A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə64/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   60   61   62   63   64   65   66   67   ...   197
Aşağı Ayrımda 3 gün 
May  ayının  axırları  idi.  Mən  İstisuda  bölüklə  təlim  keçir, 
əsgərlərin  fiziki  və  atəş  hazırlığına  daha  çox  diqqət  yetirirdim.  Hər  gün 
əsgərlərlə  qəsəbənin  arxasındakı  hündür  dağa  qalxır  atıcılıq  və  digər 
taktiki  təlimləri  orada  aparır,  əsgərlərin  güllə  atmağına  daha  çox  diqqət 
yetirirdim.    Əsgərlər  isə  döyüş  vərdişlərini  yaxşı  mənimsəyir,  artıq 
döyüşə  getməyə  hazır  olduqlarını  bildirir,  nə  vaxt  döyüşə  gedəcəklərini 
soruşurdular. 
Bir  gün  komandir  mayor  Z.Yaqubov  məni  çağıraraq  Ayrım  və 
Alçalı  kəndləri  ilə  Göyçə  ilə  sərhəddə  ön  mövqedə  yerləşmiş  3-cü 
bölüyün  ehtiyata  çıxması  ilə  əlaqədar  onların  mövqelərini  təhvil 
götürməyi əmr etdi. O, bildirdi ki, bu polkovnik Z.Rzayevin əmridir.  
Mən  axşamdan  hazırlıq  barədə  bölüyə  tapşırıqlar  verdim.  May 
ayının  21-də  maşınlarla  bölüyü  Ayrım  sərhəd  məntəqəsinə  gətirdim. 
Orada  olan  silah  və  sursatı  tağım  komandiri  Sadıqov  Habildən  təhvil 
aldım  və həmin  gün Göyçə ilə həmsərhəd ön mövqeləri gəzdim. Göyçə 
yalı deyilən aşırımda ön mövqedə üç keşikçi məntəqəsi yaratdım və gecə-
gündüz  daimi  olaraq  keşikdə  durmaq  üçün  əsgərləri  dəstələrə  böldüm. 
Həmin əraziləri yaxşı tanıdığımdan, düşmənin haradan hücum edəcəyini, 
düşməni harada qarşılayacağımızı yaxşı bilirdim və keşikçi məntəqələrini 
yerini də müəyyən etməkdə çətinlik çəkmədim.  
Hələ  uşaq  ikən  yaşlı  kişilərinin  söhbətlərindən  1905-ci  ildə  və 
1918-ci  ildə  ermənilərin  Göyçə  mahalına  və  Kəlbəcərə  hücum  etdikləri 
zaman  babalarımız  həmin  Göyçə  yalı  adlanan  yerdə  səngər  qazaraq 
düşməni  ağır  itkilərə  məruz  qoyduqlarını  eşitmişdim.  Onlar  danışırdılar 
ki,  ermənilər  göyçə  yalına  top  çıxarmış,  oradan  Kəlbəcəri  və  ətraf  
kəndləri  atəşə  tutur,  oradan  Qarabağa  keçməyə  can  atırdılar.  Kəndin 
yeniyetmə  igidləri  öz  sərrast  atəşləri  ilə  düşmənin  bir  neçə  əsgərini  və 
topçularını vurmuş və düşməni Göyçə mahalının içərilərinə-Basarkeçərə 
qədər-geriyə  çəkilməsinə  nail  olmuşlar.  Güllələri  qurtardıqdan  sonra 
Məşədi Cəmilin rəhbərliyi və biləvasitə iştirakı ilə laçınlı Sultan bəydən 
silah-sursat  alıb  gətirmişlər  və  Kəlbəcər  torpağını  qorumuşlar.  Hətta 
deyirdilər ki, Sultan bəy öz mauzerini Məşədi Cəmilə bağışlamışdı...  
Hər  gün  əsgərləri  ön  mövqeyə  çıxarır,  növbəni  dəyişdirir,  eyni 
zamanda  təlim  keçirdim.  Atəş  açmaq  qaydalarını  əsgərlərə  öyrədir, 
minaatanlardan, onun mərmilərindən istifadə qaydaları ilə əsgərləri tanış 
edirdim.  Bundan  başqa  əsgərlərin  fiziki  hazırlığını  artırmaq  məqsədi  ilə 
onlar arasında qaçış və müxtəlif idman yarışları da təşkil edirdim. Hər 


 
85 
DöyüĢə uzaqdan baxanda hər bir adam özünü böyük sərkərdə bilir. 
ġ. R u s t a v e l i 
səhər  saat  6-da  əsgərləri  yuxudan  qaldırır,  3-4  kilometr  məsafədə  maşın 
yolu ilə Yuxarı Binə kəndinə qədər qaçırır, sonra buz kimi bulaq suyunda 
yuyundururdum.  
Biz  Aşağı  Ayrımda  üç  gün  qaldıq.  Mən  buradakı  mövqeləri 
yerbəyer  etdikdən  sonra  komandirin  tapşırığı  ilə  sağ  cinahdakı  Alçalı 
mövqelərini də təhvil götürmək istəyirdim. Mayın 24-də komandir zəng 
edərək  məni  bölüklə  birlikdə  geriyə-İstisuya  çağırdı.  Əvvəlki  bölük 
yenidən  Aşağı  Ayrıma  qaytarılırdı.  Göndərilən  maşınlarla  mən  üç  gün 
əvvəl təhvil götürdüyüm silah-sursat və ərzağı yenidən 3-cü bölüyə təhvil 
verərərək,  əsgərlərlə  bərabər  İstisuya-qərərgaha  qayıtdım.  Bu  qayıdış, 
əlbəttə mənim ürəyimcə olmadı, lakin nə etməli, əmrə tabe idik.  
İstisuya  qayıtdıqdan  sonra  yenə  də  əsgərlərin  təlimləri  ilə  məşğul 
olurdum. Bir neçə gündən sonra komandir bildirdi ki, mənim bölüyümü 
ən  çətin  mövqe  hesab  edilən  Sarıyer  yaylağına  göndərəcək.  Beləliklə 
komandiri olduğum 2-ci bölüklə məni ən çətin mövqelərimizdən biri olan 
Sarıyerə  göndərməyi  qərara  aldılar.  Bununla  əlaqədar  biz  bir  neçə  gün 
maşınlarla  Sarıyer  yaylağına  gedir,  orada  əvvəlcədən  müəyyən  olunmuş 
yerdə səngərlər qazırdıq...  
 
Kapitan Ələkbər Bayramov(solda) –Murovdağ-1994-cü il  


 
86 
Hərbi hissənin gücü onun komanda heyətindən asılıdır. 
                                                                                           M ü ə l l i f 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin