2012 MİLLİ MƏCLİSİn ağlamali güLMƏCƏLƏRİ



Yüklə 417,79 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix26.02.2017
ölçüsü417,79 Kb.
#9811
1   2   3   4   5   6


olmaqla bütün Milli Məclis bu teatra baxmalıdır. Özü də bura baxın, burda bəziləri rəsmi tədbirlərə 

dəvətnamə paylananda alırlar, amma sonra getmirlər. Qabaq sıralar boş qalır. Bu da ki səhnədən görünür. 

Başa düşdüz? Ona görə də mən tapşırmışam, bundan sonra kim o tədbirlərə gəlməsə, qayıb yazacaqlar. 

 

“Qayıb” məsələsindən inciyib zaldan çıxmağa üz qoyan Məzdək Hüseynovu Səfa Mirzəyev yaxaladı: 



 

-  Məzdək müəllim, hara gedirsiz, indi səsvermə olacaq. 

 

-  Sənin canıva, Səfa, daha otura bilmirəm. Belə şey olar? Sonra da müxalifəti bəyənmirlər. Nazim 



kompüterdən danışır, Mikayıl Mirzə “Əsli-Kərəm”dən. 

 

-  “Əsli-Kərəm”dən yox e, Məzdək müəllim, “Fərhad-Şirin”dən. 



 

-  Ə, Səfa, bunun da bir fərqi var? İkisi də əfəl olub da bə: nə Fərhad Şirinə bir şey eləyə bilib, nə də 

Kərəm Əsliyə. 

                                                                                                                      iyun 1997 



 

                                                         DİPLOMATİYA, ÇANTA VƏ XALAT 

 

MM-in nümayəndə heyəti tərkibində Türkiyəyə səfər edən İbrahim Qafarov daha respektabelli görünmək 



üçün yola qardaşı oğlunun təzə diplomatını götürür. İstanbulda məlum olur ki, kodu unutduğuna görə 

diplomatın qıfılını aça bilmir. Ha deyirlər ki, ay İbrahim müəllim, qıfılı sındır, çantanın təzəsini alarsan, 

deyir – yox ki yox. Deyirlər, yaxşı, çanta qalsın, elə-belə bazarlıq elə, deyir, bəs pul çantada qalıb axı. Və 

beləcə 2 həftə eyni dəyişək-köynəklə “məhsuldar” diplomatik fəaliyyətlə məşğul olur. 

 

Bakıya qayıtmaq vaxtı çatır. Həmkarları İbrahim müəllimi otelin qabağında 10 dəqiqə gözləyirlər, gəlmir, 



15 dəqiqə gözləyirlər, gəlmir, axırda Məmməd Məmmədovu göndərirlər ki, getsin görsün kişinin başına bir 

iş gəlməyib ki. Məmməd müəllim otağa girib görür ki, İbrahim müəllim dilxor bir durumda oturub 

çarpayının qırağında və gözlərini zilləyib qarşısına qoyduğu çantaya. Məmməd müəllim soruşur: 

 

-  Əşşi, camaat səni gözdüyür, niyə gəlmirsən? 



 

-  Çantam açılmır da. 

 

-  Rəhmətdiyin oğlu, çantan yarım aydır bağlıdı də, bunun Bakıya qayıtmağa nə dəxləcəyi? 



 

  İbrahim müəllim həsrətlə divardan asılmış xalata baxıb: 

 

-  Bəs bu? –deyə soruşur. 



 

-  Nə bu? 

 

-  Xalat də! 



 

-  Xalatdı də, noolsun? 

 

-  Bəs indi mən bunu hara qoyum? 



                                                                                                                      oktyabr 1997 

 

                                                 TÜSTÜSÜ DÜZ ÇIXSIN 

 


www.kitabxana.net 

-  Milli Virtual Kitabxananın təqdimatında 

 

 

M. Ələsgərov: 



 

-  Söz verilir deputat İbad Rzayevə. 

 

-  Murtuz müəllim, 1 ildir Milli Məclisə sədrlik edirsiz, hələ mənim adımı öyrənə bilməmisiz. Mən İbad 



Rzayev deyiləm, Rza İbadovam. Mənim adım Rzadır e, Rza. 

 

-  Yaxşı da, ay İbad, burda bir problem yoxdur ki, otur aşağı. 



                                                                                                                       oktyabr 1997 

 

                                       DİL BİLSƏYDİK, VURARDIQ 

 

MM-in Misirə rəsmi səfərə gedən nümayəndə heyəti təyyarəyə minər-minməz qəşəng-qəşəng qızlar 



başlayırlar sərnişinlərə sərinləşdirici içkilər paylamağa. 

 

Mikayıl Mirzə yanında oturan Məzdək Hüseynova müraciətlə: 



 

-  Sudan bir şey çıxmaz. İngiliscə arağa nə deyirlər? 

 

-  Allah bilir. 



 

Mikayıl Mirzə dərin fikirlərə qərq olub yarım saat susduqdan sonra gur səsilə başlayır: 

 

-  Ədnəm nadnuncəm nuzüf kilqişa ıdadetsi rav... 



 

-  Bu nə deməkdir, a Mikayıl, farscadır? 

 

-  A kişi, yox e, qarğa dilindədir, yəni sözlər tərsinə deyilir, yəni mən əslində dedim ki, məndə Məcnundan 



füzun aşiqlik istedadı var. 

 

-  Həə, bunu belə de da bə. 



 

-  Deyirəm, yəni mənim günümə bax da, cild-cild şerlər əzbərləmişəm, yeri gələndə onları qarğa dilində də 

deyə bilirəm, amma iki ingilis kəlməsi öyrənməmişəm ki, indi bir şüşə araq istəyim, adama iyirmi qram 

vuraq. 


                                                                                                                   sentyabr 1997 

 

İDMANIN ÇƏRÇİVƏSİ 

 

“İdman haqqında” Qanun müzakirə olunarkən növbəti dəfə xəbər gəldi ki, bəs jurnalistləri zaldan 



çıxarmaq istəyirlər. Söz aldım ki, ay-haray, qoymayın, Murtuz müəllimin əmri ilə demokratiyanı boğmağa 

hazırlaşırlar. İclası aparan Arif Rəhimzadə mikrofonumu söndürtdürüb başladı ağsaqqalcasına 

məzəmmətə: 

 

-  Nazim müəllim, heç demokratiyanın yeridir? Axı, biz idman qanunu müzakirə edirik, demokratiya 



qanunu yox. Mövzu çərçivəsindən kənara çıxmayın. 

 

-  Axı bu jurnalistlər... 



 

-  Nazim müəllim, neçə dəfə deyərlər, mövzu çərçivəsindən kənara çıxmayın, yoxsa sözünüzü yenə 

kəsəcəyəm. 

 


www.kitabxana.net 

-  Milli Virtual Kitabxananın təqdimatında 

 

 

-  Mən elə çərçivə içində danışıram, Arif müəllim. Təklif edirəm ki, “İdman haqqında” Qanuna bir maddə 



əlavə edilsin və orada yazılsın ki, jurnalistlərin idman yarışlarını sərbəst işıqlandıra bilmələri üçün onların 

zalda olmağa ixtiyarı var və hətta Murtuz Ələsgərov da gəlsə, onları zaldan çıxarmaq hüququ yoxdur. 

                                                                                                                       oktyabr 1997 

   


                                                      BƏS KİTAB? 

 

Hadı Rəcəbov namizədlik dissertasiyası müdafiə edirdi. Akademik Tofiq Köçərli geniş bir nitq söyləyib, 



hökumət adamlarının, dövlət məmurlarının və Parlament üzvlərinin, o cümlədən H. Rəcəbovun elmlə 

məşğul olmalarının faydasından danışdı. Mən də həmin elmi şuranın üzvüydüm və Tofiq müəllimdən 

sonra mən çıxış edəsi oldum: 

 

-  Akademik T. Köçərlinin fikri ilə tamamilə razıyam. Siyasətlə məşğul olan adamların elmi işə 



girişmələri ən azı ona görə faydalıdır ki, hərdən bir kitab oxusunlar, yazı yazsınlar. Mən hətta bir qədər də 

irəli gedərək deyərdim ki, siyasətlə məşğul olmağa başladığı vaxtdan bəri H. Rəcəbovun gördüyü ən 

düzgün iş elə bu dissertasiyanı yazması olub... 

 

 Hadı müəllim dözmədi: 



 

-  Nazim müəllim yenə ağ elədi də, elə deyil axı! Mən bu dissertasiyadan əvvəl bir kitab da nəşr 

etdirmişəm, bəs o? 

                                                                                                                         oktyabr 1997 



 

                                          YAXŞI Kİ, BAŞQASI YAZMAYIB 

 

Büdcə müzakirəsində Şaitdin Əliyev çıxış edirdi. “Çıxış edirdi” deyəndə ki, yəni qabağına bir neçə yazı 



vərəq qoyub, höccələyə-höccələyə oxuyurdu. Qurtaran kimi arxaya dönüb Firdovsi Əliyevdən soruşdu: 

 

-  Necə idi? 



 

-  Əla. Kim yazıbsa, sağ olsun, yaxşı yazıb. 

 

-  Necə yəni “kim yazıbsa”? Bude bax, öz xəttimdir, özüm yazmışam. 



 

  Dözməyib mən də söhbətə qarışdım: 

 

-  Şaitdin müəllim, nə yaxşı ki, özün yazmısan, başqası yazmayıb. Rəhmətliyin oğlu, sən hələ öz yazdığını 



bu cür oxuyursan, gör başqası yazsa, nə əziyyət çəkərdin. 

                                                                                                      dekabr 1997 



 

                                        BİR SUALIN GÜCÜ 

 

“Tarix və mədəniyyət abidələri haqqında” Qanun layihəsinin müzakirəsi günü S.Mirzəyev fasilədə 



M.Ələsgərovun qəbuluna gəlir və onu başa salmağa çalışır ki, elə arxitektura abidələri var ki, onları 

özəlləşdirməyi qadağan etmək olmaz. Onun təxminən 1 saatlıq monoloqundan sonra Murtuz müəllim şübhə 

ilə soruşur: 

 

-  Deməli, sən Nəriman Nərimanovun heykəlini özəlləşdirmək istəyirsən? 



 

 S. Mirzəyev bundan sonra istənilən arqumentin faydasız olacağından duyuq düşüb: 

 


www.kitabxana.net 

-  Milli Virtual Kitabxananın təqdimatında 

 

 

-  Murtuz müəllim, sizin elə bircə bu sualınız məni inandırdı ki, bu sahədə özəlləşdirmə dövlət üçün 



olduqca zərərlidir və mən hətta deyərdim ki, təhlükəlidir, - deyib otaqdan çıxır. 

 

Söylənənə görə, bəzən diskussiyada sadə bir sualın da həlledici rol oynaya bilməsini əsaslandırmaq üçün 



M.Ələsgərov bu əhvalatı xeyirdə-şərdə indiyədək ara-sıra danışır. 

 

                                                                                                                 dekabr 1997 



 

                                                  RƏSMİ GÖRÜŞDƏN DƏ YAYINARLAR?! 

 

Başda M.Ələsgərov olmaqla Milli Məclisin nümayəndə heyəti Tiflisə gəlib çatan axşam bunlara rəsmi 



ziyafət verirlər. Zeynəddin Xasmətov, Böyükağa Qurbanov və Umar Efendiyev bir gürcü deputat dostları ilə 

birlikdə məclisi yavaşcadan tərk edib gedirlər kefə. Möhkəm yeyib-içib səhər saat 5-də özlərini birtəhər 

yetirirlər mehmanxanaya. 

 

Saat 9-da isə Gürcüstan Parlamentinin sədri Z.Jvaniya ilə rəsmi görüş var. “Ləzgilər içkiyə dözümlü 



olur” deyib Zeynəddin bəyi geyindirib yola salırlar görüşə, özləri isə yuxularına davam edirlər. 

 

Jvaniya danışıqlarda iştirak edən gürcü deputatları təqdim etdikdən sonra növbə çatır M.Ələsgərova və 



o, Gürcüstanda yaşayan soydaşlarımızın hüquqlarına altdan-altdan işarə edə-edə başlayır özününküləri 

təqdim etməyə: 

 

-  Bildiyiniz kimi, Azərbaycanda bir çox xalqların nümayəndələri yaşayır və bizim dövlət onların 



hamısının qeydinə qalır. Məsələn, Xaçmaz rayonu əhalisinin bir hissəsi ləzgilərdir, həmin bölgəni bizim 

nümayəndə heyətində deputat Qurbanov təmsil edir. 

 

Deputat Qurbanov da, deyildiyi kimi, yuxu bişirməkdədir. Zeynəddin bəy görür vəziyyət pisdir, deyir, 



əşşi, kimdir burda məni tanıyan və ayağa durub oturur. 

 

Bir-iki nəfəri deyəndən sonra Murtuz müəllim davam edir: 



 

-   Azərbaycanda milli azlıqların hüquqlarına ciddi fikir verilir. Biz öz heyətimizə Gürcüstanla həmsərhəd 

rayonlardan da nümayəndələr daxil etmişik. Onlardan biri də deputat Umar Efendiyevdir. 

 

İslanmışın yağışdan nə qorxusu: Zeynəddin bəy bir də qalxıb-oturur. Yenə bir-iki nəfəri deyəndən sonra: 



 

-  Qusar rayonundan deputat Xasmətov. 

 

Zeynəddin bəy fikirləşir ki, bəs hamının əvəzinə durdum, öz əvəzimə durmayım?! Bir də qalxıb-oturur. 



Gürcülər özlərini vururlar görməməzliyə və başlayırlar danışıqlara. Bu dəm Murtuz müəllim solunda 

oturmuş Zeynəddin bəyə tərəf əyilir: 

 

 -  Görürsən, bizim deputatlar nə namərddilər. Həmişə şikayətlənirlər ki, bizi niyə xaricə aparmırsan. 



Gətirmişəm də! Bəzisi heç rəsmi görüşə də gəlmir. Bundan yayınmaq olar? O birilər heç, o Zeynəddin var 

e, alçaq, görəsən o niyə gəlməyib? 

                                                                                                              fevral 1998 

 

                                                 BƏS SƏN NƏ İSTƏYİRSƏN? 

 

Hacı Madər dostu Şeyxül-İslam Allahşükür Paşazadədən Məzdək Hüseynovun xahişini edir: 



 

-  Şeyxanə, diyirəm, bəlkə bu il Məzdeyi də Məkkiyə aparağ? 



www.kitabxana.net 

-  Milli Virtual Kitabxananın təqdimatında 

 

 

 



-  Bismillah-rəhmani-rəhim. Noolar, aparaq deyirsən, aparaq da. Məzdək müəllim, sənədlərini hazırla. 

 

 Məzdək müəllim görür ki, iş deyəsən, ciddiləşir: 



 

-  Yaxşı, tutalım, mən də sizinən getdim Məkkəyə, gəldim dayandım ALLAH-ın hüzurunda. Onda 

qurban olduğum soruşacaq ki, oğurluq etmisən? Deyəcəm yox. Soruşacaq ki, rüşvət almısan? Deyəcəm 

yox. Soruşacaq ki, fağır-füqara incitmisən? Yenə deyəcəm yox. Onda O mənə deməz ki, ay filankəs, bu 

yerdə qalanları başa düşdüm, bəs sən bura nəyə gəlmisən? 

                                                                                                                          fevral 1998 



 

 

 



                                                            BU LAP AĞ OLDU 

 

“Kollektiv əmək mübahisələrinin həlli haqqında” Qanun layihəsi müzakirə olunurdu. İşverənlə işçilər 



arasındakı münasibətləri tənzimləyən maddələrə çatanda Hacı Madər gözlənilmədən, bütün deputatlığı 

dövründə ilk və yanılmıramsa, son dəfə söz aldı: 

 

- Bilürsüz də, mən indiyə qədər heç danışmamışam. İstəsəm danışardım-a, amma istəməmişəm. Bırda 



xeyli məsələlər olub ki, siz dimüsüz, biz də səs vermüşüy. Bu deputatdar çox nakişiliylərə qol qoyub, çox 

işdərnən məşqul olub. Ancağ day belə yox, ala də! İndi diyürsüz işvərənniyə də səs verey? 

                                                                                                                mart 1998 

 

                                             LAP AZCA QALMIŞDI 

 

Zala girəndə Şaitdin Əliyev və mərhum Zakir Zeynalovla (Allah ona rəhmət eləsin!) şirin-şirin söhbət 



edən Hacı Madər məni saxladı: 

 

-  Nazim, belə olmaz dai də! Hər yerdən vəzifədə adam var, bi dənə bizdən yoxdı. Diyirəm, bəlkə təşkil 



eliyib, Şaittini bir yerə itəliyey. 

 

Zakir müəllim də qüvvət verdi: 



 

-  Özü də ki, bilirsən də, kişi bu gün – sabah yurfakı qurtarır. Konstitusiya Məhkəməsi sədrinin yeri də 

hələlik boşdur. 

 

Yerimə keçən kimi başqa vərəq tapmadığım üçün Gündəlik layihəsinin arxasında belə bir mətn yazdım: 



 

“Biz, aşağıda imza edən Millət Vəkilləri, deputat Ş.Əliyevin şəxsi xidmətlərini və natamam ali hüquq 

təhsilinə malik olduğunu nəzərə alaraq, onun Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin 

olunmasına etiraz etmirik”. 

 

Birinci imzanı da özüm atdım. Vərəq üz qoydu zalı dolaşmağa. 7-8 imzadan sonra növbə E.Sabiroğluna 



çatdı. Eldar müəllim mətnin altında xüsusi rəy yazmışdı: “Adı çəkilən şəxsin qış imtahan sessiyasından 2 

(iki) kəsri qaldığına görə Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə onun namizədliyinin irəli 

sürülməsinə etiraz edirəm”. 

 

Yazını Şaitdin müəllimə göstərib, “dostunu-düşmənini yaxşı tanı” dedim. 



 

-  Ala, bılar hamsı bələdü də, -dedi,- yerribazdığ millətin evin yıxır, qərdeş! 

                                                                                                                   mart 1998 


www.kitabxana.net 

-  Milli Virtual Kitabxananın təqdimatında 

 

 

 



NÖVBƏTİ SAĞLIQ 

 

Musa Yaqubun ənənə üzrə tamada olduğu bir məclisdə deputatlarla bərabər, bir vəkil də iştirak edirdi. Bir 



neçə sağlıq tamada, hərəsi bir sağlıq da deputatlar deyəndən sonra, məclisin hamı birdən danışan vaxtı 

Musa müəllim sözü verdi vəkilə: 

 

-  Hörmətli millət vəkilləri, siz son dərəcə vacib bir işlə məşğulsunuz, çünki qanun yaradıcılığı həqiqətən 



də çox mühüm və çətin bir işdir... 

 

Yusif Bağırzadə vəkilin sözünü kəsdi ki, bəs doğrudan da, bu bisavad cəmiyyət bizim çətin əməyimizə 



düzgün qiymət vermir. Bəs bizim işimiz olduqca mürəkkəb bir işdir və sair. 

 

Musa müəllim dedi, a kişilər, dayanın görək, vəkil dostumuz nə demək istəyir. Vəkil davam etdi: 



 

-  Hörmətli millət vəkilləri, yəni mən onu deyirəm ki, qanunlar dövlətin onurğa sütunudur, onların necə 

yazılmasından insanların həyatı asılıdır... 

 

Bu dəfə vəkilin sözünü Bağır Musayev kəsdi ki, bəs doğrudan da, qanunda hər sözün əhəmiyyəti var, bir 



də görürsən ki, bapbalaca bir vergülün yerini dəyişən kimi hər şey pozulur və sair. 

 

Musa müəllim yenə dedi, a kişilər, dayanın görək, vəkil dostumuz nə demək istəyir. Vəkil bir də davam 



etdi: 

 

-  Ay qardaşlar, mən elə onu demək istəyirəm. Siz ki bu qanunların belə vacib olduğunu bilirsiz, onları 



qəbul eləməmişdən əvvəl bir oxuyun də! 

                                                                                                             mart 1998 

 

                                                  VETO 



 

Milli Məclis mütəmadi olaraq yer adlarının dəyişməsi haqqında məsələ müzakirə edirdi. Dəfələrin birində 

Maksim Musayev təklif etdi ki, Ermənistanda qalan rayon və kəndlərimizin adını buradakı yaşayış 

məntəqələrimizə verək. Mübahisə düşdü. Ara qarışdı. 

 

Heç ondan çıxmayan iş, adətən özü mübahisə salan Mirmahmud Fəttayev bu səfər mübahisələri kəsdi: 



 

-  Məsələ belədir,- dedi,- bir adamın ki öz adı Maksim ola, onun Azərbaycan adları barəsində danışması 

həm etik, həm də hüquqi cəhətdən yolverilməzdir. Ona görə də təklif edirəm ki, Maksim müəllim öz adını 

dəyişməyincə onun, ümumiyyətlə, ad barəsində danışmasına veto qoyulsun! 

                                                                                                                aprel 1998 

 

                                             HÖKM 



 

Bekarçılıq idi. Sabir Rüstəmxanlının şahidliyi ilə Səyyad Aranla söz güləşdirirdik. Səyyad müəllim mənim 

haqsız olduğumu isbata yetirmək üçün öz poeziya yaradıcılığından bir misal çəkdi. 

 

-  Mən şer yazan deyiləm,- dedim,- amma sənin şerin onsuz da bəllidi: 



 

               Səyyada bax, Səyyada 

               Torun qoyub qayada. 

               Yatıb fil qulağında, 

                Kimsəsi yox oyada. 


www.kitabxana.net 

-  Milli Virtual Kitabxananın təqdimatında 

 

 

 



Üzümü Sabir bəyə tutdum. Yəni ki, necədi? 

 

Sabir bəy siqaretindən bir şirin qullab alıb, çox ciddi bir sifətlə hökm verdi: 



 

-  Qafiyəsi bir şey deyil, amma məzmunu düzdür. 

                                                                                                                    may 1998     

                                       KİTAB OXUMAĞIN FAYDASI 

 

Bu əhvalat 1996-cı ildə olub. Amma mənim yox, Anar Məmmədxanovun diqqətini çəkib. Mən də iki il 



sonra ondan eşitmişəm. 

 

 Növbəti neft kontraktının müzakirəsi gedir. Əsas sərmayədar Rusiyanın “Lukoyl” şirkətidir. Əli Kərimli 



kontraktın siyasi tərəfinə eninə-boluna döşəyir ki, ay nə bilim, biz Rusiyadan canımızı qurtarmaq istəyirik

hökumət isə onlara neft verir və sair, və ilaxır. Vaxtının 9 dəqiqəsini siyasətə həsr edib, 1 dəqiqəsini də 

iqtisadiyyata saxlayır və çıxışının axırında deyir ki, “Lukoyl”un iqtisadi durumu da yaxşı deyil, çünki keçən 

il bir yapon bankından 

700 mln. dollar kredit alıb. 

 

 Bir şirkətin bu boyda kredit almasının əslində pis yox, yaxşı göstərici olduğunu gözəl bilən Rəsul Quliyev 



fürsəti fövtə vermir: 

 

-  Ə bu müxalifət çox interesnidi e. Ə bə bi kitabdan-zaddan oxuyun da. Ollar bullara pulu havayı yerə 



verillər? İndi sən nə demək istəyirsən, o qıyıqgöz balacaboy millət var e, ağıllı-yaponnar, ollar dəlidilər? 

                                                                                                                oktyabr 1998 



 

                                                       MİLLƏTİN YAZIQLIĞI 

 

“Yol hərəkəti haqqında” Qanunun müzakirəsində növbə İbrahim Qafarova çatanda Eldar Qəhrəmanov 



arxadan qışqırdı ki, bəs, ay camaat, heç nə eşidilmir, sakit olun, bu kişi mütləq bir vacib söz deyəcək. Və 

yanılmadı. İbrahim müəllim adəti üzrə layihəni eninə-uzununa tərifləyəndən sonra dedi: 

 

-  Amma bəzi çatışmazlıqlar da var. Vaxtı ilə bir qanun qəbul olundu ki, kiril əlifbasından latına keçək. 



Yazıq millət qaldı avara. Latınla yazıldığına görə, hələ hamı bir yana, mən, bu xalqın ziyalısı, qanun 

layihələrini indiyə qədər düz-əməlli oxuya bilmirəm. İndi də deyirsiz ki, maşınların nömrələri ərəb 

rəqəmləri ilə yazılacaq. Bəs bu millət yazıq deyil, ərəb rəqəmlərini nə vaxt öyrənəcək, nə təhər öyrənəcək? 

 

 P.S. İşin ən ləzzətli cəhəti odur ki, mən bu əhvalatı deputat həmkarlarıma danışanda əvvəlcə təəccüblə 



üzümə baxırdılar. Və ancaq deyəndən sonra ki, ərəb rəqəmləri elə bizim indi istifadə etdiklərimizdir, 

başlayırdılar gülməyə. 

 

P.S.S. Əstəğfürullah, birdən Siz də indi gülərsiz ha! 



                                                                                                                              dekabr 1998 

 

                                                               AURANIN GÜCÜ 

 

Günlərin bir günü YAP-çı millət vəkillərindən olan dostlarımdan biri dedi ki, Heydər Əliyevin, doğrudan 



da, çox güclü aurası varmış. Soruşdum, necə yəni güclü, nədən bilirsən ki? 

 

Dedi: 



 

-  Keçən ay məni bircə saat qəbul elədi. İki gün təsiri altda qaldım. 



www.kitabxana.net 

-  Milli Virtual Kitabxananın təqdimatında 

 

 

 



-  Elə bu? Bəs niyə belə az? 

 

-  Qoyursan ki?! Sora sənnən görüşdük, bir az ordan-burdan danışdın, genə zayı çıxdı. 



                                                                                                                 yanvar 1999 

 

                                      ONUN BUNA NƏ DƏXLİ? 

 

Məclisə təzəcə gəlib əyləşmişdim ki, gördüm bizdən qabaqkı sırada oturan Kərim Kərimov sağındakı 



Firdovsi Əliyevi möhkəm danlayır: 

 

-  Axı sən nə bilirsən siyasət nədir. Prezidentin adından istifadə edib min oyundan çıxırsız. Eşitdim indi də 



təzə “Mersedes” minirsən. Bunlar hamısı bir tərəfə, heç olmasa, təbliğatı da düz-əməlli apara bilmirsən. Şit-

şit danışıb bizi gözdən salırsan. 


Yüklə 417,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin