etmək üçün qabağa keçmişdim. Geri qayıdanda gördüm ki, kəmərim bağlı olduğu üçün yerimdə
oturmağım mümkün deyil. Qonşu kresloda oturan Ağabəy Əskərov dedi:
-
Görürsünüzmü, Nazim bəy, Siz müxalifətçilər ancaq özünüzü düşünürsünüz. Amma biz bütün xalqın, o
cümlədən siz müxalifətçilərin də qayğısını çəkirik. Məsələn, indicə dedilər ki, təhlükəsizlik məqsədi ilə
kəmərləri bağlayın. Mən özümünkünü də bağladım, Sizinkini də.
fevral 1997
ABŞERONA HANSI ÇAY AXIR?
MM-in nümayəndə heyəti Böyük Britaniyaya səfəri gedişində Parlamentin Ekologiya Komitəsinin
üzvləri ilə görüşə gəlmişdi. Yanımda oturan Zahid Qaralov müxalifətdən müxalifətə, yəni mənə növbəti
dəfə gileyləndi: “Sizin diplomatiyadan-zaddan heç başınız çıxmır, indi bax gör, mən bir-iki sualla
Ermənistanı nə təhər biabır edəcəm”.
Və başladı ingilislərə sual verməyə:
- Təsəvvür edin ki, hər hansı bir ölkədən sizin ölkəyə axan bir çay özü ilə zəhərli sular gətirir, siz həmin
ölkəyə qarşı hansı sanksiyalar tətbiq edərdiniz?
Tərcümə vaxtı Britaniyalı deputat “country” (ölkə) sözünü “county” (qraflıq) kimi başa düşdü və
başladı bir qraflıqdan başqasına ekoloji zərər dəyərkən görülən tədbirlərdən danışmağa. Zahid müəllim
etiraz etdi:
- Hörmətli həmkarım, burada səbət nəhayətindən gilas tökülmür, mən qraflıqdan yox, ölkədən sual
verdim və xahiş edirəm, sualdan qaçmayasınız, ona mərdi-mərdanə cavab verəsiniz.
Gördüm ki, məsələ qəlizləşir. Qonşuma tərəf əyilib pıçıldadım ki, a müəllim, bura adadır e, ada. Başqa
ölkədən bura çay necə axa bilər?
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
Qonşum da mənə tərəf əyilib pıçıltı ilə cavab verdi:
- Ə noolsun, heyliyə qalsa, Abşeron da yarımadadır, bəs ora niyə axır?
fevral 1997
“MARKS VƏ SPENSER” MACƏRALARI
MM nümayəndə heyətinin Böyük Britaniyaya səfəri zamanı deputatlar bazarlıq etmək istədilər. Bundan
əvvəl də Londonda bir neçə dəfə olduğuma və bir az da ingiliscə bildiyimə görə hesab edilirdi ki,
buralardan mən baş çıxararam. Əli Həsənov təşəbbüsü ələ aldı:
- Nazim bəy, bizi bir yaxşı dükana apar, qalustux-zad alajam. Keyfiyyətdi mallar olsun e, geydirmə
şeylərinən mənim aram yoxdu. Heyləsi var?
- Olmağına var,- dedim,- amma, Əli müəllim, bir balaca bahaçılıqdı. Məsələn, qalstukun ən ucuzu 70
dollardı.
- Nə? O mənnik döyül, qağa. Bir az ucuzduğ olsun da.
Arif Rəhimzadə düzəliş verdi:
- Əli müəllim, heç ucuzduğ olan yerdə də yaxşı mal olar?
- Olar, niyə olmaz ki? Bude bizdə. Düzdü, ayraportun talkuşkası bir şey döyül, amma “Gəncdik”də elə
qəşəng mallar var kı!
* * *
Çox götür-qoydan sonra “Marks ənd Spenser” adlı univermağa yollandıq. Avtobusda eşitdim ki, biri o
birinə deyir:
- Bu Arif müəllimin də heç siyasi sayıqlığı yoxdu ha. Nazim indi bizi aparacaq bu univermağa, sonra da
Bakıda ağzını Allah yoluna qoyub danışacaq ki, bəs ölkə sosializmdən imtina edib bazar iqtisadiyyatı
qurduğu şəraitdə YAP-çılar Marksın dükanında bazarlıq edirlər.
- O heç e, sən onu fikirləş ki, bu Marksın özü nə dəyyus adamdı, bu tərəfdən kommunizm nəzəriyyəsi yazır,
o tərəfdən də əlaltdan dükan açıb ticarət eləyir.
* * *
“Marks ənd Spenser”ə çatandan bir-iki dəqiqə sonra deputatlardan biri məni zalın o biri başından
hayladı. Nəsə fövqəladə bir şey baş verdiyini düşünüb hövlnak özümü yetirdim hadisə yerinə və belə bir
xahiş eşitdim:
- Mən ölüm, soruş gör, bu kostyum neçəyədir?
Dedim ki, bəs bunu soruşmağa ehtiyac yoxdur, funtun işarəsindən sonra neçə yazılıbsa, deməli, qiymət o
qədərdir. Aralanandan azacıq sonra həmkarım məni bir də çağırdı:
- Bura bax, belə məlum olur ki, bu kostyum 150 funtdur, elə?
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
- Elədir.
- Bəs indi bu neçə dollar edir?
- Çox sadədir, vur 1,6-ya.
- Hər dəfə?
- Əlbəttə.
- Kefsən e, sən. Rəhmətliyin oğlu, mən Bakıdan bura kalkulyator gətirmişəm?!
* * *
Bundan yenicə qurtarmışdım ki, bir başqa deputat çağırıb soruşdu:
- A Nazim, bu jaketin üstündə “M” yazılıb ha, yəni ki bu “mujskoy”du?
- A kişi, ingiliscə nə “mujskoy”, nə “jenski”? “M”- yəni medium, yəni orta ölçülü.
- Nə avara dildi ə, bu ingilis dili. Bir dil ki, heç “mujskoyu-jenskisi”də yoxdu.
* * *
Bundan da yenicə qurtarmışdım ki, bir başqası qaça-qaça özünü yetirdi yanıma:
- Nazim, bir əla köynək tapmışam.
- Lap yaxşı.
- İstəyirəm oğluma alam.
- Allah xeyir versin, al.
- Qiyməti də sərfəlidir.
- Qardaş, lap yaxşı, almaq istəyirsən, al da.
- Yox e, deyirəm, bir baxıb görəsən bu köynək onun əyninə necə olar?
fevral 1997
TƏMİZ VƏ GEYDİRMƏ
MM nümayəndə heyətini Böyük Britaniyaya səfər zamanı müşayiət edən Corc Kanninqham bizə məsləhət
verirdi:
- Buradan hamı viski alıb aparır. Adətən “Çivas Reqal”ı, bir də “Coni Volker”i tanıyırlar. Amma ən yaxşı
növlər bunlar deyil. Viski almaq istəsəniz , adlarını lövhədə yazdıqlarımdan alın.
3-4 ad yazdıqdan sonra Əli Həsənov soruşdu:
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
- Cənab Kantinqram (üzünü bizə çevirib: nə avara adı var ə bunun!), indi Siz ki bu addarı yazırsıız, çox
sağ olun. Yaxşı, tutax ki, bunnarı maqazində tapdıx. Bəs nədən biləjiyik ki, içindəki üstündə yazılannandı,
yəni geydirmə viski döyül?
fevral 1997
GÜC NÜMAYİŞİ
Böyük Britaniya səfərindən qayıdanda Gəncəli deputat Şamil Yusifovla belə qərara gəldik ki,
Amsterdamdakı qısa dayanacaq vaxtı aeroportun dükanına dəyək. Şamil bəy də, sağ olsun, çamadanlarını
yükdaşımaya verməmişdi ki, bəs kasıbın malı göz qabağında gərək.
Vaxt az olduğuna görə təyyarədən düşən kimi Şamil bəyin çamadanlarını yük arabasına qalaqlayıb cumduq
dükana tərəf. Qabağımıza bir topa adam çıxdı. Arabanı sürən Şamil bəy qorxdu ki, bunları əzə və ingiliscəsi
“bir az” zəif olduğuna görə, “kənara çəkilin” yerinə “Bİ-Bİİ-İP” deyə möhkəm bir siqnal verdi. Qabaqdakı
oğlan diksindi və kənara tullanıb birtəhər canını qurtardı. Bir az getdikdən sonra yenə də “probkaya” düşdük
və bu dəfə bayaqkı oğlan arxadan yaxınlaşıb, “Bİ-BAA-Bİ-BAA” deyə sirena verdi. Həmkarımın yoldan
çəkildiyini görüb dedim:
- Şamil, nəbadə yoldan çıxasan.
- Bıy, dili bilmirəm-bilmirəm, yəni qulturam da çatmıyajax kın, tələsənə yol verim?
- Məsələ mədəniyyətdə deyil e, prinsipdədi. Deputat yazığın ayrı şeyə gücü çatmasa da , heç olmasa,
QAİ-dən qorxmamağa nə söz?
- Vallah, düz deyirsən, QAYİ döyüsə, adam kimi siqnal versin dana!
fevral 1997
DANIŞSIN, DANIŞMASIN?
Qırğızıstanın Parlament sədri Azərbaycana rəsmi səfəri zamanı MM-də çıxış etməyə gəlmişdi. Bir-iki cümlə
deyər-deməz, Kərim Kərimov sədrə müraciət etdi:
- Murtuz müəllim, tərcüməyə-filana ehtiyac yoxdur, onsuz da hər şey aydındır. Hamımız türk döyülük?!
Qısaca hay-küydən sonra deputatlarımız tərcümədən vaz keçdilər. Və bundan sonra qonağın çıxışından, təbii
ki, bir adam bir kəlmə anlamadı. O yazıq da elə beləcə davam edirdi ki, Kərim müəllim müvəffəqiyyətindən
bir az da ruhlandı:
- Murtuz müəllim, heç çıxışın özü də lazım deyil, onsuz da hər şey aydındır.
Vəziyyətin xoşagəlməzliyinə görə ona tərəf əyildim:
- Kərim müəllim, dəyməyin, qoyun danışsın, bizə aydın olmayan bir-iki məsələ var.
Kərim müəllim üzündə qalib təbəssümü ilə sədrə bir də müraciət etdi:
- Yaxşı, Murtuz müəllim, mən etiraz eləmirəm, danışmaq istəyir, qoy danışsın. Müxalifət üçün aydın
olmayan məsələlər var.
mart 1997
İSTİSNA
Həmin gün axşam qonaqları H.Əliyev (Allah rəhmət eləsin!) qəbul edirdi. Qırğızıstan Parlamentinin sədri
Azərbaycan və Qırğız xalqlarının yaxınlığını ifadə etmək üçün dedi:
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
- Dillərimiz o qədər yaxındır ki, mən MM-də çıxış edəndə sizin deputatlar tərcümədən imtina etdilər.
H. Əliyev:
- Və nə dediyinizi başa düşdülər?- soruşdu.
- Əlbəttə, əlbəttə. Sizin deputatlar mənim nitqimi tərcüməsiz də çox yaxşı başa düşdülər.
H. Əliyev yanında əyləşmiş M. Ələsgərova tərəf dönüb təəccüblə soruşdu:
- Sən də başa düşdün?
mart 1997
3 DƏFƏNİN ÜSTÜNLÜKLƏRİ
Zahid Qaralov təklif etdi ki, bəs, “mən üzr istəyirəm”, hər deputat daxil olduğu Komissiyanın sədrinə
gördüyü işlər haqqında yazılı hesabat versin, onlar da ümumiləşdirib MM sədrinə hesabat versinlər, sədr də
bunların əsasında Milli Məclisə. Bir sıra deputatlar başladılar bu təklifi cani-dildən müzakirə etməyə.
Növbə mənə çatanda dedim ki, gərək deputatların xaricə səfərləri kəskin surətdə azaldılsın və bu məqsədə
xərclənən pula qənaət olunsun. M.Ələsgərov sevinə-sevinə soruşdu:
- Xarici səfərlərin mətləbə nə dəxli var? Araya niyə söz qatırsız, hesabat verməkdən qorxursuz?
- Məsələ ondadır ki, deputatların xaricə gedib-gəlmələrinin heç bir xeyri yoxdur. Məsələn, Zahid
müəllim Londondan təzəcə qayıdıb, amma yenə də bilmir ki, müxalifət iqtidara hesabat verməz.
Zahid müəllim tez-tələsik məsələyə “aydınlıq” gətirdi:
- Mən üzr istəyirəm. Nazim müəllim İngiltərədə 3 dəfə olub, mənsə cəmi bircə dəfə. Bu məsələlərin
hamısını bir dəfəyə öyrənmək olar?! Yeri gəlmişkən, eşitmişəm Fransaya bir heyət göndərməyə
hazırlaşırsınız, bəs məni ora niyə salmamısınız?
mart 1997
ALTERNATİV TƏKLİF
MM “Yanğından mühafizə haqqında” Qanunu müzakirə edəndə 19 maddənin müzakirəsi tam
müzakirəsiz keçdi. 20-ci maddədə iş pozuldu. Fəzail Ağamalı sədrə dərin mənalı bir sual verdi:
- Burda yazılıb “Könüllü yanğından mühafizə dəstələri”. Belə çıxır ki, yanğın könüllü də ola bilər?!
Deputatlar girişdilər mübahisəyə. Biri dedi “yanğından könüllü mühafizə dəstələri” yazmaq lazımdır.
Bir başqası- “yanğından mühafizənin könüllü dəstələri” ifadəsini təklif etdi. Üçüncüsü təkid etdi ki, elə
olduğu kimi qalsın. Məsələyə nöqtə qoymaq üçün dilçi-deputat Nizami Xudiyev söz aldı:
- Ay qardaşlar, burda mübahisəlik nə var ki? Hər şey intonasiyadan asılıdır. Əgər “könüllü... yanğından
mühafizə dəstələri” desəniz , bir cür çıxar, “könüllü yanğından... mühafizə dəstələri” desəniz, başqa cür.
Mən də öz təklif töhfəmi verdim:
- Onda gəlin qanunun hər nüsxəsinin üstünə bir dənə də plastinka qoyaq ki, camaat ona qulaq asıb
düzgün oxunuşun necə olduğunu bilsin.
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
mart 1997
ÜZRXAHLIQ
Növbəti iclasdan əvvəl Nizami müəllim mənə yaxınlaşıb giley elədi.
- Fikir verməyin, ay Nizami müəllim,- dedim,- bir zarafatdır da, elədik, qurtardı. İstəyirsiniz, lap rəsmi
üzr istəyim.
- Bu başqa məsələ,- dedi,- mən bilirdim ki, sən mədəni adamsan.
İclas başlayar-başlamaz söz aldım və bir az gündəlikdən danışandan sonra:
- Hörmətli deputatlar,- dedim,- keçən dəfə bir təklif vermişdim ki, qanunun üstünə bir plastinka da qoyaq,
camaat nə demək istədiyimizi yaxşı başa düşsün. İndi görürəm ki, deyəsən, Nizami müəllimin xətrinə
dəymişəm. Ona görə də ondan hamınızın qarşısında üzr istəyirəm. Təklifimi də geri götürürəm: qanunun
üstünə plastinka-filan qoymaq lazım deyil.
Nizami müəllim arxaya döndü:
- Kaş ki mən səni bu səhər görməyəydim. Görsəm də, heç nə deməyəydim. Sən də ki, belə ki üzr istədin,
kaş heç istəməyəydin!
mart 1997
KONSTRUKTİVLİK AXTARIŞINDA
Gündəlik müzakirəsində Eldar İbrahimov müxalifətin tənqidinə girişdi:
- “Millət” qəzetinin bu günkü nömrəsində Nazim İmanov yazıb ki, MM səmərəsiz işləyir, qanun
yazmaq bacarığında olan deputatların sayı azdır, rəhbərlik Parlamenti idarə edə bilmir, Məclisin işində
konstruktivlik aşağı səviyyədədir və sair. Mən bunları ağ yalan, qırmızı iftira və qara böhtan sayıram və
qətiyyətlə rədd edirəm.
Bir az sonra mənim də əlimə fürsət düşdü:
- Eldar müəllim gündəlik müzakirəsində gözəl bir çıxış etdi, amma konkret təklif vermədi. Halbuki
onun çıxışından ortaya çox konkret nəticələr gəlir. Məsələn, mən təklif edirəm ki, Eldar müəllimin çıxışı
nəzərə alınaraq, gündəliyə “Bəzi qəzetlərin bu günkü nömrəsində yazılanların rədd edilməsi haqqında”
məsələ salınsın.
fevral 1997
YERİ GƏLMİŞKƏN
Günlərin bir günü ixtisasca psixiatr olan Şamil Yusifova yaxınlaşdım:
- Şəmil, sən bilərsən, o nədəndi ki, hər dəfə elə mən ağzımı açar-açmaz Cəlal Əliyev hirslənib özündən
çıxır?
- Burda psixoanaliz lazımdı. Eşitmisən belə şey? Yanı gərək saa bir-iki sual verib aydınnaşdıram.
- Ver gəlsin, -dedim.
- Deyillər, birinci sinifdə oxuyanda məəllimənə vurulmusan, düzdü?
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
- Yox.
- Deyillər, Cəmil Əlibəyovun bajısı oğlusan, düzdü?
- Yox.
- Deyillər, keçən həftə Etibar bəyinən araızda narazıçılığ olub, düzdü?
- A kişi, hirsdənən mən döyüləm e, Cəlal Əliyevdi. Sən soruşduğunun mətləbə nə dəxli?
- Bilirsən, bəy, maa tafşırıflar kın, səin haqqında bir az məlumat yığım. Ona görə fürsətdən istifadə
eliyif bir-iki sual da öz idarəmizin adından verirəm.
mart 1997
BU BAŞQA MƏSƏLƏ
İclasın qurtarmasına 30 dəqiqə qalmış sədrlik edən Yaşar Əliyevə müraciət etdim:
- Yaşar müəllim, keçən iclasda Milli Məclis qərar qəbul edib ki, hər iş gününün son yarım saatını cari
məsələlərin müzakirəsinə həsr etsin. Odur ki, ikinci məsələyə keçməyin. Keçin cari məsələlərə.
- Bax, Siz yenə də aranı qarışdırmaq istəyirsiniz. Amma ağlınız Murtuz müəllimə getməsin, nə qədər ki,
sədr mənəm, belə şey olmayacaq. Keçirik ikinci məsələyə.
- Yaşar müəllim, söhbət mənim istəməyimdən getmir, Milli Məclisin qərarından gedir. Sizin bu qərarı
pozmağa nə haqqınız var?
- Deməli, indi də şantaja başladınız? Mən heç MM-in qərarını pozaram? Sadəcə olaraq, Milli Məclis belə
bir qərar qəbul etməyib. Adətinizdir də, özünüzdən uydurursunuz. Keçirik ikinci məsələyə.
- Yaşar müəllim, bunu mən özümdən necə uydururam ki, əhvalat 100 nəfərin şahidliyi və səsverməsi ilə
olub. İnanmırsınızsa, deputatlardan soruşun.
- Səfa müəllim, bir arayış verin görək, Milli Məclis belə bir qərar qəbul edib?
- Bəli, Yaşar müəllim, edib.
- Bu başqa məsələ. Onda keçirik ikinci məsələyə.
aprel 1997
NÖVBƏTİ TƏXRİBAT
Milli Məclisə “Qrant haqqında” Qanun layihəsi təqdim etmişdim. Müzakirə başlayar-başlamaz, iqtidarın
“bərk gedən” qadın deputatlarından biri hövlnak sədrdən söz istədi. Murtuz Ələsgərov:
- Ay xanım, növbəsiz olmaz da, -dedi, - adını yazdır tabloya.
- Yox-yox, mənə indi, özü də təcili, həm də növbədənkənar söz verin, sonra gec ola bilər.
- Yaxşı, xanıma mikrofon verin.
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
Deputat xanım sanki növbəti dövlət cinayətinin üstünü açırmış kimi həyəcanla nitqinə başladı:
- Mən həmişə demişəm, yenə də deyirəm, bizim müxalifət ancaq təxribatla məşğul olur. YAP-çı
deputatlar da buna göz yumurlar. Mən dünyanın yarısını gəzmişəm, savadıma da ki, Allaha şükür,
bələdsiz. Heç bir ölkədə belə nalayiq müxalifət yoxdur. A kişi, qanun yazırsız-yazırsız, buna bir
Azərbaycan adı qoyun də, gərək elə erməni adı qoyasız?
iyun 1997
ONDA ALLAH SİZƏ İNSAF VERSİN!
“Qrant haqqında” Qanun layihəsi müzakirəsinin fasiləsində o vaxt “Hürriyyət”də müxbir işləyən
L.Əşrəfqızı deputatlar arasında “Qrant nədir?” sualı ilə sorğu keçirmişdi. Müraciət etdiyi 28 deputatdan
heç biri ona düz-əməlli cavab verə bilməmişdi və o da bunu yazmışdı qəzetinə.
Səhəri gün Səmayə Piriyeva Etibar Məmmədovu bir kənara çəkib gileylənirdi:
- Allah Nazimə insaf versin, qəzet məni biabır edib. Bu qanunu yazanda mötərizədə qeyd eləməzlər ki,
qrant nə olan şeydir?
Etibar bəy gülə-gülə demişdi ki, ay Səmayə xanım, bəs birinci maddə elə qrantın tərifidir də.
- Onda Allah sizə insaf versin. O vaxt gül kimi kiril əlifbamızı dəyişdirib keçirtdiz latına. İndi bu
zəhrimar qanun layihələrini heç oxumaq da olmur.
iyun 1997
REKLAM, KOMPÜTER VƏ İKİ ƏFƏL
“Reklam haqqında” Qanunun bir maddəsinə yüngülvari irad bildirdim:
- Burada deyilir ki, kompüter xidmətlərində reklam, yalnız abonentin razılığı ilə yerləşdirilə bilər. Bu
nəinki praktiki baxımdan, heç nəzəri cəhətdən də mümkün deyil.
M. Ələsgərov başladı məni tənbeh eləməyə:
- Ay Nazim, bu olmadı ki. Sən elə hər maddəyə protiv gedirsən. Belə olmaz, axı. Bu ölkənin bir
Prezidenti var, yoxdu? Var, özü də bütün Azərbaycan xalqı onu dəstəkləyir, bildinmi?
Səsinin gurluğu səbəbi ilə mikrofona ehtiyacı olmayan Mikayıl Mirzə işə qarışdı:
- Düz deyir.
- Kim düz deyir?
- Nazim İmanov. Yox e, yəni əslində, əlbəttə ki, səhv deyir. Şəksiz və şübhəsiz. Məsələn, o gün “Fərhad
və Şirin” tamaşasının son məşqi vaxtı ağzıgöyçək, sözügerçək, yanıdibçək gözəl bir xanım nəzakətlə,
bəlağətlə, təravətlə və həm də məlahətlə təklif etdi ki, tamaşanın ortasında bir reklam pauzası olsun. Üzr
istəyirəm, ədəbsiz də olsa, mən ona dedim ki, ay filankəsin qızı filankəs, belə şey olarmı ki, burda Fərhad
ölsün, orda da siz reklam verəsiz? Mən ölüm, necə demişəm?
M. Ələsgərov:
www.kitabxana.net
- Milli Virtual Kitabxananın təqdimatında
- Mikayıl müəllim düz deyir. Çox gözəl teatrdır. Mən genə də deyirəm, hazır olan kimi başda mən Dostları ilə paylaş: |