2 ulduz (**) Qaz və neft fontanlarında yanğınların söndürülməsi


(**).7. Texnogen fövqəladə hallar zamanı baş verən yanğınların söndürülməsi taktikası



Yüklə 24,28 Kb.
səhifə7/8
tarix02.01.2022
ölçüsü24,28 Kb.
#40635
1   2   3   4   5   6   7   8
2 ULDUZ

(**).7. Texnogen fövqəladə hallar zamanı baş verən yanğınların söndürülməsi taktikası
Asan əriyən mayelər (AƏM), yanar mayelər (YM) və mayeləşdirilmiş karbo­hid­rogen qazların (MKQ) saxlandığı çən parklarında yanğınların başvermə sə­bəbləri və söndürülməsi taktikası ilə tanış olaq.

Belə sahələrdə yanğınların baş verməsi və söndürülməsi aşağıdakılarla xarak­te­rizə olunur:

- neft məhsullarının qaynaması, çənlərin yarılması və ətrafa dağılması;

- çənlərdə dam örtüyünün uçması nəticəsində odsöndürən maddələrin verilmə­si­ni çətinləşdirən zonaların yaranması;

- alovun texnoloji qanovlar, kanalizasiya və digər sistemlərlə tez yayılaraq irə­li­ləməsi;

- meteoroloji şəraitdən asılı olaraq, yanma məhsulları axınının və istilik axını istiqa­mət­lərinin dəyişməsi.

Yanğını kəşfiyyat edərkən, kəşfiyyatın ümumi məsələlərinin yerinə yetirilmə­sin­dən başqa, aşağıdakıları müəyyən etmək lazımdır:

- yanan və qonşu çənlərdə AƏM və YM-nin miqdarı və növü, doldurulma sə­viy­yəsi, su yastığının mövcud olması, çənlərin damının dağılmasının xarakteri;

- bənd çəkilməsinin vəziyyəti, maddələr ətrafa dağıldıqda və ya çən yararsız ha­la düşdükdə qonşu tikililərin zədələnmə təhlükəsi, mayelərin mümkün axıb dağılması yolları;

- sənaye və yağış kanalizasiyasının, baxış quyularının və hidrosürgülərin mövcud olması və vəziyyəti;

- çənlərdən neft məhsullarının nasosla çəkilməsi və ya buraxılması, onların su və ya buxarla doldurulması;

- yanğınsöndürmə, su təchizatı qurğuları və vasitələrinin, köpük əmələ gətirən maddələrin mövcud olması və vəziyyəti, köpük əmələ gətirən maddələrin qonşu obyektlərə tez çatdırılmasının mümkünlüyü.

YSR ilk növbədə aşağıdakıları etməlidir:

- yanan və ona qonşu olan çənlərin lazımi temperatura qədər soyudulmasını təşkil etmək;

- obyektin müdiriyyətinin təmsilçilərini və mühəndis-texniki personalı mütləq onun tərkibinə daxil etməklə yanğınsöndürmə operativ qərargahını yaratmaq;

- obyektin xüsusi təyin edilmiş işçilərinin və yanğınsöndürmə xidmətinin kö­məyilə təhlükəsizlik texnikasının zəruri tələblərinin təmin edilməsi üçün təd­birlər görmək;

- köpük hücumunun hazırlanmasını təşkil etmək;

- uzaqda yerləşən su mənbələri yaxınlığında yanğınsöndürən avtomobillərin yerləşdirilməsi, qoşulmuş lülələri və köpük generatorları olan ehtiyat şlanq xət­lə­ri­nin çəkilməsi ilə qonşu çənlərə bənd çəkilməsi üzrə ikinci mühafizə zonasını ya­rat­maq.

Köpük hücumu vaxtı çənin qızmış divarlarının bütün səthini və köpükqal­dı­ran­ların quraşdırıldığı yerləri daha intensiv soyutmaq lazımdır. Çəndə yanmanın inten­sivliyi azaldıqdan sonra duru yanacağın yuxarı qatlarını soyutmaq üçün su şır­naq­larını çəndə neft məhsulunun səviyyəsində və səviyyədən bir qədər aşağıda onun divarlarına yönəltmək lazımdır. Çənlər yanğını aradan qaldırana qədər və onların tam soyumasına qədər fasiləsiz soyudulur.

YSR şəxsən köpük hücumunun hazırlanmasının gedişinə nəzarət edir, köpük­qal­dıranların quraşdırıldığı yerləri təyin edir, köpük hücumunun keçirilməsi üçün hesabatda verilənlərin düzgünlüyünü yoxlayır.

Köpük hücumunun hazırlanması üçün aşağıdakıları yerinə yetirmək lazımdır:

- köpük hücumunun hazırlanması və keçirilməsi üzrə yanğınsöndürmə xid­mə­tinin rəhbər heyətinin ən təcrübəli şəxslərindən başçı təyin etmək;

- yanğın yerində qüvvə və vasitələrin hesablanmış sayını bir yerə toplamaq;

- köpük əmələ gətirən maddələrin ehtiyatı yanğının söndürülməsinin 15 də­qi­qə­lik hesablama müddəti üçün üçqat qəbul edilir (köpük əmələ gətirən maddələrin ehtiyatı 45 dəq ərzində köpüyün verilməsini təmin etməlidir);

- köpüyün verilməsinin yığılmış sxemini diqqətlə yoxlamaq (köpük gene­ra­torları ilə köpükqaldıranın hərəkət edən hissəsi irəli çəkilmiş vəziyyətdə olmalıdır), texnikanın işini sınamaq və köpüyün keyfiyyətini vizual müəyyən etmək (əgər 1−2 dəq ərzində key­fiy­yət­li köpük alınmırsa, səbəbləri aydınlaşdırmaq və na­saz­lıq­ları aradan qaldırmaq lazım­dır);

- köpük hücumunun başlanması və qurtarması barədə səsucaldan qurğu ilə elan etmək və radio stansiya ilə təkrar etmək.





Yüklə 24,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin