. Ölümcül təsirli ZM-dir. Kimyəvi təmiz (distillə edilmiş) iprit-zəif iyli şəffaf məhluldur, texniki iprit-tünd rəngli, xardal və ya sarımsaq iyi verən məhluldur. İprit üzvü həlledicilərdə yaxşı həll olur, suda isə pis həll olur, müxtəlif laklı-boyalı örtüklərə və məsaməli materiallara yaxşı hopur. Əsasən maye-damcı və aerozol halında döyüş məqsədilə tətbiq olunur. Qapalı hövzələri 2-3 aya və daha uzun müddətə zəhərləyir. Soyuq havalarda iprit digər üzvü həlledici qatışıqları və ya bəzi ZM ilə birlikdə tətbiq edilə bilər. Zədələnmiş səthlərdən ləng buxarlanır; yayda ərazidə davamlığı – 7-14 gün, qışda-bir ay və daha artıqdır.
Toksiki və davamlı təsiri ilə xarakterizə olunur, orqan və toxumaları zədələyir, onlarda iltihabi-nekrotik proseslər törədir. Orqanizmə hərtərəfli təsir edir: maye-damcı və buxar halında dərini və gözləri zədələyir, buxar halında tənəffüs yollarını və ağ ciyərləri, qida və su ilə daxil olduqda həzm sistemi üzvlərini zədələyir. İpritin təsiri dərhal deyil bir müddətdən, yəni gizli dövrdən sonra başlayır. Dəri zədələnmələri I, II və III dərəcəli olur. Yüngül zədələnmə halları zamanı zədələnmiş dəri sahələrində şəffaf maye ilə dolu yayılmış kiçik suluqlar əmələ gəlir, lakin sonra onlar birləşərək böyük suluğa çevrilir, möhtəviyyatı tünd-sarı rəngdə olub, sonradan bulanıqlaşır. Bu cür zədələnmə ZM zədə səthindən tez kənarlaşdırdıqda (3-4 dəqiqə ərzində) rast gəlinir. Yaraya infeksiya düşərsə irinləyir və sağalması 5-6 aya qədər uzanır. Müalicə etdikdə dərin eybəcər formalı çapıqlar qalır və sağalma stadiyası başlayır
27 SLAYD
Ən təhlükəli ağırlaşmalar ipritin gözə düşməsi zamanı baş verir, bu bəzən göz almasının atrofiyası ilə nəticələnir. İpritin havada ən az konsentrasiyalarında və 10 dəqiqə müddətinə təsir etdikdə görmə üzvünü zədələyir. Gizli dövr 2-6 saat davam edir; sonra zədələnmə əlamətləri üzə çıxır: gözə qum düşməsi hissi, işıqdan qorxma, göz yaşı axması halları izlənir. Həzm sistemi üzvlərinin zədələnməsi ipritlə zəhərlənmiş qida və su orqanizmə daxil olarsa baş verir. Ağır hallarda gizli dövrdən sonra (30-60 dəqiqə) ağır zədələnmə əlamətləri müşahidə olunur: xəncərəbənzər çıxıntının altında ağrı, mədə bulanması, qusma; sonra ümumi zəiflik, baş ağrısı, reflekslərin zəifləməsi; ağızdan və burundan pis qoxu gəlməsi. Proses inkişaf etdikcə iflic müşahidə olunur, kəskin zəiflik, üzülmə meydana gəlir. Proqnoz yaxşı olmadıqda 3-12 gün sonra kəskin zəiflikdən ölüm baş verir.
28.SLAYD
Buxar halında olan ipritlə zədələndikdə 3-6 saat sonra gözdə xoşagəlməz hissiyyat, gözə qum, yad cisim düşməsi hissiyyatı, mədə nahiyəsində təzyiq, mədə bulanması, sonra qusma baş verir. Eyni zamanda kəskin konyuktivit, blefarospazm, səsin xırıltılı olması, hətta tamamilə itməsi, quru, əzabverici, hürmə səsini xatırladadan öskürək müşahidə olunur.
Zədələnmənin olmaması və zədələnmə dərəcəsini azaltmaq üçün əleyhqaz və mühafizə geyimindən başqa vaxtında hissəvi sanitar təmizləmə də böyük rol oynayır.
Yuxarıda sadalananları nəzərə alaraq demək olar ki, ipritlə zədələnmə ocağında sanitar proseslər uzun müddət davam edəcək. Tibbi xidmət dəstələrinin şəxsi heyəti tibbi yardımı əleyhqazda və mühafizə geyimində aparmalıdır.