A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə62/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   58   59   60   61   62   63   64   65   ...   197
 
   
  
Əfsanəvi Alayın tərkibində 
May ayının əvvəlində Bakıdan Kəlbəcərə polkovnik Z.Rzayevin 
komandanlığı  altında  701  saylı  hərbi  (adlar  və  nömrələr  şərtidir)  hissə 
gəldi.  Onların  gəlişinə  hamımız  -  o  cümlədən,  bütün  Kəlbəcərlilər 
sevinirdi.  Çünki  həm  Kəlbəcərin  qorunmasını  daha  yaxşı  təşkil  edəcək, 
həm də Ağdərənin azad olunması uğrunda döyüşlər aparacaqdıq. Həmin 
hərbi hissədə peşəkar zabitlərin olması da müsbət hal idi. Bununla yanaşı 
briqadanın  iki  ədəd  zenit  topu  və  200  nəfərədək  şəxsi  heyəti  var  idi. 
Təchizatları isə bizim batalyondan aşağı səviyyədə idi.  
Mən  Bakıdan  gələnləri  1-ci  bölüyün  otaqlarında  yerləşdirməklə, 
ərzaq  və  yatacaqla  təmin  etdim.  Bölüyün  şəxsi  heyətini  isə  sərhəd 
məntəqələrində  yerləşdirdik.  Həmin  gün  polkovnik  Z.Rzayev  batalyon 
komandiri kapitan Asif Süleymanovu, qərərgah rəisi baş leytenant Tahir 
Mehdiyevi  və  məni  yanına  çağırdı.  O,  Kəlbəcər  Batalyonunda  olan 
nizam-intizamı və yüksək səviyyədə təchizatı görüb, batalyonu 701 saylı 
hərbi  hissəyə  birləşdirmək  qərarına  gəlmişdi.  Bizdən  əvvəl  isə  Kəlbəcər 
Xalq  cəbhəsi  batalyonunun  (844  saylı  hərbi  hisə)  komandiri  İlham 
Həsənova da bu təklifi etmiş, lakin rədd cavabı almışdı. O, bu təklifi bizə 
bildirdi.  Polkovnik  Z.Rzayev  döyüş  əməliyyatlarının  aparılması  üçün 
birgə fəaliyyət göstərəcəyimizi də əlavə etdi. 
Biz–batalyon 
komandiri 
A.Süleymanov, 
qərərgah 
rəisi 
T.Mehdiyev  və  mən  həmin  gün  polkovnik  Z.Rzayevin  birləşmə  təklifini 
götür-qoy  etdik.  Fikirləşdik  ki,  ayrı-ayrı  batalyonlarla,  pərakəndə  hərbi 
qüvvələrlə  Qarabağ  müharibəsində  qələbə  əldə  etmək  çətin  olacaq. 
Torpaqlarımızın  erməni  və  rus  işğalçılarından  qorunması  naminə  və 
vahid  komandanlıq  ilə  fəaliyyət  göstərmək  məqsədi  ilə  809  saylı 
Əlahiddə  Batalyonu  ilə  701  saylı  hərbi  hissənin  birləşdirilməsini  lazım 
bildik. Biz, yalnız, Qarabağın və o cümlədən, Kəlbəcərin müdafiəsi üçün 
birləşməyi məqsədəuyğun saydıq... 
 


 
81 
DöyüĢdə qələbə-komandirin ağlı və əsgərlərin cəsurluğu ilə əldə olunur.  
                                                                                                    M ü ə l l i f  

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin