Zoman- rənsiz və demək olar ki, iysiz mayedir. Əsas xüsusiyyətlərinə görə zarinə oxşayır. Davamlılığı zarinə nisbətən bir qədər yüksəkdir; insan orqanizminə zarindən 10 dəfə güclü təsir göstərir. Zarinin (zomanın) davamlıığı ərazidə yayda-bir neçə saat, qışda – 2 günə qədər olur.
V-qazları -yüksək qaynama tempraturuna malik, az uçucu mayedir, ona görə də onun davamlığı zarindən çox-çox yüksəkdir. Xüsusilə də maye-damcı halında dəri örtüyünə təsiri yüksək effektlidir; V-qazlarının insan dərisinə düşmüş bir neçə kiçik damcısı insanın ölümünə səbəb olur.
24.SLAYD
V(Vx)
yayda-bir neçə gün, qışda-bir neçə həftəyə qədərdir. Bütün sinir-iflicedici ZM su hövzələrini uzun müddətə zədələyir. Kiçik dozaların təsirindən göz bəbəkləri daraldığından görmə pisləşir, tənəffüs çətinləşir, sinədə ağırlıq hissi yaranır. Bu əlamətlərə baş ağrıları da qoşula bilər və 2-3 günə qədər davam edə bilər. Orqanizmə ölümcül dozaların təsirindən güclü mioz, boğulma, çoxlu tüpürcək ifrazı və tərləmə müşahidə olunur, qusma, ishal, güclü qıcolma halları başlayır, bir neçə saata qədər davam edir, xarakterik qorxu hissi olur, huş itirilir. Ölüm tənəffüs və ürək mərkəzlərinin iflici nəticəsində baş verir.
25.SLAYD
Sinir-iflicedici ZM-lə zədələnmişlərə ilk növbədə əleyh qaz geyindirilir, fərdi apteçkadan şpris-tyubikdə olan antidot (afin) yeridilir və zədələnmiş ərazidən uzaqlaşdırılır. Əgər ilk 20 dəqiqədə qıcolmalar dayandırılmazsa, antidot təkrar yeridilir, tənəffüs pozularsa süni tənəffüs edilir və ya oksigen verilir. Dəri üzərinə düşdükdə dərhal zədələnmiş nahiyələr fərdi kimya paketinin vasitəsilə təmizlənir. Mədəyə düşdükdə zərərçəkmiş qusdurulur, mədəsi 1%-li soda və ya təmiz su idə yuyulur və tibb müəssisələrinə göndərilir.