SUVARMA
Azərbaycanda süni suvarma öz qədimliyi və inkiĢafına görə suvarma
əkinçiliyinin mərkəzlərindən hesab olunan Yaxın ġərq və Orta Asiya ölkələri ilə
bir səviyyədə durur. Burada süni suvarma əkinçilikdə mühüm rol oynamıĢdır.
ġərqin torpaq-iqlim Ģəraiti arxlar və su anbarlarının vasitəsilə görülən süni suvarma
iĢini əkinçiliyin əsası etmiĢdir [147].
Ölkədə suvarma əkinçiliyinin tarixini hələ Eneolit dövründən izləmək
olar. Kür-Araz düzənliyində isə suvarma əkinçiliyinin inkiĢafı eramızdan əvvəlki
minilliklərdən hesab olunur. Bunu həmin ərazidəki suvarma sistemlərinin izləri bir
daha sübut edir. Strabonun yazdığına görə Albaniyanın düzənlikləri arx və qeyri-
sular vasitəsilə Babilistan və Misir torpaqlarından daha yaxĢı suvarılır. Beləliklə
də, həmiĢə yamyaĢıl bir görkəmə malikdir. Bunun nəticəsində isə otlaq yerlərinin
sayı-hesabı yoxdur [148]. Kürün sağ sahili ərazisində isə suvarma əkinçiliyinin
mövcudluğu e.ə. I minilliyə aid edilir [149].
Azərbaycanın düzənlik ərazisində suvarma mənbəyi kimi çaylar mühüm
əhəmiyyət kəsb etmiĢdirsə, dağətəyi ərazidə həm çaylar, həm də bulaqlar və
kəhrizlər suvarma əkinçiliyinin inkiĢafında əsas rol oynamıĢdır.
Naxçıvan ərazisində diyarın qədim və məĢhur suvarma kanalı olan və öz
baĢlanğıcını Arpa çayından götürən Fərhad arxının suyu ilə vaxtilə böyük bir ərazi
məhsuldar və yararlı torpaqlara çevrilmiĢdir.
Ġsti iqlimə malik olan Azərbaycanda süni suvarma, demək olar ki, cüt
əkinçiliyilə eyni dövrdə meydana gəlmiĢ və bərabər inkiĢaf edərək geniĢlənmiĢdir.
Süni suvarmanın zəruriliyini ölkənin təbiəti, torpaq-iqlim Ģəraiti də tələb edirdi.
Ümumiyyətlə, suvarmasız Azərbaycanda inkiĢaf etmiĢ əkinçilikdən danıĢmaq belə
133
olmaz. Əks halda Azərbaycanın quraqlıq, xüsusilə düzənlik yerlərində kənd
təsərrüfatı bitkiləri yetiĢə və məhsul verə bilməzdi [150].
Qədim yazılı abidələrdən olan "Avesta"da da ġərq ölkələrində suyun və
suvarmanın əvəzedilməz əhəmiyyətindən bəhs edilərək deyilirdi: su olmayan yerdə
nə həyat var, nə də məhsul ola bilər [151].
Ölkədə yüzə qədər yaĢayıĢ məskəninin suvarma ilə əlaqədar olaraq ad
daĢıması əhalinin iqtisadi həyatında suvarmanın nə dərəcədə mühüm rol oynadığını
göstərmirmi? Belə kənd adlarından Hindarx, Kəhrizli, DaĢarx, Dəhnə, Kotanarx,
Əmirarx və s. göstərmək olar.
Ġri və kiçik çayların sahillərində məskunlaĢan yerli əhali suvarmanın üsul
və qaydalarını daha yaxĢı bilməklə, suvarılan əkinlərin becərilməsində zəngin
biliyə malik olmuĢ və onu daha da inkiĢaf etdirə bilmiĢlər. Beləliklə,
mütəxəssislərin "süni suvarma da, demək olar ki, əkinçilik qədər qədimdir" fikri
Azərbaycanın etnoqrafik materialları ilə də təsdiq olunur.
Kür və Araz çaylarından çəkilmiĢ ana arxlar sahil ərazinin torpaqlarının əkinçilik
üçün yararlı hala salınmasında mühüm rol oynamıĢdır. Bundan əlavə, suvarma arxları
əkinçilikdə məhsuldarlığın artmasına və əkin sahələrinin geniĢlənməsinə kömək
etmiĢdir. Beləliklə də, sututar geniĢ ərazidə əkinçi əhalinin məskunlaĢmasına əlveriĢli
imkan və Ģərait yaranmıĢdır. Maraqlıdır ki, qədim suvarma arx və kanallarının qalıqlarına
hazırda Muğanın suvarılan ərazisində rast gəlmək olar. Hətta həmin qədim kanalların
bəziləri bərpa iĢləri aparıldıqdan sonra indinin özündə belə istifadə edilməkdədir. Muğanda,
ümumiyyətlə, iyirmi doqquz kanalın, o cümlədən Muğanın yalnız Ģimalında isə doqquz
kanalın yeri qalmaqdadır. Qədim suvarma arxlarından birinin yatağı Muğanın cənubundan,
Qaradonlu ilə Biləsuvar arasından keçir [152].
BaĢlanğıcını Araz çayından götürmüĢ bir-birinə paralel olan üç böyük suvarma
kanalı Mil düzünün torpaqlarının suvarılması üçün əsas rol oynamıĢdır. Bu kanallardan ən
uzunu təxminən 80 verstə yaxın olan Hacı Hüseyn arxı idi. Ġkincisi, ərazinin nisbətən
yuxarı hissəsini əhatə edən və uzunluğu 70 verstdən çox olan Govurarx idi. Üçüncüsü isə
QaĢqay arxı idi ki, bunun da uzunluğu 60 verstə çatırdı [153]. Qeyd etmək lazımdır ki, son
illərdə Mil düzündə aparılmıĢ arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuĢdur ki,
baĢlanğıcını Araz çayından götürən Govurarx eramızın II əsrindən sonra çəkilmiĢdir [154].
Arxeoloji materiallar və yazılı mənbələrə görə müəyyən olunmuĢdur ki, V-VI əsrlər
Azərbaycan tarixində iri müdafiə qala divarlarının tikilməsi və möhkəmləndirilməsi,
Ģəhərlərdə müdafiə divarlarının yaradılması və həmçinin də suvarma kanallarının
çəkilməsilə fərqlənmiĢdir [155].
ġirvan düzənliyi Kür çayından çəkilmiĢ ana arxlar vasitəsilə suvarılırdı. Burada
Xanarxın, Govurarxın, Qumlavar və baĢqa kanalların və həm də qədim süni göllərin
izləri qalmıĢdır [156].
Mil, Muğan, ġirvan, Qarabağ düzənlikləri və baĢqa yerlər qədimdən çəkilmiĢ
bir çox süni suvarma kanalı və arxların, kəhriz və bulaqların, həmçinin də süni göllərin
sayəsində məhsuldar torpaqlara çevrilərək Ģöhrət qazanmıĢdır.
134
Azərbaycan daha sonrakı dövrlərdə də öz əkinçilik mədəniyyətinə və kənd
təsərrüfatı bitkilərinin zənginliyinə, həm də suvarma Ģəbəkələrinin geniĢliyinə görə Ģöhrət
qazanmıĢdır. Kür-Araz düzənliyi və indiki Lənkəran bölgəsinin əhatə etdiyi ərazinin
böyük bir hissəsi məhsuldar torpaqlar kimi tanınırdı. Kür və Araz çaylarının suyu ilə
suvarılması mümkün olan ərazidə çoxlu pambıq yetiĢdirilir və burada bol arpa becərilirdi
[157].
Ölkənin düzənlik rayonlarında suvarma iĢi orta əsrlərdə də xeyli inkiĢaf etmiĢdi
[158]. Azərbaycanın feodal torpaq sahibləri suvarma Ģəbəkəsindən, yəni arx, kanal və
kəhrizlərdən xeyli gəlir götürdükləri üçün onların təmiri və yararlı halda olması ilə
maraqlanırdılar. XVIII əsrin ikinci yarısında Mil düzündə vaxtilə dağılaraq sıradan çıxmıĢ
iri arxların bərpasına təĢəbbüs edilərək Kürək, Sarı, Gəmiçi, Ayaz, QaĢqay və Xan arxları
qaydaya sahnmıĢdır [159].
Azərbaycanın Rusiyaya birləĢdirilməsindən sonra Mil və Muğanın
düzənlik torpaqları çar Rusiyasının diqqətini cəlb etməyə bilməzdi. Bu torpaqların
məhsuldarlığı və əlveriĢli iqlimi pambıqçılığın inkiĢafına imkan yaradırdı. Bu
ərazidə böyük pambıqçılıq bazası yaratmaq lazım gəlirdi. Çar hökuməti hələ XIX
əsrin ortalarından Muğan-Salyan düzənliyinin suvarılması haqqında dövlət
tədbirləri görməyə baĢladı. Belə ki, Cənubi Qafqazın Ģərqinin, o cümlədən Muğan-
Salyan düzənliyinin suvarılması üçün ümumi plan tərtib edildi. Lakin həmin layihə
uzun müddət həyata keçirilməyərək qaldı. Azərbaycanda pambıqçılığı
geniĢləndirmək məqsədilə XX əsrin əvvəllərində burada suvarma kanallarının
çəkilməsi zəruriliyi yenidən qarĢıya qoyuldu. Nəhayət, 1900-cü ildə Muğanda
suvarma sistemi tikintisinə baĢlanılır və bir il sonra Sancallar kanalı, 1902-1908-ci
illərdə isə AĢağı və Yuxarı Qolitsin kanalları çəkilir. Daha sonrakı illərdə AĢağı
Muğan, Yuxarı Muğan kanalları iĢə düĢür. Beləliklə də 1901-1917-ci illərdə
Muğanda dörd suvarma Ģəbəkəsi tikilir ki, bununla da ümumi magistral kanalların
uzunluğu 210 km-ə çatır və 170 min hektara qədər sahəni suvarmağa imkan
yaranır. Bütün bu tədbirlər Muğanın suvarma problemini həll edə bilmədi. Belə ki,
burada yenə də on minlərlə hektar torpağın suvarmaya ehtiyacı olduğu kimi qalırdı.
Çar hökuməti yalnız Muğan düzünü deyil, həmin illərdə Mil və ġirvan
düzlərinin də suvarma problemini həll etmək üçün bu torpaqlarda da suvarma
kanallarının çəkilməsi məsələsini irəli sürdü. Bu məqsədlə bir neçə layihə
hazırlandısa da, bu layihələrdən heç biri həyata keçirilə bilmədi.
XX əsrin əvvəllərində ölkədə kənd təsərrüfatının inkiĢafı problemi
suvarmanın zəruriliyinə olan ehtiyacı daha da artırırdı. Bu dövrdə Azərbaycanın
kənd təsərrüfatındakı geriliyin əsas səbəblərindən biri də suvarma üçün suyun
çatıĢmaması idi. Həmin dövrlərdə isə Azərbaycan kəndliləri "Su olsa hər Ģey öz-
özünə düzələr" [160] deyirdilər. Heç Ģübhəsiz ki, suyun olması ilə hər Ģey
düzəlməzdi. Lakin kəndlilər çox düzgün olaraq suvarma suyunu əkinçiliyin əsası
hesab edirdilər.
Qədimdən suvarma əkinçiliyinin inkiĢafı üçün daha əlveriĢli Ģərait olan
135
torpaqlar Azərbaycanın dağətəyi ərazisi hesab olunur [161]. Bu ərazidə isə əsas
suvarma mənbəyi çaylar, bulaqlar və kəhrizlər olmuĢdur.
Azərbaycanın dağlıq rayonlarında az da olsa əhali əkinçiliklə məĢğul
olmuĢdur. Lakin burada əkinlər əsrlər boyu dəmyə becərilmiĢdir, daha doğrusu, bu
ərazi üçün dəmyə əkinçilik - "dəmistan" daha xarakterik olmuĢdur.
Ölkənin dağətəyi və düzənlik ərazisində əkinçiliyin inkiĢafında kəhriz
suvarma sistemi az rol oynamamıĢdır. Naxçıvan vilayətində, Qarabağ ərazisində,
Gəncə-Qazax bölgəsində, AbĢeron torpaqlarında, hətta Lənkəran bölgəsinin dağlıq
ərazisi hesab olunan indiki Lerik rayonunda qədim kəhrizlərin qalıqları və yaxud
hazırda istifadə edilməkdə olan kəhrizlər mövcuddur [162]. Bu suvarma sistemi
indinin özündə belə demək olar ki, öz təsərrüfat əhəmiyyətini müəyyən qədər də
olsa saxlamıĢdır. Azərbaycanda yerli əhalinin hələ e.ə. I əsrdə kəhriz suvarma siste-
mindən istifadə etdiyi qeyd edilir [163].
ġəmkirçay ətrafında tarixən I—III əsrlərə aid olan kəhriz aĢkar edilmiĢdir [164].
Gəncə ərazisində taxıl əkinləri və bağların suvarılmasında Gəncə çayından, habelə
kəhriz sularından istifadə edilmiĢdir [165].
Orta əsrlərdə də Azərbaycan əkinçiliyində kəhriz suvarma sistemi mühüm rol
oynamıĢdır. Həmin dövrdə Ģəhər əhalisinin su ilə təchizində xüsusilə Gəncə, Naxçıvan,
ġəmkir, Ordubad və baĢqa orta əsr Ģəhərlərinin içməli suya olan tələbatının
ödənilməsində kəhriz Ģəbəkəsinin böyük əhəmiyyəti olmuĢdur. Azərbaycan isə
Cənubi Qafqazda kəhriz suvarma sisteminin vətəni hesab olunur.
Kəhrizlər xüsusi Ģəxslərə və ayrı-ayrı icmalara məxsus olardı. Bununla əlaqə-
dar olaraq, onun suyundan ya icmalıqla istifadə edilirdi, ya da kəhriz sahibləri müəyyən
qeyd-Ģərtlərlə öz kəhrizlərindən su aparmağa icazə verirdilər.
Əsas suvarma mənbəyi kimi, kənd təsərrüfatında Kür və Araz çaylarından isti-
fadə edilirdi. Bundan əlavə, əkinlər və bağlar yerli suvarma əhəmiyyətinə malik olan çay
və bulaqlardan, yeraltı sulardan (qara sular) və baĢqa suvarma mənbələrindən istifadə
edilməklə suvarılırdı. Ölkədə suvarma mənbəyi kimi, mindən yuxarı irili-xırdalı çay
Ģəbəkəsindən istifadə edilmiĢdir.
ġimal-Ģərqi Azərbaycanda əkinlər əsasən Samur çayı, Qaraçay, Ağçay,
Qusarçay, Qudyalçay, Vəlvələçay, Caqacuqçay və baĢqa xırda çay suları, həmçinin çoxlu
bulaqlar və baĢqa suvarma mənbələri vasitəsilə suvarılırdı.
Lənkəran bölgəsində (keçmiĢ Lənkəran qəzasında) suvarma mənbəyi kimi,
əsasən Astaraçay, Lənkərançay, ViləĢçay və bir sıra xırda çay, istil və bulaqlardan
istifadə edilmiĢdir.
ġəki-Zaqatala bölgəsinin əkinləri Künkütçay, Quzeyçay, KiĢçay, ġinçay və
baĢqa xırda çay Ģəbəkəsi, bulaqlar və s. ilə suvarılırdı.
ġirvan əkinçiləri suvarma üçün Türyançay, Göyçay, Dəvəbatançay, Girdiman-
çaydan və habelə bulaq sularından istifadə edirdilər.
Qazax və Gəncəbasarda əkinlər ġəmkirçay, QoĢqarçay, Gəncəçay, Ġncəçay,
Ağstafaçay, Həsənsuçay, Axıncaçay və baĢqa çayların suyu ilə suvarılırdı. Bu bölgədə
136
həmçinin kəhrizlər də suvarmada mühüm rol oynayırdı.
Qarabağ ərazisində əkinlər Tərtərçay, Qarqarçay, Quruçay və onların qolları
ilə, bundan əlavə, kəhriz və bulaqlar vasitəsilə də suvarılırdı.
Naxçıvan ərazisində əkinlər və bağlar Arpaçay, Əlincəçay, Naxçıvançay, Ordu-
badçay, Gilançay və baĢqa çayların suyu ilə, həmçinin də kəhriz və göl suları ilə
suvarılırdı.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Kür və AkuĢa (Kürün qolu)
çaylarından çarxla (taxta çarx) su çıxarılaraq (qaldırılaraq) əkinlərə verilirdi.
XX əsrin əvvəllərində təkcə Kür çayı üzərində 850-dən çox suqaldıran çarx
iĢləyirdi. AkuĢa çayında isə çarxların sayı 600-ə qədər idi [166]. Yeri gəlmiĢkən qeyd
etmək lazımdır ki, həyətyanı sahələri suvarmaq üçün buna oxĢar çarxlar vasitəsilə
quyulardan da su çıxarılırdı. Lakin belə çarxlarla quyulardan su çıxarmaq üçün ona heyvan
qoĢulurdu.
Azərbaycanda pambıqçılığın getdikcə geniĢləndirilməsi suvarma suyuna olan
tələbatı daha da artırırdı. 1900-cü ildən etibarən Kür və AkuĢa çaylarının sahillərində
mühərriklə iĢləyən suqaldırıcı qurğular iĢə salınır [167]. Artıq, 1910-1915-ci illərdə Kür
çayı üzərində suqaldırıcı belə qurğuların sayı yüzə çatırdı [168].
Suvarma mənbə və vasitəsi kimi, istillərdən də istifadə edilmiĢdir. Demək la-
zımdır ki, istillər ancaq Lənkəran bölgəsində mövcud olmuĢ və bunlarla çəltik əkinləri
suvarılmıĢdır [169].
Azərbaycanın təbiəti, torpaq-iqlim Ģəraiti və becərilən bitkilərin çoxnövlüyü
öz növbəsində suvarma sistem və üsullarının müxtəlifliyinə də səbəb olmuĢdur.
XIX əsrdə və XX əsrin əvvəllərində əsas suvarma mənbəyi kimi, yenə də çay-
lardan, bulaqlardan, kəhrizlərdən, göl və nohurlardan, quyulardan, su anbarları və
istillərdən istifadə olunmuĢdur.
Azərbaycanın suvarmaya əsaslanan əkinçilik təsərrüfatı əsasən iri və kiçik çay-
lardan götürülən kanal və ana arxlar vasitəsilə suvarılmıĢdır. Bu məqsədlə də çaylardan
kanal və ana arxlar ayrılır, həmin ana arxlardan isə ayrı-ayrı kəndlərin əkinlərini suvarmaq
üçün iri və ya kiçik qol arxlar çəkilirdi. Arxlar xüsusi Ģəxslər, daha varlı kəndlilər
tərəfindən çəkilirdi. Həmin arxlar onu çəkdirən sahibinin adı ilə tanınırdı. Beləliklə də
çaylardan ayrılan ana arxlar hansı kəndin əkin sahəsini su ilə təmin edirdisə, adətən,
onlara (arxlara) həmin kəndin adı verilirdi, yaxud ana arxın çəkiliĢi ilə əlaqədar olan
hadisə və oxĢarlıqla əlaqədar adlandırılırdı. Qarqarçaydan götürülən ana arx Mahrızlı
kəndinin əkinlərini suvardığına görə bu arx Mahrızlı arxı adlanırdı. Həmçinin də Vəlvələ və
ġabran çaylarından götürülən ana arxlar həmin sudan istifadə edən kəndlərin adı ilə
Söhbətli arxı, Boyad arxı, Sarxan arxı kimi tanınırdı.
Ayrı-ayrı çaylardan götürülən ana arxlar öz tutumuna görə fərqlənirdilər. Ana
arx çəkilərkən onun neçə kəndə və nə qədər əkin sahəsinə su verəcəyi müəyyən-
ləĢdirilirdi.
Adətən ana arxların uzunluğu su aparılacaq kənd və ya kəndlərin çaydan hansı
məsafədə yerləĢməsindən asılı olurdu. Bəzən ana arxların uzunluğu 30 - 40 km və daha
137
çox olurdu. Ana arxlar əsasən bir kəndin əkinlərini suvarma suyu ilə təmin edirdi.
Lakin bəzi hallarda onun suyundan bir neçə kəndin camaatı da istifadə edirdi. Belə ki,
Tərtərçaydan götürülən Lənbəran ana arxı ilə Qaraqoyunlu, Ağalı, Qaradəmirçi,
Mehdili və Lənbəran kəndlərinin əkinləri suvarılırdı.
XX əsrin əvvəllərində Azərbaycanda çaylardan çəkilən ana arxların ümumi sayı
1200-dən yuxarı olmuĢdur [170]. Suvarma üçün suyun götürülməsi mümkün olan
çaylardan demək olar ki, ana arxlar çəkilmiĢdir.
Ana arxların çəkilməsi, yaxud bənd və dəhnələrin tikilməsində (basılması)
sudan istifadə edəcək bütün kənd camaatı, bəzən də qonĢu kəndlərin camaatı iĢtirak
edirdi. Adətə görə bu iĢdən boyun qaçırmaq el arasında qəbahət sayılırdı. Axı on
kilometrlərlə uzunluğunda olan ana arxların qazılması - çəkilməsi sürətli və coĢqun axan
sulu çaylarda bənd tikib, dəhnə basmaq, bununla da suyun səviyyəsini qaldırıb, onu
ram edib ana arxlara yönəltmək bir o qədər asan iĢ prosesi deyildi. Ona görə də bu iĢ
həmiĢə birgə görülmüĢdür. BaĢqa cür mümkün də deyildi. K.Marksın göstərdiyi kimi
"...müəyyən əmək proseslərində... bataqlıqları qurutmaq, su bəndləri çəkmək, suvarma
iĢlərində, kanal qazılmasında və sair iĢlərdə kooperasiya lazımdır" [171].
Adətən ana arxların çəkilməsi, təmiri, bənd və dəhnələrin tikilməsi bir
qayda olaraq erkən yazda görülərdi. Bunun üçün mirab və ya cuvarlar kəndin ağsaq-
qalına, kənd camaatına xəbər verərdi ki, "filan gün ana arxları və ya qol arxları tə-
mizləmək və yaxud təmir etmək lazımdır". Kənd camaatı müəyyən olunmuĢ gün iĢə
138
baĢlardı. Daha doğrusu, həmin gün hər evdən bir nəfər (bir bel) çıxardı. Qaydaya görə
(əgər ana arxdan bir neçə kənd istifadə edirdisə) hər bir kəndin camaatı öz ərazisini
təmir edərdi. Beləliklə dəhnədən tutmuĢ bütün ana arx boyu hər kənd öz payını təmir
edər və ya təmizləyərək qaydaya salardı. Qol arxlar isə hansı əkin sahəsinə gedirdisə,
həmin əkin sahibləri tərəfindən təmir edilərdi. Bu iĢdə əmək aləti kimi bel, balta,
külüng və yabadan, nəqliyyat vasitəsi kimi at, ulaq, araba, furqon və s. istifadə
edilərdi.
Suvarma əkinçiliyində ən geniĢ yayılan əsas əmək aləti bel olmuĢdur. Bel öz
formasına görə sadə olmaqla, suvarmada, arx çəkiliĢində, bənd bağlamaq, yer belləmək
və s. iĢlərdə istifadə edilirdi. Beli yerli ustalar hazırlayırdı. Bel küp (buna tiyə və dəmir
də deyilir) təpcək və ağac sapdan ibarətdir. Bu alətə "su beli, həmçinin təpcəkli bel" də
deyilir. Ayrı-ayrı bölgələrdə iĢlədilən bellərdə öz forma və oxĢarlıqlarına görə azacıq
fərqlər olmuĢsa da, bu alətlə eyni iĢ görülmüĢdür.
Naxçıvanda bostan və tərəvəz bitkiləri üçün lək kəsmək və arx çəkməkdə
kərdivardan-mərküzdən də istifadə edilmiĢdir. Kərdivar 60-70 sm uzunluğunda, 20-25
Dostları ilə paylaş: |