A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə15/102
tarix30.12.2021
ölçüsü7,74 Mb.
#21570
1   ...   11   12   13   14   15   16   17   18   ...   102
BAĞÇILIQ 

 

Azərbaycanda  bağçılığın  qədim  tarixi  vardır.  Torpaq  örtüyünün 



müxtəlifliyi,  əlveriĢli  iqlim  Ģəraiti  bu  ərazidə  tarixən  müxtəlif  növ  meyvə 

ağaclarının  yetiĢməsinə  səbəb  olmuĢdur.  Azərbaycan  ərazisində  təbii  halda  bitən 

alma,  armud,  heyva,  əzgil,  qaragilə  (yemiĢan),  zoğal,  alça,  gavalı,  göyəm,  gilas, 

gilənar  (albalı),  nar,  əncir,  qoz,  fındıq,  Ģabalıd,  püstə,  badam,  üzüm,  iydə,  innab, 

tut,  moruq,  böyürtkən,  çiyələk  və  baĢqa  cır  meyvə  və  giləmeyvə  bitkilərinə  rast 

gəlirik. Maraqlıdır ki, Azərbaycan meĢələrinin qədimlərdən baĢlamıĢ müasir dövrə 

qədər  özünün  bol  cır  meyvəsi  olmuĢ  və  bu  meyvələrdən  əhali  geniĢ  istifadə 

etmiĢdir. 

Zaman  keçdikcə  yabanı  meyvələrdən  mədəni  meyvə  yetiĢdirməyə 

baĢlamıĢlar.  Azərbaycanda  yabanı  meyvələrin,  mədəni  hala  keçirilməsi  üçün  hər 

cür Ģərait olmuĢdur. Ona görə də "Cənubi Qafqaz dünyada bir sıra bitkilər, xüsusilə 

meyvələrin (üzüm, alma, armud, alça, nar, heyva və s.) ilk dəfə mədəniləĢməsinin 

vətənidir" [1]. 

Azərbaycan ərazisində  aparılan arxeoloji qazıntıların nəticələri və  qədim 

müəlliflərin  əsərlərindəki  məlumatlar  bağçılığın  bu  ərazidə  qədim  tarixə  malik 

olduğunu təsdiq edir. Azərbaycanın əksər bölgələrindən arxeoloji qazıntılar zamanı 

bu və ya digər meyvə çəyirdəyinin tapılması, meyvəçiliyin bu ərazidə geniĢ yayıl-

dığını göstərir. 

Bəzi  antik  müəlliflərin  əsərlərində  SakaĢendə  bağçılığın  inkiĢafı  ilə 

əlaqədar  xəbər  verilir  ki,  "Bu  ölkənin  bütün  ərazisi  həmiĢə  yaĢıl  görkəmə  malik 

olur və  bol meyvə  bağları ilə zəngindir" [2]. Strabonun  məlumatından aydın olur 

ki,  Albaniya  ərazisində  nar,  badam,  qoz  və  baĢqa  meyvələr  yetiĢdirilmiĢdir  [3]. 

Antik  müəlliflərin  əsərlərinə  əsaslanan  Yevstafi  qeyd  edir  ki,  "Kaspi  torpağında 

üzüm  tənəkləri bol  məhsul  verir.  Deyildiyinə  görə  əncir  o  qədər  məhsul  verir  ki, 

bəzi ağaclardan 60 medimə (medim  -  yunan ölçüsü olub 52 /-ə bərabərdir) qədər 

əncir toplanmıĢdır" [4]. 

Orta əsrlərdə Azərbaycanda bağçılıq daha geniĢ vüsət almıĢdı. Bu dövrdə 

üzüm, zoğal,  Ģaftalı, ərik, nar, heyva, alma, armud  və  s.  meyvə növləri  daha çox 

yetiĢdirilirdi.  Meyvələrin  qurudulması  iĢi  də  əvvəlki  dövrə  nisbətən  xeyli 

geniĢlənməyə  baĢlayır.  Qədim  Mingəçevirdə  eramızın  III-VIII  əsrlərinə  aid 

abidələrdən nar, Ģaftalı və baĢqa meyvə qabıqlarının tapılması xüsusilə qiymətlidir. 

M.X.ġərifli IX əsrdən bəhs edərək yazırdı: "O zaman bağlar və bostanlar da böyük 

sahələri  əhatə  etmiĢdi.  Süni  suvarma  Ģəbəkələrinin  nisbətən  geniĢlənməsi  kənd 

təsərrüfatının,  xüsusilə  pambıq  əkininin  və  bağçılığın  yaxĢılaĢmasının  əsas 

Ģərtlərindən biri idi. Azərbaycanın üzüm, əncir, alma, armud, nar, zoğal, Ģabalıd və 

qurudulmuĢ meyvəsi bütün Yaxın ġərq ölkələrində məĢhur idi" [5]. 

Azərbaycan meyvəsinin geniĢ Ģöhrəti, bolluğu və zənginliyi ilə əlaqədar orta 

əsr müəlliflərinin əsərlərində də xeyli dəyərli məlumatlara rast gəlirik. 




 

 

165 



X  əsr ərəb  müəlliflərindən  əl-Ġstəxri Bərdə  Ģəhərinin  yaraĢığı  və zənginli-

yindən  bəhs  edərkən  yazır:  "Ġqlimi  sağlam,  torpağı  məhsuldar,  əkinləri  və  meyvələri 

çoxdur. Ġraqla Xorasan arasında Rey və Ġsfahandan sonra Bərdədən nemətli və  ondan 

gözəl, əlveriĢli yer yoxdur" [6]. Həmin əsrə aid digər coğrafi bir əsərdə -"Hüdudül-

aləm"də  deyilir  ki,  "Bərdə  xürrəm,  əkinəcəkli,  çoxmeyvəli  və  bolluq  olan  kənd  və 

qəsəbələrə malikdir, orada çoxlu ağ tut ağacları vardır" [7]. Ġbn Hövkəl Bərdə Ģabalıdının 

Suriya  Ģabalıdından  üstün  olmasını,  ondan  böyük,  dadlı  və  çoxlu  bar  verməsilə 

seçildiyini  qeyd  edir.  O,  sözünə  davam  edərək  Bərdədə  zoğal,  ən  yaxĢı  növ  əncir 

yetiĢdirildiyini söyləyir [8]. Ərazi etibarilə Bərdəyə yaxın olan, eyni iqlim və Ģəraitə 

malik  Beyləqan  ərazisində  də  meyvəçiliyin  inkiĢaf  etdiyini  bir  sıra  dəlillər  sübut  edir. 

Belə ki, XIII əsrdə fars dilində yazılmıĢ "Əcaib əd-dünya" adlı əsərdə Beyləqanda yaxĢı 

nar, üzüm və naringi yetiĢdirildiyi xəbər verilir [9]. 

Əkinçilik  va  bağçılığın  inkiĢafı  üçün  Arranda  daha  əlveriĢli  Ģərait 

olmuĢdur.  Əkinçi  əhali  bol  bağçılıq  məhsulu  götürərək  təkcə  öz  tələbatını  deyil, 

onun  ixracı  ilə  də  məĢğul  olmuĢdur.  "Əcaib  əd-dünya"da  qeyd  edilir  ki,  Arranda 

ləzzətli Ģərab, ətirli alma və Ģirin nar yetiĢdirilirdi [10]. 

Naxçıvanda  bağçılıqdan  bəhs  edən  Yaqut  Həməvi  yazır:  "Onun 

yaxınlığından  Araz  çayı  axır.  Oradakı  gözəl  narların  bərabərini  mən  heç  bir 

Ģəhərdə görməmiĢəm, burada həm də gözəl əncir bitir [11]. Həmdullah Qəzvini isə 

Ordubad  meyvələrinə  daha  çox  üstünlük  verir.  "Ordubad  bir  qəsəbədir,  çoxlu 

bağları var. YaxĢı üzümü, taxılı, pambığı var" [12]. 



 

 

166 



Azərbaycanın böyük Qafqaz dağları ətəklərində bağçıhq əsrlər boyu daha 

geniĢ  Ģəkildə  inkiĢaf etmiĢ, bütöv bir ərazini bürümüĢdür.  Bu ərazi özünün geniĢ 

qoz, fındıq və  Ģabalıd bağları ilə zəngin olmuĢdur. "Hüdudül-aləm"də qeyd edilir 

ki,  Qəbələ,  ġəki,  Bərdə  və  ġirvan  arasında  abad  və  nemətli  bir  Ģəhərdir.  Orada 

çoxlu fındıq bitir [13]. Bu ərazi özünün təkcə qozu, fındığı, Ģabahdı ilə deyil, həm 

də  alma,  heyva,  armud,  gilas  və  baĢqa  meyvə  növlərilə  də  tamnır.  Qəbələdə 

arxeoloji qazın-tılar zamam eramızın VIII-XIII əsrlərinə  aid  mədəni təbəqələrdən 

qoz, fındıq, nar, ərik, alma, armud, xurma və s. meyvə qahqlannın əldə edilmosi də 

buna sübutdur [14]. 

Bağçılıq  orta  əsrlərdə  Qərbi  Azərbaycanda  da  xeyli  inkiĢaf  etmiĢ  və 

qabaqcıl meyvəçilik bölgəsi kimi tanınmıĢdı. ġəkinin baĢqa  meyvələrinə nisbətən 

narı  və  ənciri  dillər  əzbəri  olmuĢdu.  Lakin  orta  əsrin  məĢhur  Ģəhəri  Gəncədə 

bağçılıq  daha  böyük  Ģöhrətə  çatmıĢdır.  Burada  çoxlu  bağlar  olmuĢ,  bu  bağlarda 

üzüm,  nar,  əncir,  alma  və  tut  ağacları  becərilmiĢdir.  Qədim  Gəncə  arxeoloji 

qazıntılarından  tapılan  qoz  qabığı,  gavalı,  badam,  püstə,  gilas,  Ģaftalı  qahqları 

yazılı mənbələrdə verilən məlumatları təsdiq edir [15]. 

Nizami Gəncəvinin əsərlərində nar, badam, püstə, xurma, əncir, portağal 

və bir sıra  meyvə  növlərinin tərifı orta əsrlərdə Azərbaycanda  meyvəçiliyin geniĢ 

intiĢar tapdığını və meyvə məhsullarının əhalinin məiĢətində xüsusi yer tutduğunu 

demoyə əsas verir. 

 

 Elə ki, yetirir bağçalar barı. 



 Kəndlilər unudar onda talvarı. 

 Meyvələr çoxalır, bağlar varlanır,  

Belə bir bolluqdan yer vüqarlanır.  

Sevincdən nəĢəylə püstə gülərkən,  

Gizli busə istər xurma püstədən.  

Ləl ilə bəzənmiĢ bir tac kimi nar,  

Uzaqdan çıraq tək alıĢıb yanar.  

Göz vurub qızarmıĢ alma edər naz, 

 Boynunu uzadar turunc iĢvəbaz.  

Tənəklər Ģərabdan nəĢələnərək,  

TutmuĢ meyvələri sərxoĢ gözəl tək. 

Bağda budaqlarda o qədər nar var,  

Sanki gözəllərdi məmələri nar.  

Ġncir yeyən quĢlar oğru tək pünhan,  

Asılar ağacın budaqlarından.  

Badam sevən torpaq yağ almaq üçün  

Soyur qabığını badamın bütün.  

ġirin, al dodaqlı innab hər səhər  

Ağılsız fındıqdan alar busələr.  



 

 

167 



Ağaclar Ģənliklə qaldıraraq baĢ,  

Ġnnabdan, fırıdıqdan verərlər ĢabaĢ.  

Qarapapaq üzüm sərxoĢluğundan,  

Dolar barmağına saçını pünhan.  

Qabaq sazlamıĢdır Ģadlıqçün rudu,  

Heyva boğazından tutmuĢ armudu [16]. 

 

XVI-XVII  əsrlərdə  Azərbaycanda  olmuĢ  avropalı  səyyah  və  alimlər 



ölkənin  meyvə  bağları  ilə  zənginliyini  dönə-dönə  qeyd  etmiĢlər.  XVII  əsr  türk 

səyyahı  Evliya  Çələbi  Naxçıvanın  Qarabağlar  kəndindəki  bir  bağda  armudun  26 

növünün olduğunu xəbər verir [17]. 

Ġngilis  səyyahı  Antonnu  Çenkinson,  alman  Adam  Oleari  də  burada 

bağçılığın  xeyli  inkiĢaf  etdiyini  və  əhalinin  təsərrüfat  həyatında  möhkəm  yer 

tutduğunu qeyd etmiĢdir. 

XV  əsrin  70-ci  illərində  Azərbaycanda  olmuĢ  Venesiya  səyyahı 

A.Kontarini  ġabranda  çoxlu  dadlı  meyvə  yetiĢdirildiyindən  bəhs  edərək  yazır: 

"ġabran Ģəhərində o qədər gözəl meyvə və xüsusilə alma yetiĢir ki, adam baxanda 

öz  gözlərinə  inanmır"  [18].  1796-cı  ildə  Qubada  olmuĢ  P.Butkov  göstərir  ki, 

burada təxminən hər bir evin qabağında meyvə ağaclan olan bağ vardır [19]. Adam 

Olearinin yazdığına görə Qubada bağçılığın inkiĢafı burada mövcud olan bir adətlə 

bağlı  olmuĢdur.  Adətə  görə  ailədə  hər  bir  qız  boya-baĢa  çatanadək  100  meyvə 

ağacı  yetiĢdirməli  idi.  Bu  ağaclar  bar  verəndən  sonra  ərə  gedən  qızın  cehizi 

olarmıĢ. 

Etnoqrafik  materiallar  XIX  əsrdə  meyvəçiliyin  artıq  Azərbaycanın  əksər 

qəzalarında inkiĢaf etdiyini göstərir. Lakin Quba, ġamaxı, Göyçay, ġəki, Naxçıvan 

qəzaları  meyvəçiliyin  əsas  mərkəzləri  hesab  edilirdi.  Bu  qəzalarda  yetiĢdirilən 

meyvələr  əhalinin  daxili  tələbatını  ödəməkdən  əlavə,  həm  də  meyvə  olmayan 

yerlərdə  taxıl,  düyü,  süd  məhsulları  ilə  mübadilə  edilirdi.  XIX  əsrin  30-50-ci 

illərinədək  Azərbaycanda  meyvə  məhsulları  əsasən  daxili  bazarlarda  satılırdı. 

Xaricə isə meyvə məhsulları az göndərilirdi. Lakin XIX əsrin sonlarından etibarən 

dəmir  yollarının  çəkiliĢi  ilə  əlaqədar  Azərbaycan  meyvəsi  Ümumrusiya  bazarına 

daha çox çıxarılırdı. 

Məhz  bu  dövrdən  baĢlayaraq,  Azərbaycanın  meyvəçilik  təsərrüfatı 

Ümumrusiya bazarının tələbatı ilə ayaqlaĢmağa, daha doğrusu, ticarət meyvəçiliyi 

xarakteri almağa baĢlayır. 

XX əsrin əvvəllərinə qədər Azərbaycanın bağçılıq təsərrüfatında yerli meyvə 

növləri  daha  üstün  yer  tutmuĢ  və  xalq  arasında  daha  yüksək  qiymətləndirilmiĢdir. 

Bağbanlar hər bir zonada dadlı və keyfiyyətli meyvə növləri yetiĢdirməklə yanaĢı, onları 

nəsildən-nəslə yaĢatmıĢlar. Bu baxımdan AbĢeronun sarı ənciri, Naxçıvanın sin armudu, 

Ģəkəri armudu, əndiryanı armudu, Əbutalıbı əriyi, peyvəst əriyi, kəhat heyvası, Ordubadın 

salamı,  zəfəranı,  alanayı,  nazlı,  tərəlli,  Ģərəlli,  qıĢlıq  Ģaftalı  növləri,  Qubanın  cırhacı, 



 

 

168 



qəndilsinab alması, ġəki-Zaqatalanın ağagörməz, vələçin, yay gülabı, qarabığır, naibi, 

pərzivan,  çobankol  armudu  xalq  seleksiyasının  uzun  illər  boyu  yaratdığı  meyvə 

növlərindən olub, hər biri öz bölgəsində Ģöhrət qazanmıĢdı. Azərbaycan torpağının bu 

ləziz  meyvələri  bir  sıra  sərgilərdə  nümayiĢ  etdirilmiĢ  və  yüksək  qiymətləndirilmiĢdi. 

Əbutalıbı  əriyi  1898-ci  ildə  Kaliforniyada  təĢkil  edilmiĢ  ümumdünya  meyvəçilik 

sərgisində birinci yerə layiq görülmüĢdü. 

XIX  əsrdə  Quba  qəzası  meyvə  istehsalına  və  həm  də  bağların  sahəsinə 

görə Azərbaycan qəzaları içərisində birinci yeri tuturdu. Qəzanın MüĢkür, ġeĢpara mahal-

ları  baĢdan-baĢa,  ġabran,  Sirt  mahalları  isə  qismən  meyvə  bağları  ilə  əhatə  olun-

muĢdu  [20].  Belə  ki,  Quba  əyalətində  istehsal  edilən  meyvə  ilə  Bakı  və  ġirvan  da 

təchiz edilirdi [21]. 

XIX  əsrin  80-ci  illərində  Quba  qəzası  nəinki  Azərbaycanda,  hətta  Cənubi 

Qafqazda  meyvəçiliyin  və  meyvə ticarətinin  mərkəzinə  çevrilmiĢdi. Bu dövrdə  Azər-

baycanda  olan  47  min  desyatin  meyvə  bağından  8,2  min  desyatini  ancaq  Quba 

qəzasının  payına  düĢürdü  [22].  Həmin  vaxt  qəzanın  168  kəndi  meyvəçiliklə  məĢğul 

olurdu. Meyvə bağlarından hər il HəĢtərxana və Nijni-Novqoroda 12 min pud armud 

qaxı, 80 min puda qədər alma qaxı, 30 min puda qədər qoz və 12 min puda qədər turĢu 

ixrac edilirdi [23]. 

Bakı-Petrovski dəmir yolunun çəkilməsi qəzada meyvə istehsalının inkiĢafına 

daha müsbət təsir göstərmiĢ oldu. Belə ki, dəmir yolu ilə Rusiya bazarlarına daha çox 

meyvə göndərilməyə baĢlandı. Təkcə 1901-ci ildə Xaçmaz stansiyasından Rusiyaya 500 

min pud armud  və  alma  ixrac  edilmiĢdi [24]. XIX  əsrin  sonu  -  XX əsrin  əvvəllərində 

Quba  qəzasının  dağətəyi  kəndlərinin  iqtisadiyyatında  meyvəçilik  daha  üstün  yer 

tutmağa  baĢlamıĢdı.  XX  əsrin  əvvəllərində  qəzanın  dağətəyi  zonasında  da  kənd 

əhalisinin  güzəranı  taxıldan  sonra  meyvəçilikdən  əldə  edilən  məhsullardan  asılı  idi. 

Adətən, yayda armud və almanın yetiĢməsi zamanı kəndlinin bütün ailəsi, böyükdən 

kiçiyə  qədər  hamıya  iĢ  tapılan  bağa  köçürdü.  Meyvəçiliyin  baĢlıca  rol  oynadığı 

Nügədi, Rustov, Çiçi, Səbətlər kimi kəndlərin əhalisi isə hətta bağlarda müvəqqəti 

evlər  (qazma)  tikirdilər  [25].  Göründüyü  kimi,  XIX  əsr  və  XX  əsrin  əvvəllərində 

bağçılıq  Quba  qəzası  əhalisinin  əsas  məĢğuliyyət  formalarından  biri  olub,  əkinçilik 

qədər əhəmiyyəti olan bir təsərrüfat sahəsinə çevrilmiĢdi. 

Azərbaycanın meyvəçilik zonalarından biri də ġirvan idi. XIX əsrin 40-cı illə-

rindən  ġamaxı  qəzasında  3663-ə  qədər  meyvə  bağı  var  idi  [26].  ġirvanın  dağlıq  və 

meĢəlik  ərazisində  armud,  qoz,  alma  və  fındıq  ağacları  becərilirdi.  ġamaxı  qəzasının 

Böyük Çalqan və Çalqan-Məmmədsəlim kəndlərində armud və alma bağları  meĢədəki 

cır ağacları calaq etmək yolu ilə salınmıĢdı. Odur ki, burada bağlar  "qələmlik" adlanırdı. 

Cırmeyvə ağaclarını calaq etməkdən əlavə, yeni ağaclar əkmək  yolu ilə də bağlar salınırdı. 

Bölgənin bu  hissəsinin bağları  yalnız  meyvə  ağaclarından ibarət olmurdu. Burada  əkin 

sahələri də bağa daxil olub, meyvə ağacları ilə qarıĢıq bir ərazini təĢkil edirdi. Odur ki, 

burada meyvə bağının sahəsini müəyyənləĢdirmək çətin idi. ġirvanın dağlıq və meĢəlik 

bölgəsində belə qarıĢıq bağlar  Göyçay qəzası üzrə 174,87 desyatin, ġamaxı qəzası üzrə 



 

 

169 



1362,12  desyatin  sahəni  əhatə  edirdi.  Burada  meyvəçilik  əhalinin  əsas  gəlir 

mənbələrindən  birini  təĢkil    edirdi.  Meyvələr  qurudulmuĢ  halda  böyük  Ģəhərlərin 

bazarlarına çatdırılırdı [27]. 

Meyvəçilik ġirvanın düzənlik hissəsində daha çox inkiĢaf etmiĢdi. Burada alma,  

armud,  heyva,  nar,  innab, ərik, alça,  gilas, albalı,  gavalı, əzgil, tut  və  s.  yetiĢdirilirdi. 

Meyvə  ağacları  xiyaban  üsulu  ilə  becərilmiĢ  üzümlüklərdə  və  tut  ağacları  ilə    qarıĢıq 

əkilirdi. Yalnız Ağsu və ġıxməzid kəndlərində geniĢ sahələrdə ayrıca üzüm  və  meyvə 

bağları mövcud idi [28]. 

ƏrəĢ qəzasında elə bir kəndli ailəsi tapılmazdı ki, onun meyvə bağı olmasın.  

Burada alma, armud, heyva, nar, Ģaftalı, ərik, innab, qoz, fındıq, tut, gavalı, alça, albalı 

və gilas yetiĢdirilirdi [29]. 

Azərbaycanda meyvəçiliyin ən çox inkiĢaf etmiĢ bölgələrindən biri də ġəki-

Zaqatala zonasıdır. Burada bağların kiçik bir hissəsini tut plantasiyaları, əksər hissəsini 

öz  keyfiyyətli  məhsulu  ilə  bütün  Cənubi  Qafqazda  fərqlənən  müxtəlif  meyvə  ağacları 

təĢkil edirdi. Burada əsas meyvələr qoz, fındıq, Ģabalıd, alma, armud, heyva, albalı, gilas, 

gavalı,  nar,  əncir,  zoğal,  əzgil  və  üzümdən  ibarət  idi.  Lakin  Azərbaycanın  digər 

ərazilərindən fərqli olaraq ġəki-Zaqatala bölgəsi öz Ģabalıdı, qozu və fındığı ilə məĢhur 

olmuĢdur.  Burada  qozun,  Ģabalıdın  yığılmasının  və  saxlanılmasının  bir  sıra  yerli 

xüsusiyyətləri vardır. ġabalıdın yığılması üçün uzunluğu 4-5 olan, yerli əhali arasında 

"ürk" adlanan çubuqdan - ağacdan istifadə olunurdu. Ürk vasitəsilə çırpılan Ģabalıd bir 

yerə  toplanır.  Onu  cecədən  çıxarmaqdan  ötrü  yerə  sərib,  yoğun  ağacla  çırpırlar-

döyürlər.  Buna  "Ģabalıd  xırmanı"  deyilir.  Bundan  sonra  cecələr  yaba  ilə  üzlənir, 

Ģabalıd isə qablara yığılır. Qoz-fındıq da çırpılaraq yığılır və məhsul örtülü damların 

döĢəməsinə sərilib, qurudulur, daha sonra qablara doldurulurdu. 

XIX əsrin 40-cı illərində ġəki əyalətində meyvəçilik onun əsasən Ģimal-düzən 

hissəsində və Ģəhərin özündə geniĢ yayılmıĢdı. "Hər bir həyətdə çox da böyük olmayan 

tut və meyvə bağları vardır. Bağlarda əla növ alma, armud, nar, Ģaftalı, Ģabalıd yetiĢir" 

[30]. 


XIX  əsrin  sonlarında  bu  bölgədə  meyvəçilik  daha  intensiv  və  planlı  inkiĢaf 

etdirilməyə baĢlandı. 1873-cü ildə Zaqatalada sahəsi 6 desyatin olan meyvə Ģitilliyi salındı. 

ġitilliyin meyvə ağacları Tiflisdən və Krımdan gətirilmiĢdi [31]. ġitillik təkcə Zaqatalada 

deyil, bütün bölgədə meyvəçiliyin inkiĢafına çox müsbət təsir göstərdi. 

Azərbaycan meyvəçiliyində Naxçıvan və Ordubadın xüsusi yeri olmuĢdur. Öz 

dadlı  meyvələri  və  meyvə  məhsullarının  hazırlanma  üsullarına  görə  Ordubad  yalnız 

Azərbaycanda  deyil,  bütün  Cənubi  Qafqazda  birinci  yeri  tuturdu.  Ordubad  meyvəsi 

əhalinin həm də taxıla olan tələbatını ödəmək üçün yeganə mənbə idi. Belə ki, yerli 

əhali  meyvənin  bir  hissəsini  satır,  bir  hissəsini  də  Qaradağ  əyalətinə  (Cənubi 

Azərbaycana) apararaq taxıl  məhsullarına dəyiĢirdi. Ordubadın qurudulmuĢ  meyvələri 

Tiflisə, Ġrəvana aparılırdı [32]. Dizə, Vənənd, Əylis, Əndəmic, Dırnıs, Anabat, Nüsnüs 

kəndləri  baĢdan-baĢa  armud,  Ģaftalı,  ərik  bağları  ilə  əhatə  olunmuĢdu.  Bağçılıq  təkcə 

kəndlərdə deyil, Ģəhərdə də inkiĢaf etmiĢdi. 



 

 

170 



Naxçıvan Ģəhərində bağçılıq çox inkiĢaf etmiĢdi. Belə ki, əhalinin yarısı bağçı-

lıqla məĢğul olur [33]. Burada da bağlar qarıĢıq idi. Lakin 2-3 ərik bağı mövcud idi. 

XIX əsrin sonunda Hacı Mirzəliyə, Ġsmayıl xana və ġahbaz ağaya məxsus olan bağlar 

əkilib becərilmək üçün icarəyə verilirdi [34]. 

Azərbaycanın  qərb  hissəsini  əhatə  edən  Yelizavetpol  quberniyası  da  əsas 

meyvəçilik  rayonlarından  hesab  edilirdi.  Quberniyanın  mərkəzi  Yelizavetpol  Ģəhəri 

bağlarla əhatə olunmuĢdu. XIX əsrin birinci rübündə Ģəhərdə 165 meyvə və 27 tut bağı 

mövcud idi [35]. Bu bağlarda ərik, Ģaftalı, alça, gavalı, heyva, armud, gilas, gilənar, tut, 

zoğal,  əzgil  və  baĢqa  meyvələr  yetiĢirdi.  Yelizavetpol  qəzasının  dağlıq  hissəsində  isə 

494 meyvə və üzüm, habelə 68 tut bağı var idi [36]. Qəzada bağçılığı inkiĢaf etdirmək 

üçün 1847-ci ildə Ģəhərdə nümunəvi meyvə bağının salınmasına baĢlanıldı. Tədricən bu 

bağ  böyüdülərək  10  desyatin  sahəni  əhatə  etdi.  Bağda  becərilən  meyvə  ağacları 

Krımdan və baĢqa yerlərdən gətirilmiĢdi. 

XIX əsrin 60-cı illərində meyvə hasilatı 1200 min puda çatmıĢdı. Əhali yerli 

bazarlarla yanaĢı, Bakı, Tiflis, Odessa, Taqanroq, Rostov və baĢqa sənaye Ģəhərlərində 

də meyvə satırdı [37]. 

XIX əsrin ikinci yarısında bağçılığın inkiĢaf etdiyi zonalardan biri də Qarabağ 

olmuĢdur.  ġuĢa  və  Cəbrayıl  qəzalarının  düzən  kəndlərində  əhalinin  əsas  məĢğu-

liyyətlərindən  birini  bağçılıq  təĢkil  edirdi.  Burada  da  meyvə  və  tut  ağacları  üzüm 

tənəkləri ilə qarıĢıq halda əkilirdi. Bu bağlarda ərik, alça, gavalı, nar, əncir, qoz, alma, 

armud və tut ağacları daha üstünlük təĢkil edirdi. 

Bağçılığın zəif inkiĢaf etdiyi CavanĢir qəzasının düzən və dağətəyi kənd-

lərində  heyva,  gavalı,  albalı,  əncir  və  baĢqa  meyvə  ağacları  əsasən  üzümlüklərin 

kənarlarında əkilirdi. 

XIX əsrin sonlarında bağçılıq AbĢeronda da inkiĢaf etmiĢdi. AbĢeron bağla-

rında  alma,  armud,  alça,  Ģaftalı,  ərik,  nar,  heyva,  albalı,  gavalı,  tut,  əncir,  üzüm,  iydə, 

badam və püstə kimi  müxtəlif meyvələr yetiĢirdi. AbĢeron torpağı üçün ən səciyyəvi 

meyvələr  üzüm,  əncir,  tut,  badam,  püstə  olmuĢdur.  Nazikqabıq,  yağlı  və  dadlı  ləpəsi 

olan  məhsuldar  badam  ağacları  AbĢeron  bağlarının  bəzəyi  sayılırdı.  Badam 

ağacları Qərbi Azərbaycanda və həmçinin Naxçıvan ərazisində də yetiĢdirilirdi. 

Püstə, iydə və zeytun Azərbaycanda yetiĢən qədim meyvələrdən sayılaraq 

əsasən AbĢeron və Naxçıvanda yayılmıĢdı. Öz yüksək keyfiyyətinə və dadına görə 

AbĢeron püstəsi çox məĢhur idi. 

Lənkəran-Astara  bölgəsində  də  bağçılıq  inkiĢaf  etmiĢdi.  Burada  bağlar 

əsasən  həyətyanı  sahələrdə  salınaraq,  ayrıca  çəpərə  alınardı.  Bölgənin  Zuvand 

mahalı  daha  dadlı  meyvələri  ilə  seçilirdi.  Heyva,  alça  və  baĢqa  meyvələr,  az  da 

olsa, satıĢa göndərilirdi. 

Cavad  qəzasında  isə  bağçılıqla  əsasən  Kür  boyu  kəndlərinin  əhalisi 

məĢğul  olurdu.  Burada  da  meyvə  ağacları  üzümlüklərlə  bir  yerdə  becərilirdi.  Bu 

bağlarda alma, ərik, əncir, heyva, albalı və s. meyvələr yetiĢdirilirdi. 

XIX  əsrin  sonlarından  etibarən  Azərbaycanda  bağçılıq  təsərrüfatı  daha 



 

 

171 



geniĢ  inkiĢaf  etmiĢdi.  Ġstehsal  olunan  bol  meyvə  məhsulları  artıq  əmtəə  xarakteri 

daĢıyaraq  daxili  və  xarici  bazarlara  çıxarılırdı.  Bu  dövrdən  baĢlayaraq 

Azərbaycanın  meyvə  bağlarında  yeni  növ  və  daha  məhsuldar  ağaclar  becərilirdi. 

Beləliklə,  artıq  Azərbaycan  bağbanları  Ümumrusiya  və  dünya  sərgilərində  iĢtirak 

edərək özlərinin dadlı meyvələrini nümayiĢ etdirməyə baĢlayırlar. Belə ki, 1882-ci 

il  Ümumrusiya  sərgisində  Ģairə  XurĢidbanu  Natəvan  bir  çox  kənd  təsərrüfatı 

məhsulları  ilə  bərabər  qurudulmuĢ  zoğal,  tut,  nar,  alça  və  s.  kimi  meyvə 

məhsullarını da nümayiĢ etdirmiĢdi [38]. 

XIX  əsrə  qədər  Azərbaycanın  bağlarında  əsasən  yerli  meyvə  növləri 

yetiĢdirilirdi.  Azərbaycanın  Rusiyanın  tərkibinə  daxil  olması  və  dəmir  yollarının 

çəkilməsi Azərbaycan iqtisadiyyatının baĢqa sahələri kimi, bağçılığın inkiĢafına da 

müsbət  təsir  göstərmiĢdi.  Rusiya  bazarlarına  yol  açılmaqla,  XIX  əsrin  70-80-ci 

illərindən  etibarən  Azərbaycan  bağlarında  müxtəlif  yerlərdən  gətirilən  meyvə 

növləri  də  yetiĢdirilməyə  baĢlandı.  1896-cı  ildə  Mərdəkanda,  1898-ci  ildə  isə 

Qubada  ixtisaslı  bağbanlar  hazırlayan  bağçılıq  məktəblərinin  açılması  müxtəlif 

vaxtlarda  bağçılığa  dair  mühazirələrin  oxunması,  habelə  qısa  müddətli  kursların 

təĢkili, Azərbaycan bağbanlarının Ümumrusiya kənd təsərrüfatı sərgilərində iĢtirakı 

və b. tədbirlər Azərbaycanda bağçılığın inkiĢafına öz müsbət təsirini göstərdi. 

XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərindən  etibarən  Rusiya  bazarlarına 

Azərbaycandan  daha  çox  meyvə  və  meyvə  məhsulları  aparılırdı.  Bu  bazarlarda 

Azərbaycan  meyvələrinin  daha  çox  alıcısı  olurdu  və  beləliklə  də  gətirilən  meyvə 

məhsulları tezliklə satılırdı. Bununla da Rusiya bazarlarının meyvəyə olan ehtiyacı 

bütün  Qafqazda,  o  cümlədən  Azərbaycanda  bağçılığın  daha  sürətlə  inkiĢafına 

səbəb  oldu.  Beləliklə  də  Azərbaycanın  ümumi  təsərrüfatında  bağçılıq  yardımçı 

mövqe tutduğu halda, artıq bu dövrdə ayrı-ayrı qəzalarda xüsusilə Quba və Göyçay 

qəzalarında  bağçılıq  ən  mühüm  təsərrüfat  sahəsi  olan  taxılçılıq  qədər  əhəmiyyətə 

malik olub daha da inkiĢaf etdirildi. 

Azərbaycanın  bağçılıq  təsərrüfatında  alma  bağları  mühüm  yer  tutaraq, 

bütün  bölgələrdə  yayılmıĢdı.  Alma  növləri  öz  yetiĢmə  vaxtına  görə  fərqlənərək 

"yay  alması"  və  "qıĢ  alması"  adı  ilə  tanınırdı.  QıĢ  almasının  bəzi  növlərini  yaz 

aylarına  qədər  saxlamaq  olur.  Yerli  yay  almalarından  qırmızı  miĢki,  Rəcəbi, 

zəfəranı  növləri  daha  tez  yetiĢir,  ətirli  və  Ģirin  olur.  QıĢ  alması  növlərindən  isə 

sarıturĢ, Ģıxıcanı, cibir, qızıləhmədi, cırhacı xalq seleksiyasının məhsulu olub, daha 

uzun müddətə qala bilir. 

Azərbaycanda armudun da bir neçə növü vardır. Qırmızı mələcə, qurğulə, 

cırnadırı  və  s.  yayda  yetiĢən  bildirçin  budu,  Hacı  Mehdi,  qıĢ  armudu,  nararmudu, 

siniarmudu,  lətənz,  xoyi,  Əhmədqazı,  Ģəkəri  və  s.  payız  və  qıĢ  armudlarının  yerli 

növlərindəndir. 

Azərbaycanda  yetiĢdirilən  ən  yaxĢı  heyva  növləri  ġirvan  bölgəsində  idi. 

ġirvanın  Ləkçıplaq,  Qaraman,  Çardam,  Ləki  kəndləri  heyva  növlərinin  əsas 

məskənidi.  Lənkəran-Astara  bölgəsinin  Biləsər,  Pensər,  Quba  bölgəsinin  Rustov, 



 

 

172 



Amsar,  Nügədi,  Gənsın,  ġirvanın  Ləkçıplaq,  Qaraman,  Çardam,  Ləki  kəndlərinin 

bağlarında  çoxlu  heyva  ağacları  yetiĢirdi.  Azərbaycanda  çardam,  pensər,  qara 

heyva, armudu heyva, Ordubad, vələcin və qaraman adlı heyva növləri yayılmıĢdı 

[39]. 


Azərbaycanın  Quba  bölgələrində,  Gəncə,  Qazax,  Lənkəran,  ġirvan  və 

ġəki-Zaqatala bölgələrində geniĢ əzgil bağları da olmuĢdur. Cır əzgildən calaq yolu 

ilə alınan əzgil  Azərbaycanda "ƏrəĢ" əzgili adlandırılmıĢdır. Nisbətən iri olan bu 

əzgil növü keçmiĢ MüĢkür, Qəbələ mahallarında da geniĢ yayılmıĢdı. 

Çəyirdəkli meyvələrdən Azərbaycanda geniĢ yayılanlardan biri Ģaftalıdır. 

Onun  Azərbaycanda  zəfərani,  salami,  alayanı,  nazlı,  tərəlli,  Ģirəlli,  qıĢlaq, 

Ģirvannazı (ağ hulu), ağgüĢtü, cüyür, ağnazlı, malik, fədai adlı növləri olmuĢdur. 

Bu qəbildən olan meyvələrdən ərik də Azərbaycanda geniĢ yayılmıĢdı. Cır 

əriklə  yanaĢı  burada,  alça-ərik,  ağ  növrəstə,  ağ  təbərzə  (və  ya  balyarım), 

toxumĢəmsi,  bberzə,  Ordubad  əriyi,  qırmızı  növrəstə,  Haqverdi,  aqcanabat, 

göycənabat,  Abutalıbi,  badamı,  XosrovĢahi,  hampa  ərik,  ağ  ərik  və  qırmızıyanaq 

kimi yerli ərik növləri əkilib becərilmiĢdir. 

XX  əsrin  əvvəllərində  Cənubi  Qafqazın  Ģərq  hissəsində  yetiĢdirilən  40-

dan  artıq  ərik  növünün  çoxu  Azərbaycan  ərazisinin  payına  düĢürdü  [40]. 

Maraqlıdır  ki,  bu  ərik  növlərinin  çoxu  əsasən  Ordubadda  yayılmıĢdı.  Abutalıbi, 

toxumĢəmsi kimi ərik növləri iriliyinə və qurudulmasının faydalılığına görə Cənubi 

Qafqazda birinci yeri tuturdu. 

Çəyirdəkli  meyvələrdən  Azərbaycanda  aĢağıdakı:  gavalı  növləri  -  Ģaftalı 

gavalısı,  qara  albuxara  (vəziri),  sarı  albuxara  (sarılı),  gayalı,  daĢalı,  xatını,  xatın 

barmağı,  gəlin  barmağı  və  s.  alça  növləri-yaz  mələsi,  fındıq,  alça  Ģabrani,  yay 

mələsi,  payız  mələsi,  ƏrəĢ  və  ya  Ġstanbul  alçası,  Ġsfahan  alçası,  Talabı  alçası, 

Göycəsultan alçası, Qəzvin alçası və s; gilas növləri - balğun (cır gilas), öküzürəyi, 

ablax, növrəstə, qara gilas, qırmızı gilas, sarı gilas, albalı (gilənar) növləri - gülüs, 

könqə, Əndəmic, Göyçay, Anadolu albalısı yayılmıĢdır [41]. 

Azərbaycanda  tutun  aĢağıdakı  növləri  geniĢ  yayılmıĢdı:  ağtut,  xartut, 

çardaqlı,  Ģahtut,  bidana,  xərci,  ġirvani,  Tehrani,  qara  tut  və  s  [42].  Zoğal,  iydə, 

innab və zeytunun da müxtəlif növləri vardı. 

Qiymətli  meyvə  növlərindən  biri  olan  nar  cır  halda  Kür,  Alazan  və 

Əyriçay  sahillərində,  ġirvanda,  Bozdağın  ətəklərində  və  Lənkəranın  dəniz 

sahillərində  bitir.  Onun  sortları  məhz  yerli  cır  narlardan  seçilib  yetiĢdirilmiĢdir. 

Azərbaycanda narın 50-dən artıq növü olmuĢdur ki, bunlardan da Mürsəli, gülöyĢə, 

ġelli  mələsi,  Ģahnar,  ağĢirin  (və  ya  Ģirin  nar),  qırmızıqabıq,  nazikqabıq,  zibeydə, 

qara qabıq və s. daha geniĢ yayılmıĢdır [43]. 

Azərbaycan  öz  dadlı  və  Ģirin  ənciri  ilə  də  məĢhurdur.  Bunlardan  buzov 

burnu,  Gəncənin  sarı  ənciri,  AbĢeronun  sarı  ənciri,  göy  əncir,  qara  əncir  sortları 

daha  dadlı və  keyfiyyətlidir. Sarı  əncir ən qiymətli növ olub, əsasən  yemək  üçün 

istifadə edilir. 



 

 

173 



Azərbaycanın  ġəki-Zaqatala,  Quba,  Lənkəran  və  baĢqa  bölgələrində 

qədim  zamanlardan  fındıq  da  becərilmiĢdir.  Fındıq  bağları  ġəki-Zaqatala 

bölgəsində daha geniĢ yayılmıĢdır. MeĢələrimizdə cır fındıq da bitir. Bağlarda yerli 

fındıq növlərindən ata-baba, əĢrəfı, yağlı fındıq və Gəncə fındığı daha çox becərilir 

[44].  Azərbaycanda  Seyfi,  Suğra,  Araz,  Vənənd,  Car,  dindi  və  Qum  kimi  qoz 

növləri  yetiĢdirilmiĢdir.  Qoz  növləri  bir-birindən  əsasən  qabıqlarının  bərk  və 

nazikliyinə  görə  fərqlənirdi.  Ən  nazik  qabıq  qoz  (cövüz)  kətan  köynək  adlanır. 

Qabığı daĢ  və  çəkiclə  sındırılan qoz  isə  "sucuq" (basdıq) qozu adı ilə  məlumdur. 

Daha  bir  qoz  növü  isə  qabığının  möhkəmliyi,  həm  də  ləpəsinin  qabıqdan 

çıxmaması  ilə  seçilir.  Xalq  arasında  belə  qoz  girgit  və  ya  kənək  qoz  adlanır. 

Azərbaycanın ġəki-Zaqatala bölgəsi həm də Ģabalıd bağları ilə zəngindir. 

Bağçılıqda ən mühüm dövr payız fəslidir. Bu zaman (oktyabr, noyabr və 

dekabr  aylarında)  torpaq  Ģumlanıb  peyin  qatılır,  ağacların  qol-budağı  kəsilib 

formaya salınır, qurumuĢ ağaclar isə yeniləri ilə əvəz edilir. Təzə bağlar salınır və 

ziyanvericilərə qarĢı mübarizə tədbirləri görülür. 

Payızda  bağların  məhsulu  yığılandan sonra  torpaq mümkün qədər tez  və 

dərindən  Ģumlanır.  Bağbanlar  müəyyən  etmiĢlər  ki,  bağların  torpağını  Ģumlamaq 

iĢini  uzadıb  qıĢ  aylarına,  xüsusilə  yazın  əvvəllərinə  saxlamaq  olmaz,  payızda 

torpaq nə  qədər tez  Ģumlansa, bir o qədər yaxĢı  münbitləĢir və  qida  ilə daha  çox 

zənginləĢir. Sahə Ģumlandıqdan sonra hava və su asanlıqla torpağa daxil ola bilir. 

Yalnız  fındıq  bağlarının  torpağı  dərindən  Ģumlanmır.  Bağbanlar  hər  2-3 

ildən bir payız Ģumu zamanı ağaclara peyin və gübrə verirdilər. 

Ağacların yarpaqları töküldükdən sonra meyvə bağlarında budanma iĢləri 

aparılır.  Təzə  salınmıĢ  bağlarda  cavan  ağacların  budaqlarını  kəsməklə  onların 

inkiĢafı  təmin  edilir.  Təcrübə  göstərir  ki,  cavan  vaxtında  kəsilməyib,  özbaĢına 

böyümüĢ  və  sərbəst  çətir  əmələ  gətirmiĢ  zəif  ağaclar  bir  neçə  il  dalbadal 

budanmaq, seyrəldilmək və gödəldilmək nəticəsində yaxĢı inkiĢaf etməyə baĢlayır, 

ömürləri  uzanır  və  bol  məhsul  verirlər.  Ağaclardakı  budaqların  uclarında  hər  il 

çoxlu  Ģüy cücərir ki,  budanma  zamanı onlardan birini boy  vermək  üçün saxlayır, 

baĢqalarını  isə  kəsirlər.  KəsilmiĢ  ağacların  gövdələrində  əmələ  gələn  yaralara 

məlhəm  sürtülür.  Yoğun  budaqlardan  cücərən  pöhrələr  tez  böyüyür,  yenidən 

məhsul verməyə baĢlayır. 

Meyvəçilikdə  əsas  iĢlərdən  biri  məhsulun  toplanması  və  saxlanmasıdır. 

Etnoqrafik materiallar Azərbaycanda meyvənin yığılması üçün müxtəlif üsullardan 

istifadə edildiyini  göstərir. Belə ki,  hündür  meyvə ağaclarından alma, armud,  nar, 

heyva  və  bu  qəbildən  olan  digər  meyvələr  bir-bir  yığılardı.  Bu  üsula  "dəstəçin" 

deyilərdi. Meyvə  xüsusi qayda ilə qablara yığılar, altına  qıjı döĢənərdi. Daha uca, 

əlçatmaz  ağacların  meyvəsi  isə  "koqar"  adlı  alət  vasitəsilə  toplanar.  Belə  ki, 

bağçılar  əlçatmaz  budaqdakı  armudları  bir-bir  koqarın  qarmağına  iliĢdirər,  sonra 

koqarı buraraq saplağı qırıb armudu qaba salardılar. 

Xalq ayrı-ayrı  meyvələrin  saxlanması qaydaları  haqqında  zəngin təcrübə 



 

 

174 



qazanmıĢdı.  Azərbaycanda  meyvələrin  qurudulması  üçün  müxtəlif  üsullardan 

istifadə edilmiĢdir. QurudulmuĢ meyvələr bütün il boyu saxlanılaraq, onlardan ilin 

müxtəlif  fəsillərində  istifadə  edilərdi.  QurudulmuĢ  meyvələr  il  boyu  bazarlarda 

satılardı. 

Azərbaycandan  Yaxın  ġərq  ölkələrinə  və  Rusiyaya  çoxlu  quru  meyvə 

ixrac  edilərdi.  Hələ  orta  əsrlərdə  meyvələrin  qurudulması  Azərbaycanda  geniĢ 

yayılmıĢdı. 

Azərbaycan  xalqı  meyvə  qurudulmasında  müxtəlif  üsul  və  qaydalardan 

istifadə etmiĢdir. Meyvələrin qurudulmasının ən sadə və qədim üsulu günün altında 

qurutmadır. Bu üsuldan Azərbaycanın hər yerində istifadə olunmuĢdur. Bu üsulun 

mahiyyəti ondan ibarətdir ki, yığılmıĢ meyvə adi qayda ilə evin damına və yaxud həyətin 

münasib  bir  yerinə  sərilirdi.  Alma,  armud  və  digər  meyvələr  doğranmıĢ,  çəyirdəkli 

meyvələr isə bütöv halda günün altına sərilir. Hər bir meyvənin qurudulma müddətində 

və eləcə də qurudulması üsulunda müəyyən fərqlər vardır. Belə ki, əncirin qurudulması 

üçün  onu  quru  otun  və  ya  samanın  üstə  töküb  3-5  gün  günəĢ  altında  saxlayırlar. 

Təcrübəyə  görə  5  pud  yaĢ  əncirdən  1  pud  əncir  qurusu  alınır.  AbĢeronda  əncirin 

qurudulmasının baĢqa bir üsulu onun qabığını soyub, sonra günə verməkdən ibarət idi. Bu 

üsulla  alınan  əncir  qurusuna  "piskəndə"  deyilərdi.  Bu  daha  keyfiyyətli  çərəz  hesab 

olunardı. Heyvanın, almanın qurudulması müddəti 5-10 gün, əriyin 20-25 gün, gilənarın 

10  gün  hesab  edilir.  ġaftalının  qurudulması  üçün  onun  çəyirdəyi  çıxarılırdı.  Məhz  bu 

səbəbdən  "alana"  hazırlanacaq  Ģaftalı  üçün  "yarma"  növü  əkilib-becərilirdi.  Alana 

əsasən  nazlı  Ģaftalı  növündən,  əndiryanı  və  Ģəkəri  armudlardan  hazırlanırdı.  Qabığı 

soyulmuĢ  meyvə  tənzifə  bükülüb  2-3  gün  günəĢ  altında  saxlanılır.  Sonra  armud  və  ya 

Ģaftalının çəyirdəyi çıxarılaraq, qoz ləpəsinin Ģəkər tozu ilə qarıĢığından hazırlanmıĢ içlə 




 

 

175 



doldurulur. Ağızları isə həmin meyvələrdən hazırlanan qapaqla bağlanır. Alana 15-20 gün 

adi  havada  saxlandıqdan  sonra,  tam  hazır  olur.  XIX  əsrdə  Azərbaycanda  meyvə 

qurudulmasında təndir və meyvə-qurudan kürələrdən də geniĢ istifadə olunmuĢdur. Meyvə 

qurudulması üçün istifadə edilən təndirlər adi çörəkbiĢirmə təndirlərindən ibarət olub, 

ancaq böyüklüyü ilə fərqlənmiĢlər. Belə ki, meyvə qurutmaq üçün düzəldilmiĢ təndir, 

çörək təndirindən iki dəfə böyük olardı. Belə təndirlər xüsusi ustalıqla düzəldilər, tez 

soyumaması üçün yanları qırmızı kərpicdən çəkilərdi. Təndirin qızması üçün onun içəri-

sində  ocaq  qalanardı.  Odun  yanıb  közləĢdikdən  sonra,  közü  təndirin  ortasına  yığıb 

tayalayırdılar.  Burada  közlənməmiĢ  odun  qalmamalı  idi.  Əks  təqdirdə  alıĢıb  təndirdəki 

bütün  meyvəni  yandıra  bilərdi.  Köz  tayalandıqdan  sonra,  odun  gillə  düzərkən  adamın 

əlini yandırmaması üçün üstünə kül səpilərdi. Təndirə meyvənin qoyulması üçün gil və 

xüsusi palçıqdan hazırlanmıĢ gillələrdən istifadə edilərdi. Adətə görə hər bir ailənin 50-

dən 100-dək  gilləsi olardı. Təndir qızdırılanadək  gillələr  meyvə ilə doldurulardı. Hər 

gilləyə iki kiloqrama qədər meyvə yığılardı. Gillələr təndirə xüsusi qayda ilə düzülərdi. 

Dörd beĢ gillə üst-üstə qoyulduqdan sonra, təndirə çarbənd qoyulardı.  Bu dörd ədəd 

qol yoğunluğunda ağacdan ibarət olub, təndirin üst tərəfində çarpazı Ģəkildə onun 

divarlarına bərkidilərdi. 

Bundan  sonra  meyvə  ilə  dolu  gillələr  çarbənd  ağaclarının  üstünə  düzülərdi. 

Təndir gillə ilə doldurulduqdan sonra, ağzı bağlanardı. Ancaq iki gündən sonra təndiri açıb, 

meyvənin quruması yoxlanılardı. Bundan ötrü çarbəndin üstündəki gillələr götürülür, daha 




 

 

176 



sonra  təndirin  yerinə  yığılanlar 

nəzərdən  keçirilərdi.  Əgər 

meyvə  tam  qurumasaydı,  bu 

halda 


köz 

qarıĢdırılardı. 

QurumuĢ 

meyvə 


gillələri 

götürülür,  digərləri  yenidən 

təndirə  düzülüb  qurudulardı. 

Hər  təndirə  yüzə  qədər  gillə 

yerləĢdirilərdi. 

Təndirlə 

bərabər 

Azərbaycanda 

həmçinin 

meyvəqurudan 

kürələrdən 

də 


istifadə 

edilərdi.  Meyvəqurudan  kürə 

bir-birinə  paralel  olan  iki  iri 

diametrli  kanaldan  ibarətdir. 

Bu  kanalların  ön  hissəsində 

gildən 


hörülmüĢ 

dairəvi 


kürələrdə  ocaq  qalanır.  Ġsti 

kanalların  digər  ucuna  tərəf 

yayılır. Kanalların üst hissəsinə 

kiçik 


diametrli 

ağaclar 


döĢənirdi. DöĢəmənin üzərinə 

meyvə  tökülür  və  aĢağıdan 

qalxan 

isti 


meyvələri 

qurudurdu  [45].  Bu  yolla 

alınan  meyvə  qurusuna  qax 

deyilirdi. Qax qurutmaq  üçün 

əsasən  Ģirəli  armud  növləri 

seçilərdi.  Abasbəyi,  Ģaftalı 

armud,  Surxayı,  Həmzəyi  kimi  armud  növləri  qax  üçün  ən  münasib  sayılardı.  Bu 

armudlardan hazırlanan qax heç vaxt qurumaz və öz yumĢaqlığını qıĢ boyu saxlardı. 

Əhali müxtəlif meyvə qurularından çərəz kimi istifadə edər, qonum-qonĢuya, dost-

tanıĢa hədiyyə verər və ya göndərərdi. 

Azərbaycanın bir çox meyvəçilik rayonlarında ləziz meyvə qurusu hətta gəlin 

köçən qızlarımızın sandığına qoyulardı, bəy xonçalarını bəzəyərdi. Qax, kiĢmiĢ, alana, 

sucuq, miyanpur, habelə qoz ləpəsi, fındıq, badam, püstə, iydə kimi çərəz  meyvələri 

xalqımızın süfrəsindən əskik olmamıĢdır. 

XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda bağçılıq təsərrüfatı əkinçilik 

və  maldarlıqla  yanaĢı,  yerli  əhalinin  əsas  məĢğuliyyəti  formalarından  biri  olmuĢdur. 

Əgər XIX əsrin birinci yarısında bağçılıqdan əldə edilən məhsullar əhalinin əsasən öz 

tələbatını ödəyirdisə, XIX əsrin ikinci yarısından etibarən o, daxili ehtiyacı ödəməklə  




 

 

177 



 

bərabər, Ümumrusiya bazarının tələbatını ödəyən bir sahəyə çevrilir. Məhz bu dövrdən 

Azərbaycanda  daha  geniĢ  meyvə  bağları  salınır,  bağçılıq  xalqın  ənənəvi  təcrübəsi 

əsasında inkiĢaf etməyə baĢlayır. 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin