2 ulduz (**) Qaz və neft fontanlarında yanğınların söndürülməsi


(**).2. Yüksəkmərtəbəli binalarda yanğın zamanı ciddi təhlükə səbəbləri. Yanğınsöndürmə-xilasetmə vasitələri



Yüklə 24,28 Kb.
səhifə2/8
tarix02.01.2022
ölçüsü24,28 Kb.
#40635
1   2   3   4   5   6   7   8
2 ULDUZ

(**).2. Yüksəkmərtəbəli binalarda yanğın zamanı ciddi təhlükə səbəbləri. Yanğınsöndürmə-xilasetmə vasitələri
Qədim Çin zərb-məsəlində deyilir: “Təhlükədən qurtarmağın 36 üsulundan ən yaxşısı ondan qaçmaqdır”.

Yüksəkmərtəbəli binalarda olan insanlar üçün yanğın təhlükəsinin xüsusiyyəti ondan ibarətdir ki, azmərtəbəli evlərlə müqayisədə burada insanların təxliyə edil­məsi xeyli çətinləşir, həmçinin yanğınla mübarizədə çətinliklər artır. Belə binalarda insanların xilas edilməsinin mümkünlüyü onunla çətinləşir ki, yeganə təxliyə yolları pilləkən qəfəslərində mər­tə­bələrin sayı artdıqca tüstülənmə təhlükəsi artır. ABŞ-da və digər ölkələrdə çox­mərtəbəli binalarda yanğın təcrübəsindən məlumdur ki, yanğın zamanı insanların pilləkən qəfəslərində toplaşması çaxnaşma salır və düşüncəsiz hərəkətlərə səbəb olur. Belə hallarda insanlar arasındakı ictimai əlaqə­lər yox olur və əksəriyyət insanlıq simasını itirir: insanlar pəncərədən tullanır, bir-birini tapdalayır, bir-birinə xəsarət yetirir və yalnız özləri haqqında düşünürlər. Azmərtəbəli binalarda, hətta təxliyə yolları kəsildikdə belə insanlar özlərini elə düşüncəsiz aparmır, xüsusən də yanğınsöndürmə komandası ilə vizual və ya səs əlaqəsi mövcud olarsa, yanğınsöndürmə nərdivanının köməyilə xilas olmaq ümidi vardır. Çoxmərtəbəli binalardan təxliyənin mümkünlüyü həm də mövcud liftlərin kifayət etməyən sayı ilə məhduddur və müxtəlif ölkələrdəki yanğın təcrübəsinin göstərdiyi kimi, yanğınların başlamasından az sonra liftlər də sıradan çıxır. Beləliklə, belə evlərin sakinləri yanğın zamanı praktiki olaraq yalnız pilləkənlərlə təxliyə oluna bilərlər.

Ikinci dünya müharibəsinə qədər ənənəvi üsullarla tikilmiş binalar isə yanğınlardan zərər çəkməmişdi. Müxtəlif tədqiqat institutları bunu aşağıdakı amillərlə izah edir:

- yanğından mühafizə oluna bilən arakəsməli binaların olması;

- çoxsaylı kanalları olan havanın mərkəzi kondisiyalaş­dırma qurğusu;

- daxili işıqlanma sistemi üçün divarlarda və örtüklərdə alovun və tüstünün tez yayılmasına səbəb olan deşiklərin olması;

- asma tavan üçün konstruksiyaların olması;

- divar və tavanların tezalışan üzlüklərinin olması;

- plastmasdan geniş istifadə edilməsi;

- yana bilən avadanlığın, mebelin, xalçaların sayının artması;

- binaların istismarına pis texniki nəzarət.



Yüklə 24,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin