A. bakixanov



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə7/13
tarix31.01.2017
ölçüsü7,74 Mb.
#7188
1   2   3   4   5   6   7   8   9   10   ...   13
1
 Çankə - rəiyyət qızından olan əmirzadəyə deyilir. 
 
130
1)  Əhalinin məşvərət üçün toplandığı boş bir yerdə  Məcalis 
kəndini bina etdi. 
2) Dağıstanda indi də işlənməkdə olan bəy və çankə kəlmələri 
arasındakı  təfavütü müəyyənləşdirli: bu qanuna görə,  əmir qızın-
dan olmayan əmirzadə, əmirliyə yaramaz. 
3) Mülki işlərə dair bir qanun yazdı ki, indi də  Həpşi mahalı 
qazisinin yanında mövcuddur, xalq çox vaxt o qanuna müraciət edir. 
4) Ürcəmil və Başlı əhalisinə mənsub olan boş yerləri, tərəkə-
mə mahalı  təyin etdi. Əhali  əkinçiliklə  məşğul olub əldə etdikləri 
məhsuldan Üsmiyə cüzi bir vergi verirdilər. Bir zaman Üsminin oğlu 
vergi toplamaq üçün oraya getmişdi, Ürcəmil  əhalisi onu təhqir 
etmişdi. O da, guya atasından icazəsiz gedib, öz bacısı oğlu Şam-
xaldan qoşun alıb gətirdi. O mahalın böyüklərindən bəzisini öldür-
dü. Bir az zamandan sonra Üsmi özü, başlarında üsyan havası olan 
sair böyükləri də bir bəhanə ilə toplayıb öldürdü. O zaman Şirvan 
tərəkəmə tayfalarından bir qismi iğtişaş  şərrindən özlərinə asudə 
bir yer axtarırdılar. Sultan Əhməd Üsmi, bunların bir qismini gətirib 
tərəkəmə mahalı  kəndlərinin binasını qoydu və onları öz sülaləsi 
üçün rəiyyət və təbəə qərar verdi. 
Dağıstan işlərinin belə qarma-qarışıq bir zamanında, hicri 
1002-ci (=1594) ildə, rus padişahı Fyodor İvanoviç Dağıstana 3000 
qoşun göndərib Sulaq çayı kənarında Qoysu adlı bir şəhər saldırdı. 
O, Tarxu yaxınlığında da ikinci bir şəhər bina etmək istəyirdi. 
Çoban  Şamxalın oğlanları  Çərkəs, Qumuq və Dağıstan tayfalarını 
toplayıb, ona mane oldular. Boris Fyodoroviç Qodunov Rusiya tax-
tına oturunca, Dağıstanda öz hakimiyyətini möhkəmləndirmək 
üçün üç qala bina etdirdi: birincisi - həmin əvvəlki yerdə, Tarxunun 
yaxınlığında, ikincisi - İndiri kəndində və üçüncüsü də indi məlum 
olmayan başqa bir yerdə. Bu qalaların üçündə  də mühafizlər 
qoydu və onların üzərində Buturlini sərkərdə təyin etdi. 
Bir müddətdən sonra, hicri 1012-ci (=1604) ildə, Sultan Bud 
Çərkəzistandan 13000 əsgər gətirib qardaşı  Gəray xan Şamxal və 
Krım tatarlarının yardımı ilə hər üç qala üzərinə hücum etdi. Qala 

 
131 
mühafizləri çoxlu vuruşmadan sonra, düşmənin vermiş olduğu 
sözə görə, öz vətənlərinə qayıtmaqdan başqa çarə görmədilər. 
Lakin, verilən  əhdin xilafına olaraq, onları  əsir etmək istədikdə, 
ruslar müdafiəyə başlayaraq tamamilə qırılıb məhv oldular. Qoysu-
nun mühafizləri də şəhəri yandırıb öz vətənlərinə yola düşdülər. 
Sultan Bud öz tayfası ilə  gəlib  İndiri kəndində sakin oldu. 
Bütün Qumuq əmirləri, onun oğlanları Aytəmur və Qazanalb nəs-
lindəndirlər. Başqa xalqlara qarışmış olan Qumuq tayfası da bunla-
rın nəslindəndir. İndi 5000-ə yaxın ailədən ibarət olub İndiri, Yax-
say, Küstək, Qazi-Yurd və sair kəndlərdə yaşayırlar. Qum-Turxalı ilə 
Teymur-Quyu arasında, Qoysunun sağ tərəfində sakin olan qədim 
Tumanlar tayfasının da çayları və əkin yerləri var idi. Bunlar öz xü-
susi əmirlərinin nəsli kəsildikdən sonra, gedib Qazanalb Sultan Bud 
oğlu övladına tabe oldular. İndi onlar İndiri kəndinin bir məhəlləsi-
ni təşkil edirlər. 
İndiri əmirləri, öz nəsillərini Avar xanlarına nisbət verən Gün-
bət və Arqunay mahalı  əmirlərindən iki nəfəri öldürdülər. Bir çox 
vuruşmadan sonra barışıq oldu. İndiri əmirləri Çəçən Tala, Gərmən-
çuq,  Şalı, Ataqa və sairdən ibarət olan Mıçıqıçın aşağı hissəsini, 
ölənlərin qan bahası olaraq, varisləri Terlav adlı şəxsə verdilər. Terlav 
Nəşşaqdan bir qədər əhali gətirib, bu yerləri abad etməyə başladı. 
Mıçıqıç adlanan bu ölkə, öz adını  Mıçıqıç çayından almışdır. 
Mıçıqıç, Mıçıq içi deməkdir. Özü də üç yerə ayrılır: dağlıq, meşəlik 
və çöllük... Meşəlik və çöllükdən ibarət olan Ağac Mıçıqıç və Tüz 
Mıçıqıç, əsrimizə qədər Terlav övladından olan öz əmirlərinə xərc 
verirdilər. Terlav oğlu  əmirlərinin öz qədim mülkləri olan Günbət 
və Arqunayda da dağları və başqa yerləri vardı. Bundan başqa bir 
kəndə  də sahib idilər, oradan hər il vergi alırdılar. Həmçinin neft 
mədənləri olan Avuq və Bayan kəndləri, təqribən 2000 evdən və 12 
kənddən ibarət Salatav mahalı, indiri əmirlərinə xərac verib xidmət 
edirdilər. 
Hicri 1014-cü (=1606) ildə Şah Abbas Azərbaycanı fəth etdikdən 
sonra Təbrizdə  qışladı. Köç və ailəsi ilə  bərabər, hüzurunda olan 
 
132
Gürcüstan valisi Aleksandr xanın oğlu Qonstantin mirzəni, xan 
rütbəsi ilə  Şirvan  əmirül-üməralığına təyin etdi. Bəzi adamlara da 
əmirlik mənsəbi verdi, onlar üçün bu vilayətdə nahiyələr ayırdı. 
Aleksandr xana tac, cıqqa, cəvahirlə bəzənmiş kəmər və sair xələt-
lər verib, oğlu Qonstantin xanı əmirlər və qoşunla bərabər Gürcüs-
tana göndərdi.  Əmr etdi ki, oradan Gürcüstan qoşunu ilə  Şirvanı 
almağa getsin. Şirvan ölkəsinin hakimi ilə bir yerdə olan əmirlər 
bunlardan ibarət idi: 
1) Şahmur xan, bu adam Şəkinin qədim valiləri nəslindən olub, 
bir müddət şahın hüzurunda idi. O, Şəki əyalətinə təyin edildi; 2) Şəm-
si xan Qazaqlar; 3) Şamlı oymağından  Əli xan Müvafiq; 4) Qon-
stantin xan ilə qohumluğu olan türkmən Muslu Məhəmməd xanın 
oğlu Bəktaş sultan; 5) Tizrov sultan Müqəddəm; 6) Çakərli  Əxi 
sultan; 7) Şəmsəddinli Əli xan; 8) Ərəşli Əli sultan. 
Aleksandr xan öz oğlu, əmirlər və şahın məiyyətində olan bir 
dəstə tüfəngçi ilə Gürcüstana gəldi. O, Şirvan səfəri tədarükündə 
səhlənkarlıq edirdi; çünki böyük oğlu və vəliəhdi Gürgin mirzə, bu 
işdə ona mane olurdu. Axırda ata ilə  oğlanları arasında iş  çətinə 
düşdü və müharibə ilə nəticələndi. Müsəlman olan Qonstantin xan, 
əmirlərin və qızılbaş qoşununun köməyilə öz atası və qardaşını bir 
yerdə öldürdü və Gürcüstanın müstəqil hökmranı oldu. Sonra, 
səfər tədarükü görüb, hicri 1015-ci (=1606) ilin əvvəllərində, 2000 
qızılbaş  və bir qədər də gürcü qoşunu ilə  Şirvana hərəkət etdi. 
Şirvan vilayətinə  qədəm qoyunca, əyan və  əhalinin çoxu təslim 
oldu.  Şəki hakimi Şahmur xan, bəzi  əmirlərlə pişdar idi. Qəbələ 
hüdudunda, o yerin hakimi Məhəmmədəmin paşa ilə müharibəyə 
girişib onu məğlub etdi. Məhəmmədəmin paşa bir dəstə rumlu ilə 
öldürüldü, sağ qalanlar isə, Qəbələ qalasına çəkildilər. 
Mühasirəçilər qalanı almaq tədarükündə idilər. Şirvan bəylər-
bəyisi Cağal oğlu Mahmud paşa, ətrafdakı Rum əsgərlərini Şamaxı 
şəhərinə topladı, topxana və  hərbi ləvazimat ilə qarşıya çıxdı. 
Qonstantin xan da Qəbələ qalasında bir dəstə mühafiz qoyub, özü 
qalan qoşunla düşmənin qarşısına yeridi. Ağsu çayı kənarında mü-

 
133 
haribə atəşi alovlandı. Rumlular müharibənin əvvəlində çarxçılara, 
sağ cinah və sol cinah dəstələrinə güc gətirib, özlərini mərkəzə 
yetirdilər. Qızılbaş qoşunu az qalmışdı ki, məğlub olsun. Lakin 
Qonstantin xan bir qol ordu ilə çapıb hücuma keçdi. Qaçmaqda 
olan sağ və sol cinah qoşunları öz əmirləri ilə geri döndülər. Rum-
lular məğlub olub qaçmağa başladılar. Onlardan bir çoxu öldürül-
dü, bir çoxu da əsir düşdü. 
Qonstantin xan Mahmud paşanın ardınca gedib, ona yetişdi 
və fərasətlə onu tanıdı. Az qalmışdı ki, Mahmud paşanı öldürsün, 
gözlənmədən Qonstantin xana dəyən bir ox yarası buna mane 
oldu. Min nəfər rumlu öldürüldü, Mahmud paşa da sağ qalan qoşun 
ilə Şamaxı şəhərinə gəlib qalanın müdafiəsi ilə məşğul oldu. Qəbələ 
qalasının mühasirəsi üçün qalan dəstə də rumlular qaçdığı zaman, 
orada dayanmayıb müharibə meydanına gəldi. Qəbələ qalasının 
mühafizləri məğlubiyyət xəbərini eşidincə,  şəhəri qoyub qaçdılar. 
Qubad ibni-Firuzun bina etdirdiyi bu qalanın xarabaları indi də 
durur. Dərvazası, hasarı və çox dərin və qəribə xəndəyin asarından 
onun nə dərəcədə möhtəşəm olduğunu anlamaq olar. O biri qala-
ların qalabəyləri də  Şamaxıya toplandılar. Bakı  və  Dərbənd qala-
sından başqa rumluların  əlində heç bir yer qalmadı. Qonstantin 
xan, şahın hüzurunda olan təyinata müvafiq olaraq, ölkəni əmirlərə 
verdi. Ölənlərin başlarını bir neçə nəfər əsir və 12 bayraqla Təbrizə, 
Şah Abbasın hüzuruna göndərdi. Bu xidmətin qarşısında ona tac, 
kəmər, xəncər, cəvahirlə bəzənmiş qılınc və sair ənam verildi. 
Bir neçə gün sonra yarası bir az sağaldı, gəlib  Şamaxını 
mühasirə etməyə başladı. Qalanı almaq üçün istədiyi topxana və 
qorxana  şah ordusundan göndərildi. Mühasirənin müddəti çox 
uzandı. Qonstantin xan çox məğrur olduğundan, əmirlərə o qədər 
də  əhəmiyyət vermirdi. Camaat da (xüsusən gürcülər) iki səbəbə 
görə, ondan narazı idilər: birinci səbəb din ayrılığı idi, ikinci səbəb 
isə, atası Aleksandr xanın xilafına olaraq, onlarla bir padişah kimi 
rəftar etməsi idi. O gündə bir dəfə də olsun onları ümumi işlərdən 
ötrü öz yanına buraxmırdı. Halbuki atası bunlarla başqa cür rəftar 
 
134
edərdi,  əyandan olan hər bir kəs istədiyi zaman onun yanına 
gedərdi. Bu səbəblərə görə  əhd etdilər ki, Qonstantin xandan üz 
çevirib, yanlarında olan Aleksandr xanın nəvəsini Gürcüstana 
aparıb taxta oturtsunlar. 
Tərəfdarlarından bir nəfər onu işdən xəbərdar etdisə də, o çox 
məğrur olduğundan, buna əhəmiyyət vermədi. Atasının və özünün 
vəziri olan Ziyaüddin Kaşi də Qonstantin xanı gürcüləri cəzalan-
dırmağa qoymadı. Gözəl və faydalı  nəsihətlərlə gürcülərin halını 
yaxşılaşdırmaq istədi. Onlar zahirdə ixlas və  səmimiyyət göstərib 
dedilər ki, biz ancaq səfər və müharibənin uzanmasından təngə 
gəlmişik. Artıq Şirvanda qalmağa taqətimiz yoxdur. Vəzir söz verdi 
ki, bir ay kimi izn alıb onların qayıtmaq tədarükünü görsün. Beləlik-
lə də o, xanın ürəyini təşvişdən qurtardı. 
Bir gecə keşikdə olan gürcü zadəganlarından (aznaurlarından) 
bir neçəsi qarışıqlıq salıb xanın çadırını əhatə etdilər. Şahın Qarapiri 
adlı mülazimi onu bu işdən xəbərdar etdi. O da çadırın arxasını 
yarıb Əli xan Müvafiqin mənzilinə qaçdı. Gürcülər xan zənn edərək 
onun xadimlərindən bir neçəsini öldürdülər. Aleksandr xanın 
nəvəsini ələ keçirib, toplaşdıqları yerə qayıtdılar. 
Əli xanın mənzilində  kərənay çalındı, qızılbaş qoşunları  hər bir 
tərəfdən toplandılar. Gürcülər qoşunun toplanmasından anladılar ki, 
Qonstantin xan sağdır. Valizadəni götürüb, hamısı bir yerdə Gürcüsta-
na yola düşdülər. Xan, ertəsi gün səhər tezdən bir dəstə ilə gedib on-
lara çatdı. Gürcülər vuruşa hazırlaşıb açıq və uca bir səslə: «Sən mü-
səlmansan, bizə xristian hakim lazımdır» dedilər. Xan vuruşmanı məs-
ləhət görməyib geri qayıtdı. Qorxusundan qalanın yanına gəlməyib 
ordudan  əl çəkdi. Heç bir yerdə durmadan Ərdəbilə  gəldi. Oradakı 
bütün ordu ləvazimatı və ticarət malları rumlulara qənimət qaldı. 
Qonstantin xan macəranı Maku qalası yanında şahın hüzurun-
da  ərz etdi və kömək istədi.  Şah tərəfindən qəbul edilib yardım 
vədəsi aldı. Lakin, o, (şahdan) icazəsiz tacirlərdən zorla və xoşla 
xeyli pul toplayıb yanındakı  əmirlər ilə Gürcüstana hərəkət etdi. 
Ləzgi, Şirvan və Otuz iki elinin yığıntı adamlarından ibarət bir çox 

 
135 
qoşun onunla bərabər idi. Şahmur xan da Şəki tərəfdən gəlib ona 
qoşuldu. Gürcülər,  şahın Qonstantin xandan narazı olduğunu 
bildikdə, daha da cürətlənib, onu Qanıq çayı kənarında qarşıladılar. 
Qonstantin xan məğlub edilib öldürüldü... 
Onun qoşunu min fəlakətə  uğrayıb, bir hissəsi Azərbaycana, 
bir hissəsi də Şahmur xanla Şəkiyə getdi. Şah Abbas Gəncə, Tiflis 
və Tumanis qalalarını aldıqdan sonra, Qarabağ - Bərgüşat yolu ilə 
hicri 1015-ci (=1606) ildə, qışın əvvəllərində, Şirvanı almağa getdi. 
Hüzurunun xas adamlarından ağıllı və huşyar Məhəmməd bəyi də 
nəsihətamiz bir məktubla Şamaxıya, bəylərbəyi Əhməd paşanın və 
Rum böyüklərinin yanına göndərdi, özü isə Arasbara gəldi. 
Şəmsəddin paşa Şirvan şeyxzadələrindən və osmanlı dövləti-
nin inanılmış adamlarından biri idi. Rumlular onun məşvərətilə incə 
bir hiylə  işlədərək,  şahın hərəkətinə mane olmaq istədilər. 
Məhəmməd bəyə cavab verdilər: Şirvan bizə aid olmasa da, bizim 
üçün qış zamanı getmək mümkün deyildir. Əgər 3-4 ay möhlət 
verilsə, biz özümüz vilayəti boşaldarıq. Lakin Şamaxı  şahpərəst-
lərindən bir neçəsi gizli olaraq Məhəmməd bəyə məlumat verdilər 
ki, rumlular Şamaxını boşaldıb, Dağıstanın yardımı ilə möhkəm 
Dərbənd qalasında dayanmaq fikrindədirlər. Lakin İstanbula getmiş 
olan Şəmsəddin paşa bu yaxınlarda qayıdıb gəlmişdir. Rumlular və 
Şirvan  əhalisi adına fərmanlar gətirib nəşr edir. Bu fərmanlarda 
deyilir ki, Kəfəyə (Feodosiya) neçə min yeniçəri gəlmişdir. Krım 
valisi Qazi Gəray xan da, tatar qoşunu ilə Şirvana hərəkət etməyə 
məmurdur. Baharın  əvvəllərində, hər iki tərəfdən saysız-hesabsız 
Rum qoşunu yetişəcəkdir. Bundan əlavə kəşf və kəramət göstərib 
deyir: Rumdakı övliyalar ona demişlər ki, qızılbaş qoşunundan Şa-
maxıya heç bir zərər və  xəsarət toxunmayacaqdır.  Avam  xalq  da 
buna inanıb, hələlik burada qalmaq fikrindədir. Xülasə, şahın ordu-
su Arasbarın Xan arxından keçüb Cavad keçidinə  gəldi. Rumlular 
körpünü dağıtdıqlarından Kürdən kərəcilər və sal ilə keçib Qarasu-
da endilər. Oradan da Şamaxıya üz qoydular. Ordunun hərbi ləva-
zimatını Kürdən keçirmək üçün təqribən 10 gün sərf etdilər. Soyuq 
 
136
və buz səbəbinə bir çox minik və yük heyvanı batıb tələf oldu, yer-
də qalanları da çox çətinlik çəkdi. 
Şah, hicri 1015-ci (=1066) ildə, ramazan ayının 10-da Yasamal 
keçidindən qalanın yaxınlığına gəlib, vəziyyəti nəzərdən keçirdi. 
Şəhərin qərb tərəfində, qaladan fərsəxin dörddə biri qədər aralı, iki 
dağ arasında münasib bir yerdə çadır qurdurdu. Bu yerə indi də 
Şah yurdu və buradakı çeşməyə  Şah bulağı deyirlər. 4000 nəfərə 
yaxın rumlu qalanın dərvazasını bağlayıb, müdafiə  işlərilə  məşğul 
oldular.  Şamaxı qalası bir dərənin içindədir,  şəhərin və qalanın 
uzunluğu isə, o dərənin eninə düşmüşdür.  Şəhərin rəiyyət evləri 
yerləşmiş olan əsas hissəsi cənub tərəfdə, dağın ətəyində vaqedir. 
Keçmiş sultan və hakimlərin evləri isə, şimal tərəfdəki dağa bitişik 
olub, daha yüksəkdədir. Rumlular bu hissələrin hər birində bir qala 
düzəldib, bir-birilə birləşdirmiş və şimaldakı qalanı yüksək burclar-
la möhkəmləndirmişdilər.  Şah  ətrafı  nəzərdən keçirəndən sonra, 
qazılacaq səngərlərin yerini təyin etdi. Şimal tərəfdə  xəndək qaz-
maq çox çətin olduğundan, bunu Allahverdi xanın ixtiyarına verdi. 
Qərb tərəfdə  də beş  xəndək qazılmasını  əmr edərək, tərtib üzrə 
hər birini bir sərkərdənin öhdəsinə tapşırdı. Xəndəyin ibtidası 
uzaqdan başlanıb hər bir neçə addımda burcvari bir şəkildə qazılır, 
lazımi mühafizlər təyın edilirdi. Üç aya yaxın davam edən yağışın 
çoxluğundan palçıq bir dərəcəyə yetişmişdi ki, gediş-gəliş çətinləş-
mişdi. Ot-ələf tapılmadığından, ordunun minik heyvanlarını aşağı-
dakı otlaqlara göndərdilər. Bu səbəbə rum atlıları  bəzən qaladan 
çıxıb basqın edirdilər. Buna görə, bəzi varlılar öz atlarını  gətirib, 
Rum süvarilərini qaladan çıxmağa qoymadılar. 
Mühasirədə olanlar, xəndək və səngərlər üzərinə bir neçə dəfə 
hücum etdilərsə  də, bir iş görə bilmədilər. Gəncə qalasını almaq 
üçün qayrılan topların gətirilməsi xüsusunda şah tərəfindən  əmr 
verildi. Ölkə  işlərini nizam və intizama salmaq, rəiyyətin halını 
yaxşılaşdırmaqdan ötrü Qaramanlı Zülfüqar xan Şirvanın  əmirülü-
məralığına təyin edildi. Bu zaman Bakı və Dərbənd qalalarının fəth 
edilməsi mümkün oldu. Bu hadisənin təfsilatı belədir: 

 
137 
Rumlular var qüvvələrini  Şamaxı qalasını saxlamaq üçün sərf 
etdiklərindən, Bakı  və  Dərbənd işlərilə bir o qədər məşğul olma-
mışdılar. Bakı və Dərbənddə olan mühafizə dəstələrinin sayı 200-
300 nəfərdən artıq deyildi. Bunların çoxu da yerli əhalidən olub, 
ancaq maaş üçün xidmət edirdi. Bir az keçəndən sonra Bakı əhalisi 
şahpərəstlik izhar etdi. Bakı qalabəyisi onların bəzisini cəzalandır-
mağa başladı. Onlar iğtişaş qaldırıb, rumluların üzərinə töküldülər. 
Bir hissəsini qətl edib, bir hissəsini də əsir etdilər. Ölənlərin başlarını 
və  əsirləri  şahın hüzuruna göndərdilər. Bu xidmətlərinə qarşı os-
manlılardan alınan qənimətlər, çoxlu ənam və cayizə onlara mərhə-
mət edildi. Bu möhkəm qalaya, qalabəyi və mühafizlər təyin edildi. 
Rumluların xidmətində olan bir çox Dərbənd əhalisi də bakılı-
lar kimi hərəkət etməyə başladı. Xacə  Məhəmməd Dərbəndinin 
oğlu Şah Təhmasib dövründə layiqli xidmətlər göstərmişdi. Xüsusi-
lə bu padişahın lütf və mərhəmətinə nail olmuşdu. O, adam gön-
dərib, Qaytaq üsmisi Xan Məhəmmədin oğlu Rüstəm xanı 200-300 
nəfərlik bir dəstə ilə  şəhərə  gətirdi və  şahpərəstlik izhar etməyə 
başladı. Qalabəyi Gəzər Həsən özünü itirib, 60-70 nəfər rumlu ilə 
Narınqalaya çəkildi. Xacə Məhəmmədin oğlu, Dərbənddəki yoldaş-
ları və Üsmi xanın mülazimləri ilə şahın hüzuruna gəlib lütf və mər-
həmətinə nail oldu. Şah onların  əmlak vergilərini bağışladı. Dər-
bənd  əhalisini divan vergilərindən azad edib, Üsmi adına lütf və 
mərhəmət ifadə edən bir fərman yazdı. Öz bacarığı ilə məşhur olan 
xas qulamı Mənuçehr bəyi, cığatay, xorasanlı, iraqlı və sairdən mü-
rəkkəb bir dəstə tüfəngçilə qalaya qalabəyi və yollara mühafiz təyin 
etdi. Şahnəzər bəy Təkəli Cığatay Şahqulu sultan Bayat, Mir Nemə-
tullah sultan və sairdən ibarət bəzi əmirlər və əsgərlər də onların 
köməyinə getdilər. Üsmi Rüstəm xan ilə birlikdə burcların və hasar-
ların altından lağımlar atdılar. Bununla da qala əhlinin işini çətin-
ləşdirdilər. Gəzər Həsən, əmirlərin yanına adam göndərib, aman is-
tədi, yoldaşları ilə birlikdə şahın qulluğuna girməyi xahiş etdi. Onun 
bu xahişi qəbul olundu, özü də hüzurun xidmətçiləri sırasına keçdi. 
 
138
Şahın fikri Dərbəndi möhkəmləndirmək idi. Silahdarbaşı Gö-
züböyüklü Qənbər bəyi, burcları  təmir etmək və  səddi möhkəm-
ləndirmək işlərinə rəhbər təyin etdi. Şah əmr etdi ki, mümkün qə-
dər dənizin içərisində bir burc tikdirib, onun divarını qalanın hasa-
rına bitişdirsinlər. Ta ki, su azaldığı zamanlarda gediş-gəliş müm-
kün olmasın. 
Qəribə asardan biri də budur ki, burcun binasını qoyduqda, 
dəniz içərisində  dəmir millər ilə bir-birinə bağlı daş  və  kərpiclə 
tikilmiş  qədim bir burcun təməli meydana çıxdı. Yeni burcun 
binasını bu təməlin üzərində qoydular. Xalq arasında məşhurdur ki, 
Quranda adı çəkilən Zülqərneyn səddi həmin Babüləbvab səddidir. 
Bu sədd, Yəcuc xasiyyətli Dəşti-Qıpçaq əhlini dəf etmək üçün dəniz 
kənarından Əlbürz dağına qədər çəkilmişdir. 
Bu  əsnada, qabaqcadan Qazi Gəray xanın yanına səfarətə 
göndərilmiş Talıb bəylə, Hacı Bayram adlı bir nəfər gəlib dostluq 
məktubu gətirdi, sədaqət və səmimiyyət izhar etli. Bu hadisə, Şamaxı 
qalasında yaşayanların iğtişaş salmasına daha çox səbəb oldu. Gür-
cüstan valisi Təhmurəs xanın anası da 1000 nəfərlə gəldi. Həmçinin 
Dağıstan  əmirləri, Çərkəz  əmirzadələri, Qaytaq üsmisi Rüstəm 
xanın qardaşları, zaxurlu Əli bəy və  Təbərsəran valisi Məsum xan 
da  şahın dərbarına üz qoydular... Məsum xan səbəbsiz qorxuya 
düşdü və icazəsiz ordudan ayrılaraq, Təbərsəran yolunu tutub 
getdi. Şah onun ardınca xələt və məktub göndərib könlünü aldı. 
Təsadüfi olaraq, qurban bayramı günü, divanxananın yanında 
özü çubuqdan və sütunları qamışdan qayırılmış bir eyvanda 
qonaqlıq büsatı düzəlmişdi. Sədrəzəmlər, böyük alimlər, əmirlər və 
dövlət başçıları burada oturub padişahın gəlməsini gözləyirdilər. 
Birdən eyvan uçuldu; Dağıstan  əmirzadələri birtərəfdə oturduqla-
rından tez bayıra çıxdılar. Sədrəzəmlərdən, üləma və dövlət 
başçılarından bir çoxu yaralanıb həlak oldu. 
Xülasə, Gəncədən böyük topları gətirməyə məmur olan Əmir-
gunə xanın qardaşı Hüseynqulu xan Qacar, topları səlamət gətirib 
orduya yetirdi. Bunlardan birini Allahverdi xanın, o birini də, 

 
139 
Qarçaqay bəyin səngərinə qoydular. Otuz batmanlıq (ağır) topların 
və xəndəkdən keçib, hasar altına çatmış lağımların sədəməsindən 
qala və qaladakıların halı gündən-günə zəifləməkdə idi. Mühasirə 
edənlər yürüş  və hücum hazırlığı görüb, hökm və  fərmana mün-
təzir idilər. Lakin şah istəmirdi ki, şəhər zorla alınsın, günahkarlarla 
bərabər günahsızların qanı tökülsün və malları qarət olunsun. 
Axırda, Qarçaqay bəyin səngərindəki qulamlardan bir neçəsi firsət 
tapıb top zərbilə zədələnmiş bir burcun üstünə çıxdılar. Qoşun da 
bu hadisəni yürüş  fərmanı  zənn edib yoldan hücuma başladı. 
Qarçaqay bəy bu halda maneçilik göstərməyin faydasız olduğunu 
anladı, bir çox qoşunun həlak olmasından qorxaraq, istər-istəməz 
yürüş və hücum əmri verdi. Zülfüqar xan səngərinin qarşısında da 
köhnə burclardan birinin bir tərəfi top gülləsilə uçulub tökülmüş-
dü. Qala əhlindən iki nəfər gəlib dedilər: burc boşdur, əgər istəsə-
niz gəlin. Qoşun əhli firsəti fövt etməyib, 150 nəfərə qədəri yuxarı 
dırmaşdı. Zülfüqar xan işi belə göruncə, burcun üzərinə  çıxıb na-
qara və nəfir çaldıraraq hücuma əmr verdi. Bütün qoşun ətrafında 
şəhərə üz qoydu. Az bir zamanda şəhər və  aşağıdakı qala alındı. 
Qala əhlindən 3000 nəfərə qədər qətlə yetişdi. Şahın qoşunundan 
ancaq 3-4 nəfər adam tələf oldu. 
Rumlular yuxarıdakı qalaya çəkilib özlərini müdafiə etməyə 
başladılar.  Şəhərə girmiş qoşun evdən evə yol açıb, lağımları iki 
qala arasında fasilə olan yuxarı qalanın divarlarına və burclarına 
çatdırdılar və onu uçurdular. O biri tərəfdən də qorçular öz səngər-
lərini xəndəyə və buradan da üstüörtülü yolla özlərini yüksək burca 
çatdırıb hücumla onu aldılar. Bu hadisədən sonra, rumlular evlərin 
divarlarından və qapılarından müdafiəyə başladılar. Axırda, iş-işdən 
keçdiyindən,  Əhməd paşa öz xas adamlarından bir dəstə ilə keç-
mişdə  şirvanşahların məskəni olan bir köşkün damı üzərinə  çıxıb 
müdafiə edirdi. Axırda, Allahverdi xan vasitəsilə, gecəni möhlət is-
tədi ki, səhəri qalanı təslim etsin. Onun bu diləyi şah tərəfindən qə-
bul olundu. Lakin qalanın  ətrafına gözətçilər təyin edildi ki, gecə 
heç kəs çıxıb gedə bilməsin. 
 
140
Səhər, qalanın mühasirəsindən 6 ay keçəndən sonra, şahanə 
məclis quruldu. Şah dini ayin üzrə Allaha həmd və  səna edib, 
dövlət taxtında qərar tutdu və  şənlik naqaraları çalındı. Qarçaqay 
bəy qulamlar və tüfəngçilərlə qalanı və dərvazaları almağa, Hüseyn 
bəy, carçıbaşı Zülqədər isə  Əhməd paşanı,  Şəmsəddin paşanı, 
onun qardaşını və oğlunu, Kiçik Həsəni və bir neçə başqa adamları 
tutub hüzura gətirməyə  məmur edildi. Əhməd paşa ağıllı  və söz 
anlar bir şəxs olduğundan aman tapdı. Kəşf-kəramət iddiasında 
olub, qalanın qızılbaşlar tərəfindən alına bilməyəcəyinə hökm ve-
rən Şəmsəddin paşanın, şahın əmrilə əvvəl uzun saqqalını yoldular, 
sonra qardaşı oğlu və bir neçə nəfər başqa adamlarla işgəncə ilə 
öldürdülər. Rum qoşunlarının mallarını zəbt etdikdən sonra onlara 
istədikləri yerə getməyə icazə verdilər. Şəhərin varlı  və  əyanların-
dan müsadirə yolu ilə bir çox mal alıb Şirvan əhalisindən lazım gö-
rülən  şəxslərə  ənam verildi. Fitnəsindən qorxu gözlənilən  şəxslər 
də hakimlər tərəfindən tədricən dəf olundu. Şirvanlılar, qızılbaşlara 
həmfikir olduqlarını göstərmək üçün, çox vaxt onlara dost və aşna 
olan rumluları öldürdülər. 
Bu zaman Şirvan əyalətinə hakim təyin edilən Zülfüqar xandan 
çox çirkin bir hərəkət baş verdi. Bu hərəkətinə görə o, şah və qo-
şun tərəfindən məzəmmət olundu. Bunun təfsilatı belədir: onun 
bacısı və qardaşının iki qızı Əhməd xan və Gilani hadisəsində Şir-
vanda rumluların  əlinə keçmişdi. Rumluların  əyanlarından bəzisi, 
insaniyyətpərvərlik göstərərək və onların namusunu mühafizə et-
mək məqsədilə onları alıb, övlad sahibi olmuşdudar. İnsafsız Zül-
füqar xan, sileyi-rəhm gözləməyib, qadın və kişi 32 nəfərdən ibarət 
olan hamısını bir gecədə öldürtdü. Özü də aşağıda qeyd ediləcəyi 
kimi ömründən və dövlətindən bir fayda görmədi. 
Dərbənd və  Şabran hökuməti Ustacallı  Çıraq sultana həvalə 
olundu. Şahnəzər bəy Təkəli də ona müavin təyin edildi. Zülfüqar 
xan Şamaxıya gəlib, işləri yoluna qoymağa və şəhəri abad etməyə 
başladı.  Şah da havaların istiliyi üzündən  Şamaxı yaylaqlarına ge-
dib, eyş-işrətlə məşğul oldu. Dağıstan və Çərkəzistan hakimləri və 

 
141 
əmirlərindən hüzurda olanları və ya elçilər vasitəsilə ixlas göstərən-
lərini padişaha layiq ənamlarla mükafatlandırdı. Rüsmi xan Üsmi 
üçün də layiqli xələtlər göndərdi. Qorxuya düşən Məsum xanı arxa-
yın etmək üçün, Şirvan vəziri Məhəmməd Saleh bəylə ona xələt və 
hədiyyələr göndərdi. O da minnətdarlıq nişanəsi olaraq hərəmxa-
nasına məxsus qızlardan birini şahın hərəmxanasına göndərdi. 
Özünü də  dərgahın müxlislərindən hesab etdi. Şah Abbas, Şirvan 
və Dağıstan işlərini yoluna qoyduqdan sonra, Ərdəbilə yola düşdü. 
Əli bəy Cavanşir də Cavad keçidindəki körpünü düzəltməyə  mə-
mur edildi. 
Şirvanın qarışıqlıq dövründə,  Şabranın Təbərsərana bitişik 
olan bir nahiyəsi təbərsəranlıların  əlinə keçmişdi. Rumlular təbər-
səranlıların yardımına möhtac olduqlarından, bu yeri onlardan istə-
mədilər. Təbərsəranlılar indi də onu Şabran hakiminin ixtiyarına 
vermirdilər. Onların qorxusundan hakimin qulluqçularının buraya 
gedib gəlməsi çətin idi. Buna görə,  şah tərəfindən  Şirvan bəy-
lərbəyisi Zülfüqar xana əmr olundu ki, o nahiyədə möhkəm bir qa-
la tikdirib, mühafizlər təyin etsin və onların azuqədən təmin olun-
masına nail olsun. Ta ki, gediş-gəliş yolu dağ  əhalisinin  şərindən 
asudə olsun. Zülfüqar xan da qoşunla bu nahiyəyə gəlib, əhvalatı 
Təbərsəran valisi Məsum xana bildirdi. O buna razı olmadı və qala 
üçün yer təyin edildiyi zaman, neçə min atlı və piyada ilə müharibə 
qəsdilə qarşıya çıxdı. Zülfüqar xan bir daha elçi göndərib, ona 
nəsihət etdi, onu əzmindən döndərmək istədi, birinci hücumda 
təbərsəranlılar məğlub edildilər, onlardan 1000 nəfərə  qədər 
qırıldı. Zülfüqar xan az zaman içərisində ona tapşırılan mühüm 
məsələni bitirib qayıtdı. İşin keyfiyyətini şahın dərbarına bildirdi. Bu 
hadisə  şah həzrətlərinin xoşuna getmədi, çünki o, Məsum xanın 
xatirini istəyirdi və həm də hərəmxanasında olan qadınlardan biri 
Məsum xanın əqrəbasından idi. Buna görə, Zülfüqar xana buyurdu 
ki, etibarlı bir adam göndərib, Məsum xanın könlünü alsın, Vali 
Zülfüqar xan da öz etdiyindən peşman olub üzr istədi. 
 
142
Zülfüqar xanın istilası, məğrurluğu və qala tikdirməsi üzündən, 
Dağıstan hakimləri və Təbərsəran... başçıları, özlərinin məhv olma-
sından qorxaraq xəyalən pərişan bir halda idilər. 
İran padişahı hicri 1018-ci (=1609) ildə, Qarabağda qışladığı 
zaman, yaxın adamlarından Qarçaqay bəyi hüzurunda olan bir 
dəstə qulam və qoşunla göndərdi ki, Zülfüqar xan və Şirvan əmir-
lərilə Şabrana getsin, könül alan məktublarla Dağıstan hakimlərini 
arxayın etsin, tabe olanlara hörmət göstərsin, onların övlad və əq-
rabalarından bəzisini xidmət etmək üçün şahın dərbarına gön-
dərsin, üsyan edənləri isə cəzalandırsın. O, Şabrana gəldikdən son-
ra, «Şahdan gizli məktub var» bəhanəsilə Zülfüqar xanın çadırında 
onunla tək qaldı. Bu vaxt şahın qulamlarından bir neçəsi çadıra daxil 
olub Zülfüqar xanı öldürdülər. Şah tərəfindən verilən fərmana gö-
rə, Şirvan əyaləti keçmişdə Astarabad hakimi olan Yusif xan Mirşi-
kara verildi. Qaramanlı oymağından olan bir dəstə, qorçular sırası-
na keçdi, qalan qoşun da, hökmə görə Yusif xanın ixtiyarına verildi. 
Zülfüqar xandan qorxan Dağıstan hakimləri vahiməsiz Qarçaqay 
bəyin yanına qayıtdılar. Sədaqət göstərdilər, öz adamlarını ləyaqət-
li peşkəşlərə ona qoşaraq padişahın dərgahına göndərdilər. Hicri 
1024-cü (=1615) ildə Rum əsgərlərinin gəlməsi xəbəri yayıldığı 
zaman, sərhəd işlərində  iğtişaş baş verdi, Gürcüstana qarışıqlıq 
düşdü. Şirvanda osmanlılara meyl və məhəbbət göstərməklə müt-
təhim və haqlarında sürgün hökmü verilən şəxslər fürsət tapdılar. 
Xüsusən Dəli Məlik ləqəbilə məşhur olan Qabıstan tərəkəmələrinin 
başçısı  məlik Piri, Şirvan dələduzlarından bir dəstəni öz başına 
yığdı. Dağıstan tərəflərini özlərinə  sığınaq edərək, ölkənin kənar 
bucaqlarında qarətkərliyə başladılar. Bu cəhətdən Şirvan vilayətin-
də də çaxnaşma əmələ gəlib, fitnə və qarışıqlıq meydana çıxdı. Dəli 
Məlik baş qaldırmış olan Kaxet valisi Təhmurəs xanın yanına bir 
nəfər göndərib, ona tərəfdar olduğunu bildirdi. Başındakı dəstə ilə, 
şirvanlı  İmadəddin bəyin nəvəsi,  Ərəş hakimi və möhürdarı olan 
Şahqulu bəy Zülqədərin qız nəvəsi Məhəmmədhüseyn sultanın 
üzərinə yürüdü. Məhəmmədhüseyn sultan öz köçünü və ailəsini 

 
143 
qarşılamaq üçün Kür kənarına getmişdi, bu zaman onun üzərinə 
töküldülər. Sultan yanındakı azacıq adamla, bacardığı qədər özünü 
müdafiə etdi, axırda hamısı öldürüldü və bütün var-yoxları yağı-
ların əlinə keçdi. Sultanın adamları qala qapısını bağlayıb, istədilər 
ki, vaxtı uzatmaqla ya aman tapsınlar, ya da amangah. Dəli Məlik 
öz adamları ilə Ərəş qalası qarşısında yerləşdi. Lakin Gürcüstan və 
Şirvan iğtişaşını yatırmağa təyin edilən qızılbaş qoşununun gəlmə-
sini eşidərək, Dəli Məlikin tabeləri dağılışıb getdilər. O, Gürcüstan 
və Dağıstanda avara-vətən və bədbəxt olub adı batdı. 
Hicri 1025-ci (=1616) ildə, Şah Abbas özü Gürcüstanı cəzalan-
dırmağa getdi. Yusif xan Şirvan qoşunu ilə Zəyəm tərəfindən hərə-
kət etdi, çayın kənarında yerləşdi. Bu zaman Zəyəmin xristianları 
toplaşıb  şirvanlılara hücum etdilər. Böyük bir müharibədən sonra 
Zəyəm əhalisi məğlub oldu və bir çoxları öldürüldü. Sağ qalanları 
da qaçmağa başladılar. Şirvanlılar Zəyəm şəhərində abadlıqdan bir 
əsər və  əlamət qoymadılar. Qaytaq üsmisi Rüstəm xan, sədaqət 
izhar etmək üçün şahın hüzuruna gəlmişdi. O, Alket çayı kənarında 
ehtiramla qəbul edilərək, Dərbənd  əyalətinin hakimlik fərmanı ilə 
geri qayıtdı. Dağıstan və Təbərsəranın sair hakimləri də öz adamla-
rını layiqli peşkəşlərlə  bərabər göndərmişdilər, bunlar da qiymətli 
xələtlərlə təltif edildilər. 
Bu tərəflərin mühüm işləri, istənildiyi kimi yoluna qoyuldu. 
Şah Gəncə  şəhərini köhnə yerindən köçürüb, bir ağac yuxarıda 
olan indiki yerində bina etdirdi. Buradakı meydan, məscid və kar-
vansara elm və əməldə həqiqətən kamil bir vücud olan Böyük şeyx 
Bəhaəddin Məhəmməd Amilinin planı üzrə tikilmişdir. Bunlar Şah 
Abbasdan qalan tarixi abidələrdən bir yadigardır. Şirvan vilayəti bu 
hadisələrdən sonra Səfəvilər dövlətinin qarışıqlıq zamanına qədər, 
İran əmirləri və bəylərbəyilərinin hökumət mərkəzi olmuşdur. 
Şah Abbas məmləkəti abad etmək və  rəiyyətin asayişinə 
baxmaq işlərində bütün dünyada məşhurdur. Qoymuş olduğu bir 
çox mülki və  əsgəri qanunlar, İran  şahları üçün rəhbər olmuşdur. 
Sultanların ləyaqətini onların xüsusi məziyyətlərinə görə təyin edən 
 
144
Avropa tarixçiləri belə, bu elmi sevən padişaha «Böyük» ləqəbi ver-
mişdilər. O, xalq arasında indi də adil sifətilə tanınmaqdadır.  İcti-
mai binalar və xeyriyyə müəssisələri tikdirməkdə islam dövründə, 
İranda bu padişahın misli və tayı olmamışdır. Bütün İranda, o cüm-
lədən Şirvan ölkəsində olan məscidlər, mədrəsələr, uzaq çöllərdəki 
kəhrizlər və çoxlu karvansaralar bu iddianın doğruluğuna aydın bir 
sübutdur. Bir çox fazil şəxslər, onun tərbiyəsi sayəsində, elm və 
fəndə öz dövrünün başçılarından olmuş və bütün dünyada böyük 
şöhrət qazanmışlar.  İşinin çoxluğuna və bir çox müşkül işləri həll 
etməklə məşğul olmasına baxmayaraq, o, kamil adamlarla müsahib 
olmağa mail olub, gözəl təbi-şerə də malik idi... 
Şah Abbas hicri 1038-ci (=1629) ildə, 54 yaşında, Mazandara-
nın  Əşrəf adlı  şəhərində  vəfat etdi. O, bu şəhəri özü bina 
etdirmişdi, gürcülərdən bir qismini köçürüb, burada yerləşdirmişdi. 
Sam mirzə ibni-Səfi mirzə ibni-Şah Abbas - atasının vəfatından 
sonra onun adı ilə adlanıb vəliəhdliyə  təyin olunduğu üçün - 18 
yaşında Şah Səfi adı ilə taxta oturdu. O, osmanlı qoşunu ilə qalibiy-
yətli müharibələr etdi. Sultan Murad xanın aldığı İrəvan şəhərini bir 
neçə aydan sonra, hicri 1048-ci (=1639) ildə fəth etdi. Rum Xandi-
garının (Sultan Muradın)  İran  əleyhinə  təşviq etdiyi Üsmi Rüstəm 
xana qarşı, Qumuq əmiri Surxay mirzə ibni-Eldar xan ibni-Surxay 
şamxalı qüvvətləndirib  şamxallığa təyin etdi. Bundan bir il qabaq 
rus padişahı Mixail Fyodoroviç də onun şamxallığını təsdiq etmişdi. 
Qəbrinin kitabəsinə görə, Surxay mirzə hicri 1049-cu (=1640) 
ildə, Buynaqda vəfat etmişdir. Məlum olur ki, ondan sonra şamxal-
ların və vəliəhdlərinin keçmiş hökumət mərkəzi olan Qumuq şəhə-
rində onlardan kimsə hökmranlıq etmişlər. 
Qaziqumuqlar bir müddət naib vasitəsilə  şamxalın müəyyən 
olan vergisini vermişlər. Axırda onlar da, dönüklüyə başlamışlar. 
Şah Səfinin hüzuruna girov olaraq göndərilən Surxay mirzənin qar-
daşı Əlqas mirzə, Səfiqulu xan ləqəbilə əmirlik mənsəbinə yetişdi. 
O, bir müddət İrəvan və Şirvanda hökmranlıq etdi. 

 
145 
Şah Səfi hicri 1052-ci (=1642) ildə  vəfat etdi. Oğlu II Şah 
Abbas 10 yaşında səltənət taxtına oturdu. O, Gürcüstana səfər açıb, 
itaət etməyənləri külli surətdə qətl və qarət etdi. Cəlallı və sərvətli 
bir padişah olub səltənət işlərini qurmağı da yaxşı bacarırdı. Onun 
təbi-şeri də var idi... 
O da 24 il padişahlıq etdikdən sonra vəfat etdi. Oğlu Şah Səfi 
İran taxtına sahib olub, bir neçə vaxtdan sonra Şah Süleyman adını 
aldı. Əmmə xan və Eldar xan övladının, Gəray xan və Surxay şamxal 
oğlanlarının adına yazılan fərmanların tarix və  məzmunlarından 
məlum olur ki, Şah Süleyman və onun atası, Dağıstan  əmirlərinə 
maaşdan  əlavə,  Şirvan vilayətindəki kəndlərdən bir neçəsini də 
veriblərmiş. Onlar da, əvvəlkindən daha çox gediş-gəlişdə olub 
xidmət göstərməyə başlamışdılar. 
O zamanlarda üsmi sülaləsi iki şöbəyə ayrıldı: bunlardan biri 
Məcalisdə, o biri də Engi-kənddə otururdu. Bu iki şöbənin hər 
birindən növbə ilə üsmiliyə keçən şəxs Başlıda otururdu. Bu zaman 
aralarına çəkişmə düşdü. Engi-kənd  şöbəsi böyük olan Məcalis 
şöbəsinə qalib gəldi, Hüseyn xan adlı kiçik yaşlı bir oğlandan başqa 
hamısını öldürdülər. Bu şöbənin yaxın adamlarından Aydə bəy adlı 
bir nəfər onu götürüb şamxalın yanına qaçdı. Gənclik dövrünə 
çatıb, hünərli və igid bir cavan olandan sonra, Hüseyn xan İrana 
getdi. Bir müddət Səlyan Rudbarında, qazi Axund Molla Məhəm-
mədin evində qonaq qaldı, qızı Xədicə bəyimi aldı. İsfahana gəldik-
dən sonra, şahın dərbarına yol tapmayıb, eyş-işrətə qızışdı. Müla-
zimlərinin bütün libas və silahlarını satdırdı. Bu əsnadə, Qacar 
əmirləri xanədanından Zöhrə xanım adlı bir qız, onun şücaətinə və 
gözəlliyinə  məftun oldu. Qız eşqbazlığa başlayıb ona hər cür 
köməklik edirdi. Hüseyn xanın haqqında yazılmış və bu ölkədə çox 
şöhrət tapan bu şeri o qıza nisbət verirlər: 
 
 
146
Qəzəl 
 
Çəkib rüsxarə yapunci, edər can qəsdin ol yaği,  
Könül dərbəndini çapdı, qoyanda başə qeytaği,  
Dağıstan dağını gör-gör, sığınmaz dağı köysümə,  
Qara geymiş Qumuq xalqı, tutubdur Dəşti-Qıpçağı.  
Bitən hər gül olub xoşbu, taalallah bu mənzildə,  
Gülüstani-İrəm bulmuş, məgər bu Qübbə torpağı.  
Ləbi-ləli-şəkərbarın, təkəllümdən, təbəssümdən,  
Sanasan bağ ara titrər, səbadan lalə yarpağı.  
Gözün yaşini mən billəm, yıxar könlüm evin axır,  
Olur əlbəttə viran, olsa hər mənzil su oynağı. 
 
Xülasə (Hüseyn xan) o qızı aldı. Layiqli xidmətlərinə görə, pa-
dişahın hüzurunda tanındı. Çox şücaət və hünər sahibi olmaqla ad 
çıxardığından Quba və Səlyan ölkələri ona verildi. Oğlu Əhməd xan 
bu qızdan olmuşdur. Buna görə, Ağa Məhəmməd şah Şeyx Əli xanı 
özünə qohum hesab edirdi. Bu yaxşılıq səbəbinə Fətəli şahın anası 
Xədicə bikə arasında mehribancasına yazışmalar davam edirdi. 
Rudbar və  Səlyan qazisinin qızından da Qəbilə xanım adlı bir qız 
dünyaya gəlmişdir ki, bu nahiyənin  əmirləri onun nəslindəndir. 
Hüseyn xan Qubadakı Xudad qalasını təmir edib, özünə hökumət 
mərkəzi qərar verdi. Burada, İran üslubunda düzəltdiyi bağ indi də 
vardır. Xanədanı, İranda qəbul etdiyi şiə məzhəbində qalmışdır. 
Hicri 1100-cü (=1689) ildə Başlıya gəlib, öz irsi hökumətini 
üsmi Əli sultandan geri aldı. Əli sultan, ətraf və qonşu tayfalardan 
30000 qoşun toplayıb, təkrar Qaytaq əmirliyini ələ keçirdi. Hüseyn 
Xan də Qubaya qayıdıb vəfat etdi. 
Bütün tarixçilərin yazdığına görə,  Şah Süleyman ədalətli və 
ciddi, ölkədarlıq fənlərində mahir, elmi sevən,  şəriətpərvər... və 
qonşu sultanlar ilə dostluq mərasimini gözləyən bir padşah idi. 
Ömrünün axırlarında,  şiddətli ayaq ağrısından yeddi il yataqda 
yatıb, hicri 1105-ci (=1694) ildə vəfat etdi. 

 
147 
Oğlu Sultan Hüseyn taxta oturdu. Dindar və insaflı bir şəxs idi, 
həmişə üləma ilə görüşərdi. O, gecələr nafilə namazı  qılardı, 
gündüzlər isə, əlaltıları qafilə soyardılar. Get-gedə ölkə xarabalığa 
üz tutdu. Hər bir tərəfdən səltənət binasına rəxnə düşdü. Bu 
tədbirsiz padişahın hökmranlıq dövrünün axırlarında, fəsad əhlinin 
dilədiyi kimi dövlət işləri nizamdan düşmüşdü. Şirvan və Dağıstan 
vilayətləri də  iğtişaş  və qarışıqlıq məhəlli oldu. Üsmi Əli sultan 
vəfat edib, Əmir Həmzə onun yerinə keçdi. Hicri 1107-ci (=1696) 
ildə onun əmirliyi şah tərəfindən də təsdiq olundu. 
O, on ildən artıq üsmi oldu. Axırda, Əhməd xan oğlu, Qaytaq 
əhalisindən bir çoxunun köməyi ilə gedib Başlını ələ keçirdi. Əmir 
Həmzə yuxarı mahallara qaçıb, bir neçə ildən sonra, Əhməd xan 
ibni-Ulu bəy üsmi ibni-Rüstəm xan müdafiəyə qalxıb, bir neçə dö-
yüşdən sonra Başlıda,  Əhməd xan ibni-Hüseyn xan da Məcalisdə 
hökmran oldu. Axırda, Əhməd xan ibni-Ulu bəyin təhrikilə, Əhməd 
xan ibni-Hüseyn xan üsmini Məcalisdə, indi də mövcud olan evində, 
mülazimlərindən biri öldürdü. Əhməd xan ibni-Ulu bəy üsmi oldu. 
Bu zamanlarda Sultan Hüseyn, irsən 12 il müstəqil baş  vəzir 
mənsəbində olan Fətəli xan ibni-Səfiqulu xan ibni-Eldar xan şam-
xalın gözlərini çıxartdırdı, onu mülki işlərdən uzaqlaşdırdı. Onun 
(Fətəli xanın) acığına, o zamana qədər  şamxalın ixtiyarında olan 
Dağıstandakı işlərin nizamını pozdu. Fərman mucibincə, hicri 1123-cü 
(=1710) ildən etibarən, Qaytaq ölkəsinin işlərini  Əhməd xana 
tapşırdı. Ona 100 tümən əvəzində ildə 200 tümən maaş təyin etdi. 
Əhməd xan gündən-günə öz cəlal və  dəbdəbəsini artırıb, çoxlu 
qoşunla Təbərsəran üzərinə yeridi. Məhəmməd Məsum öz tərəf-
darları ilə bərabər onunla barışdı. Rüstəm və Əli bəy isə, öz dəstə-
ləri ilə birlikdə vuruşmağa başladılar. Bəzi kəndlər yandırılıb qarət 
edildikdən sonra, üsmi məktublaşma və müxtəlif vasitələrlə şirvan-
lıları  iğtişaş törətməyə  və  qızılbaşlar  əleyhinə qalxmağa təhrik 
edirdi. Bu zaman, Car və Tala camaatı Şəki ölkəsi hüdudunda sakin 
olan Zaxur əhalisilə bərabər üsyana başladı. Onları cəzalandırmaq 
üçün getmiş olan Şirvan bəylərbəyisi Həsənəli xan, Şəki mahalında 
 
148
öldürüldü. Üsyançılar onun ordusunun mal və sursatını ələ keçirdi-
lər. Sonra gəlib Şamaxı şəhərini qarət edərək öz yerlərinə qayıtdı-
lar. Bundan sonra, mötəbər bir alim və  mədrəsə  sahibi  olan  Hacı 
Davud, Müskür camaatı  tərəfindən vəkil edilərək üsminin yanına 
getdi, iğtişaş qaldırmaq haqqında onunla danışıq apardı. Üsmi, 
Mürtəzaəli Əmir Həmzə oğlu üsminin komandası altında bir dəstə 
əsgər göndərdi. O tərəflərin sünniləri də toplaşıb  Şabran  şəhəri 
üzərinə yürüdülər.  Şiddətli müharibədən sonra buranı aldılar və 
dağıdıb od vurdular. 
Üsmi xanədanına aid və bu hadisələri təsvir edən bir nüsxədə 
(salnamədə) yazıldığına görə, onlar beşikdəki uşaqları belə öldü-
rürmüşlər.  Şabran çayının sağ  kənarında olan bu məşhur  şəhərin 
xarabaları, indi də buranın böyüklüyünü və abadlığını göstərmək-
dədir. 
Bu fəth və müvəffəriyyət xəbəri üsmi Əhməd xana çatdıqda o, 
Əli Curuq adlı bir nəfəri ayrı bir qoşunla Quba üsyançılarının 
köməyinə göndərdi. Bunlar Əhməd xanın qaynatası alpanlı Hacı 
Qaibin və müskürlü Hacı Davudun bacısı oğlu Nəzirin təhriki ilə öz 
əmirləri Sultan Əhməd xan ibni-Əhməd xan ibni-Hüseyn xana qarşı 
üsyan etmişdilər. Az bir mühasirədən sonra, Xudad qalası alındı. 
Sultan  Əhməd xan da qaçdığı zaman tərəfdarları ilə  bərabər  ələ 
keçib öldürüldü. Onun südəmər körpə oğlu Hüseynəli xanı, tərəf-
darlarından bəzisi, gizlicə Axı kəndinə aparıb saxladılar. Hüseynəli 
xan, rus padişahı Pyotr gələn vaxt, onun əmrilə  gəlib öz irsi 
mülkünə sahib oldu. Hüseynəli xan, göstərdiyi ixlas və xidmətlərinə 
görə, Nadir şahın  əsrində  də, iltifatə nail olmuşdu. Nadir şah 
Səlyanı da qabaqkı qərar üzrə ona bağışlamışdı. Xülasə, Xudad fəth 
edildikdən sonra, Əhməd xan üsmi öz qoşunu, mal-dövlətlə öz 
tərəfinə çəkdiyi aqquşalılar və sair yerlilərlə bərabər, Qaziqumuğun 
başçısı Surxay ibni-Gəray ibni-Əli bəylə ittifaq edərək, Müskürə 
gəldi. Ondan da Hacı Davud və Quba əhalisi ilə birləşərək, otuz 
minə yaxın qoşunla gedib Şamaxı şəhərini mühasirəyə aldı. Lakin o 
öz məqsədinə çatmayaraq geri qayıtdı,  Şamaxı  əhalisi,  şəhərin 

 
149 
ətrafını hasarla möhkəmləndirib, müskürlüləri qarət etməyə baş-
ladılar.  Əhməd xan üsmi, Xasfulad ibni-Əmir Həmzə üsmini bir 
dəstə ilə Müskürün mühafizəsinə təyin etdi. Özü isə, qış qurtaran-
dan sonra, Dərbəndin Kafiri adlı səhrasında, Şamaxını almaq üçün 
Surxay xan və başqaları ilə ittifaq etdi. 
Gəray xan şamxal buna mane olaraq xəbər göndərdi ki, mən 
İran dövlətinin qulluqçusuyam, əgər siz Şamaxının üzərinə yürüsə-
niz, mən də sizin mülkünüzün üstünə gələcəyəm. Buna görə, Əh-
məd xan öz mülkünü qorumaq üçün getmədi. Surxay və Hacı Da-
vud isə, öz adamları  və üsminin qoşunundan bir dəstə ilə gedib, 
Şamaxını 15 günlük mühasirədən sonra, sünnilərin köməyilə, hicri 
1124-cü (=1712) ildə aldılar. Şiələri qətl-qarət etməkdə heç bir şey 
əsirgəmədilər. Bu hadisə zamanı, Şirvanın yeni bəylərbəyisi Hüseyn 
xan və 400000 tümən dəyərində malları olan 300 nəfərdən artıq 
rus taciri öldürüldü, malları da talan edildi. 
Bir azdan sonra, Surxay və Hacı Davud əhvalatı Osmanlı 
dərbarına yazıb bildirərək, o dövlətin himayəsi altına keçdilər. Sadir 
olan fərman mucibincə Hacı Davud bəy Şirvan hakimi təyin olun-
du. Sarı Mustafa paşa da bir dəstə qoşunla onun köməyinə göndə-
rildi. Beləliklə, Surxay xanın bu işlərə müdaxilə etmək yolu bağlan-
dı. Bu səbəbə onların arasında ziddiyyət və ayrılıq düşdü. Şəki öl-
kəsinin bir çox mahallarına sahib olan Surxay, Gəncəni almağa yü-
rüş etdisə  də  məqsədə çatmadan geri döndü. Ondan sonra, 
Osmanlı dövlətinin fərmanı mucibincə, Zaxurlu Əli Sultan paşa 
ləqəbilə  Şəki məmləkətinin və ona əlavə edilən Zaxur sancağının 
bəylərbəyisi təyin edildi. 
Get-gedə İrəvan, Gəncə, Gürcüstan və Şirvanın bir çox yerləri 
Rum dövlətinin ixtiyarına keçdi. Əhməd xan üsmi, Hacı Davudun 
şərrini dəf etmək və osmanlılarla müharibə etmək bəhanəsilə 
Şirvana gəldi.  Şah Təhmasib tərəfindən yazılan fərmanın məzmu-
nundan anlaşıldığına görə, o özünü İran dövlətinə tərəfdar göstər-
miş, həqiqətdə isə, qarət fikrində idi. Bu zaman rus padişahı 
Pyotrun gəlməsindən xəbər tutub öz mülkünə qayıtdı. 
 
150
Qolikov
1
, Pyotrun fəaliyyətindən bəhs edən tarix əsərində 
yazır ki, İran dövlətində səltənət işlərinin qarışıqlığını, Şirvanda rus 
tacirlərinin qarət edilib öldürülməsini nəzərə alaraq, rus padişahı 
Pyotr hicri 1134-cü (=1722) ildə, həziran (iyun) ayının 15-də Hacı 
Tərxana gəldi,  İran vilayətlərinə bu məzmunda bir müraciətnamə 
yazdı: 
«Ləzgilərin  əmiri Davud bəy və Qaziqumuq əmiri Surxay öz 
padişahlarına yağı olub, hicri 1125-ci (=1713) ildə, Şamaxı şəhərini 
yürüşlə almış, rus tacirlərini qətl və qarət etmişlər. Bu xüsusda, Hacı 
Tərxan bəylərbəyisi onların yanına adam göndərmişdi, biz də şahın 
hüzuruna elçi göndərdik, lakin, bu vaxta qədər bir təsiri olmadı. 
İran padişahı bu fitnəkarların öhdəsindən gələ bilmir. Buna görə, 
biz özümüz onlara tənbih etmək və intiqam almaq fikrilə o tərəfə 
gəlirik. Hər kəs öz yerində rahat oturub asayişi pozmazsa, bizim 
qoşunumuzdan ona heç bir zərər və ziyan toxunmaz; əksinə, fəsad 
əhlinə kömək edənlər və ya qaçanlar padişahın qəhr və qəzəbinə 
düçar olacaqlar». 
Bu zaman Əmir Mahmud Əfqan, Sultan Hüseyni İsfahanda 
mühasirə etmişdi. Oğlu Təhmasib mirzə, vəliəhd və naibüssəltənə 
sifətilə Qəzvinə gəlmişdi. O, qoşun tədarük edərək, atasını mühasi-
rədən xilas etmək istəyirdi. Lakin süstlüyü və bacarıqsızlığı üzün-
dən heç bir iş görə bilmirdi. Pyotr öz konsuluna, yəni Gilanda sakin 
olan vəkili Avramova bir fərman yazdı ki, şah və ya dövlət başçıla-
rından kim ilə mümkün olsa, danışıq aparsın.  İran hökumətini hi-
mayə etmək vədəsilə, sərhəd boyundakı vilayətlərin rus dövlətinə 
verilməsi xüsusunda bir şərtnamə bağlasın. Bundan sonra, 9000 
draqun, 20000 kazak, 30000 tatar və 20000 kalmıqdan ibarət olan 
79000 atlını qurudan yola saldı. Özü də təmuz (iyul) ayının 18-də, 
içində 22000 nizami piyada yola düşdü. İmperatora Çapartəpə adlı 
yerdə, Adil Gəray xan Şamxalın itaətini və lazımi yardım göstərəcə-
                                                 
1
 Qolikov (İvan İvanoviç) - rus tarixçisidir, 1735-ci ildə anadan olmuş və 1801-ci ildə 
vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Böyuk Pyotrun fəaliyyəti» adlı kitabdır. 

 
151 
yini bildirən  ərizəsi yetişdi. Buna görə, həmin ayın 24-də Çeçen 
adasından poruçik Lopuxini 30 nəfər çaparla Şamxalın yanına 
göndərdi ki, müraciətnamələri Şirvan və Dağıstan ölkələrinə yaysın. 
Sonra özü sahilə  çıxıb, qoşun çıxarılacaq yeri təyin etdi. Əsgərlər 
də, həmin ayın 28-də Aqraxan çayının ağzından sahilə  çıxdılar. 
Sulaqdan üç mil uzaqda, ordugah təyin edilib, ətrafı  səngərlərlə 
möhkəmləndirildi. 
Padişah özü baş əmirlərlə gecələr gəmidə olurdu, çünki quru 
yol ilə  gələn süvarilərin və atların çatmasını bir neçə gün burada 
gözləmək lazım idi. Bu süvari dəstəsinin gecikməsinə yolun çətin-
liyi, su və ələfin azlığı və İndiri kəndinin əhalisilə aparılan müharibə 
səbəb olmuşdu. Bu kəndi almaq üçün, briqadir Veteraninin ko-
mandası altında 4 draqun polku göndərildi, onlara tapşırıldı ki, 
müqavimət göstərildikdə  kəndi alıb dağıtsınlar,  şamxala tabe ol-
maqla, yoldan keçənləri qarət edən o igid tayfanı, başqalarına ibrət 
olmaq üçün, cəzalandırsınlar. 
Kəndin yaxınlığında, dar bir yerdə, yerli əhalidən 5000 nəfər 
həmin ayın 23-də onların üzərinə töküldü. Draqunlardan 70 nəfəri-
ni öldürüb bir qədərini də yaraladılar. Axırda, polkovnik Naumov 
qoşunu bu dar yerdən çıxartdı, bir az döyüşdən sonra, kəndi alıb 
dağıtdı  və ona od vurdu. Əhalidən 300 nəfəri öldürüldü, sağ 
qalanları da qaçdılar. 
Süvari qoşun və atlar əsas orduya gəlib çatandan sonra, Pyotr 
200 nəfər əsgəri və 100 nəfər kazağı, xəstələrlə bərabər, Aqraxan 
səngərində, qayıqları da onun sahilində qoydu. Dərbənd üçün 
təyin edilmiş  gəmiləri Soymonovun komandası altında yola salıb 
köçdü. Avqust ayının 7-də çox çətinliklə Sulaqdan keçdi. Orada, 
Yaxsay əmiri Sultan Mahmud, şamxalın elçisi ilə birlikdə gəlib, 850 
baş qaramal və 9 baş cins at peşkəş gətirdilər, öz ixlas və itaətlərini 
bildirdilər. Beləliklə, o şanlı padişahdan çox iltifat götürüb, öz 
hüquqlarının təsdiqinə də nail oldular. 
Pyotr hər yerdə ordunun pişdarları ilə qabaqda gedirdi. Şam-
xalın əmrilə yollar üzərində quyular qazılmasına baxmayaraq, yenə 
 
152
bir para mənzillərdə su azlığından çətinlik çəkilirdi. Avqustun 12-
də,  şamxal Adil Gəray xan, Tarxunun bir ağaclığından istiqbala 
gəldi;  şəhər xaricində ordunun çadırları qurulmuşdu. Padişah 
qoşunların hamısının toplanmasını gözləyərək, üç gün orada 
qalacaq idi. Ertəsi gün, şamxal padişahı qonaq çağırdı.  Şəhəri və 
ətrafı nəzərdən keçirdikdən sonra, süfrə başında cürbəcür söhbət-
lər danışıldı. Şamxal bu səfərdə iştirak etmək üçün qoşun vermək 
arzusunda olduğunu bildirdi, o isə  qəbul etmədi.  Şah orduya 
qayıtdıqdan sonra, Dərbənd naibi, qorçular yüzbaşçısı  İmamqulu 
bəyin vəkilləri hüzura gəldilər.  İxlas göstərib padişahın onları 
himayə edəcəyinə qarşı razılıq etdilər. 
Polkovnik Naumov, başqa bir əfsər və 12 kazakla, padişah 
ordusunun gəlməsi üçün lazım olan işləri yoluna qoymaqdan ötrü 
Dərbəndə getdi. Naibin göstərişi ilə, iki şimal darvazasında, həmin 
gün gəmi ilə  gəlmiş olan ruslardan qarovulçu qoydular. Dərbənd 
qalabəyisi Sultan, bu hadisədən  əvvəl  İran padişahının dərbarına 
getmişdi. Məmləkətin naibi həmişə yerli əhalidən olub qalanın 
mühafizəsi də onun öhdəsində olardı. 
Rus padişahı avqustun 16-da Tarxudan hərəkət edib, 18-də 
Ötəmiş mülkünə gəldi. Bir əfsəri üç nəfər kazakla Qaytaq üsmisinə 
tabe olan o yerin hakimi Sultan Mahmudun yanına göndərib tabe 
olmağı ona təklif etdi. Sultan Mahmud isə elçiləri öldürdü; özün-
dən, üsmi və sairlərindən topladığı 16 min qoşunla rus ordusunun 
üzərinə hücum etdi, nəticədə  məğlub oldu. Rus süvariləri, onları 
Ötəmiş şəhərinin üç milliyinə qədər təqib edərək, bir çoxlarını öl-
dürdülər və beş yüz evdən ibarət olan bu şəhəri 6 başqa kəndlə 
bərabər qarət edib yandırdılar. 15 min qoyun və qaramal bunların 
əlinə keçdi. Əsir düşən bir neçə nəfər də padişahın əmrilə öldürüldü. 
Rus qoşunu avqustun 21-də  Dərbəndə girdiyi gün, istinin 
şiddətindən, suyun azlığından və tozanaqlı  bərk küləkdən çox 
əziyyət çəkdi. Dərbənd şəhərinin xaricində, naib İmamqulu bəy bir 
dəstə üləma və sair əsnaf ilə, gümüş açarı bir məcməinin içərisinə 
qoyub, istiqbal mərasimi ilə  təqdim edərək, razılıq və  təşəkkür 

 
153 
izhar etdi. Pyotr nizami yürüş və əsgəri musiqi ilə qalaya daxil oldu, 
203 top ələ keçdi. Piyada qoşun şəhərə yaxın olan dəniz sahilində, 
draqun, kazak və sairdən ibarət olan süvari qoşun da Mollakəndi 
çayı kənarında yerləşdi. Bəndər münasib olduğuna görə , gəmilər 
də bu çayın ağzında dayandı. Dərbənd  şəhərini hər iki tərəfdən 
müdafiə etmək üçün bir neçə gün ərzində  təcili olaraq, biri Mol-
lakəndi çayı, digəri isə Orta Buqam çayı kənarında iki qala tikdirildi. 
Naib  İmamqulu bəy, general-mayor rütbəsi və xanlıq ləqəbilə 
Dərbənd hökumətinə və yerli qoşun sərkərdəliyinə təyin edildi. 
Paruçik Lunin, bir dəstə qoşunla dəniz yolu ilə Bakıya göndə-
rildi ki, yeni müraciətnaməni çatdırmaqla oranın hakimlərini və 
əhalisini itaətə cəlb etsin. Bir neçə gün ərzində, Yalama ilə Bəlbələ 
çayları arasında olan bütün Dərbənd və Müskür ətrafı rus əsgər-
lərinin əlinə keçdi. Müskürün bütün kəndləri əhalının iğtişaşı üzün-
dən xaraba qalmışdı. Ancaq Dədəli kəndində Hacı Davudun daş 
hasarlı evi qalmışdı, qarovulçular burada sakin oldular. 
Lakin Bakıdan qayıdıb ərz etdi ki,  Bakı əhalisi onu şəhərə bu-
raxmadı. Pyotr qəzəblənib istədi ki, onları zorla tabe etsin, qayıt-
masına səbəb olan maneələrə görə, o, bu işi gələn ilə qoydu. 
Dərbənd xaricdən, dağdan dənizə doğru çəkilmiş iki hasarla 
əhatə edilmişdir. Daxildən isə, dörd hissəyə bölünüşdür. Bu hissə-
lər bir-birindən divarlarla ayrılır. Birincisi hamıdan yüksək və daha 
kiçik olan Narınqaladır. Ruslar əvvəlcə buranı aldılar və  əhalisini 
təmamilə  çıxarıb kənara göndərdilər. Padişah özü burada sakin 
oldu. Ortadakı iki hissədə naib, tacirlər və xalq əsnafının evləri, kar-
vansaralar və sair yerləşmişdi. Padişah burada olduğu zaman, boş 
qalan və Dubaru adı ilə məşhur dördüncü hissədə iki qazarma, yə-
ni saldatxana və bir də sursat anbarı tikildi. Gəmilərdən sursat çıxa-
ran zaman şiddətli bir tufan qalxdı, gəmilər elə zədələndilər ki, on-
lara dolan suyu kəsmək mümkün olmadı. Axırda lövbərləri kəsdilər, 
tufan gəmiləri sahilə atdı. Gəmilərdə olan ərzaq isə xarab oldu. 
Həmçinin Hacı Tərxandan 30 gəmi ilə gətirilən sursat da Aqraxan 
bəndərində bu hala düşdü. Azuqə  hər cəhətdən çox az qalmışdı. 
 
154
Bu  ətrafda da iğtişaş olduğundan, taxıl  ələ  gətirmək mümkün 
deyildi. Buna görə, qoşunun Rusiyaya qayıtması lazım görüldü. 
Rus padişahına bir nəticə  əldə etmədən geri qayıtmaq çox 
ağır gəlirdi. O, xüsusilə Bakını alıb, Kür çayı  ağzında ticarət üçün 
böyük bir şəhər bina etmək və bu çay ilə yuxarı gedərək, Gürcüs-
tan məsələsini də yoluna qoymaq istəyirdi. Bunlardan başqa o, 
Astarabad vasitəsilə Hindistan ilə ticarət əlaqəsi yaratmaq fikrində 
idi. Xülasə, qoşunun bir hissəsini Dərbənd qalasının mühafizinə tə-
yin edib, eylulun (sentyabrın) əvvəllərində geri qayıtmağı qərara al-
dı. Heç bir hadisə üz vermədən Aqraxan səngərinə çatdı. Aqraxan 
çayının Sulaqdan ayrıldığı yerdə, Səlib qalası adlı bir şəhər bina 
etdi. Bu yerin suyu, otu və meşəsi olduğundan dağıstanlıların təca-
vüzünün qarşısını almaq və Dərbənd yolunu qorumaq üçün böyük 
əhəmiyyəti vardı. Gəmilərin hərəkətini təmin etmək üçün Sulaq ça-
yında iri sütunlar və ağaclardan böyük bir bənd bağladı ki, Aqraxan 
çayının suyu artsın. Bu ağacların bəzisi indi də suyun içərisində 
görünməkdədir. 
Don kazaklarının atamanı Krasnoşşekov, 1000 nəfər kazak və 
yeni gəlmiş 40000 qalmıq ilə Həmri mülkünə gedib, bir çox qətl və 
qarət edərək 350 nəfər  əsir və 11000 qaramal gətirdi.  İmperator 
Gürcüstan valisinə və ermənilərin böyük xəlifəsinə də elçi və mək-
tublar göndərdi. Nəvaziş izhar edib, özünün yenə oralara gələcəyi 
haqqında xatircəmlik verdi. Səlib qalasında mühafizlər təyin etdik-
dən sonra, bütün süvari qoşunu quru yol ilə yola saldı. Özü də 
Aqraxan bəndlərini çox möhkəmləndirib, sentyabrın 26-da gəmi ilə 
təcili surətdə Hacı Tərxana getdi. Onun ardınca piyada qoşunu da 
general-admiral qraf Apraksini gəmilərlə yola saldı. Qoşun yolda 
tufana düşərək, çox çətinliklər çəkdi. 
Pyotr təşrini-əvvəlin (oktyabrın) 4-də Hacı Tərxana gəlib çat-
mışdı. Gilan hakiminin himayə xahiş edən  ərizəsi yetişdi. 5 gün 
içərisində  gəmilər hazırlandı  və  səfər tədarükü görüldü. Həmin 
ayın 10-da polkovnik Şipov və Soymonov iki batalyon saldatla Gi-
lana getdilər. Pirəbazar bəndərinə çatdıqdan sonra, Yazıkov ordu-

 
155 
nu aparmaq üçün arabadan ötrü Rəştə göndərildi. O zaman, Təh-
masib mirzə  tərəfindən rus padişahı  dərbarına vəziri-əzəmin 
mülazimi İsmayıl bəy elçi təyin edilmişdi. O, Talış dağlarından ke-
çərkən, dənizdə rus gəmilərini görüncə, Gilana qayıdıb Rəştə getdi. 
Buranın  əhalisi, Gilan vəzirinin evində  məsləhətləşdikdən sonra 
cavab verdilər ki, İran padişahının icazəsi olmadan, rus qoşunlavrını 
öz ölkələrinə buraxa bilməzlər. Buna görə də, gəmidə qalmağı on-
lara təklif etdilər. 
Ruslar Pirəbazarı aldılar. Gilan vəziri polkovnik Şipov ilə görüş-
dü. Onların rus padişahı əmrilə, himayə üçün gəldiklərinə xatircəm 
olunca, polkovniki bir dəstə qoşunla Rəştə aparıb şəhərin kənarın-
da bir karvansarada yerləşdirdi. Lakin sülh etmək meyli olmadığın-
dan, elçini (İsmayıl bəyi) cürbəcür bəhanələrlə Rusiyaya getməyə 
qoymurdu. 
Hicri 1135-ci (=1722) ildə, təşrini-axırın (noyabrın) 23-də, Mir 
Mahmud  İsfahanı aldıqdan sonra, Şah Təhmasib Qəzvində taxta 
oturdu. Vəzir, elçini göndərməmək xüsusda onun hüzuruna bir 
ərizə yazdı və cavabına müntəzir oldu. Ruslar bu əhvalatdan xəbər 
tutaraq cürbəcür vasitələrlə elçini gəmiyə aparıb saxladılar.  Şah 
tərəfindən qasid gəldiyi zaman konsul Avramov gizlicə onun istiq-
balına çıxdı. Hiylə  və  təmahsiləndirmək vasitəsilə  fərmanın məz-
mununu bildi. Fərmanda elçinin göndərilməsi əmr olunurdu. Belə-
liklə, qasid o qədər yubatdı ki, ta Soymonov elçini kanun-saninin 
(yanvarın)  əvvəllərində, «saat xoşdur» bəhanəsilə gecə yarısı, iki 
gəmi ilə yola saldı. Gilan vəziri, fərmanı aldıqdan sonra, elçinin 
göndərilməsindən xəbərdar olub qəmgin oldu. O, hakimlərin və 
yerli  əhalinin məsləhəti ilə, müharibə  tədarükü görmək və qoşun 
toplamaqda idi. Polkovnik Şipov da tədriclə Pirəbazardan mü-
haribə ləvazimatı və sursat gətirib öz işini görürdü. 
Mart ayında, Saymonov öz məmuriyyəti mucibincə şəhər üçün 
yer intixab etməkdən ötrü, gəmilərdə bir dəstə qoşunla Kür çayı 
ağzına getmişdi. Bu zaman, gilanlılar rus qoşununa geri qayıtmağı 
təklif etdilər. Polkovnik onlara belə cavab verdi: Əvvələn, getmək 
 
156
üçün gəmilərimiz yoxdur, ikincisi də, bu təklifi bizə  İran padişahı 
etməlidir. Axırda iş müharibə ilə  nəticələndi. Gilanlılar  əllərində 
olan 4 top ilə, bütün günü karvansaranı topa tutdular. Polkovnik 
gündüz sakit durdu, gecə 1000 nəfər saldat göndərdi. İki tərəfdən 
şəhərin üstünə elə töküldülər ki, gilanlılar özlərini toplaya bilmə-
dilər, bir çoxları öldürüldü, qalanları da qaçdılar. General-mayor 
Levaşovun komandası altında yeni qoşun gəldi,  şəhəri aldılar və 
onun qərb tərəfində, Qəzvin yolu üzərində bir qala bina etdilər. 
Şərq tərəfdən də karvansaranı  qala  kimi  bərkitdikləri üçün şəhər 
arada qaldı. 
Həmin il təmuz (iyul) ayının 6-da, general-mayor Matyuşkin 9 
gəmi ilə Bakı bəndərində lövbər atdı. Bu gəmilərdə 4 polk qoşun 
var idi; polk o zaman, 1000 nəfərə yaxın əsgərdən ibarət idi. Sonra, 
İsmayıl bəyin Şah Təhmasib adından Bakı əhalisinə yazmış olduğu 
məktubu göndərdi. Məktubda qalanın təslimi təklif edilirdi. Sultan 
və Bakının əyanları elçiləri şəhərə buraxmadılar... 
Ayın 21-də general sahilə qoşun göndərdi.  Şəhərdən də bir 
çox süvari bayıra çıxıb, müharibəyə girişdilər və məğlub olaraq geri 
döndülər. Ruslar səngər düzəltməyə  məşğul oldular, yeddi gəmi 
də yaxınlaşıb, qalanın toplarını susdurdular. Qumbaraların atəşin-
dən şəhərə böyük yanğın düşdü, qalanın hasarı bir yerdən dağıldı. 
Ayın 26-na təyin edilmiş yürüş, şiddətli tufan nəticəsində mümkün 
olmadı və gəmilər pərakəndə düşdü. General yenə təslim haqqın-
dakı danışığı  təzələdi.  Şəhər alındı, 72 top, barıt, güllə  və sair bir 
çox ləvazimat ələ keçdi. 700 nəfərdən ibarət olan qala mühafizləri, 
öz sərkərdələri Dərgahqulu bəylə Rusiya dövlətinin xidmətinə daxil 
oldular. Ölkənin hökuməti Dərgahqulu bəyə həvalə edildi. Şəhərin 
qalabəyisi - sultanı, Dərgahqulu bəyin təhrikilə, Davud bəyin dos-
tudur deyə  həbsə alınaraq Rusiyaya göndərildi. Dərgahqulu bəy, 
axırda xəyanətdə müttəhim edilərək, işdən kənar edildi, rus ko-
mendantları hökumət işlərini öz əllərinə aldılar. 
Yazılı mənbələr və şifahi xəbərlərdən anlaşıldığı üzrə, Dərgah-
qulu bəy ibni-Heybət bəy ibni-Məhəmmədhüseyn bəyin keçmiş 

 
157 
babaları... gilanlı Xan Əhməd hadisəsi zamanında, hicri 1000-ci 
(=1592) ildə,  Şirvana gəlib Bakıda  mülk  sahibi  və yüzbaşı  rəisi 
olmuşdular. Onların imarət və qalalarının xarabaları Ramana kən-
dində indi də mövcuddur. Xalq arasında belə bir rəvayət məş-
hurdur ki, Əmir Hacan, Bülbülə və Ramana kəndləri xan kəndidir. 
Dərgahqulu bəy keçmiş zamanda Bakı sultanını öldürüb xan 
ləqəbilə hakimiyyətə keçmişdi. Cürbəcür tədbir, vəsilə  və  əhalinin 
ittifaqı ilə şahın dərbarı tərəfindən də təsdiq olunmuşdu. Buna gö-
rə, yeni sultan ancaq qalanın komendantlığı vəzifəsilə kifayətlənirdi. 
Davud bəy və Surxay bəy Bakını almaq istəyirdilər. Lakin, Dər-
gahqulu xan ləzgi qoşununu, şəhərin yarım ağaclığında, o zaman-
dan bəri Qanlıtıpı adlanan bir təpə yaxınlığında pis bir surətdə 
məğlub etdi. Dərgahqulu xanın qardaşı Hüseyncan bəy də bu 
davada öldürüldü. Bundan sonra Şabran və Qabıstan mahallarında 
çapqınçılığa başlayıb, gündən-günə  şöhrət tapdı. Ruslar gəldiyi 
zaman,  şəhəri təslim edib, əvvəlki vəzifəsinə  təyin edildi, Dərgah 
xanın hökumət mərkəzi Məşqətə kəndi olub, bağı, imarəti və ov-
danları indi də buradadır. Onun qüvvəti və  şücaəti xalq arasında 
məşhurdur. Dərgah xanın, Abdulla bəy Hacı Səlim bəy oğlunu Bakı 
mahalına hakim təyin etməsi haqqındakı fərmanının tarixindən və 
sair maddələrdən anlaşıldığına görə, onun hökmranlığı hicri 1143-cü 
(=1731) ildə də davam edirmiş. Lakin onun hansı ildə rus dövlətin-
dən üz çevirib, bir dəstə tərəfdarları ilə bir müddət Bakı və Şirvan 
ətrafını çalıb-çapdığı  və sonra gedib İran qoşununun  əmirləri 
sırasına keçməsi məlum deyildir. Hicri 1151-ci (=1738) ildə Nadir 
şahın qardaşı  İbrahim xan Carda öldürüldüyü zaman, o da yara-
lanıb Zəncanda vəfat etmişdir. 
Həmin il eylül (sentyabr) ayının 12-də, bir çox danışıqlardan 
sonra, hökumət mərkəzi olan Peterburqda, İsmayıl bəy  Şah 
Təhmasib adından rus dövləti başçıları ilə bir müahidə bağladı. 
Astarabaddan Dərbəndə  qədər uzanan bütün sərhəd boyu rus 
dövlətinin ixtiyarına keçdi. Rus padişahı da, Şah Təhmasibə kömək 
etməyi öhdəsinə aldı. 
 
158
Osmanlı dövləti  Şirvan və Azərbaycan ölkələrinə yiyələnmək 
fikrində idi. Müharibə elan etməklə, rus padişahını sərhəd boyun-
dakı vilayətlərə sahib olmaqdan saxlamaq istəyirdi. Vəziri-əzəm 
İbrahim paşa isə, Rusiya dövləti ilə dostluq arzusunda olub, müha-
ribəyə razı olmurdu. Buna görə, elçi göndərib Rusiya dövlətindən 
xahiş etdi ki, İran ölkəsini tutmaqdan çəkinib, Hacı Davud bəyi də 
Şirvan hakimi tanısın.  İmperator, dostcasına mülayim cavablarla 
elçiləri geri qaytardı. Lakin, Gilanın alınması xəbəri Osmanlı dövləti-
nə çatınca, vəziri-əzəm vasitəsilə təkrar elçi gəlib, bu hadisənin sə-
bəbini soruşdu. O yenə cavabında dedi: mən Rum dövləti ilə əhd-
naməni pozmaq fikrində deyiləm, qoşunu da İran ölkələrini ələ ke-
çirmək üçün deyil, bəlkə quldurlardan intiqam almaq və  məzlum 
şahı himayə etmək üçün göndərmişəm. Lakin, gizlicə olaraq, Mlaros 
vilayətləri bəylərbəyisinə fərman yazdı ki, Rum və Krım sərhədlərin-
də 70-80 min qoşun hazırlasın. 
Rumlular (türklər) da o tərəfdən Ermənistanı, Gürcüstanı  və 
Şirvanın bir çox yerlərini tutdular. Axırda bu qərara gəldilər ki, hər 
iki dövlət sahibsiz İrandan aldıqları torpağı öz əllərində saxlasınlar. 
Bu zaman, Osmanlı dərbarında olan rus dövləti səfiri Bonakın 
vasitəçiliyi və Rum dövləti vəziri-əzəmi  İbrahim paşanın bacarığı 
sayəsində, Qostəntiniyyədə (İstanbulda) hicri 1137-ci (=1725) ildə, 
həziran (iyun) ayının 27-də, iki dövlət (Rusiya ilə Osmanlı dövlətlə-
ri) arasında sülh müqaviləsi bağlandı. Bu müqaviləyə əsasən Asta-
rabad, Mazandaran, Gilan, Bakı, Səlyan və  Dərbənd vilayətləri rus 
dövlətinə verildi, Şirvanın qalan hissəsi, Ermənistan və Gürcüstan 
də Osmanlı dövlətinə çatdı. Şamaxı ilə Bakı arasında sərhəd təyin 
edildi. 
Bonakın qardaşı oğlu, bu sülh xəbərini imperatorun dərbarına 
gətirdiyindən, padişahın lütf və ənamına nail oldu. Rumyansev də 
üç dövlət arasındakı hüdudu təyin etməyə məmur oldu. Ona tapşı-
rıldı ki, İran və Türkiyəyə gedib, gizli olaraq, Gürcüstan yolunu 
öyrənsin. Kür çayının vəziyyətini təyin etsin. Ermənistan və Gürcüs-
tanın  əsgəri qüvvəsini və  məzkür yol üzərində azuqə  və ot-ələf 

 
159 
əldə etmək imkanlarını aydınlaşdırsın. Gürcüstanın Kuban tərəfin-
dən nə vəziyyətdə olduğunu və məsafəsini müəyyən etsin, erməni-
ləri Gilanda, müsəlmanların məskənlərində  və yurdlarında vətən 
salmağa təşviq etsin. 
Bu əsnada Səlib qalası tamam oldu, Sulaq çayının suyu Aqraxan 
çayına axdı.  İmperator general-mayor Kuropatova fərman yazdı ki, 
Terek şəhərini köçürüb, oraya aparan və Aqraxan səngərini dağıtsın. 
Şamxal Səlib qalasının tikilməsindən qorxuya düşdü. Həm də 
müahidə bağlayıb, ona vədlər verən osmanlıların təhrikilə 30 min 
qoşun götürüb gəldi və Səlib qalasını mühasirə etdi. Lakin o, məğ-
lub olaraq geri qayıtdı. Kuropatov onun bütün məmləkətini və hö-
kumət mərkəzini viran etdi. Bu hadisədən sonra, imperator şam-
xallıq mənsəbini ləğv edərək, onun məmləkətinin ixtiyarını Şirvan-
da hökmran olan generala həvalə etdi. Rus ordusuna gələn Şamxal 
Adil Gəray xanın özünü də  əsir edib Rusiyaya göndərdilər. Ömrü 
orada tamam olub öldü. 
Hicri 1138-ci (=1725) ildə, təşrini-saninin (noyabrın) 9-da, Ru-
siyaya getmiş olan bu yerlərin sərdarı general-leytenant Matyuşkin 
qayıdıb Bakıya gəldi və burada, podpolkovnik Zimbulatovun 
hadisəsi ilə tanış oldu. Zimbulatov, öz batalyonu ilə gedib Kür çayı 
sahilində, o yerin hakiməsi, Səlyan sultanı  Həsən bəyin hərəmi - 
Qəbuli xanımın sarayı qarşısında ordugah qurdu. Müəyyən bir 
şəhər salmaq üçün tədarükdə idi. Qəbuli xanım, dostluq və ixlas 
göstərib, bir gün onu bütün zabitləri ilə bir yerdə qonaq çağırdı. 
Xörək yeyildiyi zaman, otağa müsəllah adamlar girib, onların 
hamısını öldürdülər. Əsgərlər bu halı görüncə, orda qalmış olan bir 
xəstə zabitlə, öz gəmilərinə minib, Bakıya qayıtdılar. Təəccüblü 
burasıdır ki, Pyotr qabaqcadan bu xüsusda general Matyuşkinə 
yazıb bildirmişdi ki, «Səlyan hakiməsi xanım oğruların böyüyüdür. 
Ondan ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxtlik üz verməsin». 
General Matyuşkin 300 nəfərlə Kür dəhnəsinə gedib, şəhərin 
yerini gözdən keçirtdi və Gilana getdi. General-mayor Levaşovun 
orada 6 batalyon saldatı, 500 nəfər draqunu, bir neçə dəstə ermə-
 
160
ni, gürcü və Don kazakı da vardı. Kəsgər vəziri 20000 qoşunla qar-
şıda müharibəyə hazır durmuşdu. General Matyuşkin bir nəfər Ər-
dəbilə, Şah Təhmasibin hüzuruna göndərib, İsmayıl bəylə bağlanan 
əhdnaməyə  əsasən tələb etdi ki, vəzirləri müharibə etməyə qoy-
masın. Lakin cavab alınmadı, çünki şahın dövlət başçıları bu sülhü 
qəbul etməyib İsmayıl bəyi xain hesab edirdilər. İsmayıl bəy də rus 
himayəsi sayəsində Gilanda qalmışdı. İranlılar karvansaranın üzəri-
nə hücum etdilər. Bir batalyon saldat və üç dəstə draqun onları 
məğlub edib təqib etdilər və bir çoxlarını öldürdülər. Bundan sonra 
da Astara vəziri və başqaları bunların köməyinə gəldilər. İranlılar iki 
ay, neçə gündən-bir müharibə etdilər. Lakin bu müharibələrin ha-
mısında məğlub oldular. Axırda, elə qorxdular ki, əsla müharibəyə 
gəlmədilər... 
Bu zamanlar ruslar Bakıdan gedib Səlyanı da ələ keçirdilər və 
orada kiçik bir qala tikdilər. Həsən bəy qaçıb Dağıstan və  Şirvan 
quldurlarına qoşuldu. Bu zaman, iqtidar və  şövkətcə hacı Davud-
dan yüksək və onun Şirvanda hökmranlıq sürməsindən narazı olan 
qaziqumuqlu Surxay bəy, bir çox vəsilələrlə Osmanlı hökumətin-
dən  Şirvana hakim olmaq fərmanını öz adına aldı. Xalq ləqəbilə 
hökmranlıq bayrağını yüksəltdi. Sarı Mustafa paşa Gəncəyə  təyin 
olundu. Hacı Davud bəyı Rum ölkəsinə çağırdılar, orada da vəfat 
etdi. 
Hicri 1138-ci (=1725) ildə, təşrini-sani ayının 28-də, Böyük 
Pyotr 53 yaşında vəfat etdi. O, əzm sahibi və ağıllı, üsuli-idarə və 
fütuhat fənlərində mahir bir padişah idi. Dəfələrlə Avropaya 
səyahət edərək, kamalat hesab edib öz şəxsi istedadını artırırdı. O, 
mülki qanunları  və  əsgəri intizamı yeni üsul üzrə  qurdu.  Sülh  və 
müharibə işlərinə fikir verməklə, Rusiyanın qüdrət və şövkətini ar-
tırdı. Məşhur  Şved kralı (12-ci Kralı) məğlub edərək... Peterburq 
şəhərini bina etdi. Böyük işlər banisi olduğundan, «Böyük Pyotr» 
adı ilə məşhur oldu. Vəfatından iki il əvvəl, indiki rus padişahlarına 
məxsus olan imperator ləqəbini aldı. 

 
161 
Ustryalov
1
 öz tarix kitabında yazır: Pyotrun arvadı I Yekaterina 
ondan sonra Rusiya səltənət taxtına oturdu. O hər xüsusda, o cüm-
lədən İranın dörd vilayətinə aid işlərdə öz ərinin tədbir və qanunla-
rına  əməl edirdi. Mülki işləri nizama salmaq üçün, rusların böyük 
adamlarından ibarət 6 nəfərlik bir məclis düzəltmişdi. Rum və İran 
padişahları ilə yeni müahidələr bağladı. Adı çəkilən vilayətlərin bəzi 
nahiyələri də Rusiyanın ixtiyarına keçdi. Onun vəfatından sonra, 
hicri 1140-cı (=1727) ildə, may ayının 6-da, Böyük Pyotrun nəvəsi, 
Alekseyin oğlu II Pyotr 12 yaşında taxta oturdu. İşləri də  həmin 
məclis idarə etməkdə idi, O da, hicri 1143-cü (=1730) ildə, yanvar 
ayının 18-də vəfat edərək, yerində Böyük Pyotrun dul qardaşı qızı 
Anna İvanovna səltənətə oturdu. 
İran hüdudunda rus hakimiyyətini möhkəmləndirməkdən ötrü, 
boş yerə  məhv olan çoxlu qoşun və puldan başqa, daha bir çox 
tədarük tələb olunurdu. Çünki bu zaman İranda, adı  əməlinə 
mütabiq olan Nadir adlı bacarıqlı  və fateh bir əmir meydana çıx-
mışdı. O, Azərbaycan və Mazandaran ətrafında, taxtsız və bəxtsiz, 
sərgərdan və avara dolanmaqda olan Şah Təhmasibin xidmətinə 
girdikdən sonra, İran işləri başqa bir rövnəq tapdı. Qoşunun in-
tizamı və ölkənin asayişi gündən-günə artıb yüksəldi. Osmanlıların 
Bağdad yaxınlığındakı külli əsgəri qüvvəsinə elə bir şikəstlik verdi 
ki, hətta İstanbulun özündə belə qarışıqlıq və inqilab əmələ gəldi: 
Sultan Əhməd xan taxt və tacindan əl çəkdi, Sultan Mahmud xan 
taxta oturdu. 
Bu zaman, İran hüdudundakı  əhali həyəcana gəlib, ümumi 
surətdə hücum edərək, Rusiya ilə müharibəyə başladılar. 
Ancaq general-mayor Levaşovun bacarığı nəticəsində, Rusiya 
bu qorxulu hadisədən nicat tapdı. Həmin general öz dövlətindən 
çoxlu yardım istədi. Lakin imperatriça böyük əmirlərindən Baron 
                                                 
1
 Ustryalov (Nikolay Gerasimoviç) - rus tarixçisidir, 1805-ci ildə anadam olmuş və 
1870-ci ildə vəfat etmişdir. Əsərlərindən ən əhəmiyyətlisi «I Pyotrun səltənət tarixi» 
adlı kitabıdır. 
 
162
Şafirovu sülh arzusu ilə  İrana göndərdi. Rəştdə hicri 1145-ci 
(=1732) ildə,  İran vəkilləri ilə olan danışıqdan sonra, bu şəraitdə 
sülh bağladı: rus qoşunu təxirsiz Gilan və Mazandaran vilayətlərini 
İran dövlətlərinə qaytarsın,  şiddətli bir surətdə davam edən Rum 
və İran müharibəsi qurtardıqdan sonra Şirvan və Dağıstandan da əl 
çəksin. 
Bu barışıqda rus dövləti yalnız  İran dövləti ilə dostluğu 
təzələməklə və osmanlıların İrandan çıxarılması ilə kifayətləndi. 

Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin