Bunlara bənzər bir qalaq ittihamdan sonra Kərim müəllim Firdovsini acıqlı-acıqlı süzdü, “heç mən sənin
yanında oturmaq da istəmirəm” –dedi və solundakı boş kresloya keçdi.
Guya YAP-çıları barışdırmaq, amma əslində bu məzə fürsətini fövtə verməmək üçün Kərim müəllimə tərəf
əyilib onu sakitləşdirməyə başladım:
- Ay Kərim müəllim, axı siz eyni partiyanın üzvüsünüz, niyə dalaşırsınız, mehriban olun, və sair və ilaxır.
Kərim müəllim arxaya dönüb pıçıldadı:
- A kişi, mən bu filankəsin biri filankəsin yanında necə oturum? Hər dəfə iclasdan əvvəl sarımsaq yeyir,
sonra da gəlib oturur yanımda. Dözmək olur ki?
P.S. Bu əhvalatı danışdığım ilk deputat Ağabəy Əsgərov oldu. Üzümə bir xeyli təəccüblə baxandan sonra
soruşdu ki, hər şeyi başa düşdüm, bəs bu sarımsağın təbliğata nə dəxli var?
fevral 1999
İŞIĞIN SÖNMƏKLİYİ
MM-də işıqlar söndü. Rayonlardakı kimi birdəfəlik yox, elə-belə, müvəqqəti. Təbii ki, mikrofonlar da
işləmədi. Eldar İbrahimov M.Ələsgərova təklif verdi:
- Murtuz müəllim, iclası saxlamıyacıyıq ki. Gəlin işə başlayaq. Hələlik müxalifətə söz verin danışsınnar,
sonrasına baxarıq da.
Təklif M.Ələsgərovun sinəsinə yatdı:
- Düzgün fikirdir.İclasa başlamağımız məsləhətdir. İndi mən müxalifət deputatlarına söz verəcəyəm,
ürəklərini boşaltsınlar. Amma mən genə də deyirəm, gündəlikdən kənara çıxsanız, mikrofonunuzu
söndürtdürəcəyəm!
fevral 1999
YENƏ YERLİÇİLİK
Deputatlığının üçüncü ilində Firdovsi Əliyev ingilis dili öyrənməyə girişdi. Ara-sıra biliyini
möhkəmləndirməkmi üçün, ya göstərməkmi üçün arxa sırada oturan Şadman Hüseynə tərəf dönüb ingiliscə
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
“ixtilat” eləyirdi. İxtilat deyəndə ki, yəni nə var – nə yox, necəsən, havalar yaxşı keçir. Bunu eşidən Şaitdin
Əliyev tənəffüsdə Firdovsiyə yaxınlaşdı və şübhəli-şübhəli baxa-baxa aktual bir sual verdi:
- Ala Firdovsi, Şadmannan zor sööbət eliyirdüz. Ala, bu da talışduu?
mart 1999
TAPINTI
İndicə danışdığım əhvalatı nəzərdə tutub Hacı Madərdən soruşdum:
- Firdovsinin təzə söhbətini eşitmisən?
Suala sualla cavab verdi:
- Hansın diyirsən, səhər-səhər rengenə girib, çıxanda “Gecəvüz xeyrə qalsun” dimeyini?
* * *
Və hamımız gülüşdük. Hamıdan da bərk gülən Şahlar Əsgərov oldu. Gülüşüb dayandıq. Bir dəqiqədən
sonra Şahlar müəllim yenə gülməyə başladı. Təəccüblə üzünə baxdıq.
- Tapdım... Ha-ha-ha... Tapdım... –dedi,- yazıq neyləsin, axı rentgen otağı qaranlıq olur, “gecəniz xeyrə
qalsın”ı yəqin ona görə deyib.
mart 1999
HƏLƏ YAŞASINLAR
Şeyx Allahşükür Paşazadə Milli Məclisə gəlmişdi. Anar Məmmədxanov onu danışdırmaq istədi:
- Şeyx, deyirsiz ki, Xudavəndi-aləm hər şeyi görür, hər şeyi bilir. Bəs Azərbaycanı söküb-dağıdıb-yeyib,
üstündən də, mədələri gücə düşməsin deyə badamlı içənləri görmür? Görürsə, bu quldurların canını alıb
öldürsün, millətin də canı qurtarsın da...
- Bismillah-rəhmani-rəhim. A bala, bu yazıq Allah neyləsin. Baxır Nizami Xudiyevin televiziyasına, görür
hər şey, namxuda, çim yağdı, camaat naz-nemət içində üzür, gecə-gündüz də rəhbərlərə dua oxuyur. O da
deyir qoy hələ yaşasınlar.
aprel 1999
AĞZIYIRTIQ MÜXALİFƏT
Məmməd Məmmədov pensiyalarla bağlı Qanun layihəsi təqdim edirdi. Sual-cavab hissəsində Etibar
Məmmədov soruşdu:
- Məmməd müəllim, konkret deyin görək, pensiyalar niyə aylarla verilimir?
- Kankreti budu ki, büdcə boşdu dana, ona görə.
- Bəs srağagün maliyyə naziri televiziya ilə deyirdi ki, büdcə doludur?
- Ə deyirdi deyirdi dana,- və üzünü YAP-çı deputatlara çevirdi,- bu müxalifətin yanında söz deyiləsi döyül
ha. Elə bilginən, ağızdarı yırtıxdı, o saat açıb-ağardıllar.
aprel 1999
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
HÜQUQŞÜNASIN ETİRAZI
“İnsan orqanlarının transplantasiyası haqqında” Qanun layihəsi müzakirə olunanda hüquq fakültəsinin
tələbəsi Firdovsi Əliyev söz aldı və... etiraz etdi. Ondan, məhz ondan etiraz gözləməyən deputatlar
təəccübdən donaraq, diqqət kəsildilər. Bu diqqətdən Firdovsi bəy bir az da ürəkləndi:
- Biz hər dəfə belə otraslevoy qanunlar qəbul eləyirik, onlar da işləmir. Ölkəyə skvaznoy qanunlar lazımdı
e, skvaznoy. Yəni cəmiyyətin bütün sahələrini əhatə edən qanunlar. Ona görə də mən təklif edirəm ki, biz
transplantasiya əvəzinə, ümumiyyətlə plantasiyalar haqqında qanun qəbul edək. Transplantasiya da onun
içində getsin.
oktyabr 1999
ATALIQ QAYĞISI
Ramiz Mehdiyev:
- Hörmətli deputatlar, bu gecə saat üçün yarısında Krupskaya adına doğum evində Azərbaycanın 8
milyonuncu vətəndaşı, necə deyərlər, anadan olub. Şükür Allaha, sağlam və qəşəng bir uşaqdır. Bu
münasibətlə hamınızı təbrik edirəm.
Təxminən 1 saat keçəndən sonra, büdcə müzakirələrinin vurhavur çağında Fərəməz Maqsudov söz aldı və
elmin maliyyələşdirilməsi sahəsində son illər əldə edilmiş möhtəşəm nailiyyətlərdən xeyli danışandan sonra:
- Üzümü müxalifətə tuturam, -dedi, -siz əldə etdiyimiz bütün nailiyyətlərə qara yaxmaqda məşhursunuz.
Bəlkə indi bu yeni qələbəmizin də üstünə kölgə salmağa çalışasınız? Bəlkə deyəsiniz ki, bu 8 milyonuncu
vətəndaş heç doğulmayıb? Doğulub axı. Heç bir ölkədə əhali belə sürətlə artmır, amma bizdə artır. Bir
soruşun da, bə niyə bə? Çünki iqtidar bu məsələ ilə gecə-gündüz, özü də gənclik enerjisi ilə, yorulmadan
məşğul olur.
oktyabr 1999
HÜQUQİ SAVADIN ÜSTÜNLÜKLƏRİ
Eldar Sabiroğlu Amerikadan təzəcə qayıtmış K.Kərimova, guya ki, sataşdı:
- Kərim Kərimov, qayıtmısan? Mən dedim, səni geri buraxmazdar, girov saxlıyallar.
Zakir Zeynalov söhbətə qarışdı:
- Eldar müəllim, axı Siz hüquq fakültəsində oxuyursuz, belə şeyləri bilməlisiz. Bu ömründə mümkün olan
məsələ deyil.
- Niyə ki? Bəs terrorizm? Bəs cinayətkar ünsürlər? Elə bilirsıız, Amerikada da bizdəki kimi stabillikdi? Elə
bilirsıız, onnarın da bizimki kimi karant prezdentdəri var?
- İş sabitlikdə deyil, qardaş. Girov saxlanılan şeyin əvəzində nəsə istəyə bilməlisən. Tutalım, Kərim
Kərimovu tutdular; əvəzində nə istəyəcəklər ki?!
oktyabr 1999
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
MÜXALİFƏTİN PAXILLIĞI
Etibar Məmmədovla İlyas İsmayılovun canlı yayımla çıxışından sonra “Sara” televiziyasını bağladılar. Bir
neçə gün sonra MM-in iclasında İmamverdi İsmayılovla Oruc Məmmədov müzakirələrə, təbii ki, heç bir
məhəl qoymadan şirin-şirin söhbət edirdilər:
- Oruc Paşayeviç, xəbərin oldu da, “Sara”nı bağladılar?
- İmamverdi, bu Etibarı mən çoxdan tanıyıram, doğurdan da, çox – eta – paxıl adamdı. (Oruc müəllimin
hərdənbir “eta” deyib “rusca danışmağı”da var).
- Oruc Paşayeviç, mən “Sara”dan danışıram, sən Etibardan. Deyirəm “Sara”nı bağladılar.
- İmamverdi, elə mən də ondan danışıram da, Etibar – eta – paxıl adamdı.
- A kişi, atın kosmosa nə dəxli?
- Dəxli var. Etibar düz adam olsaydı, bircə dəfə də gedib – eta – Nizaminin AzTV-sində danışardı. Onu da
bağlıyardılar, canımız – eta – qutarardı.
oktyabr 1999
AMİP-DƏ QALMAQLIĞIM
Oruc Məmmədov mən tərəfə, geriyə döndü:
- Nazim, sən – eta – bir bəyanat verib bu AMİP-dən nə vaxt çıxacaqsan e, bizim də canımız qurtarsın?! –
dedi və “gördüz də, bunu necə məhv elədim!” ifadəsi ilə ətrafdakılara təntənəli surətdə göz gəzdirdi.
- Qaşında nəsə var, onu sil, -dedim. Oruc müəllim sağ qaşını xeyli sürtəndən sonra: “A kişi, bu qaşında
deyil, o birisindədir” – dedim və Oruc müəllim bu qaşı ilə də bir xeyli əlləşəndən sonra mənə verdiyi sual
yadından çıxdı.
* * *
Sən demə, çıxmayıbmış. Növbəti iclasın şirin yerində bir də arxaya döndü:
- Ay Nazim, sən bir bəyanat verib bu – eta – AMİP-dən nə vaxt çıxacaqsan e?!
- Oruc müəllim, -dedim, - bu gün də hazıram. Bəyanatımı da sən yaz. Nə yazsan, olduğu kimi oxuyacam.
Bircə şərtim var.
- Nə şərt?
- Şərt odur ki, bəyanatın mətnində orfoqrafik səhv olmamalıdır.
- Arvatrafik nədi ə?
- Yəni hərfləri, nöqtə-vergülü yerində olmalıdır.
- Genə - eta – hoqqa çıxardırsan də! – dedi və üzünü qabağa çevirdi.
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
Təxminən bir saatdan sonra Oruc müəllim bayaqdan gücənə-gücənə yazdığı bir vərəq yazını mənə uzatdı.
Mən də hər şey düz olsun deyə onu arxamdakı Ş.Əsgərova ötürdüm. Oruc müəllim imlasının qiymətini
gözləyən şagird kimi gözlərini Şahlar müəllimə zillədi:
- Hə.
- Nə hə?
- Səhv var?
- Hə, var. Birinci cümlədə iki vergül səhvi var.
Bu yerdə Oruc müəllim tarixi bir kəlam işlətdi:
- Adam da iki vergülə görə - eta – partiyada qalar?
noyabr 1999
KIPRIS ƏHVALATLARI
1999-cu ilin noyabrında bir dəstə deputat Şimali Kiprə səyahət etdik. Əla qrupumuz vardı.
* * *
İstambula çatar-çatmaz eşitdik ki, yenə zəlzələ baş verib. Aeroportdakı televizor qarşısında oturub zəlzələ
yerlərindən birbaşa reportajlara dilxor-dilxor baxırdıq ki, gözəl şairimiz Qabil fəxrlə:
- Vsyo-taki böyük millətdi türk milləti, -dedi.
Sual dolu nəzərlərlə üzünə baxsaq da, dillənmədik. Təxminən 5 dəqiqədən sonra eyni sözü, amma fəxr
intonasiyasını bir qədər də artıraraq, təkrarladı:
- Deyirəm, vsyo-taki böyük millətdi də türk milləti.
- Olmağına elədi, Qabil müəllim, -dedim, - ancaq indi hardan ağlınıza gəldi?
- A bala, -dedi, - bu millət gör nə qədər böyükdü ki, zəlzələdə də kişilər qadınları qoruyub öz sinələrini
qabağa verirlər. Bayaqdan deyir ki, filan yerdə 3 kişi öldü, filan yerdə 5 kişi yaralandı, filan yerdə 10 kişinin
evi uçdu. Heç gör bir qadının burnu qanayıb?
* * *
Asəf Hacıyev üzünü şairə çevirib pıçıldadı:
- Qabil müəllim, bunlarda kişi adama deyirlər.
Gördüm vəziyyət qəlizləşdi:
- Amma bizdə hər adama kişi deməzlər, -dedim.
Qabil müəllim:
- Yaşa səni, -dedi, - bax ona görə də əsl türk elə bizik.
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
* * *
İlk axşam yeməyindəyik. Natiq Rəsulov gözəl bir təklifdə bulundu ki, bəs gəlin qadınları masanın baş
tərəfində otuzduraq, ixtilatlarını eləsinlər, biz də ayaq tərəfdə oturub bala-bala vuraq. Təzəcə yerləşirdik ki,
Samur Novruzov (Allah ona rəhmət eləsin!) içəri girdi, nə etdiyimizi görər-görməz dəhşətli dərəcədə
əsəbiləşdi və ətrafdakıların da eşidə biləcəyi uca bir pıçıltı ilə hamının abrını bükdü ətəyinə:
- Ay yoldaşlar, ay deputatlar, ay sayın millət vəkilləri, siz nə edirsiz, istəyirsiniz ki Kuzey Kıprıs Türk
Cümhuriyyətində tamam-kamal biabır olaq? Gedib ona desinlər ki, sənin deputatların köhnə qaydayla
oturur? İndi 17-ci əsrdi? Təcili surətdə hərə keçsin öz arvadının yanına.
Kişinin sözündən keçmədik. Ancaq yarım saatdan sonra ara qarışıb məssəb itən kimi Natiqin təklifini
gerçəkləşdirdik. Bir saat da keçəndən sonra Samur müəllim gördü ki, biz tərəfdə möhkəm vur-çatlasındı,
dözə bilmədi və yavaşcadan gəldi yanımıza:
- Bilirsiz, mən, ümumiyyətlə, qorxaq adam deyiləm, qoy gedib prezidentə nə deyirlər-desinlər.
Natiq bəy ona bir az da ürək-dirək verdi:
- Bıy, Siz pirizdenti diyirdouz? Onnan qorxmamağa nə var ki? Mən əvvəl elə bildim ki, arvadı nəzərdə
tutursouz.
* * *
Axşamdır. İş-güc bitəndən sonra çay içirik. Asəf Hacıyev başına gələn bir əhvalat danışır:
“Türkiyədə işləməyə təzə gəlmişdim. Bir axşam kafedra müdirim beş yaşlı qız nəvəsi ilə bir neçə dəqiqəlik
evimə gəldi, mənə bir kitab verib getdi. Yarım saatdan sonra zəng etdi:
- Şəmsiyyə sizdə qalmayıb ki, Asəf bəy?
- Xeyr, -dedim, - Sizinlə getmədimi?
- Xayır, xayır, lütfən odanızı bir daha kontrol edərmisiniz?
- Əvət, -deyib dəstəyi qoydum və fikirləşdim ki, işə bax ha, kişi nəvəsini itirib, taqsırkar da axırda mən
olacam. Ora-bura baxdım. Şkafın qapısını açıb, “Şəmsiyyə, harda gizlənmisən?” dedim. Səs gəlmədi.
Dedim bəlkə koridorda qapının dalında-zadda gizlənib. Eşiyə çıxıb “Şəmsiyyə, ay Şəmsiyyə” deyə o baş –
bu başa üçcə dəfə var gəl etdim. Yenə bir şey çıxmadı.
Səhərəcən yata bilmədim. İşə çatar-çatmaz özümü hövlnak müdirin otağına yetirdim. Məni görən kimi
sevincək bir səslə:
- Şəmsiyyə şuradaymış, Asəf bəy, -dedi və küncdəki çətiri göstərdi. Demə, Türkiyədə buna şəmsiyyə
deyirmişlər. Və mən yalnız onda başa düşdüm ki, dünəm koridorda rastlaşdığım adamlar niyə mənə dəliyə
baxırlarmış kimi baxırlar”.
Həmin adamlara Natiq Rəsulov da haqq qazandırdı:
- Ha bu yazıxlar neynəsinnər? Görüllər ki, salidni bir kişi o baş – bu baş düşüddü qaridorun canına, həblə
“zontix-zontix” diyif duruddı.
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
* * *
Otelə giririk. Hər əlində bir çemodan götürmüş Natiq Rəsulov yükünün ağırlığından tər içindədir. Otelin
işçisi yolunu kəsir:
- Bəy əfəndi, yardımçı ola bilirmiyim?
- Yox, çəkil, özüm aparacam.
- Olurmu ya, bəy əfəndi, kəndinizin də millət vəkili olduğunuzu söylədilər. Lütfən, eşyalarınızı ben alayım.
Natiq bəy çemodanları yerə qoyub izahat verir:
- Ay əmoğlu, mənim diptatdığımın qutarmasına bircə il qalıf. Onnan sora mənim bacaracağım bir iş var,
həblə o da hamballıxdı. Haindi qoymazsan məşqimizi yapaq, abi?
* * *
Avtobusla növbəti ziyafətdən qayıdırıq. Arxada oturmuş Natiq Rəsulov qabaqdakı Zeynəddin Xasmətova
səslənir:
- A Zenik, ha sən kələm yidin?
- Kələmi neynirəm?
- Ə, nətəər yanı neynirəm? Bu gün - savax ara qarışcax, ha bu YAP-çıların hamısı aradan çıxcax. Kələm
yiyən bərk qaçır da, eşitməmisən?
- Mən niyə qaçıram, mən sıravi üzvəm, qoy Məzdək qaçsın də, bu kişi çlen politsovetdi.
- Ha bu Məzdəyə fikir yoxdu, o, YAP-ı əvvəldən qurannardandı. Fikir bizimkidi e, diyəcəklər ki, ay
axmaxlar, bu YAP dağılhadağılda nə ağılnan gedib ora girmisouz?
* * *
Beş ölkədən olan millət vəkilləri, biri də mən olmaq etibarilə, Türk Əsilli Millət Vəkillərinin Dünya Birliyi
adında bir təşkilat quracağımız haqqında bəyanat verdik. Həmkarlarım bunu əsasən müsbət qarşıladılar,
amma hamısı yox.
Səhəri gün Avstraliya senatoru Tayfun Ərən pərişan idi. Demə, Nigar Ələkbərova axşam-axşam ona
yaxınlaşıb xeyli giley-güzar edib:
- Axı bu bəyannaməni bizim nümayəndə heyəti adından niyə İmanov imzalayıb?
- Xanım əfəndi, əvvəla, bəyannamənin mətnini Nazim bəy yazıb, ikincisi də, o, bəyannaməni heyət adına
deyil, kəndi adına imzalayıb.
- Yaxşı, -deyə Nigar xanım davam edib, - kəndidi-kəndidi, elə kəndi adıma mən imzalayardım də.
- Vallah, Siz hər halda doğru söylüyorsunuz. Amma nə fərqi var ki, önəmli olan işin yapılmasıdır.
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
- Fərqi çox böyükdür.
- Nədədir?
- Çox böyükdür.
- Nədədir axı?
- Ondadır ki... Ondadır ki... Ondadır ki, mən qadınam.
* * *
Bakıya qayıtmaq üçün təyyarəyə mindik. İki polis içəri girib pasportları yoxlamağa başladı. Qulamhüseyn
Əliyevdən üç sıra qabaqda oturmuş (və hamımıza çox ləyaqətli insan təsiri bağışlamış) həyat yoldaşı
Dürdanə xanıma yaxınlaşdılar:
- Pasaportunuza baka bilirmiyiz?
- Nəyə?
- Pasaportunuza.
.
- Pasportuma?
- Əvət.
- Pasportum məndə yoxdu ki.
Söhbətin uzanmasından getdikcə daha çox hirslənən polis əsəbi şəkildə:
- Olurmu ya?! Pasaportunuzun kendinizdə olması lazım. Nerededir pasaportunuz?
- Qulamhüseyndədir.
- Allah-Allah, Qulam Huseyn kim ya?
Bu dəmdə Qulamhüseyn bəy özünü yetirib pasportları polisə verdi. Canı qurtulmuş Dürdanə xanım üzünü
yanında oturmuş Əminə xanıma (Məzdək müəllimin yoldaşına) tutub, həsədin həsrətə qarışdığı avazla tarixi
bir söz söylədi:
- A bajı, deyirəm, doğurdan, nə yaşamalı yerdi e, bu Kipr. Bakıda Qulamhüseyni döyməyən polis qalmıyıb,
amma bullar onu heç tanımıllar da.
HƏYATIN QƏRİBƏLİKLƏRİ SİLSİLƏSİNDƏN
“Mətbuat haqqında” Qanunun 2-ci fəslində 15-ci maddə vardı və həmin maddədən belə çıxırdı ki, qəzetçilər
nəfəs almaq üçün də lisenziya almalıdırlar. Əleyhinə ha danışırdılar, xeyri olmurdu, çünki Murtuz müəllim
fəsli bütövlükdə səsə qoyacaqdı. Səsvermə maddələr üzrə keçirilsəydi, iş bəlkə də düzələrdi. Növbə mənə
çatdı:
- Murtuz müəllim, 2-ci fəslin əksər maddələri çox gözəl yazılıb. Amma indi mən nə edim, tək bir 15-ci
maddəyə görə bütün fəslin əleyhinə səs verim?
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
Murtuz müəllim həmişə çətinə düşəndə olduğu kimi, Arif Rəhimzadə ilə məsləhətləşməyə girişdi.
Düşündüm ki, Arif müəllim də həmişəki kimi “fikir vermə, işində ol” deyir.
- Murtuz müəllim, -dedim, - Arif müəllimin Sizə nə məsləhət verdiyini bilmirəm, amma bilirəm ki, nə
deyirsə, səhv deyir.
- Arif müəllim deyir ki, 2-ci fəsli maddə-maddə səsə qoymaq lazımdır.
- Doğrudan? Arif müəllimdən çıxmayan iş, nə qədər qəribə də olsa, bu dəfə düz məsləhət veribmiş, -dedim
və Arif müəllim başda olmaqla hamı gülüşdü. 15-ci maddə Qanundan belə çıxarıldı.
noyabr 1999
PAXILLIĞIN DƏRƏCƏSİ
Şaitdin Əliyev həm də onunla məşhurdur ki, mövzusundan asılı olmayaraq hansı qanun olur-olsun, mütləq
çıxış yapıb, əvvəl layihəni eninə-uzununa tərifləyər, sonra da bir-iki nöqtə-vergül təklifi verər. Növbəti
iclasların birində Oruc Məmmədov guya ona sataşmaq üçün arxadan səsləndi ki, bəs “Şayəddin, kartoçkam
yoxdu, nə qanun olsa, eta, mənim də əvəzimə danışarsan”.
Fasilədə yaxınlaşdım Şaitdin bəyə:
Dostları ilə paylaş: |