2012 MİLLİ MƏCLİSİn ağlamali güLMƏCƏLƏRİ



Yüklə 417,79 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix26.02.2017
ölçüsü417,79 Kb.
#9811
1   2   3   4   5   6


liftin qabağında kulminasiyasına çatdı. Kulminasiya deyəndə ki, yəni iki partiya sədri və deputat 

başladılar bir-birini hamının gözü qarşısında söyməyə. 

 

Eldar Sabiroğlu cumdu bunları aralaşdırmağa: 



 

-  Ə Fəzail, sən YAP-ın müttəfiqisən, nağayrırsan, kişini biyabır eləmək istiyirsən?! Bıy, Xanhüseyn 

məllim, tay belə yox də. Sən ağsaqqalsan axı, o nə sözdü deyirsən?! Olmadı ki! 

 

F.Ağamalı ilə X.Kazımlı da, sağ olsunlar, bir-birini buraxıb düşdülər bu yazığın üstünə: 



 

-  Ə, rədd ol ayna (yəni o yana), elə YAP-dakı iclasda aranı qarışdıran sən olmadınmı, - və bayaqdan 

söydüklərindən bir-ikisini də buna döşədilər. 

 

E.Sabiroğlu suyu süzülə-süzülə aralandı və bu vaxt jurnalistlər cumdular ona tərəf: 



 

-  Eldar müəllim, nə olmuşdu, niyə dalaşırdılar, təqsir kimdəydi? 

 

Eldar Sabiroğlu bir ayaqqabısının ucuna baxdı, bir burnunun qabağındakı diktofonlara və nə qədər qəribə 



də olsa, sözün düzünü dedi: 

 

-  Nə Xanhüseyində taxsır var, nə Fəzaildə. Günah mən axmaxdadı ki, bulları aralaşdırmaq istədim! 



 

                                                                                                                               fevral 2000 

 

                                                         KONSPİRATİV HÖRMƏT 

 

ABŞ-dan qayıtdıqdan sonra MM-ə ilk gəlişimdir. Kərim Kərimov guya məndən narazılığını ifadə 



etməkçün, amma əslində öz “iqtidarçı sədaqətini” ətrafdakılara nümayiş etdirməkdən ötrü arxaya dönür: 

 

-  Hə nooldu, getdin amerkannarın yanında məmləkəti biyabır elədin? Siz müxalifətin əlinnən başqa nə 



gəlir ki?! 

 

Və sair. Görürəm ki, ciddi mübahisə yeri deyil: 



 

-  Əşi ollar heç e, Kərim müəllim, əsas məsələ başqadı. Sonra yadıma sal, deyim. 

 

-  Bah! Nə deyəcəksən?! Nə sözün var, indi de. Mənim camaatdan sirrim-zadım yoxdu. 



 

Bir az “yox, indi yox, sonra deyərəm”dən sonra: 

 

-  De deyirsən, deyim də. Rəsul Quliyev sənə salam göndərdi. 



 

Yan-yörəmizdəki YAP-çılar Kərim müəllimə “hücum” çəkirlər. Eldar Sabiroğlu xüsusi məzələnir: 

 

-  Ahaaa! İşin üstü açıldı. Mən həmişə bilirdim ki, bu Kərim Kərimov səkkiz yerə işdiyir. 



 

Kərim müəllim qıpqırmızı qızarır, gah sağa, gah sola dönüb “vallah, boş sözdü” deyir. İki dəqiqə əvvəl 

mənə söylədikləri nəinki ətrafdakıların, lap özünün də yadından çıxır. 

 

*  *  * 



 

www.kitabxana.net 

-  Milli Virtual Kitabxananın təqdimatında 

 

 

Burada əhvalat qurtarardı, amma... 



 

Amma iki gün sonra Kərim müəllim məni MM-in dəhlizində saxlayıb pıçıltı ilə: 

 

-  Sənə sözüm var, -dedi və məni bir qırağa çəkib, oğrun-oğrun ətrafa göz gəzdirdikdən sonra: 



 

-  Doğrudan mənə salam göndərdi?, -soruşdu. 

 

-  Kim? 


 

-  O. 


 

-  Kim e? - əhvalat tamam yadımdan çıxıb. 

 

Bir də ətrafa göz gəzdirdi. Eşidilməz dərəcədə yavaş bir pıçıltı ilə: 



 

-  Rəsul Quliyev də. 

 

Söhbət indi yadıma düşdü: 



 

-  Hə, əlbəttə, sənnən zarafatım var?! 

 

Bu dəfə qalib görkəmi aldı: 



 

-  Görürsən? Azdan-çoxdan bizim də hörmətimiz var. 

 

                                                                                                                              mart 2000 

 

                                           OPERAYA DA BİR QUŞ 

 

Deputatlara dəvətnamə verib, “müəllim də orda olacaq” deyib, yarızor-yarıxoş “Leyli və Məcnun” 



operasına aparmışdılar. Bir dəstə deputat arxa sıralarda mövqe tutmuşdu. Hacı Madər: 

 

-  Qərdeşdər, “Leyli-Məcnun”u bilirüy də. Day hamıynan salamlaşduğ, bildilər burdeyiy, durun 



gedeyün, -dedi. 

 

Mübariz Qurbanlı: 



 

-  Hacı, nə danışırsan, -deyib yüksək (çox yüksək!) mədəni səviyyə nümayiş etdirdi, -əsər ayrı, opera 

ayrı. Qalmaq lazımdı. Və pıçıltı ilə: “Belə məsləhətdi!” 

 

-  Ala, Mübariz, opera ayrı diyəndə ki, burda beyəm axırda Məcnun Leyliyə bir şey eliyə bilicey? 



 

-  Həlbəttə yox. Eliyə bilsəydi, Leyli-Məcnun olmazdı ki... 

 

-  Həri? İnteresni adamsan e. Alə, eliyə bilmiyicey, day burda iki saat neyi gözdiyirsən? 



 

                                                                                                                              mart 2000 

 

                                                   SARALMIŞ ARMUDUN NAĞILI 

 


www.kitabxana.net 

-  Milli Virtual Kitabxananın təqdimatında 

 

 

Milli Məclisin ən ləzzətli vaqeələrindən biri “Armud fraksiyası” idi. İşin məğzi bu idi ki, biri də mən 



olmaq etibarilə bir sıra deputatlar arasında yarımgizli işbirliyi var idi. Müxalifətçilər öz yerində. 

İqtidarçılarla sözümüz olanda açıq danışa bilmirdik. Lehinəyə “alma”, əleyhinəyə “armud” deyirdik. 

 

Günlərin bir günü müzakirəyə nə isə çox keyfiyyətsiz bir layihə çıxarmışdılar. Mən növbədəydim. Amma 



mənə qədər çıxışa 6-7 nəfər yazılmışdı. Fikirləşirdim ki, hələ vaxta var; nədir ki, arada fırlanıb, dostlarla 

danışacam. 

 

Bu əsnada təklif verdilər ki, çıxışlar kəsilsin. Dirəşdim ki, bəs mən mütləq çıxış etməliyəm. Murtuz 



müəllim yumşaldı: 

 

-  Yaxşı, -dedi, - onda Nazim danışsın, sonra səsə qoyaq. 



 

Gördüm “fraksiya”ya işarə eləməyə vaxt qalmır, belə başladım: 

-  Cənab Sədr, hörmətli deputatlar! Müzakirəyə çıxarılmış Qanun layihəsi o qədər yarıtmazdı ki, 

çürümüş armud iyi verir. 

 

Və sonra layihəni ciddi bir tərzdə təhlil etdim. Amma camaat hesabını götürdü. Çıxışımı bitirən kimi bir-



iki nəfər də təkid edib, söz almaq istədi. Aranın qarışdığını hiss edən Murtuz müəllim üzünü bizə tutdu: 

 

-  Tay təkid-zad olmuyacaq, -dedi, - Özü də bura baxın, siz elə bilirsiz ki, mənim dünyadan xəbərim 



yoxdu? Bilmirəm nədən danışırsız? Milli Məclis meyvə-tərəvəz yeri döyül. Yığışdırın o armud 

məsələsin.  

 

Bu incə qeyddən sonra Qanun səsə qoyulub qəbul edildi. 



 

Ertəsi gün qəzetlər iri-iri başlıqlar verdi: “Layihədən çürük armud iyi gəlir!” və beləliklə də “Armud 

fraksiyası” adlı gizli ittifaq aləmə əyan oldu. 

 

                                                                                                                                mart 2000 



 

                                              SƏNƏ GÜVƏNDİYİM DAĞLAR 

 

Rəhbərlik ölkənin sosial-iqtisadi vəziyyətini Milli Məclisin müzakirəsinə çıxarmaq istəmir. Biz də, indi 



dəb olan ifadə ilə desək, israrlıyıq. Dördüncü dəfə eyni təklifi verirəm: 

 

-  Əziz Murtuz müəllim, yenə də həmişəki kimi deyəcəksiniz ki, məsləhət deyil. Amma məni Sizin 



məsləhətiniz maraqlandırmır, deputatların fikri maraqlandırır. Təklifimi səsə qoyun. Görək ölkənin 

iqtisadi vəziyyətini kim müzakirə etmək istəyir, kim-yox. 

 

Murtuz müəllim gündəliklə bağlı təkliflər vermiş deputatlara cavab verməyə başlayanda arxadan məni 



kimsə çağırır. Dönürəm. İxtilatımızın şirin yerində Etibar Məmmədov böyrümü dümsükləyir: 

 

-  Məəllim sənnəndi, təklif vermisən, qulağ as də. 



 

Bu dəm Murtuz müəllim çıxışının bu hissəsini ənənəvi “məsləhət deyil” ifadəsi ilə qurtarır. Düşürəm 

üstünə: 

 

-  Murtuz müəllim, dedim axı, Sizin məsləhətiniz məni maraqlandırmır. Təklifi səsə qoyun də. Deputat 



deyiləm? Təklif vermişəm. Nizamnaməyə görə səsə qoymalısınız. Spiker özü Nizamnaməni pozanda 

başqalarından nə tələb edə bilər? Və sair və ilaxır. 

 


www.kitabxana.net 

-  Milli Virtual Kitabxananın təqdimatında 

 

 

Etibar bəy uğunub gedir. Qalan deputatlar mənə təəccüblə baxırlar. Heç nə başa düşmürəm. Gülüşsə 



getdikcə güclənir. 

 

Demə, Murtuz müəllim hələ mənə yox, Asəf Hacıyevə cavab verirmiş. 



                                                                                                                                aprel 2000 

 

                                            YAXŞI İQTİSADÇI KİMƏ DEYƏRLƏR 

 

“Vergi Məcəlləsi”nin müzakirəsi gedişində Zəlimxan Yaqub yerindən qalxıb böyrümdə əyləşdi. 



Arxamızdakıları, önümüzdəkiləri çağırıb soruşdu: 

 

-  Ay camahat, bax bu Nazim deyirsıız yaxşı ixtisadçıdı, heyləmi? İndi mən muna vergidən bir sual 



verəjəm, cabavını tafsa-tafdı, tafmasa, eldə-mahalda biyavır eliyəjəm. Siz də şahid olun. 

 

Onsuz da zalda gedən müzakirələrdən baş çıxarmayan və bu səbəbdən də təhərsiz dərəcədə darıxan 



deputatlar gözlərini Zəlimxan bəyə zillədilər: 

 

-  De görüm, fahişələr gəlirrərindən vergi verməlidilərmi, yoxsa verməməlidilərmi? 



 

Xoşbəxtlikdən cavab dərhal gəldi: 

 

-  Əgər namuslu vətəndaşdılarsa, verməlidilər. 



 

İnsafən Zəlimxan bəy hamıdan bərk güldü. Sonra Murtuz müəllimin ona tərs-tərs baxdığını görüb pıçıltı 

ilə dedi: 

 

-  Ayə, bu zalım əməlli-başdı ixtisadçıymış. 



 

                                                                                                                     may 2000 

 

                       AĞLAMALI GÜLMƏCƏLƏRİN ƏN YEKƏSİ 

 

Sonra, 2000-ci il noyabrın 5-də Milli Məclisə yeni təyinatlar oldu. Bu əməliyyatın gülməli cəhəti onun 



adına “seçki” deyilməsi idi. Elə ağlamalı cəhəti də bu idi. 

 

                                                                                                                            noyabr 2000 



 

 

 

 

                                                   İL CÜMLƏLƏRİ 

 

1996-cı ilin Cümləsi Rəsul Quliyevdən gəldi: 



“O balacaboy millət var e, ağıllı – yaponlar, ollar dəlidilər?” 

 

1997 – Məzdək Hüseynovdan: 



“İkisi də əfəl olub: nə Fərhad Şirinə bir şey eləyə bilib, nə də Kərəm – Əsliyə”. 

 

1998 – Murtuz Ələsgərovdan: 



“Mən genə də deyirəm, bəziləri Milli Məclisi siyasət meydanına çevirmək istəyir; biz buna yol 

vermiyəciyik!” 

 


www.kitabxana.net 

-  Milli Virtual Kitabxananın təqdimatında 

 

 

1999 – Murtuz Ələsgərovdan: 



“Milli Məclisə Fransada fransızlar fransızca Nasyanalnı Sabranya deyillər”. 

 

2000 – Zəlimxan Yaqubdan: 



“Sizi gündüz saat 3-də yaradıcılıq gecəsinə dəvət edirəm”. 

 

Biri də desertə - Maksim Musayevdən: 



“Kitaylar qıyıxgöz şeydilər, nə bilillər qoz nədi!” 

 

Yüklə 417,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin