Sarıyer yaylağında
14 iyun 1992-ci ildə bölüklə Taxta sərhəd məntəqəsinə, oradan da
Sarıyer
yaylağına
köçdük.
Bölüyü
dağlara-20
km
yaşayış
məntəqələrindən uzağa çıxarmaqda məqsəd Sarıyer yaylağını və Aran
bölgələrindən yaylağa gələn qoyun sürülərini və çobanları mühafizə
etmək idi. Əvvəlcədən bir neçə gün ərzində səngərləri qazıb
hazırlamışdıq.
Hündür bir dağın ətəyində, Sarıbulağın yanındakı çəmənlikdə
çadırımızı qurduq. Əvvəlcədən qazılmış səngərlər taktiki cəhətdə əlverişli
olmadığı üçün bu barədə komandirə məlumat verdim və mən həmin
hündür və taktiki cəhətdən əlverişli olan dağın zirvəsində yenidən
səngərlər qazdırdım və üç keşikçi məntəqəsi təşkil etdim. Səngərlərlə
çadır arasında və çadırla İstisu qəsəbəsi-batalyon qərərgahı arasında
telefon xətti çəkdirdim. Rabitə rəisi leytenant Orucov Seyfəli telefon
çəkilişinə rəhbərlik edirdi. Bundan başqa bizim ratsiyamız da var idi.
Hər
gün
əsgərlərə
silah-sursatdan
istifadə
edilməsi,
minaatanlardan, qumbaraatanlardan, atıcı silahlardan, minalardan istifadə
edilməsini öyrədir, güllə və daraqların yağışdan necə qorumalarını başa
salır, taktiki hazırlıq hərbi təlimləri keçirdım. Bundan başqa əsgərlərin
fiziki hazırlığına ciddi fikir verir, tez-tez həyəcan siqnalı verir onların
səngərlərə neçə dəqiqəyə çıxa bilmələrini məşq edirdik. Bununla yanaşı
hər bir əsgərin həyəcan siqnalı zamanı hansı mövqeyə çıxacağını, nə
etməli olacağını əvvəlcədən təyin etmiş, döyüş baş verəndə onların bir-
birinə mane olmadan hərəkətlərini bildirirdim. Ermənilər həm Göyçə
tərəfdə, həm də Arpa çayının sağ sahilində mövqe tutmuşdular. Mən
durbinlə müşahidə aparır, Sarıyer yaylağına düşmənin haradan hücum
edəcəyini müəyyən etməyə çalışırdım. Onların Arpa çayı üzərində bir
topu, bir qrad qurğusu, bir PDM-i görünürdü. Özüm bir neçə əsgərlə
kəşfiyyat apararaq düşmənin silahı, texnikası və təqribi sayı barədə
komandirə məlumat verdim və bizə artilleriya köməyi göstərməyi xahiş
etdim. Çünki bizim mövqeyimiz digər bölüklərdən və yaşayış
məntəqələrindən 20-25 kilometr aralıda yerləşirdi. Düşmən hücum
etsəydi özümüzdən başqa heç kim bizə kömək edə bilməyəcəkdi. Kömək
3-4 saatdan tez bizim yanımıza çata bilməzdi. Bu isə çox gec ola bilərdi.
Ən təhlükəli hesab etdiyim isə düşmən vertalyotları idi. Onları vurmaq
üçün heç bir silahımız yox idi. Bir neçə gündən sonra komandir bizə
kömək üçün “Kristal” raketini göndərdi. Bundan başqa bölüyün iki ədəd
82 və 60 millimetrlik minaatanı da var idi. Hava hücumundan müdafiə
87
Insan üçün atasız, anasız, qardaĢsız, bacısız-doğmalarsız yaĢamaq
böyük dərddir. Bundan da böyük dərd - Vətənsiz yaĢamaqdır.
M ü ə l l i f
üçün isə bizim heç bir silahımız yox idi.
Biz əsgər və zabitlər hamımız Sarıbulağın yanında çəmənlikdə
qurduğumuz çadırda qalırdıq. Çadırda 10 ədəd ikimərtəbəli çarpayı
yerləşdirmişdik. Bu isə üç əsgərə-bir çarpayı demək idi. Əsgərlər növbə
ilə yatırdı. Bundan başqa bütün silah-sursatımız, ərzağımız da çadırda idi.
Yağış yağanda çadırda tərpənməyə imkan olmurdu. Sobanı yandırır,
paltarlarımızı qurudurduq. Yeməyimizi dizel yanacağı ilə işləyən səyyar
mətbəxdə hazırlayırdıq. Bir ədəd QAZ-66 markalı maşınımız var idi ki,
onunla həm ərzaq və sursat gətirir, həm də odun daşıyırdıq.
Mən hər gecə mövqeləri yoxlayır, əsgərlərə ayıq-sayıq olmağı
tapşırırdım. Vertalyot hücumundan və artilleriya mərmilərindən
qorunmaq üçün çadırın ətrafında hər bir əsgər üçün səngərlər qazdırdım.
Hər vaxt düşmən hücum edə bilərdi. Keçən il ermənilər qəflətən hücum
edərək burada bir neçə nəfər polisi və dinc əhalini öldürmüş, qoyun
sürülərini aparmışlar.
Sarıyer yaylağında yayda havalar sərin keçir. Yay olmasına
baxmayaraq, axşam, səhər və gecələr əsgər gödəkçələrini geyinməyə
məcbur olurduq. Hər səhər əsgərlərlə idman edir, Sarıbulağın buz kimi
suyunda qurşaqdan yuxarı yuyunurduq. Bölük komandirinin müavini baş
leytenant Ramiz Əhmədov, tağım komandiri leytenant Ziyafət Tağıyev və
bölüyün baş çavuşu gizir Şahin Bəxtiyarovla əsgərlərin təlimləri ilə
məşğul olur, tez-tez əsgərlərin döyüş hazırlığını yoxlayır, hərbi təlimlər
təşkil edir, silah və sursata baxış keçirirdim. Həyəcan siqnalı zamanı hər
bir əsgərin harada səngər tutmasını, haradan ön mövqeyə çıxmasını və
döyüşün aparılması qaydalarını dəqiqliyi ilə onlara öyrədir, atıcılıq
yarışları təşkil edirdim.
Bir tərəfi Sultan Heydər, bir tərəfi Dik Pilləkən, digər tərəfi
Keyti-Mehdi dağları ilə əhatələnmiş Sarıyer yaylağı mənzərəli, göz
oxşayan, əvəzsiz bir yaylaqdı. Hər il bu yaylaqda Azərbaycanın 28
bölgəsinin bir milyon baş qoyunu bəslənirmiş. Çobanlardan biri söhbət
edir ki, Qarabağ xanı Mehdiqulu xan da hər il Sarıyerə yaylağa gələrmiş.
Hətta bir dəfə çobanlardan biri Mehdiqulu xanın pəhləvanını yıxıbmış...
Həmin il Ağdərə yolu ermənilərdən azad edildiyi üçün Sarıyer
yaylağına Bərdə və Beyləqanın qoyun sürüləri gətirilmişdi. 4 il əvvəl
Ağdərədən Kəlbəcərə gedən yolları ermənilər bağladığı üçün heç bir
yerdən bu yaylağa gələn olmamışdır. Dörd ildən sonra təhlə-tərəkəmə
elləri yenidən sarıyer yaylağına qayıdırdı. Digər rayonların tərəkəmə-
|