A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix03.04.2017
ölçüsü3,29 Mb.
#13211
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

*** 

Başqa  şəhərdə ezamiyyətdə olarkən, mehmanxanaya yer 

almağa gəlmisiniz. Xoş  gəlib, səfa gətirmisiz, amma ehtiyatlı 

olmağınız məsləhətdir, vizit vərəqini allah eləməmiş bir az gec 



 322 

çıxarsanız, general ədasıyla (azı polkovnik təşəxxüsüylə) 

qapının ağzını kəsdirib dayanmış şveysar sizə elə pis-pis baxar 

ki, lap özünüzün də özünüzdən zəhləsi gedər; işdir vizit 

vərəqini itirmiş olsaz və başqa müvafiq sənəd tapa bilməsəz, o 

nəinki sizinlə heç kəlmə  də  kəsməz, bəlkə, hələ qolunuzdan 

tutub mitilinizi çölə atar. Əhsən, afərin, belə qapıçıya. 

Mehmanxanalar və mehmanxana tipli göydələnlər üçün təsdiq 

edilmiş qayda və təlimatların keşiyində necə də vüqarla, ayıq-

sayıq dayanıb! Bəs onda nə üçün tunc heykəl kimi əzəmətlə 

dayanıb durmuş bu general ədalı qapıçının ovcuna, yaxud 

cibinə bir üçlük, lap elə əzik bir təklik basanda, onun bayaqkı 

məğrur yenilməzliyindən  əsər-əlamət qalmır? O nəinki 

çamadanınızı, hətta sizin özünüzü də  əl üstə alıb aparmağa 

hazırdır... Bayaq qarışqaya baxan kimi sənə baxan bu "məğrur" 

insan indi qarşında elə canfəşanlıq edir ki, adamı  xəcalət təri 

bürüyür. O nəinki dilənçi payını özünə ar bilmir, əksinə, bu 

payı umur, bu paya ümid eləyir... 

Doğrudur, tapşırılmış sahəyə nəzarət eləmək onun borcudur, 

amma  ədəbsizlik, heyvərəlik hesabına yox. Ədəbsizliyi isə 

ondan irəli gəlir ki, özündə  ləyaqət olmadığından sizin də 

ləyaqətinizi alçatmağa ehtiyac duyur. Mən təkcə 

mehmanxanaya gələnlərə ayıq-sayıq göz qoyan tələbkar 

şveysara deyil, əzik-üzük manatdan hiddətlə üz döndərən 

(beləsini hələ görməmişəm)  şveysara da hörmətlə baxardım... 

Mehmanxana qapıçısı bir yana, pulumuzun artığını vüqarla geri 

qaytaran ofisianta çoxmu rast gəlmişik?.. 

…Gündüzlər müştərisi olmayan boş restoran. 

Ezamiyyətdəsən, restorana da eyş-işrət üçün yox, adi bir nahar 

eləməyə  gəlmisən. Salonda qırx boş yer, üç müştəri (sən 

dördüncüsən) və cavan, sağlam, bəy balası kimi geyimli-

kecimli on iki ofisiant var. Hamısı da bir yerə  yığışıb sənə 

məlum olmayan, amma görünür çox vacib və  təxirəsalınmaz 

mövzuda  şirin-şirin söhbət edirlər. Bu boy-buxunlu 

"pəhləvanların" səndən yan ötən, laqeyd, saymazyana 


 323 

baxışlarını tutmağa çalışaraq, vaxtın belə qıt olduğu bir dövrdə 

itirdiyin dəqiqələrə, saatlara heyfsilənirsən... Bir xeyli ümid və 

yalvarışla baxandan, him-cimlə, başınla,  əlinlə çağırdıqdan 

sonra boynu bantlı "pəhləvanlardan" biri, deyəsən, rəhmə gəlib, 

tənbəl-tənbəl sənə ancaq ona görə yaxınlaşır ki, bu stola xidmət 

göstərilmədiyini bildirsin. Nə üçün xidmət göstərilmir? Niyə 

məhz bu stola? Məlum deyil. Bilmək olmur ki, bu stol 

qabaqcadan sifariş vermiş müştərilər üçün saxlanılıb (sifarişi 

kim verib, və vaxt verib, necə verib, hansı müddətə verib?), 

yainki minalanıb bu stol - arxasında oturmaq qorxuludur. 

Başlayırsan ürəyində özünü danlamağa: salonda qırx boş stol 

olduğu halda, məhz bu stolun arxasında oturmaq hardan ağlına 

gəldi? Ancaq əminəm ki, harda otursaydım da dəxli yoxdu, 

məhz həmin stola xidmət göstərilmədiyi məlum olacaqdı. 

Burada  əsas məsələ, mənim xidmət göstərilən stolu 

"hesablayıb" tapmaq bacarığımda deyil, ofisiantın öz mənini 

sübut və təsdiq etmək istəyindədir. Əsas məsələ ondadır ki, sən 

adi bir həqiqəti dərk edəsən; həyatının müəyyən və çox qısa bir 

məqamında ofisiant sənə xidmət göstərməyə  məcbur olsa da, 

elə bu fürsətdəncə istifadə eləyib, taleyin bu haqsızlığının (o 

heç  şübhəsiz ki, özünü səndən layiqli, lakin bəxtsiz hesab 

eləyir) əvəzini çıxmağa çalışacaq. Burada hakimi-mütləq odur 

və bunu sənə sübut etmək üçün yüz üsulu var. Məsələn, səni 

bəyənib seçdiyin yerdən qaldırıb başqa yerdə  əyləşdirər. Qırx 

boş stol ola-ola, bir dəstə adamın yeyib-içdiyi, şənləndiyi 

stolun arxasında oturda bilər. Özü də  dəxli yoxdu ki, 

tanımadığın bu adamların məclisində çağırılmamış qonaqsan, 

bəlkə onlar heç səninlə bir yerdə oturmaq istəmirlər, onların 

söhbətinə mane olursan, öz yersiz gəlişinlə keflərinə soğan 

doğrayırsan. Nəhayət, bəlkə, heç sənin özün başqaları ilə bir 

yerdə çörək yemək istəmirsən. Bəlkə yemək yeyəndə  ağzını 

marçıldadırsan... Yaxud onlar marçıldadırlar... Bir sözlə, ayrıca 

stolun arxasında oturmaq istəyirsən. Bir halda ki, salonda bu 

qədər boş yer var. Nə üçün də bu kiçicik istəyin yerinə 


 324 

yetməsin?! Buna sənin haqqın var. Ancaq tələsmə. Buna 

haqqın olduğunu hələ sübut eləməlisən. Yaxşı, deyək ki, 

əlləşib-vuruşub sübut elədin və böyük güzəşt göstərib səni 

yerindən tərpətmədilər, başqa stol arxasında oturtmadılar. Nə 

dəxli, sənə dərs vermək üçün ofisiantın sərəncamında hələ çox 

üsullar var. O, "bu dəqiqə", "bu dəqiqə" deyib səni neçə saat 

gözlədər və sonra da bildirər ki, sanitar saatının vaxtı yetişdi, 

daha restoran bağlanır. "Yaddaşım yaxşıdır, yaxud qələmim 

yoxdur" deyə sifarişinizi qeyd eləməz, sonra da qovurma 

əvəzinə toyuq kotleti gətirib gələr və inandırmağa başlayar ki

sən məhz bu yeməyi sifariş vermişdin və ümumiyyətlə, bu 

sənin ən xoşladığın xörəkdir.  Bir sözlə, adamın  kefinə soğan 

doğramağın yolları çoxdur. Hər  şey ofisiantın fantaziyası  və 

ruhi vəziyyətindən asılıdır. Səninsə cansıxıcı mübahisəyə 

girişməyə, hansısa qanunlara istinadən haqqını  tələb eləməyə, 

uzun-uzadı  münasibətləri aydınlaşdırmağa nə vaxtın, nə 

həvəsin var, onsuz da bütün günü əsəb içindəsən. Bir də ki, sən 

bura höcət etməyə,  əsəblərini korlamağa yox, qarnını 

doydurmağa gəlmisən,  ən başlıcası isə istəmirsən ki, bu cür 

vecsiz və xırda işdən ötrü ləyaqətini alçaldasan. 

Kobud ofisiantın bütün günahlarından yenə  də keçərdim, 

mən ona yalnız bir şeyi — zəhrimara dönmüş yeməkdən sonra 

məndən çay pulu alarkən,  əsl aktyor kimi göz qabağındaca 

necə dəyişildiyini (Stanislavski sistemiylə) bağışlaya bilmirəm. 

Onun dəyişmə qabiliyyətinin dərəcəsi aldığı artıq pulun 

miqdarından asılıdır. Gözlərinə inana bilmirsən. Yox, bu, artıq 

həmin o adam deyil! İnsan bir dəqiqənin içində bu cür dəyişə 

bilməz!  İndi qarşında büsbütün başqa ofisiant dayanıb — 

qulluqdar və  tərbiyəli, mülayim və  nəzakətli, qılıqlı  və 

hörmətcil; sən haqq-hesabı ödəyib ayağa qalxanda, cəld stulu 

kənara çəkir, sənə yol verir, pencəyinin tozunu çırpır. 

Bu adamda ləyaqətdən əsər-əlamət yoxdur, di gəl, "Jiquli"si 

var, bizim verdiyimiz artıq pulların hesabına aldığı par-par 

parıldayan maşını restoranın qabağında onu gözləyir.  İstər-


 325 

istəməz düşünürsən: ayrılarkən, pul bahasına ofisiantdan xoş 

bir təbəssüm qoparıb, onun ədəbsiz davranışını unutmağa 

çalışmaqla biz də öz ləyaqətimizi alçatmırıqmı? 

Gəlin, addımbaşı belə günahlarla üzləşdiyimiz torpaqdan 

yenə  də ayrılaq — sözün həqiqi mənasında göylərə qalxaq; 

nəhəng və rahat hava gəmisinə minək. 

Bir dəfə mən xarici səfərdən qayıdarkən, təyyarə ilə birinci 

dərəcəli salonda uçmalı oldum. Salonda normal temperatur olsa 

da, mənə gah qalın yun şal gətirirdilər ki, üşüməyim, gah 

sərinləşdirici içki təklif edirdilər ki, susuz qalmayım. Yar-

yaraşıqlı stüardessalar diqqətcil və qayğıkeşdilər, yemək-

içməyimin, mütaliəmin qayğısına qalır, nazımı çəkirdilər. 

İki gündən sonra mən "dərəcəsiz" adi təyyarədə daxili reyslə 

doğma  şəhərimizə uçmalıydım; uçuşa, bir saatdan çox qalmış 

aeroporta gəldim. Onlarca başqa reys kimi bizim reys də qeyri-

müəyyən müddətə təxirə salındı. Əslində, qeyri-müəyyən vaxta 

qədər yox, hələlik çəmi ikicə saatlığa. Bəla burasındaydı ki, 

reysimiz altı, on saat təxirə salınsaydı, vaxtımı ölçüb-biçər, 

ondan səmərəli istifadə edə bilərdik. 

Amma iki saatlıq qısa vaxt səni müəyyən bir nöqtəyə - 

çamadanı qoyduğun yerə bağlayırdı, uçuş təxirə salındığından 

baqajı qeydiyyatdan keçirmirdilər, saxlama kamerasında isə 

yer yox idi. 

İki saatdan sonra bayaqkı soyuq və laqeyd səslə elan edildi 

ki, bizim reyslə  əlaqədar  əlavə  məlumat iki saatdan sonra 

olacaq. Məlumat bürosuna yaxınlaşmaq qeyri-mümkündü. Bu 

səadətə nail olanlarsa elə  qısa cavab alırdılar ki, teleqraf 

üslubuyla məşhur olan Heminqueyin özü də bu yığcamlığa 

həsəd apara bilərdi: "Xeyr, bilmirəm. Elanı gözləyin". 

Əlac nəydi, gözləyirdik. Səbirlə, itaətlə, səssiz-səmirsiz, 

ümidsiz halda gözləyirik.  İki saatdan bir yenə  vəd verib 

bildirirdilər, bəs, iki saatdan sonra uçuşun vaxtı haqqında əlavə 

məlumat olacaq. Düz on altı saat çamadanımın böyründəcə 

ayaq üstə durmalı oldum, bir yana tərpənməyə imkan yoxdu. 


 326 

Təxirə salınmış reyslərin çoxluğundan saxlama kamerası 

bağlıydı. Bufet piştaxtasına yalnız süvari həmləsiylə yol açmaq 

mümkün idi. Bütün stullar, kreslolar, divanlar, bir sözlə, 

oturulası, uzanılası, söykəniləsi bütün yerlər çoxdan, özü də 

deyəsən, əbədilik zəbt olunmuşdu. Qadınlar, uşaqlar qəzet sərib 

pilləkənlərdə uzanmışdılar... 

Məni incidən fiziki yorğunluq, aclıq, susuzluq deyildi. Məni 

ağrıdan alçalmağım idi, təyyarə limanının sərnişin xidməti 

işçilərinin qadın və kişilərin, qoca və  uşaqların, sağlam və 

xəstələrin, güclü və  zəiflərin bu dözülməz vəziyyətinə qarşı 

cinayətkar biganəliyi, laqeydliyi idi. Onlar üçün əzab-əziyyət 

içində saatlarla təyyarəni gözləyən bu adamlar ayrı-ayrı 

vətəndaş və şəxsiyyətlər deyil, bir itaətkar sərnişin kütləsiydi. 

Xalqımız ağrılı-acılı illərin bütün çətinliklərinə  mətanətlə 

sinə  gərdi. Evakuasiya - bumbuz, basırıq vaqonlar, küləklərin 

döydüyü sonu görünməyən gözləmələr... Amma onda 

müharibəydi... Rahatlıq yada düşmürdü... 

İndi dünyanın bu düz vaxtında, heyrətamiz texniki tərəqqi, 

komfort və servisin təntənəsi dövründə müasir təyyarə limanı 

öz sərnişinlərini kifayət dərəcədə çay, kofe, çörək, kreslo, ana 

və  uşaq otağı, saxlama kamerası, uçuş haqqında dəqiq 

məlumatla təmin etmək iqtidarında deyil... Mən yerimdən 

tərpənmədən on altı saat nədir, lap bütün günü və gecəni ayaq 

üstə qalaram, təki haçan uçacağımızın dəqiq vaxtını deyin, hər 

iki saatdan bir yalan vədlə  məni tovlamayın. Axı siz özünüz 

yaxşı bilirsiniz ki, uçuş iki saatlığa yox, daha uzun müddətə 

təxirə salınıb. Bunu gizlətməyin, açıq deyin. Səbəbini izah 

edin... İnandırıram ki, bu halda əsəbilik, narazılıq, qanqaraçılıq 

yarıba-yarı azalardı... Qəzet sərib quru yerdə, pillələrdə 

uzanmış uşaqlı qadından üzr istəyin. 

Xoş bir sözləmi, musiqiyləmi, nəyləsə, adamların könlünü 

alın,  qoy bilsinlər ki, mənən də olsa, onlara hörmət edir, 

onlarla hesablaşır, onların qayğısına qalırlar... 

İndi isə belə çıxırdı ki, bu rüsvayçılıq — hər iki saatdan bir 


 327 

üç-dörd kəlməylə baş aldatmaq normal haldır, guya elə belə də 

olmalıdır. Üzr istəmək nədir... "Üzr istəməyə, musiqi çaldırıb 

camaatı  əyləndirməyə vaxt hanı, biz burda işlə  məşğuluq" - 

yəqin ki, onların cavabı belə olardı. Adamlara insani 

münasibəti intelligent ədası, sentimentallıq və iradəsizlik hesab 

edən "sərt iş adamları" indi burada təyyarə limanında hansı işlə 

məşğul olduqlarını  və bu fəaliyyətin hansı  nəticələrə  gətirib 

çıxardığını əyani şəkildə nümayiş etdirirdilər! 

Reysimiz elan olunanda bir həngamə başladı ki, gəl görəsən. 

"Titanik"in sərnişinləri qayıqlara cuman kimi, biz də 

təyyarənin trapına tərəf yüyürdük Sankyulotlar  Bastilyaya 

hücuma keçən kimi, biz də son gücümüzü toplayıb səmaya 

həmlə elədik. Təyyarədə güc-bəla yerimizi tutduq və bu 

xoşbəxtlik məqamından stüardessa diktor avazı ilə bildirdi ki, 

heyət dincəlməyə gedib, təyyarə ancaq səhər    (gecəyarısı idi) 

havaya qalxacaq. Sonra da əlavə elədi ki (elandan məqsəd də 

elə bu idi), bütün sərnişinlər uçuşa qədər daha doğrusu, səhərə 

kimi təyyarəni tərk eləməlidirlər. Bu artıq biz sərnişinlərin 

ləyaqətini tapdalamaq deyil, sağlam düşüncəyə meydan 

oxumaq idi. Buna görə qərara aldıq ki, sankyulotlar barrikada 

qurub mudafiə olunduqları kimi biz də kresloları  səngərə 

çevirək, min əziyyətlə  əldə etdiyimiz "ərazidən" bir addım da 

geri çəkilməyək. Stüardessa hansısa qanuna istinadən bizi 

milislə  hədələdi. Demə, qədəmləri mübarək bu qanun 

sərnişinlərə məcburi gözləmə vaxtı təyyarədə, rahat kreslolarda 

keçirməyi qəti qadağan etsə  də onların saatlarla ayaq üstə 

qalmasına məşəqqət çəkə-çəkə gözləməsinə əsla etiraz eləmir... 

Bir uşaq... vay-şivən saldı. Ana: — zəhmət olmasa, uşağa su 

verin, - deyə stüardessadan xahiş elədi: 

Stüardessa laqeydcəsinə. 

—Uçuşa və  təyyarə lazımi yüksəkliyə qalxana qədər su 

butulkasını açmaq qadağandır, - dedi və sonra çox dəyərli bir 

məsləhət verdi. — Səhərə kimi dözün. 

Uşaq daha möhkəm fəryad qopardı. 


 328 

Mən özümün eynən bu cür "aeroflot" təyyarəsindəki "birinci 

dərəcəli" yerimi, sərinləşdirici içkiləri, yun şalı, jurnal-

qəzetləri, xüsusi təlim görmüş stüardessaların nəzakətli 

davranışını xatırladım.... Onu da xatırladım ki, bizim 

ölkəmizdə "siniflər" bölgüsü ancaq təyyarələrdə qalıb, 

yaşadığımız cəmiyyətdə hamı  bərabərdir və bütün idarələr, 

təşkilatlar, nazirliklər, komitələr, ittifaqlar, agentliklər və s., o 

cümlədən, bizim bu şanlı "Aeroflot" hansı  dərəcə ilə hara, 

haradan uçmasından, getməsindən, üzməsindən asılı olmayaraq 

hər bir sovet vətəndaşının ləyaqət və  şərəfinə ciddi hörmət 

etməlidir... 

Axı, hər  şey nəticə etibarı ilə insan şəxsiyyəti, onun özünə 

hörməti,  şəxsi ləyaqət hissiylə bağlıdır. Məhz, öz peşəsinə 

hörmətdən gələn ləyaqət hissi namuslu fəhləyə zay məhsul 

buraxmağa, bənnaya  əyri-üyrü ev tikməyə, cərraha xəstəsinə 

başdansovdu tikiş vurmağa, kolxoz sədrinə "pripiska" ilə 

məşğul olmağa,  şairə isə açıq-aşkar "xaltura" yazmağa imkan 

verməz. Hər bir adam, ilk növbədə,  şəxsiyyət yalnız bundan 

sonra bu və ya digər peşənin nümayəndəsi olduğu kimi, onun 

məninin əsası da insan ləyaqətidir, insan heysiyyətidir. 

İnsanlarda ləyaqət hissinin korşalması bütövlükdə 

cəmiyyətə çox ciddi mənəvi ziyan vura bilər. Xidmət 

sahəsində, nəqliyyatda, məişətdə insan ləyaqəti faktoruna 

etinasızlıq yalnız zora tapınan, məzlum, gözüqıpıq, 

heysiyyətdən məhrum insan tipinin yaranmasına gətirib çıxara 

bilər... 

...Həmin gecə  təyyarədə  uşağa su verdilər. Yorğun, tabsız-

taqətsiz, amma insan ləyaqətini itirməmiş sərnişinlər bildirdilər 

ki,  əgər stüardessa bu dəqiqə  uşağa su verməsə, onun 

familiyasını göstərməklə lazımi yerə kollektiv şikayət məktubu 

yazacaqlar. Hədə-qorxu öz təsirini göstərdi, uşağa su verdilər. 

Uşaq doyunca su içib sakitləşdi. Bizimsə bundan artıq tələblər 

sürməyə  cəsarətimiz çatmadı. Yəqin sərnişinlərdən hər biri 

ürəyində fikirləşirdi: "Səhərə kimi birtəhər dözərik, 


 329 

susuzluqdan ölməyəcəyik ki..." Giley-güzarsız dözməyin özü 

də bir ləyaqətdir. 

Səhər tezdən  əməlli-başlı dincəlmiş, yuxusunu almış (bunu 

kinayəsiz yazıram: öz mürəkkəb işini dəqiq yerinə yetirmək 

üçün ekipajın yaxşı dincəlməsi vacib şərtdir) ekipaj təyyarəni 

göylərin  ənginliyinə qaldırdı.  Lakin bundan əvvəl, ekipaj 

üzvlərinin ardınca təyyarəyə öndəki trapla üzləri tərtəmiz 

qırxılmış üç sərnişin də qalxdı. Birinci salonun birinci 

cərgəsində əyləşdilər. Onlardan biri tanışım çıxdı. 

O vaxtlar böyük vəzifə sahibi idi. Məni görüb təəçcübləndi: 

—Sən də bu reyslə uçursan? Bəs hardaydın ki, səni 

görmədim? 

Mən son gün ərzində başıma gələnləri qısaca ona danışdım. 

Vəzifəli tanışım səmim-qəlbdən dilxor oldu: 

—Heyf, heyf ki, sənin burda olduğunu  əvvəlcədən 

bilməmişəm, Vaxtımızı çox şən keçirdik. Maraqlı televiziya 

verilişinə baxdıq,  şam elədik,  şəhərə getdik, sonra da birbaşa 

uçuşa gəldik, az qala yatıb qalmışdıq... Heyf ki, heyf ki, sənin 

burda olduğunu bilməmişəm... 

Yaradıcılığı bütün dövrlər üçün müasir və aktual olan 

C.Məmmədquluzadənin bir felyetonu yadıma düşdü: 1923-cü 

ildə yazdığı felyetonda o, günlərin bir günü dəmiryol 

kassasında uzun bir növbə görməsindən söhbət açır. Camaat 

bilet növbəsində durubmuş. Başqa bir açıq kassa da varmış və 

bu "bilet sandığının" qabağında heç kəs yoxmuş. Qocaman 

yazıçını başa salırlar ki, ikinci kassa məsul işçilər üçündür. 

C.Məmmədquluzadə fikirli-fikirli deyir: "Bəs  ən yaxşısı bu 

deyilmi ki, bir ayrıca, məsul işçilər üçün məxsusi dəmir yolu 

çəkələr ki, "qeyri-məsul" bəndələrə  də  dəmir yolu ilə gedib-

gəlmək qismət olsun? Məgər onları cənab allah yaratmayıb?". 

Mən çox şadam ki, əzab içində gözlədiyim vaxt tanışımla  

rastlaşmamışam və o məni özüylə televizor, kondisioner, 

yumşaq kreslolar və uçuş haqqında dəqiq məlumat olan yerə 

aparmayıb... 


 330 

Heç getməzdim də… Belə bir vəziyyətdə olsa-olsa, ancaq 

bununla fəxr edə bilərəm…  


 331 

 

 

MƏN, SƏN, O VƏ TELEFON 

 

Telefon nömrələri 



Oxşamaz bir–birinə 

amma hamısında 

insan səsi...  

...pis günlər 

oxşamaz bir–birinə 

birində özün susarsan, 

birində telefon. 

 

Vaqif Səmədoğlu 

 

Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki... 



Telefon nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri 

unudacaqsan: pasportunun nömrəsini, axırıcı  işində aldığın 

maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan 

məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. 

Hamısını unudacaqsan. Bircə bu beş rəqəmdən savayı. Bu beş 

rəqəm, özü də  məhz bu ardıcıllıqda səninçün  ən  əziz hədiyyə 

idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə 

ətri. 


Bəzən mən qara telefonun dəstəyini elə qaldırırdım, elə bil 

royalın qapağını qaldırıram. Bəzən bu qara dəstəyi elə 

qoyurdum, elə bil tabutun qapağını örtürəm. 

İndi bu nömrə yoxdur. Yəni ki, var, amma mənimçün 

yoxdur. Mənimçün bu nömrə indi yasaq ərazidir. Barmağımın 

altında telefon dairəsində yerləşən bu beş  rəqəm indi mənim 

üçün keçilməz bir məsafədir – kilometrdir, millər, parseqlər. 

Mən bu məsafənin beşdə dördünü keçə bilərəm – dörd rəqəmi 

yığa bilərəm, amma heç vədə son rəqəmi – beşincini 

yığmayacağam. Sənin nömrən bağlı qapıdır – açarını 

itirmişəm. 


 332 

Səni görməyə  də bilərdim. Zəng edirdim, səsini eşidir və 

deyirdim: əzizim, əlin niyə belə soyuqdur? 

Səni görməyə  də bilərdim, amma məsafədən belə 

duyurdum. Sahil kəndlərinin sakinləri dənizi görməyəndə belə 

onu duyduqları kimi. 

İndi isə dəniz qeyb oldu. Yoxa çıxdı. 

Min dəfə  təkrar olunan əhvalat mən, sən, bir də o, əlbəttə. 

Amma bir də telefon.  

Hər şey Rasimin toyundan başlandı. 

Firuz tostunu davam etdirirdi: 

–Biz beş yoldaş idik. Lap o filmdəki kimi, yadınızdamı: 

onlar beş nəfər idi. Mən, Kamal, Murad, Rasim, Seymur. Bizi 

bir-bir fəth etdilər, bir-bir boyunduruğa saldılar. Bax, bunlar 

saldı – bizim xanımlar. Hələ evdə də bir çətən külfətimiz var – 

oğul-uşaq. Bəli, külfət bizi basdı, yaman basdı – hamı gülüşdü. 

– Bu gün də biz Rasimi itiririk. Heyf ondan. Əlbəttə, mən 

zarafat edirəm. Xoşbəxt olun Fəridə, Rasim. Mən sizə çoxlu 

səadət, cansağlığı, uzun ömür arzulayıram. Oğullu, qızlı 

olasınız. Amma sizin sağlığınıza içmişik, yenə içəcəyik.  İndi 

bu badələri mən axırıncı igidin saqlığına – bizim canımız-

ciyərimiz Seymurun sağlığına qaldırmaq istəyirəm. Subaydı-

sultandı. Sağ ol, var ol, bülbül ol, qəfəsdə olma. 

Hamı  mənə baxırdı, gülüşlərin və badələrin cingiltisi 

arasından tanış üzləri görürdüm – dostlarımın üzlərini. Üzlərdə 

sevincli, bir qədər də təəccüblü ifadə vardı. 

Qonaqlar dağılışanda biz hamımız – Firuz, Kamal, Murad 

arvadlarıyla, bir də  mən tək, bir yerdə  çıxdıq. Biz yatmış 

şəhərin gecəli küçələriylə addımlayırdıq və birdən Firuzun 

arvadı mənim qoluma girdi: 

–Yaxşı, Seymur, sənin toyunu haçan eləyirik? 

–Uzaq gələcəkdə. 

–Belə niyə? Yoxsa sən bu naqqalın sözlərinə inanırsan? – O, 

şıltaq bir nəvazişlə ərinin böyrünə qısıldı. – Elə bilirsən ki, ailə 

həyatı cəhənnəmdir. 


 333 

Firuz: 


–Özünə layiq qız tapa bilmir, – dedi. 

–Doğrudan? Uşaqlar, eşidirsiniz? Gəlin Seymura bir qız 

tapaq. Səninçün Bakının ən gözəl qızını tapsaq, evlənərsən? 

–Mütləq, – dedim, – ancaq bir şərtlə. Gərək, bax elə bu saat, 

bu dəqiqə tapasınız. Yoxsa fikrimi dəyişərəm. 

–Kamal: 


–Gözümün işığı, – dedi, – gecənin bu vaxtında sənə hardan 

qız tapacağıq? Küçədən tapmayacağıq ki... həm də gecənin bu 

vaxtında küçələri gəzən qızı almazsan yəqin. 

–Bəli, – dedim, – tamamilə doğru buyurursunuz. Odur ki, bu 

söhbəti xətm edək. 

–Mənim bir təklifim var, gəlin Seymura telefonla qız tapaq. 

Budur, bax, avtomat da var. 

–Gözəl fikirdir, – dedim, – amma iki qəpikliyim yoxdur. 

Hər tərəfdən mənə iki qəpikliklər uzatdılar. Budkaya girdim. 

–Nömrəni deyin.  

Firuz: 

–Əşi, ağlına gələn nömrəni çək, – dedi. – Məsələn... – 



birdən o, sözünü yarımçıq qoydu. – Yox, qardaş, keçəl suya 

getməz. Birdən qayınananla yola getmədin, yapışacaqsan 

mənim xirtdəyimdən. 

–Qorxaq, – dedim, – məsələ  də bundadır. Evlənmək ciddi 

işdir. Heç kəs məsuliyyəti boynuna götürmür. Kamal, bəlkə sən 

deyəsən. 

–Mənim bir təklifim var, – deyə Firuzun arvadı sözə qarışdı. 

Onun həmişə bir təklifi olurdu, – heç kəs boynuna məsuliyyət 

götürmək istəmir. Gəlin onda məsuliyyəti bölüşək. Hərə bir 

rəqəm desin. 

Firuz: 

–Əla, – dedi. O həmişə arvadının təkliflərini bəyənirdi. – 



İki. Mən iki çəkdim. Firuzun arvadı: 

–Doqquz, – dedi. 

Kamal: 


 334 

–Sıfır, – dedi və arvadına baxdı, – sən de. 

–Mən? Nə deyim, bilmirəm... yaxşı, dörd. 

Murad: 


–Beş, – dedi. 

Bircə Muradın arvadı heç nə deyə bilmədi, çünki dəstəkdən 

artıq kəsik siqnallar eşidilirdi. 

–Nişanlım yatıb,  — dedim. Hamı gülüşdü. Mən dəstəyi 

asdım. 

Yolumuza davam etdik, yavaş–yavaş dağılışdıq, hərə öz 



evinə getdi və  mən, nədənsə, özümü çox tənha hiss elədim. 

Dəniz bağına qayıtdım, uzun müddət adamsız bulvarı 

dolandım, qaranlıq dənizə  və uzaqdakı  rəngbərəng buylara 

baxırdım, birdən zəng elədiyim telefon nömrəsi yadıma düşdü. 

Gecə saat iki idi. Mən yaxındakı avtomat budkasına girdim, 

yarığa iki qəpiklik saldım və nömrəni yığdım. 

Telefonun dəstəyindən qadın səsi eşidildi. Yuxulu səs də 

deyildi, belə – azacıq yorğun, azacıq da təəccüblü. 

–Bəli. 

–Salam. 


–Salam. Kimdir? 

–Mənəm. Gəlin tanış olaq. 

Mən sillə kimi üzümə vurulacaq sərt cavab gözləyirdim. Ya 

da elə bilirdim ki, üzünə  çırpılan qapı kimi dəstək də birdən 

asılacaq. Amma nə söydü, nə asdı. Səsi əvvəlki kimi sakit idi. 

–Axı tanışlıq üçün vaxt bir az gecdir. 

–Gecdir? Xeyr, əsla!  Əsil vaxtdır. Mən bu saat ən yaxın bir 

yoldaşımın toyundan çıxmışam. Bu, mənim axırıncı subay dostum 

idi. Mənə elə gəlir ki, bu gün onun toyu yox, yası idi. 

–Vay, vay, vay. Elə niyə deyirsiniz? Bəs siz özünüz evli 

deyilsiniz? 

–Yox. Bəs siz ərdəsiniz? 

O güldü. 

–Tanışlığın elə birinci dəqiqəsindən hər  şeyi bilmək 

istəyirsiniz? 


 335 

–Bağışlayın, siz allah. Elə bilməyin ki, mən telefon 

xuliqanlarındanam. Yox, nədənsə, təklikdən bağrım çatlayır. 

Odur ki, dedim zəng eləyim, bir adamla danışım. 

–Bəs mənim nömrəmi hardan tapdınız? 

–Təsadüfən. Ağlıma gələn rəqəmləri yığdım, vəssalam. 

–Əcəbdir. 

–Bilirsiniz, bir az içmişəm, odur ki, özümü çox yalqız hiss 

eləyirəm. 

–Olur, eybi yoxdur. 

–Sizinlə görüşə bilərik? 

–Yox, bax, bu baş tutan iş deyil. Gəlin belə danışaq.  İndi 

gecdir. Gedin evinizə, yıxılıb yatın. Səhər duracaqsız, bütün 

dərdi-qəminiz uçub gedəcək. Görərsiz. 

–Axı  mən sizi görmək istəyirəm, heç olmasa danışmaq 

istəyirəm sizinlə. 

–Telefonumu ki, bilirsiniz. Sabah ayılandan sonra yenə  də 

görsəz ki, mənimlə danışmaq istəyirsiz, zəng eləyin. 

–Doğrudan? 

–Doğrudan. Gecəniz xeyrə qalsın. 

–Xeyrə qarşı. Sabah sizə zəng eləyəcəyəm. 

Gülməlidir vallah, amma dəstəyi asıb boş, adamsız küçələrlə 

addımlayarkən mənə elə  gəlirdi ki, daha mən də  tək deyiləm. 

Mənim də kimimsə var. 

Səhərisi gün, təbii ki, mən zəng eləmədim. Bütün günü yüz 

əlli iki min işlə  məşğul oldum və  hər  şeyi unutdum. Bir neçə 

gündən sonra iş planının müzakirəsində laboratoriya 

müdirimizlə möhkəm toqquşdum. O həm də  mənim elmi 

rəhbərim idi. 

Müzakirədən sonra Firuz məni evlərinə apardı. Biz onunla 

bir institutda işləyirdik. Yolda o mənim başıma ağıl qoyurdu, 

deyirdi ki, cırtqoz olma, hər  şey üçün partlama. Əgər 

haqlısansa da həqiqəti ifadə  və müdafiə etməyin müxtəlif 

formaları var. Hamını özünə düşmən eləməklə heç kəsi 

inandıra bilməyəcəksən. Bir az rəftarın olsun, qılığın olsun. 


 336 

Görürsən ki, biri düz danışmır. Denən ona ki, siz, görünür 

məsələyə  hərtərəfli nəzər salmamısınız, mənə elə  gəlir ki, bu 

məsələyə bir də baxsanız, mənimlə razılaşarsınız. Yoxsa sənin 

kimi: siz heç bir şey qanmırsınız, nadansınız, cahilsiniz. Ona 

görə də... 

–Ona görə  də, – dedim, – sənin bu siyasətçiliyin lap məni 

boğaza yığıb. 

–Yaxşı, görürəm ki, səninlə adam kimi danışmaq olmaz. 

Gedək bizə çay içməyə...  

Firuzun arvadı: 

—Bilirsən, – deyirdi, – heç birimiz onu öyrətməmişik. 

Bilmirəm heç bu sözləri hardan bilir, özü tapıb, deyir: anna, 

atta. 


O bir yaşı təzə tamam olmuş oğullarından danışırdı. Firuz o 

biri otaqda ev paltarlarını, məstlərini geyinib gəldi. 

—Doğrudan, — dedi, — qəribədir. Bilirsən mən təzə bir 

nəzəriyyə icad eləmişəm. Mənə elə gəlir ki, dili uşaqlar yaradıblar. 

Böyüklər yox, məhz uşaqlar. Biz — böyüklər də onların düzəltdiyi 

sözlərdən istifadə edirik. Seymur əmisi, de görüm, harda belə şirin 

bala görmüsən, kimin belə oğlu var, hə?.. 

Nə  qədər eləyirdim telefon nömrəsini yada sala bilmirdim. 

İkinci yarısı yadımda idi, əvvəlindəki iki rəqəmi də yadımda 

idi, üçüncü rəqəm sıfır idi, bəs ikinci – yadıma sala bilmirdim 

ki, bilmirdim. 

–Bura bax, Səmayə, o axşam sən hansı rəqəmi dedin? 

–Hansı axşam? Nə rəqəm? 

İzah etməli oldum. Bir yığın zarafata, gülüşə, fərziyyəyə, 

məsləhətə qulaq asmalı oldum. Ələ saldılar, doladılar, başıma 

ağıl qoydular. Amma hamısı bir yana – qapıdan çıxanda 

Səmayə dedi: 

–Hə, yadıma düşdü: doqquz. Mənim trolleybusumun 

nömrəsidir. 

 

–Allo. Salam. Mənəm. 



 337 

–Salam. Kimdir? 

–Nə tez unutdunuz. Yadınızda, mən sizə  zəng eləmişdim. 

Üç gün bundan qabaq. Elə bu vaxtlar idi. 

–Onda səsiniz başqa idi, – dedi və istehzayla əlavə etdi, – ya 

bəlkə bu səfər danışan başqa adamdır. Keçən səfər evlənənin 

başqa dostu təklikdən  şikayət edir. Məşğulətçin telefon 

macəralarına qurşanmısız. 

O, sərt və kəskin danışmağı bacarırdı. 

–And olsun ki, mənəm. Yəqin keçən səfər səsim sərxoş səsi 

idi, onunçun tanımadız. İndi necə, tanıyırsınızmı? 

–Hə, indi tanıdım. Mənə elə  gəldi ki, başqa adamdır, 

bağışlayın, – o, arxayınlıqla güldü. – Deməli, bu gün ayıqsınız. 

–Yüz faiz. Ayıq vaxtımda zəng elədim ki, mənim haqqımda 

yanlış  təsəvvürünüz olmasın. Sonra elə bilərsiz içkibazam. 

İldə-ayda bir dəfə içirəm. 

–Yaxşı ki, zəng elədiniz, yoxsa bu axşam mən də yaman 

darıxırdım. Radiom xarab olub. 

–Siz həmişə belə gec yatırsınız? 

–Hə, mən gecə yarısına qədər radioya qulaq asıram. Amma 

bu gün radiomun lampası xarab olub, lap dəli kimiyəm. 

Dəstəkdən piano səsi eşidilirdi. Lap uzaqdan eşidilirdi. 

–Siz suallara cavab verməyi sevmirsiz, amma deyin, kimdir 

bu geçə vaxtı piano çalan? 

–Aa, – o güldü. – Bizdə deyil, qonşudadır. Bir zəhlətökən 

qızdır ki, səhərdən axşamacan çalır. Divarlar nazikdir, bu 

qammalar məni lap cəzana yetirib. Radiom işləyəndə heç 

olmasa eşitmirəm onun çalmasını. 

–Radioyla nəyə qulaq asırsınız ki? 

–Efir evimin içi kimidir. Bax burda həmişə gecə konserti var 

– elə bil mən onun radio-dalğaları üzərində gəzən barmaqlarını 

görürdüm – burda da kəsik-kəsik melodilərdir, uzaq okeanların 

üstündən uçub gəlir. Burda həmişə tufan uğuldayır, burda da 

anlamadığım bir dildə danışırlar. Burda həmişə  səs-küy olur. 

Konferansye zarafat edir, camaat gülür, əl çalır, mən sözləri 


 338 

başa düşmürəm, amma hamı gülür, fit verir, əl çalır, mən də 

şənlənirəm. Burda da nə isə intim bir verilişdir. Kişiylə qadın 

lap yavaş, pıçıltıyla danışırlar, mikrofonda nəfəslərini də 

eşidirəm. Radio qəribə  şeydir. Elə bil bütün dünya mənim 

otağımdadır. Dünyanın gecəsi. Göy, melodiyalar, dramlar, 

təyyarələr... 

–Təyyarələr niyə? 

–Qulaq asın, – dedi. Başa düşdüm ki, susub dinləyir, Mən də 

qulaq verdim və bir qədər sonra təyyarə  uğultusu eşitdim. 

Görəsən bu təyyarə bizim evin də üstündən keçəcəkmi? 

Görəsən onun evi hansı səmtdədir, şəhərin hansı tərəfində? 

–Radioyla təyyarələr qohumdurlar, eləmi? – deyə  qəfilcə 

soruşdu. 

–Hardan qohumdurlar ki? 

–Səmadan, – dedi və yenə susdu. İndi dəstəkdən təyyarə 

uğultusu deyil, yenə  də bayaqkı kimi yeknəsəq qammalar 

eşidilirdi. 

–Mən elə hey danışıram, danışıram, siz isə susursunuz. Siz 

də mənə bir şey danışın. 

Özüm də özümə  təəccüblənə-təəccüblənə, bilmirəm heç 

niyə mən bu yad adama heç kəsə danışmadıqlarımı danışmağa 

başladım. İşdəki çətinliklərimdən, köhnə dostum Firuzla günü-

gündən uzaqlaşmağımızdan, elmi rəhbərimi neçin 

sevmədiyimdən, müzakirədə ona ağzımdan çıxanı dediyimdən 

və başqa-başqa bu kimi şeylərdən. Ona heç bir dəxli olmayan 

şeylərdən. Niyə  mən bunları  məhz ona danışırdım? Özüm də 

bilmirəm. Amma özümü saxlaya da bilmirdim. 

Birdən özümə  gəldim. Tələsik onunla xudafizləşib dəstəyi 

asdım. 


Evimə 

tərəf addımlaya-addımlaya düşünürdüm. 

Düşünürdüm ki, bunu kimə danışsam inanmaz. Doğrudan da 

tanımadığın, üzünü belə görmədiyin adama qəlbini necə açmaq 

olar. Mən onun haqqında nə bilirdim? heç nə. Bircə onu 

bilirdim ki, gecələr o, radio dinləməyi sevir, qonşusu isə 



 339 

pianoda qamma çalır. 

Bu hekayənin iştirakçılarından biri – telefondur. Mən 

telefon haqqında bir neçə kəlmə demək istəyirəm. Son vaxtlar 

mən telefonlar barəsində çox düşünürdüm: onlar mənə  qəribə 

və müxtəlif cür görünürdülər. Bizim laboratoriya müdirimizin 

otağında – masanın üstündə qara bir telefon aparatı var. Hər 

dəfə bu aparata baxanda mənə elə gəlirdi ki, onun xətti dinamik 

məftilinə oxşayır. Müdirin daima nigaran, daima təlaşlı, qorxu 

çəkən gözlərinə baxanda mənə elə gəlirdi ki, bu telefonu onun 

otağına gec partlayan mina kimi qoyublar. O hər zəngdən, hər 

hərəkətdən diksinirdi. Yəqin ona elə  gəlirdi ki, bu mina – 

telefon hər dəqiqə bəd bir xəbərlə partlaya bilər. Bir gün zəng 

eləyib ona deyəcəklər ki, səni işdən çıxarıblar, yaxud arvadın 

qaçıb... 

Kanselyariyamızda da telefon vardı. Amma diski rəqəmsiz, 

bağlı, qara bir dairə idi, elə bil möhürlənmişdi. Mənə elə gəlirdi 

ki, bu telefon təkərsiz maşın, ünvansız məktub kimi köməksiz 

və acizdir. O, sanki mütiliyin, asılılığın, passivliyin, 

təşəbbüssüzlüyün rəmzi idi – sənə zəng vura bilirlər, amma sən 

heç kəsə zəng vura bilmirsən. Bu tipli telefonların müqabilində 

telefon avtomatlar da mövcud idi. Telefon avtomatlar disksiz 

telefonların tam əksi idi. Sən zəng edə bilirsən, amma sənə 

cavab verə bilmirlər. Zəng elə  ağzına gələni de, lap söy, kim 

səni tapacaq? Telefon avtomatlar – cəzasızlığın, 

məsuliyyətsizliyin, özbaşınalığın rəmzi idi. Onların üstünlüyü 

bombardmançı 

təyyarənin silahsız gəmi üzərindəki 

üstünlüyünə oxşayırdı. 

Bilsəniz evimdə telefon olmamasına nə 

qədər 

hayıfsılanırdım.  Əlimə keçən iki qəpikləri Hacı Qara kimi 



xəsisliklə  yığır, gizlədirdim. Tanış-bilişdən iki qəpik 

toplayırdım, imkan düşən kimi ayrı pulu xırdalayıb iki qəpiklik 

alırdım. 

Hər gecə ona zəng eləyirdim. Həmişə  də gec zəng 

eləyirdim. Bu, vərdiş  və adət halını almışdı. Bu söhbətlərə 


 340 

alışmışdım – onun bir az yorğun, bir az istehzalı, bir az kədərli 

səsinə, divar dalından eşidilən yeknəsəq qammalara, radionun 

güclə sezilən nəfəsinə, təyyarə  uğultusuyla dolu pauzalara. 

Mən indi onun haqqında bəzi şeyləri öyrənmişdim, amma çox 

az  şey. Bilirdim ki, adı  Mədinədir, tək yaşayır. Bilirdim ki, 

gözləri qonurdu, çəkməsinin nömrəsi otuz beşdir. Bundan artıq 

heç nə bilmirdim. 

Bir dəfə soruşdum: 

–Neçə yaşındasınız? 

–Eh, qoca qarıyam, nəvələrim, nəticələrim var, – dedi və 

mən onun cavan səsindən duydum ki, məni dolayır. Və bir də 

bildim ki, nə yaşından danışmaq istəyir, nə işindən, nə də ailə 

vəziyyətindən. Mən də inad edib soruşmurdum. O özü də bu 

barədə  məndən bir şey soruşmurdu, amma bilirdi ki, iyirmi 

doqquz yaşım var, subayam, elmi idarədə  işləyirəm. Bircə 

adımı bilmirdi. Nədənsə ona əsil adımı deyil, başqa ad 

demişdim: Rüstəm. Niyə? Bilmirəm. Bəlkə onun da əsil adı 

Mədinə deyildi, başqa idi. 

–Axı biz haçan görüşəcəyik? 

–Neylirsiz görüşməyi? – dedi. – Bəyəm belə pisdi? Sizi 

bilmirəm, amma mənimçün bu telefon söhbətləri çox xoşdur. 

Həyatıma nə isə təzə bir şey gətirir. Mənə xoşdur ki, müəyyən 

saatlarda zəng gözləyirəm. Zəng eləyən adamı heç tanımıram, 

üzünü də görməmişəm, ona görə də onunla açıq danışa bilirəm, 

o da ürəyindəkiləri mənə deyə bilir. Məni heç vaxt görməyib, 

heç təsəvvür də eləmir ki, necəyəm. Məgər bu pisdir?! 

Görüşərik, bir-birimizi bəyənmərik, hər şey də pozulub gedər. 

Əgər bir-birimizi bəyənsək belə yenə hər şey dəyişər, adiləşər, 

bayağılaşar. Gəlin  əlaqələrimizi elə bu şəkildə saxlayaq. 

İnandırıram sizi, bu, daha yaxşıdır. Ondansa işinizdən danışın. 

O məsələ necə oldu? Davanızı deyirəm? Ötüşdü? 

–Yox. Ərizə vermişəm, gedirəm ordan. 

–Hara? 


–Hələ bilmirəm. Siz nə məsləhət görürsünüz? 

 341 

O, cavab vermədi və mən təyyarə uğultusunu eşitdim. 

 

Yeni ili Firuzgildə qarşılayırdıq. Təzə bəylə gəlin – Rasimlə 



Fəridə  də  gəlmişdilər. On ikiyə on dəqiqə qalmış masanın 

arxasına keçdik. Masanı Firuzun arvadı, başqa arvadların 

iştirakıyla çox yaraşıqlı düzəltmişdilər. Mən hamıdan gec 

gəlmişdim, soyuq idi, qarlı-çovğunlu küçədən sonra evin istisi, 

işığı adama daha xoş gəlirdi. 

Saat on ikini vurdu, bir-birimizi qucaqlayıb öpdük, hamıya, 

hamıya xoşbəxtlik, səadət arzuladıq və Firuz dedi ki, bu il 

tarixi il olacaq – Seymur evlənəcək. Biz bir qədəh də içdik və 

Firuz məni kənara çəkdi. O, axşamdan içmişdi, lap dəm idi və 

qədəhin böyründən tutub tək bir mənim sağlığıma tost deyirdi. 

Özü də ancaq mənə deyirdi. 

–İçirəm sənin sağlığına. Həmişə belə olasan. Mərd, 

prinsipial, amma bir az da ülfətli, qılıqlı, rəftarlı. Həyata açıq 

gözlə baxasan. Bilirəm ürəyində mənə gülürsən, bəlkə də nifrət 

edirsən. Elə bilirsən ki, mən də bax bütün bunlardan – o par–

par parıldayan təzə mebelini göstərdi, – ya da Səmayənin 

şubasından ötrü mənliyimi satmışam. Yox. Mən heç bir vaxt 

vicdanımın əleyhinə getmərəm, heç vədə elə söz demərəm ki, 

vicdanım onu qəbul eləməsin. Buna əmin ola bilərsən. 

Amma… – o, pauza verdi, – amma gərək adamın ağlı başında 

olsun. Xoruz kimi atılmasın hər dəqiqə ortalığa. Elə yer var 

gərək çəkiləsən, güzəştə gedəsən, elə yer də var ki, gərək 

qabarasan, sözünün üstündə möhkəm dayanasan. Bəzi xırda 

işlərdə güzəştə getmək lazımdır ki, böyük işlərdə getməyəsən. 

–Bəlkə də sən haqlısan. Amma mənimçün bu haqq—hesab 

çox qəliz məsələdir, burda geri çəkil, orda irəli çıx, mən belə 

idmandan baş çıxara bilmirəm. 

O, əlini yellədi: 

–Ay-hay. Yaxşı, gəl içək. Yeni ildən harda işləyəcəksən? 

–Qəzetdə, – dedim. – Dünəndən əmrim verilib. 

–Özün bilən yaxşıdır, amma məndən soruşsan nahaq getdin. 


 342 

O, royalın arxasına keçdi, çalmağa başladı, arvadı da oxudu. 

Bizim radionun son mahnılarından biri idi. Birdən mənim 

yadıma qammalar, sonra isə radio düşdü. 

–Tost demək istəyirəm, – dedim. 

Hamı təəccüblə mənə baxdı, bilirdilər ki, mən heç vaxt tost-

zad deyən deyiləm. 

–Bax, biz hamımız burdayıq, bir yerdə, kefimiz də sazdır. 

Gəlin amma fikirləşək görək bu axşam tək qalanlar neyləyir? 

Məsələn, növbətçilər, yol baxıcıları. 

–Kim, kim? – deyə ordan-burdan səsləndilər. 

–Yol baxıcıları deyirəm. Bəli, o yol baxıcıları ki, qatarların 

cədvəlini  əzbər bilir, təpə-tənha daxmalarından gecə vaxtı, 

qarda-çovğunda yola çıxıb qatarları ötürürlər. 

Rasim: 

–Dinməyin, deyəsən aşnamız dəmdir, – Hamı  bərkdən 



gülüşdü. Firuz tez mənə baxdı və ayağa durdu: 

–Dayanın, dayanın, – dedi. – Deyəsən xətrinə dəydi. Xahiş 

edirəm gülməyəsiz, məsələ ciddidir. Deməli, yol baxıcılarının 

sağlığına, eləmi Seymur? 

Hamı qədəhləri qaldırdı. 

–Yox, — dedim, — mən yol baxıcılarının sağlığına demək 

istəmirdim. Sözümü ağzımda qoyduz. Mən başqa bir adamın 

sağlığına içmək istəyirdim və bax, əgər dolayıb eləsəz, məndən 

inciməyin. 

–Pah atonnan. Yaxşı, de gəlsin... 

–Mən bir adamın, bir tək-tənha, yalqız adamın sağlığına 

içmək istəyirəm.  İndi o, oturub radionun qabağında. O, bütün 

radiostansiyaların proqramını, cədvəlini bilir. Yol baxıcısı 

qatarların qarşısına çıxan kimi o da efirdəki konsertlərin 

qabağına çıxır. Bütün dünya onun otağındadır, bütün bu 

dünyayla birlikdə o necə təkdir... 

Mən bir qurtuma qədəhi başıma çəkdim. 

Hamı  səssiz-səmirsiz içdi, təəccüblə baxışdı, amma bir şey 

demədi. Bir azdan sonra isə başqa  şeylərdən danışmağa 


 343 

başladılar. 

Mən dəhlizə  çıxdım, nömrəni yığdım və dinləməyə 

başladım. Dəstək susurdu. "Bu da sənin yol gözətçin – deyə 

düşündüm. – Nahaq sən onun dərdini çəkirsən. O da yəqin 

hardasa yeni ili qarşılayır. Niyə də qarşılamasın axı?" 

Sonra mən yenə zəng elədim. İstədim ki, yeni ilini Moskva 

vaxtıyla təbrik eləyəm. Cavab çıxmadı, bir saatdan sonra yenə 

zəng elədim, Praqa vaxtıyla yeni ilini təbrik etmək istədim, 

yenə hay vermədi. Bir saat da keçdi, yenə zəng elədim. Hansı 

vaxtla yeni il idi bilmirəm, bəlkə Qrinviç vaxtıyla. 

Nəhayət, səhər altının yarısında, küçədəki avtomatdan zəng 

eləyəndə cavab çıxdı. 

–Sizi Atlantik yeni iliylə  təbrik edirəm, – dedim. Yəqii ki, 

nə demək istədiyimi başa düşmədi, mən də izah eləmədim. 

–Sizsiz? İndicə girmişəm qapıdan. 

–Bilirəm. Bütün gecəni sizə zəng vurmuşam. 

–Rəfiqəmgildəydim. 

–Dəxli yoxdur, – dedim, – yeni ildə mən sizə vacib bir şey 

demək istəyirəm. Mən sizi sevirəm. Özü də dəliçəsinə sevirəm. 

–Belə de. — O güldü. — Əcəb  şad xəbərdir. Yeni il pis 

başlamır. 

–Siz mənim  əzizim, gözümün işığısınız, bilmirəm hansı 

sözləri demək lazımdır, amma mən heç kəsi belə sevməmişəm. 

Bilirəm, sizə gülməli gəlir, axı biz heç bir–birimizi 

görməmişik. Amma neyləmək, bu belədir ki, var. Mən sizsiz 

yaşaya bilmərəm. 

–Daha doğrusu, mənim telefonumsuz, – dedi. – Bilirəm, bu 

sözlər havayı söhbətdir, amma hər halda onları eşitmək xoşdur. 

İlk dəfə idi ki, bizim söhbətimizi qammalar müşayiət 

etmirdi. Səhər açılırdı. Mən vaxtilə musiqi məktəbində 

oxuduğuma görə  ağlıma belə bir bənzətmə  gəldi – həyatın 

xromotik qamması – ağ  və qara pərdələrin – gündüzlərin və 

gecələrin, yaxşı, işıqlı günlərin və pis, qaranlıq günlərin 

ardıcıllığı... 


 344 

–Mən sizi haçan görəcəm axı? Amma siz düz deyirsiniz, 

görüşməyək. Bu məhəbbətin  ən gözəl formasıdır, bir-birimizə 

telefon xətləriylə bağlanmışıq. Gözəl əlaqədir. 

–Birtərəfli əlaqədir, – dedi, – o, mənada ki, mənə zəng edə 

bilirsiz, amma mən sizə yox. 

–Bəli, ona görə də  mən sizi görməliyəm. Ünvanınızı deyin 

bu saatca gəlim ora. 

–Xahiş edirəm sizdən, — dedi və səsində ağrı duydum. —

Xahiş edirəm bu sevinci məndən almayın. Belə  təklifi mənə 

çoxları edir. Siz də etsəz, sizinlə də salam-kəlamım kəsiləcək, – 

susdu, sonra əlavə etdi, – amma sizə mən çox isnişmişəm. Siz 

ilk adamsınız ki, ərimin ölümündən sonra özümə yaxın, 

məhrəm bilirəm. 

Yanvarın ikisində təzə işimə gəldim. Bütün günü böyük bir 

materialı redaktə etdim, işin axırına yaxın makinaçıya verdim. 

Dedim ki, mütləq səhərə hazır edin. Kanselyariyanın qabağında 

böyük bir siyahı asılmışdı – işçilərin familiyaları  və telefon 

nömrələri. Mən gözucu bu siyahıya nəzər saldım və birdən 

diksindim – elə bil tanımadığım adamlar içində tanış bir sifət 

görmüşdüm. 

–Vəlizadə kimdir? – deyə xəbər aldım. 

–Bizim makinaçıdır. İndicə material verdiz e, ona... Nədir ki? 

Mən pəncərədən baxdım. Qonur gözlü makinaçı 

pilləkənlərlə aşağı düşürdü. Dikdaban çəkmələri – tuk-tuk-tuk, 

– pilləkəndə  səslənirdi və  mən bilirdim ki, onun çəkməsinin 

nömrəsi otuz beşdir. 

 

Bu, lap nağıla oxşayırdı. Tale bizi bir idarədə 



rastlaşdırmışdı, amma o hələ bu barədə bir şey bilmirdi. İndi o, 

makinasında mənim verdiyim böyük materialı yazarkən heç 

ağlına da gətirmir ki, bu materialı ona mən vermişəm, yəni, 

bilir ki, mən vermişəm, amma bilmir ki, mən oyam, yox, daha 

doğrusu, necə deyim, mən – mənəm. 

Mən özümü saxlaya bilmirdim, bu yeniliyi ona çatdırmaq 



 345 

istəyirdim, avtomatdan ona zəng elədim.  İlk dəfə belə erkən 

zəng vururdum və telefon susurdu. "Zərər yoxdur, həmişəki 

vaxt zəng edərəm, qoy sürpriz olsun". 

Gecə ona zəng vurdum. 

–Salam. İki saat bundan qabaq sizə zəng eləmişdim. 

–Belə tez niyə? Rəfiqəmgildə idim. Əlimdə  işim vardı, 

onlarda işləyirdim. 

Gülüşümü güclə boğaraq: 

–Nə işdi ki? – deyə soruşdum. 

–Evə iş götürmüşəm. Təzə müdirimizin tapşırığıdır. 

–Təzə müdir? 

–Hə, bu gün idarəmizə təzə şöbə müdiri gəlib. 

–Yox  əşi, – mən yenə  də gülməkdən özümü güclə 

saxlayırdım. — Hə, necədir təzə şöbə müdiriniz? 

–Nə deyim vallah. Nə isə məni açmadı. Çox təkəbbürlüdür. 

Düzdür, ilk təəssüratla çətindir demək, amma, hər halda... 

Mən quruyub qaldım. Bu variant heç mənim ağlıma 

gəlmirdi. 

–Niyə xoşunuza gəlməyib ki? 

–Əşi, heç, birinci təəssürat çox vaxt səhv olur. Bəlkə  də 

yaxşı adamdır. Hər halda özünü belə tox tutur. Hündür, göyçək 

oğlandır. Sifəti də gözəldir, amma bir az forsludur deyəsən... 

Adama elə bil yuxarıdan aşağı baxır. Danışanda da belə əmrlə 

danışır: sabaha çap eləyin. 

İlk dəfə olaraq o öz peşəsi haqqında ağzından söz qaçırtdı. 

Amma mən bu sözdən yapışıb, onun peşəsini soruşmadım, axı 

onsuz da bilirdim. 

–Bəs sizin işiniz nə oldu? – deyə soruşdu. – Təzə  işə 

düzəldiniz? 

Onda mənim ağlıma da gəlmədi ki, qəribə bir oyun 

başlayıram, amma ani olaraq hansı daxili qüvvəsə məni saxladı 

və belə cavab verdim: 

–Yox, bilirsiz, fikrimi dəyişdim. Köhnə yerimdə qaldım. 

Səhərsə ilk dəfə Mədinəni, mənim Mədinəmi gördüm. Yəni 


 346 

dünən də görmüşdüm onu. Amma dünən bu sifət başqa 

sifətlərdən biri idi, xoş, yapışıqlı bir sifət idi, amma xüsusi bir 

şeylə ayrılarından fərqlənmirdi. Adi bir sifət... Bəlkə hətta ona 

gözəl də demək olardı, amma nə isə solğun, tutqun bir gözəllik 

idi bu. Bütün bunlar dünən idi. 

Bu gün isə hər şey bambaşqa idi. Onun çap etdiyi kağızlara 

baxa-baxa oğrun-oğrun özünə  də  nəzər salırdım. Onun mənə 

yad olan zahiri görünüşüylə bu qədər yaxın, doğma məhrəm 

səsi arasında, real varlığıyla telefon varlığı arasında bir ahəng, 

uyğunluq axtarırdım. 

Mən onunla çox mehriban, həssaslıqla davranırdım və çox 

maraqlanırdım görüm o bu dəyişikliyi duyurmu? 

Bunu bilmək üçün axşamı gözləyirdim. Telefon saatını. 

–Deyirdim də sizə, ilk təəssürat çox vaxt aldadıcı olur. Sən 

demə belə mehriban, belə həssas adammış ki... 

–İkinci təəssürata da çox inanmayın. O da aldadıcı ola bilər. 

–Yox, yox, dünən onun gözlərinin içinə baxa bilməmişdim. 

Bu gün baxdım – "görəsən haçan baxıb ki, mən sezməmişəm", 

– deyə düşündüm. – Bilirsiz gözləri nə təmizdir, ağıllıdır. 

–Qısqanıram sizi ha, – dedim. 

Bu oyun belə başladı. Mən artıq bu oyunun qaydalarını da 

bilirdim. O isə hər şeydən bixəbər idi. 

Artıq mən heç bir şey edə bilməzdim. Hadisələr mənim 

nəzarətimdən, ixtiyarımdan çıxmışdı. Poçt qutusuna atdığın 

məktub kimi. 

Bu oyunun öz çətinlikləri vardı. Gərək bütün sözlərini, 

ifadə, düşüncə  tərzini dəyişdirəydin. Telefonda bir adam 

olaydın, işdə başqa. Hərəsinin də öz aləmi, öz davranışı, öz 

psixologiyası. 

İşdə  mən tamam başqa adam idim. Xeyirxah, amma arada 

pərdə saxlayan, bir qədər özünü çəkən. Telefonla o mənə 

mənim barəmdə danışırdı, hər hərəkətimi, hər addımımı, 

üzümün hər ifadəsini təhlil edirdi. Çox vaxt söhbəti mən özüm 

salırdım, amma axır vaxtlar hiss edirdim ki, mənim söz 


 347 

açmağıma heç ehtiyac qalmır. O özü həvvəslə Seymur 

müəllimdən danışır. Rüstəmlə uzun–uzadı telefon söhbətləri 

zamanı danışır. Amma Seymurla heç vaxt Rüstəm barəsində 

danışmırdı. Ümumiyyətlə, onun telefon həyatı haqqında heç 

kəsin təsəvvürü yox idi. Mən bilmirdim sevinim buna, ya 

kədərlənim. Bəzən mənə elə  gəlirdi ki, onun bu barədə heç 

kəslə danışmamasına səbəb tam bir laqeydliyi, biganəliyidir. 

Bəzən də  əksinə düşünürdüm. Düşünürdüm ki, o bunu ən 

titrək,  ən  əziz,  ən sirli bir hiss kimi gizlədir, heç kəsə açmaq 

istəmir. Qəribə  şey idi – elə bil duyğularım qatmaqarışıq 

düşmüşdü. Təsəvvür edin, Seymur kimi mən onu telefon 

həyatına qısqanırdım. Gecə telefon söhbətlərində isə  məni – 

Rüstəmi onun Seymur haqqında uzun–uzadı söhbətləri 

əsəbiləşdirirdi. 

Bir dəfə ona: 

—Gəlin, — dedim, — bir-birimizə "sən" deyək. Axı çoxdan 

tanışıq. 

–Yaxşı, gəl, – deyə telefondan cavab eşitdim. 

–Sağ ol, gecən xeyrə qalsın, – dedim və uşaq kimi sevindim 

ki, indi Mədinə  mənimlə "sən" deyə, onunla isə "SizU deyə 

danışır. 

Birdən ağlıma gəldi ki, ilk dəfə özüm haqqında, özümün 

ikinci "Məni" haqqında özgə bir şəxs kimi düşünürəm. 

 

–Mənə elə gəlir ki, sən bir balaca ondan kəsirsən? 



–Nə bilirsən? – deyə işvəylə cavab verdi, – bəlkə o məndən 

bir balaca kəsir. 

Mən hirslə dəstəyi asdım. Üç gün ona zəng eləmədim. 

İşdə isə o gün həvəslə  mırt vururduq. İdarənin köhnə 

işçilərindən biri mənə yanaşdı: 

–Əbəs yerə özünü yorma, – dedi və gülümsündü, — hələ 

heç kəs bizim bu balaca xanımın qəlbini fəth eləyə bilməyib. 

Hər üçümüz güldük, Mədinə gedəndən sonra müsahibim 

dedi: 


 348 

–Rahibə kimi bir şeydir. Heç kəs onun ürəyinə yol tapa 

bilmir. Vəfalı arvad imiş. Əri neçə il bundan qabaq həlak olub. 

Öyrəndim ki, əri təyyarəçi imiş, göydə həlak olub. 

O gün işdən gec çıxmışdım. Qapıdan çıxanda eşitdim ki, 

Mədinə makinada nə isə yazır. Onun uzun nazik barmaqları 

vardı  və o, makinada yazanda adama elə  gəlirdi ki, pianoda 

çalır. 


Gecə ona zəng elədim. 

–Salam. 


–Salam. Deməli, sənin özündən çıxmağın da varmış. O gün 

niyə  dəstəyi çırpdın? Sənin açığına bu gün Seymur məni evə 

ötürdü. 

–Necə? – deyə  mən təəccüblə soruşdum və  təəccübümün 

səmimiyyətinə inana bilərsiniz. 

–Elə, işim çox idi. Gec çıxdım. O da məni ötürdü. Çünki 

mərifətli adamdır. 

"Daha doğrusu, mərifətsiz, gicin biridir" — deyə düşündüm. 

Kül ağlıma, elə gec qalmışdı, mən də vidalaşıb getdim, fikrimə 

gəlmədi ki, ötürüm". 

Ancaq mən başqa şeyi də anlamışdım. Başa düşmüşdüm ki, 

onu ötürmək istəsəm, TyoxU deməz, hətta bəlkə ona xoş gələr. 

Bəlkə  də acıqla deyirdi, telefonu çırpdığım üçün məni – 

Rüstəmi hirsləndirmək üçün deyirdi. – Deməli, o mənə – 

telefon tanışına da laqeyd, biganə deyildi. Ancaq bunu necə 

biləsən? Bunu bir vaxt bilə biləcəyəmmi? Gümanlar, 

fərziyyələr içində çaşıb qalmışdım. Amma bircə  şeyi dəqiq 

dərk etmişdim və odur ki, gələn səfər o işdən gec çıxanda nə 

etmək lazım olduğunu bilirdim. 

Biz gediş-gəlişi azalmış, adamları seyrəlmiş küçələrlə 

keçirdik və mən ondan soruşdum: 

–Bəs işiniz olmayanda axşamlar neyləyirsiz? 

–Evdə otururam, – dedi. 

–Elə tək-tənha oturursunuz evdə? 

–Bəli, nədir ki?.. Oxuyuram, radioya qulaq asıram. 


 349 

Görəsən radio haqqında danışdıqlarını indi də danışacaqmı? 

Amma tamam başqa məsələdən söz saldı və mən bununçun ona 

minnətdar idim. 

–Bu da mənim pəncərəm, – deyə üçüncü mərtəbəni göstərdi. 

–Bəlkə pilləkən qaranlıqdır, qoyun sizi yuxarıyacan ötürüm. 

–Yox, — dedi. 

Amma mən geri çəkilmək istəmirdim, 

–Bəlkə məni evinizə dəvət edəsiz? 

–Məmnuniyyətlə. Amma indi gecdir, – o, saatına baxdı  və 

mən hiss elədim ki, əsəbiləşir. 

–Gecdir? Siz belə tezdən yatırsınız? 

–Yox, amma... – o, narahat idi, söz tapa bilmirdi. 

–Yaxşı, indi ki, mənə bir stəkan çay vermək istəmirsiniz, 

gəlin bir az da gəzişək, hava alaq. 

O dinmədi. Biz bir neçə  dəfə onların evlərinin başına 

hərləndik. Mən yaman getmək istəyirdim onun evinə. Telefon 

söhbətlərindən mənə bu qədər tanış olan bu ala-işıq mənzili, 

radionu, yumşaq kürsünü görmək istəyirdim. Bəlkə  də o gün 

məni evinə dəvət etsəydi, hər şeyi ona deyəcəkdim. 

Ancaq dəhliz qapısının qarşısında ayrılarkən o, əlini tələsik 

mənə uzatdı. 

–Yaxşı, hələlik Seymur müəllim. Çox sağ olun. Gecəniz 

xeyrə qalsın. 

Gülümsündü, cəld çevrilib qaçdı. 

Mən onun addım səslərini dinləyirdim və birdən hər  şeyi 

başa düşdüm. Başa düşdüm ki, o niyə tələsir, əsəbiləşir, tez-tez 

saata baxırdı. O, telefon zənginə gecikməkdən qorxurdu. 

Mənim zəngimə. 

 

Bir neçə gündən sonra bizim məsul katib istehsalat 



müşavirəsində axmaq bir çıxış elədi. Mən söz aldım və onu 

birtəhər elədim. O mənə cavab vermədi və birdən mənim 

yazığım gəldi bu kişiyə. Neçə ildir qəzetdə işləyir, yəqin hələ 

heç kəs onunla bu tonda danışmayıb. Özü də adam içində. 



 350 

Müşavirədən sonra mən özümü narahat hiss elədim, əvvəla 

ona görə ki, tamamilə haqlı deyildim, ikincisi ona görə ki, 

Firuzun məsləhətlərini xatırladım, üçüncüsü də ona görə ki, bu 

işdən də getmək istəmirdim. Axı Mədinə burda işləyirdi. Nə isə 

məsul katibin otağına getdim, üzrxahlıq elədim. 

Gecə Mədinəyə zəng eləyəndə bilirdim nədən danışacaq. 

—Bilirsən, Rüstəm, – onun səsində bir canlanma, həvəs 

vardı, – bizim Seymur bilirsən neçə mərd adamdır. Bu gün mən 

olmamışam, amma hamı danışır ki, müşavirədə durub məsul 

katibi birtəhər eləyib. Yaş yuyub, quru sərib. Ağzından çıxanı 

deyib. Bilirsən, hamı bundan danışır. Axı  hələ indiyə kimi 

onun bir sözünü iki eləyən olmayıb. Özü də bu qədər adamın 

içində kişini biabır eləyəsən. 

—Bilirəm, – dedim, – bu tipdə adamları  mən yaxşı 

tanıyıram.  İclaslarda alovlu nitqlər deyirlər, adamların içində 

basıb – kəsirlər, amma sonra təklikdə gedib üzr istəyirlər. 

Yəqin sənin Seymurun da iclasdan çıxıb gedib o kişinin yanına, 

şahidsiz-zadsız yıxılıb ayağına, başlayıb yalvarmağa. 

O, kədərli səslə: 

—Axı belə niyə danışırsan? — dedi. — Niyə  sən onu 

sevmirsən? 

—Ona görə ki, sən onu sevirsən. Mən də səni sevirəm. 

–Çox gözəl. Hamımız bir-birimizi sevək də. 

—Əlbəttə, sən zarafat elə. Bəla ondadır ki, onunla sən 

görüşürsən, üzbəüz danışırsan, kinoya gedirsən. 

—Kinoya? Nə bilirsən ki, onunla kinoya gedirəm. 

—Niyə də getməyəsən? 

O güldü. Görünür bu fikir ona xoş idi. 

—Mənimlə isə ancaq telefonla əlaqə saxlayırsan. 

—Axı biz səninlə danışmışdıq. 

–Sən mənim haqqımda ona bir şey demisən? 

–Nə danışırsan? Mən bu barədə heç kimə, heç vaxt bir 

kəlmə də deməyəcəyəm. Mənimçün bu, necə deyim, – o bir an 

susdu, söz axtardı, – müqəddəs bir şeydir. 


 351 

Səhərisi günü biz onunla kinoya getmişdik. Film sınaqçı 

pilotlar haqqında idi və  Mədinə  qəhərlənmişdi. Bəlkə buna 

görə onda qəlbini boşaltmaq ehtiyacı vardı və biz bulvarla evə 

qayıdarkən o mənə  həlak olmuş  ərindən danışırdı. Deyirdi ki, 

bizim bütün ömrümüz göydə keçdi. Göydə tanış olduq. O pilot 

idi, mən adicə  sərnişin. Sonra mən stüardessa işləməyə 

başladım ki, həmişə onunla olum. Evləndik. Bakıdan – 

Moskvaya, Moskvadan – Bakıya uçurduq və  təyyarədə  xəlvət 

guşə tapıb öpüşürdük. Sonra boynuma uşaq düşdü, 

məzuniyyətə çıxdım. Axırıncı dəfə onu trapa qədər ötürdüm. 

Ayrılanda onların dodaqları arasında məsafə yox idi, amma 

bilmirdilər ki, bu məsafə  həyatla ölüm arasındakı  məsafədir. 

Əbədi göylə, onun heç bir vaxt qayıtmayacağı əbədi göylə — 

yer arasında, Mədinənin onu daim gözləyəcəyi yer arasındakı 

məsafə. 


Təyyarə yerindən tərpənəndə  Mədinə onun arxasınca su 

atdı. Yəqin aviasiya tarixində ilk dəfə idi ki, müasir hava 

laynerinin ardınca, min il bundan qabaqkı adət üzrə su atırdılar. 

Sonra o, göyə qalxdı. Sonra yağış yağdı. 

Mədinə ayaq saxladı, nəyəsə qulaq verməyə başladı. Bir 

qədərdən sonra bu uğultunu mən də eşitdim və başa düşdüm ki, 

o bu səsi hamıdan qabaq eşidir. Biz göydə  hərəkət edən 

rəngbərəng işıqlara baxırdıq və Mədinə dedi: 

—Onun qəbri ordadır. Arvadlar ərinin qəbri üstə 

qəbiristanlığa gedir, mən də göyə baxıram. 

Sonra Mədinə  mənə danışdı ki, bəzən axşamlar aerodroma 

gedir, elə belə bir kənarda dayanır, düşən, qalxan təyyarələrə 

tamaşa edir. Sonra dedi ki, uşaq da ölü doğuldu,  ərinin bu 

yadigarı da qalmadı. 

Mən  əlimi onun üzünə  çəkib yanaqlarındakı göz yaşlarını 

sildim, sonra dəli kimi onu öpməyə başladım. 

O: 

— Yox, yox, yox, lazım deyil, — deyirdi və  mən hiss 



edirdim ki, get-gedə o bu sözləri daha böyük çətinliklə deyir. 

 352 

Mən onu ötürdüm və dərhal zəng elədim. 

Səsi həyəcanlı  və  hətta bir qədər  şən idi və  mənim bütün 

romantiklərə – havada, yerdə, dənizdə  həlak olmuş bütün 

biçarələrə yazığım gəldi. 

 

—Bilirsən, — dedim. – İndi işdə  də onunla "sən" deyə 



danışırdıq, – dünən biz ayrılan kimi sənə  zəng elədim, 

telefonun məşğul idi. Gecənin o vaxtında kiminlə danışırdın 

belə? 

Mən heç gözləməzdim. Onun rəngi qaçdı, sifəti gərginləşdi. 



Amma tez özünü ələ aldı və dedi: 

—Yəqin ayrı yerə düşmüsən. Mən gələn kimi yatdım... 

 

—Dünən səni yuxumda görmüşəm. 



—Qəribədir, həyatda heç bir vaxt görmədiyin adamı yuxuda 

neçə görmək olar? 

—Səsini görmüşdüm yuxuda. Bir də "Nerinqa" radionu. 

—"Nerinqa"nı yenə  təsəvvür edə bilərəm, amma səsimi 

necə görmüsən, heç ağlıma sığışdıra bilmirəm. Səncə, mən 

necəyəm? Heç məni təsəvvür edə bilirsənmi? 

—Əlbəttə. Hündür boylu, uzun qıçlı, uzun saçlı —mən onun 

əsil görkəminə uyğun olmayan şeyləri deyirdim. 

—Afərin sənə, —dedi. — Lap düz təsəvvür edirsən.  İndi 

mən hər gecə sənin yuxuna girəcəyəm. 

—Yəqin sən tək mənim yuxuma girmirsən... 

—Yenə başladın? 

—Yox, bilirsən, deyirlər Məhin Banu hər gecə yüz kişinin 

yuxusuna girirmiş. Sənin tirajın neçədir? 

—Mən bircə nüsxəyəm və ancaq sənin yuxuna girirəm. Sən 

mənim gözümün işığısan. 

—Hədsiz dərəcədə minnətdaram. 

—Bura bax, gözümün işığı, bir məsələni səninlə 

məsləhətləşmək istəyirəm. Amma, xahiş edirəm, özündən 

çıxma, hay-küy salma, telefonu da atma. 



 353 

Mən bu söhbəti üç gündü gözləyirdim. Üç gündü 

təəccüblənirdim ki, niyə bu barədə danışmır. 

—Qulaq as. Amma əvvəl yanına gətir validol qoy. 

—Yaxşı, ürəyimi çəkmə. 

—Yaxşı. Üç gün bundan qabaq Seymur mənə təklif elədi ki, 

ona ərə gedim. Ürəyin getmədi ki? 

—Yox, —dedim. — Nə cavab verdin ona? 

—Hələ heç bir cavab verməmişəm. Səninlə məsləhətləşmək 

istəyirəm. Axı sən mənim ən yaxşı, ən əziz dostumsan. Ən əziz 

adamımsan. 

"Qadın psixologiyası  qəribədir. Başqasına aşiq olan kimi 

sən ən yaxşı dost, ən yaxın adam olursan". 

—Lazım deyil — dedim və  ən qəribəsi bu idi ki, mən 

səmimi deyirdim. — Heç kəsə getmə. Ya da mənə  gəl. Mən 

səni sevirəm. Ay allah, kaş telefonla evlənmək olaydı. 

O qəhqəhə çəkdi. Bir qədər əsəbi və süni gülürdü. 

—Ağıllı oğlan ol. Axı sən hələ lap balaca uşaqsan. 

—Mən? Nə bilirsən, sən ki, məni görməmisən. 

—Mən hiss edirəm. Hər şeydən hiss edirəm, sənin səsindən, 

xasiyyətindən, mənlə əlaqəndən. Yalvarıram sənə, həmişə belə 

qal, böyüməyə tələsmə. 

—Nə bilirsən, bəlkə mən sənin Seymurundan böyüyəm. 

—Yox, yox əzizim. Qadın hissləri heç vaxt aldatmır.  

Bu lap məzhəkəyə oxşayırdı, amma mənim gülməyə 

həvəsim yox idi. Nə isə doğrudan da ağrı, kədər, intizar 

duyurdum. 

—Lazım deyil, Mədinə, — deyirdim. — Bəs mən nə 

edəcəm? Axı ərin icazə verməyəcək ki, gecə sənə zəng vurum. 

—Fikirləşib bir şey taparıq. Axı telefon əlaqəsi xəyanət 

deyil, günah deyil. O vaxta sənin də evində telefon olacaq, mən 

özüm sənə zəng eləyəcəm. 

Axı ona necə başa salaydım ki, bu heç bir vaxt mümkün 

olmayacaq. 

—Məni başa düş, — deyirdi, səsi ciddi və kədərli idi, —bax, 


 354 

— siz kişilər hərdən təklikdən, tənhalıqdan  şikayətlənirsiz. 

Mənim lap gülməyim tutur, çünki siz əsil təkliyin nə demək 

olduğunu heç vaxt başa düşə bilməzsiniz. Elə  təklik ki, onu 

yalnız qadın başa düşə bilir. Gecə ayılırsan, divarlar üstünə 

gəlir... nə isə, qəmli şeylərdən danışmayaq. Sən nə desən, onu 

edəcəm. İstəyirsən yox deyim. 

Mən ona nə deyə bilərdim? O susdu, sonra mən təyyarə 

uğultusu eşitdim və başa düşdüm ki, bu özü elə cavabdır. Heç 

bir vaxt bizim heç birimiz — nə mən — Rüstəm, nə də mən —

Seymur onun həlak olmuş ərinin yerini tuta bilməyəcəyik. 

O axşam işdən sonra ilk dəfə  məni evinə  dəvət etdi. Mən 

dəhlizi və  mərtəbəni bilirdim, amma mənzil qapısını 

tanımırdım. Qaranlıqda başqa qapını döydüm. Açan olmadı. 

Kibrit çəkdim və qapının üstündə not vərəqində yazılmış "Açar 

qonşudadır" sözlərini oxudum. Not kağızını görən kimi 

qammalar yadıma düşdü və bildim ki, qapını çaşdırmışam. 

Çönüb qarşıdakı qapını döydüm. 

"Nerinqa" radiosu, yumşaq kürsü, torşer — hər  şey eynilə 

mən təsəvvür elədiyim kimiydi. 

—Bu saat, Seymur, sənə əntiqə musiqi tutacam, — dedi. —

Sən qulaq as, mən də çay qoyum. 

Sonra mən onu öpürdüm, qucaqlayır, oxşayırdım. Hiss 

edirdim ki, ona qadınlığı xoş və çətin bir ağrıyla qayıdır. Divar 

dalında lap yaxınlıqda qamma çalmağa başladılar, birdən o 

mənim  əllərimin arasından çıxdı  və  nəyəsə qulaq asmağa 

başladı. Mən də dinləyirdim. Bilirdim ki, bir neçə saniyədən 

sonra mən də bu uğultunu — təyyarə uğultusunu eşidəcəyəm. 

Amma heç bir təyyarə — filan yox idi. Birdən başa düşdüm ki, 

Mədinə  nəyə qulaq verir. Mədinə telefonu dinləyirdi. Bu 

vaxtlar o zəng edərdi. 

O, — yəni mən. 

Bilirdim ki, o daha zəng eləməyəcək, daha heç bir vaxt zəng 

eləməyəcək, amma bir an mən də  şübhələndim, mən də 

gözlədim və  mən də möcüzə arzuladım-istədim, telefon 


 355 

səslənsin. 

Telefon susmuşdu. 

 

1967 



 356 

 

 



Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin