3 Fəsil I. Lənkəran vilayətinin fiziki-coğrafi şərati


I fəsil. Lənkəran vilayətinin fiziki-coğrafi şəraiti



Yüklə 236,42 Kb.
səhifə7/48
tarix19.04.2022
ölçüsü236,42 Kb.
#55773
1   2   3   4   5   6   7   8   9   10   ...   48
Azadl-Azad

I fəsil. Lənkəran vilayətinin fiziki-coğrafi şəraiti

1.1. Coğrafi mövqeyi, relyefi və geoloji quruluşu.

Lənkəran fiziki-coğrafi vilayəti Azərbaycan Respublikası daxilində mövcud olan təbii- coğrafi vilayətdən biridir. Vilayətin ərazisi şimaldan Kür-Araz ovalığı, şərq və cənub- şərqdən Xəzər dənizi, qərb və cənub-qərbdən İran İslam Respublikası ilə həmsərhəddir. İnzibati baxımdan Lənkəran,Astara, Masallı, Cəlilabad, Lerik və Yardımlı inzibati rayonlarını əhatə etməklə vilayətin ümumi sahəsi 636338 hektar olub, respublika ərazisinin 7,36 % -ni təşkil edir.

Lənkəran vilayəti respublikada mühüm kənd təsərrüfatı məhsullarının istehsal olunduğu regionlardan biri hesab olunur. Burada respublikada istehsal olunan çayın 85%-i, tərəvəzin 59%-i sitrusun 100%-i cəmlənmişdir. Əlverişli coğrafi mövqeyi, iqlim-relyef şəraiti, həmçinin mənzərəli dağ landşaft kompleksləri və xəzərsahili qumluqlar burada turizmin inkişafı üçün böyük imkanlar yaradır.

Relyef torpaqəmələgəlmə proseslərində bilavasitə iştirak edir. Onun təsiri altında ərazidə yağıntıların və temperaturun hündürlükdən asılı olaraq dəyişkənliyi baş verir. Relyefin meyilliyi eroziya proseslərinin intensivliyi şərtləndirir. Relyef bitki özlüyünün tərkibinə və sığlığına təsir göstərir. Lənkəran vilayəti relyef və geoloji quruluşuna görə iki hissəyə çevrilir: dağlıq və ovalıq ərazilər. Ərazinin üçdə iki hissəsi dağlardan, üçdə biri ovalıqdan ibarətdir. Vilayətin dağ sistemləri şimal-qərb və cənub-şərq istiqamətlərində uzanaraq, üç qarışıq silsilədən ibarətdir. Talış dağ silsiləsinə doğru yananı istiqamətlənmiş Peştəsər və Alaşar-Burovar silsilələri isə alçaq hündürlükləri ilə seçilir. Silsilələr arasında 1500-1700 m hündürlükdə Diabar və Deman çökəklikləri yerləşmişdir.

Ş.F. Mehdiyevə [36] görə Lənkəran dağ sistemi tektonik baxımdan iri antiklinoridən ibarətdir. Digər silsilələr – Peştəsər və Alaşar-Burovar isə cənub və şimal antiklinorilərinə uyğun olaraq yerləşmişdir.

Dağ silsilələrindən fərqli olaraq Lənkəran ovalığının geoloji tarixi cavandır. Bu ərazi müasir və qədim dördüncü dövr süxurları altında qalmış üçüncü dövrün çöküntülərindən ibarətdir. Vilayətin şimalında Lənkəran ovalığı Kür-Araz ovalığına qovuşur.

Lənkəran ovalığı daxilində də relyef xüsusiyyətlərinə görə iki fərqli rayon ayırmaq mümkündür: birinci rayon, dəniz səviyyəsindən 0-50 m, yüksəlikdə yerləşmiş “sıfırıncı” terras adlanan qədim Xəzərin fəaliyyəti nəticəsində formalaşmış beşinci abrazion-akkumlyativ terras, ikinci rayon “0” hipsometrik yüksəklikdən başlayaraq, dəniz səviyyəsindən 28 m aşağıya qədər olan terras. V.R. Volobuyev [19] ikinci rayonda üç terrasın olduğunu qeyd edir: dördüncü terras 0-15 m, üçüncü terras 15-22 m, ikinci terras 22-24 m .

Bəzi tədqiqatçılar [25] dağ və ovalıq ərazilərinin sərhəddində “dağ ətəyi qursaq” deyilən ərazinin olduğunu qeyd edirlər. Vilayətin qərbində onun yuxarı sərhəddi 500-600 m yüksəklikdən, şərqində isə 50 m-dən keçir. Dağətəyi qurşaqda relyef formalaşdıran amil kimi eroziya prosesləri özünü daha qabarıq şəklidə göstərir [20, 32].




Yüklə 236,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin