sm enində, 0,2 sm qalınlıqda yarımdəyirmi dəmir parçasından ibarətdir. Onun sapı (qolu)
və çəkəcəyə bağlanmıĢ ipləri vardır. Kərdivarla iki nəfər iĢləyirdi. ĠĢ zamanı onlardan
biri sapı tutaraq onu aĢağıya basır, ikincisi isə ipin dəstəyini çəkirdi. Beləliklə də arx və ya
bostan kərdiləri-ləkləri hazır olurdu.
Maraqlıdır ki, öz iĢinə və formasına görə kərdivara oxĢayan və mütəxəssislərin
toxa - bel adlandırdıqları belə bir əl əmək alətindən hələ e.ə. III—II minilliklərdə
Yaxın ġərq ölkələrində suvarma əkinçiliyində - su Ģırımlarının, arx və kanalların
çəkilməsində və təmirində istifadə edildiyi qeyd olunur [172]. Deməli, Naxçıvan
ərazisində hazırda belə suvarma əkinçiliyində istifadə edilən kərdivar-mərküz
adlanan əl əmək aləti ölkədə suvarma əkinçiliyinin qədimliyini bir daha sübut edir.
Azərbaycanda dəhnə və bəndlərin çəkilməsi (tikilməsi) yerli Ģəraitdən, tikinti
materiallarından və baĢqa səbəblərdən asılı olaraq müxtəlif qaydalarda aparılırdı.
Naxçıvan çaylarında bəndlərin tikilməsi üçün "çatma" üsulu daha geniĢ yayıl-
mıĢdı. Bunun üçün 5-6 m uzunluğunda yoğun ağac-tir bir neçə yerdən deĢilir və ona 1-1,5
m uzunluğunda qollar keçirilirdi. Çayın bənd götürüləcək yerində qoyulan həmin tirin
qabağına xırda ağaclar, Ģax, meynə, küləĢ, ot, daĢ, torpaq və s. tökülərək suyun
səviyyəsi qaldırılır və ana arxın dəhnəsinə verilirdi. Bəzən də bənd tikiləsi yerə çarpaz
halda yoğun payalar basdırılıb onun üstünə, Ģax-Ģulax, daĢ-torpaq tökülərdi. Vilayətin
coĢqun və sulu çaylarında bəndlər daha davamlı tikilərdi. Belə çaylarda bəndin
çəkilməsi üçün yoğun ağacdan 8-10 m uzunluğunda, 1,5 m hündürlükdə "qırxayaq"
düzəldilərdi. Bunun üçün ağac tirə yerbəyerdən çatma qaydasında qollar keçirilərdi.
Qırxayağa vilayətin bəzi kəndlərində qoduq ayağı da deyilərdi. Çayın bənd salınan yeri
enli olduqda qırxayağın ikisi-üçü baĢ-baĢa qoyulardı. Qırxayağın suya salınması, onun
qabağına ləmpərin düzülməsi və ləmpərin üstünə çuval və kisələrdə daĢların qoyulması
çətin iĢ prosesi olduğundan böyük qüvvə tələb olunardı. Bu iĢin görülməsi üçün çoxlu
adam iĢtirak edərdi.
139
Ləmpərin özünəməxsus hazırlanma üsulu olmuĢdur. Bunun üçün çəltik
küləĢindən qol yoğunluğunda 7-8 uzunluğunda ―bədnəm‖ edilir və bir- birindən
30-40 sm aralıqda yan – yana qoyularaq 5-6 qol düzülərdi. Həmin bəndəmlərin
üstünə çırpı, budaq, çör – çöp sərilərdi. Bunun üstünə bir lay küləĢ, küləĢin üstünə
isə bir lay çınqıl daĢ töküldükdən sonra yenə də bir lay çəltik küləĢi verilərdi. Daha
sonra isə həmin laylar yumurlanaraq bükülür və beləliklə də ləmpər hazır olardı.
BaĢqa etnoqrafik zonalarda da dəhnə və bəndlərin tikilməsi üçün bir sıra
qayda və üsullar mövcud olmuĢdur.
Dəhnə və bənd tikiləsi yerə 2-3 m uzunluğunda yoğun payalar (bir-
140
birindən 60-70 sm aralı) vurulardı. Həmin payaların qabağına palıd, qarağac, fındıq
ağaclarının qol-budağı və baĢqa Ģax-Ģulax qoyular, üstünə ot-avar atılaraq
tapdalanardı. Və yaxud çubuq, çır-çırpı və ya kol-kosdan bağlanan dərzlər
payaların qabağına basılıb üstündən daĢ-torpaq tökülər, ya da ağacın budaqları
qom bağlanaraq, payaların qabağına qoyular, üstündən isə ot-avar, küləĢ, daĢ-
torpaq tökülərək tapdalanardı. Bu proses bir neçə lay olana qədər təkrar olunardı.
BasdırılmıĢ payalara möhkəmliyi saxlamaq üçün xüsusi dəstəklər də vurulardı.
Bəzi hallarda bəndlərin tikilməsi üçün "üçayaq"dan və ya da səbət-çalılardan
istifadə edilərdi. Üçayaq payalar səbət kimi toxunaraq, çayın dəhnə və bənd
tikiləcək yerinə qoyular, içərisi daĢ və torpaqla doldurular, qabağına isə küləĢ,
torpaq və s. tökülərdi. Səbət-çalılar söyüd və ya palıd çubuqlarından toxunar, onun
hündürlüyü 1-1,5 m, uzunluğu 2-2,5 m, eni 1 m-dən çox olardı. Həmin səbətlər
çayın bənd götürüləcək yerinə yan-yana düzülərək içərisi daĢ-torpaq, küləĢ və s. ilə
doldurulardı.
Bəndlərin hündürlüyü, uzunluğu onun tikiləcəyi yerin Ģəraitindən və
baĢqa səbəblərdən asılı olardı. Əsasən bəndlərin hündürlüyü 2-3 m, eni bir və ya
metrdən artıq, uzunluğu isə 30-40 m-ə çatardı. Bəzən də bəndlər daha kiçik və ya
da enli, yüksək və daha iri olardı.
Bənd və dəhnələrin tikilməsi üçün böyük iĢçi qüvvəsi lazım gəlirdi.
Tikinti materiallarının hazırlanması, onların nəqliyyat vasitəsilə bənd tikiləcək yerə
gətirilməsi və sair iĢlər də nəzərə alınarsa, bəzən bu iĢdə bir neçə kəndin camaatı
iĢtirak edərdi, el tökülüb gələrdi. Ġri və coĢqun çaylardan götürülən bəndlər öz
tikilmə quruluĢuna və qaydasına görə daha əzəmətli olardı. Bəzən iri bəndlər
bütövlüklə daĢdan hörülərdi. Belə bir qədim bəndin izi Naxçıvanda Xarabagilan
adlı Ģəhər yerinin yaxınlığında indi də durmaqdadır [173].
KeçmiĢdə əkinlər üçün arx çəkmək, bənd tikmək, dəhnə basmaq həmiĢə
çətin və ciddi bir problem olaraq qalmıĢdı. Süni suvarmanın mühüm rol oynadığı
bir Ģəraitdə, Ģübhəsiz ki, bu problemlər həlledici əhəmiyyət kəsb etmiĢdir.
Bəzən bənd və dəhnələr çaylarda suyun artması ilə (aramsız yağıĢlar
zamanı və s.) uçub dağılardı. Bunları tezliklə bərpa etmək o qədər asan olmayıb,
böyük zəhmətin hesabına baĢa gələrdi. Belə gözlənilməz hadisələrdə kəndin əli bel
tutan bütün cavanı, qocası iĢtirak edərdi. Bu haqda hətta bayatılarımızda da
oxuyuruq:
Haray, ellilər, haray!
ġana tellilər, haray!
Dəhnədən arxım uçub
Əli bellilər, haray!
Haray, elli neyləsin?
ġana telli, neyləsin?
141
Arx ki dəhnədən uça,
Əli belli neyləsin?
Azərbaycanın ayrı-ayn bölgələrində dəhnə basmaq və bənd tikmək üçün
cürbəcür üsul və qaydalardan istifadə edilmiĢdir. Bu üsul və qaydaların zənginliyi
xalqın bu sahədə geniĢ təcrübəyə malik olmasını bir daha təsdiq etməklə yerli əha-
linin hələ çox qədimlərdən çayların suyundan suvarma məqsədilə istifadə etdiyinə
dəlalət edir. Bəndlər və dəhnələr paya basdırmaq, çubuqla hörmək, səbətlər düz-
mək, Ģax və daĢla hörmək, torpaq tökmək və s. qaydada tikilərək çayın suyu istə-
nilən səviyyəyə qaldırılırdı. Dəhnənin tikilməsi üçün tökülən Ģax, torpaq, küləĢ və
s. tapdalanaraq (lay-lay) basıldığı üçün buna "dəhnəbasma" da deyilirdi.
Ana arxların çəkiliĢi, dəhnə və bəndlərin tikilməsi, suvarmanın düzgün
təĢkili böyük ustalıq və təcrübə tələb edirdi. Bu arxlar çətin sahə və yamaclardan,
dərə və dağ döĢlərindən, qayalardan tunellə, yarğanlardan ağac və ya taxta novlarla
keçirilərək istənilən əraziyə aparılırdı. Bəzən ana arxlar çay vadilərilə (çayın hər iki
sahili boyu) mərtəbələrlə (paralel halda) çəkilərək gətirilirdi. Belə bir ustalıqla
suyu uzaq yerlərə aparılan ana arxları çəkmiĢ Azərbaycan əkinçilərinin böyük bilik
və təcrübəyə malik olduqları bir daha təsdiq olunur. Əkinçilər ana arxları çəkərkən
bu iĢi elə məharətlə görürdülər ki, bəzən də uzunluğu on kilometrlərlə və daha artıq
olan bu arxlarla suyu istənilən əraziyə çox rəvan aparırdılar. XIX əsrin ortalarında
Azərbaycanda olmuĢ ipəkçilik üzrə bir mütəxəssis ölkədə suvarma mədəniyyətinin
zənginliyinə heyran olaraq yazırdı: "Mən istərdim ki, bir nəfər Cənubi Qafqazda,
xüsusilə Xəzərin sahilinə qovuĢan ölkədə (Azərbaycanda - Ş.Q.) suvarma üsul və
qaydalarını öyrənməklə məĢğul olsun. Mənə gəldikdə isə deməliyəm ki, bu sahədə
mövcud olan üsul və qaydaları gördükdə heyrətimin həddi-hüdudu olmadı. Bir də
142
görürsən ki, coĢqun bir çay yarğanla iti sürətlə aĢağıya doğru axır, elə güman
edirsən ki, bu çaydan bir damcı su belə götürmək olmaz. Bir neçə verst aĢağıya
getdikdən sonra heç ağlına da gəlmir ki, necə oldu, həmin coĢan sürətli çayın suyu
sakit bir halda-lal axır. Suyu isə heç bir maneə yolundan saxlaya bilmir. O,
dərələrdən yan keçir, təpələri aĢır. Suçu bel ilə onu istədiyi yerə axıda bilir. Bu
yerlərdə əkinlərin suvarılması böyük ustalıq və riyazi dəqiqliklə aparılır. Burada on
və yüzlərlə desyatin əkin sahəsi suvarılır. Bu arxların bəzən 60-100 verst uzun-
luğunda olmasını, heç bir ölçü və alətdən istifadə edilməyərəkdən, gözəyarı çəkil-
diyini, bu iĢin adi bir kəndli zəkasının məhsulu olduğunu bildikdə adamın heyrəti
birə on qat artır. Əlində bel olan suçu-tatara (azərbaycanlıya-Ş.Q.) bir Ģırnaq (qol)
axar su ver, əgər o, istəsə bütün kürreyi-ərzi suya qərq edər" [174].
XX əsrin 20-30-cu illərinə qədər əkinçilikdə kəhriz suvarma Ģəbəkəsi
mühüm rol oynamıĢdır. Kəhriz suyu ilə hər il Azərbaycanda 50 min desyatindən
artıq əkin sahəsi suvarılırdı [175]. Həmin dövrdə isə minə yaxın kəhriz vardı [176].
Kəhrizlər əsas etibarilə dağətəyi ərazidə, quru və sulu çay sahillərində
vurulardı (qazılardı). Kəhrizlərin qazılması üçün xüsusi kankan (quyu qazan)
dəstəsi iĢə cəlb olunardı.
Kəhrizin baĢ-gumana quyusunun qazılası yerdə suyun olması müəyyən
edildikdən sonra həmin sahədə 2-3 quyu qazılardı. Gumana quyusundan sonra,
kəhrizin o biri sulukar quyuları qazılırdı. Quyular bir-birindən 20-30 m, bəzən 50-
60 m aralı olurdu. Quyuların dərinliyi isə 10-20-25 m və daha dərin - 60-70 m-ə
çatırdı. Onların dərinliyi əsasən sahənin relyefindən və suyun yeraltı səviyyəsindən
asılı idi. Kəhrizin ümumi uzunluğu, suyun hansı əraziyə aparılmasından asılı olaraq
2-3, 5-6 km və bəzən də daha artıq olurdu. Kəhrizin suyu hansı sahəyə
çıxarılmalıdırsa, həmin sahədə kəhrizin sonuncu quyusu - godə quyu, daha sonra
isə onun yarması qazılırdı. Suyun yerin səthinə çıxdığı yerə isə kəhrizin gözü -
çeĢməsi deyilirdi.
Kəhrizqazan kankan dəstəsində 4-6 nəfərə qədər iĢçi olurdu. Bunlar baĢ
usta-kankandan, usta köməkçisi - lağımbardan, çarxçıdan, dolçudan ibarət idi.
Kəhrizin qazılmasında aĢağıdakı alətlər iĢlədilərdi: dolamaçarx (buna sadəcə olaraq
çarx deyilir), külüng, keçəbel (çalov), dol (inək gönündən hazırlanardı), qırmaq,
kəndir, çıraq (Ģam), taraz və s.
Kəhriz quyusunun ağzında qoyulan çarxla lağımdan dola tökülmüĢ torpaq
qaldırılaraq yuxarı çıxarılırdı. Çalovla torpaq dola yığılırdı. Külünglə lağım qazılır,
iĢıqla (çıraq və Ģamla) və ya tarazla lağımın istiqaməti və onun düzgün qazılması
müəyyənləĢdirilirdi. Bundan əlavə, kankan baĢına xüsusi baĢlıq geyər, çiyninə isə
qoyun dərisindən Ģəltə atardı ki, üstdən tökülən su və torpaq ona mane olmasın.
Kəhrizin su axan hissəsi lağım və ya kürə adlanır. Lağım baĢ quyudan
sonuncu quyuya qədər düz və eyni ölçüdə olurdu. Lağımın hündürlüyü təxminən 1
Dostları ilə paylaş: |