Sianid turşusu və xlorsiantənəffüs üzvlərini zədələyir, orqanizmin toxumalarında oksidləşdirici prosesi dayandırır. Bu qrup ZM ölümcül təsirlidir. Sianid turşusu acı badam iyli rəngsiz uçucu mayedir, az konsentrasiyası iysizdir, asanlıqla buxarlanır və yalnız buxar halında təsir edir, suda və üzvi həlledicilərdə yaxşı həll olur. Xlorsian-rəngsiz qazdır, döyüş məqsədilə buxar halında təsir edir. Ərazidə davamlılığı yayda – 15-20 dəqiqə, qışda – 5 saata qədərdir.
Sianid turşusu ilə zədələnmənin xarakterik əlamətləri ağızda metal dadı, boğazın qıcıqlanması, baş hərlənməsi, zəiflik, mədə bulanmasıdır. Sonra əzabverici təngənəfəslik başlayır, nəbz yavaşıyır, huş itir, kəskin qıcolmalar olur. Qıcolmalar azmüddətli olur, sonra əzələlərin tam zəifləməsi, hissiyyatın itməsi, tempraturun aşağı düşməsi, tənəffüsün dayanması baş verir. Ürək fəaliyyəti tənəffüs dayandıqdan sonra 3-7 dəqiqə davam edir.
Sianid turşusu ilə zəhərlənmənin kəskin forması ya ləng gedişli, ya da ildırım sürətli olur. İldırım sürətli forma ZM böyük konsentrasiyaları orqanizmə daxil olduqdan sonra 2-5 dəqiqə çəkir. Ləng forma çox da yüksək konsentrasiya olmayan ərazidə inkişaf edir.
Sianid turşusu ilə zədələnmənin yüngül, orta, ağır dərəcələri ayırd edilir: İlkin tibbi yardımı tez bir müddətə antidotlar vasitəsilə edirlər. Zədələnmişlərə ilkin yardım etdikdən sonra, dərhal zədələnmə ocağından təxliyə etmək lazımdır. Tibb dəstələrinin şəxsi heyəti kimyəvi zədə ocağında tənəffüs üzvlərinin mühafizə vasitələrində olmalıdır.
Sianid turşusu və xlorsian insan orqanizminə tənəffüs üzvləri və mədə-bağırsaq yolu ilə daxil olur (yoluxmuş qida və su vasitəsilə).