178
ÜZÜMÇÜLÜK
Azərbaycan xalqının təsərrüfat həyatında bağçılıqla yanaĢı üzümçülük də
mühümi rol oynamıĢdır. ƏlveriĢli təbii-coğrafi Ģərait ta qədimlərdən bu ərazidə
üzümçülüyün geniĢ inkiĢafına imkan yaratmıĢ və bəzi bölgələrində bu təsərrüfat
sahəsi əhalinin iqtisadi həyatında mühüm rol oynamıĢdır. Yabanı üzüm
Azərbaycan meĢələrinin çoxunda bitir. Ona görə də mədəni üzümün təĢəkkülü və
sonrakı inkiĢafını cır üzüm olan yerlərlə əlaqələndirmək daha düzgün olardı.
Azərbaycanda cır - meĢə üzümünün geniĢ yayılması, bu ərazidə
üzümçülüyün qədimlərdən mövcud olmasını bir daha təsdiq edir. Cır üzümün
yarpağı və giləsi mədəni üzümə nisbətən kiçik, az Ģirəli və həm də bir qədər turĢ
olması ilə seçilir. Cənubi Qafqaz, o cümlədən Azərbaycan yabanı və mədəni
üzümün yetiĢməsi üçün ən münasib ərazi hesab edilir.
Üzüm insan üçün çox faydalı olan və nisbətən az zəhmət tələb edən giləli
meyvələr içərisində əsas yerlərdən birini tutur. Üzüm tənəyi quraqlığa lazımı qədər
davamlı olub, qüvvəli torpağa o qədər də tələbkar deyil. Üzüm çox su tələb
etməyən və hətta dəmyə Ģəraitində yetiĢdirilməsi mümkün olan bir bitkidir [46].
Azərbaycanda
üzümçülüyün
yaranması
tarixi
hələlik
dəqiq
öyrənilməmiĢsədə onun bu ərazidə yayılmasını hələ Ġlk Tunc dövrünə, daha dəqiq
desək, e.ə. III minilliyin baĢlanğıcına aid etmək mümkündür. Bu fikri qonĢu
ərazidən tapılan bəzil tutarlı dəlillər təsdiq edir.
Ağdam rayonu ərazisində Üzərliktəpə qədim yaĢayıĢ yerindən e.ə. II
minilliyin ortalarına aid təbəqədən baĢqa bitki qalıqları ilə yanaĢı üzüm tumları da
aĢkar edilmiĢdir. Bu üzüm - Vitis Vinifera növünə mənsubdur. Bu isə Ġran və
Cənubi Qafqaz ərazisində üzümün ən qədim növü sayılır [47].
Üzümçülüyün Azərbaycanda qədim tarixi olmasını göstərən qiymətli
materiallardan biri də Xanlar rayonu yaxınlığında e.ə. II minilliyin sonu və I
minilliyin əvvəllərinə aid olan qədim yaĢayıĢ yerinin 118 №-li binasında iri
təsərrüfat küpünün içindən tapılan üzüm tumlarıdır [48]. Bu tumlar da ən qədim
növlərdən sayılan Vitis Vinifera növünə aiddir. Bu iri küpdən tapılan üzüm tumları
bu ərazidə təkcə üzümçülüyün deyil, həm də Ģərabçılığın varlığına iĢarədir. Bu
baxımdan Xanlar rayonu ətrafında e.ə. II minilliyin sonu və I minilliyin əvvəllərinə
aid bir kurqandan tapılan qara küpün içərisindən üzüm tumları ilə yanaĢı, Ģərab
qalığı çöküntülərinin tapılması müstəsna əhəmiyyət kəsb edir [49].
Üzümdən Ģərab hazırlamaq üçün bir sıra qaydalardan istifadə edilmiĢdir.
Təxminən e.ə. I minilliyin ortalarına aid daĢ nov ġərur rayonunun Qıvraq kəndində [50],
eramızın baĢlanğıcına aid ġamaxı rayonu Dərə Xınıslı kəndi ərazisindən aĢkar
edilməsi [51] böyük maraq doğurur.
Bir qayda olaraq Ģərabı uzun müddətə saxlamaq üçün iri Ģərab küplərindən isti-
fadə edilmiĢdir. Bu cəhətdən Ağstafa kərpic zavodu ərazisindən tapılıb e.ə. II minilliyin
sonlarına aid olan irihəcmli küpün içərisindən üzüm tumları və bir daĢ parçasının
179
aĢkar edilməsi böyük əhəmiyyətə malikdir [52]. Ehtimal ki, daĢ, Ģərab hazırlanan
zaman istifadə edilmiĢdir.
Azərbaycanda Qazax rayonunun qərbində Sarıtəpə yerindən e.ə. II minilliyin
sonuna aid xeyli taxıl və Ģərab küpləri aĢkar edilmiĢdir ki, bu da həmin dövrdə bu
ərazidə Ģərabçılığın geniĢ istehsalını göstərir [53]. Maraqlı cəhət ondadır ki, həmin
küplərin dibində bərkimiĢ Ģərab qalığı saxlanmıĢdır. Buradan tapılan yanıb
kömürləĢən üzüm gilələri də üzümçülük və Ģərabçılığın varlığını göstərir.
Üzümçülük və Ģərabçılıq Manna və Midiya qədim dövlətləri ərazisində də
geniĢ yayılmıĢdı. II Sarqonun dövrünə dair mətnlərdə mannalıların Ģərab anbarları
haqqında məlumat vardır [54]. Hətta həmin yazılarda deyilir ki, Assur qoĢunları e.ə.
714-cü ildə urartular üzərinə yürüĢ təĢkil edərkən mannalılar onları Ģərabla təmin
edirdilər [55]. E.ə. VI əsrdə Midiyada "...lampa tutmaq və Ģərab paylamaq peĢələri var
idi. ġərab paylamaq hörmətli vəzifə idi. Çünki saqilər Ģahı tez-tez görürdülər" [56].
Arxeoloji və tarixi mənbələrdən aydın olur ki, albanlar arasında üzümçülük və
Ģərabçılıq daha geniĢ yayılmıĢdı. Heç Ģübhəsiz, albanlar üzümçülük və Ģərabçılıqla
əlaqədar öz ulu əcdadlarının ənənələrini mənimsəmiĢ, inkiĢaf etdirmiĢ və bu
sahədə həyat vərdiĢlərini xeyli artırmıĢlar.
Üzərliktəpənin e.ə. IV-II əsrlərinə aid mədəni təbəqəsindən tapılan
tumların Ģərq üzüm növünə aid olması müəyyənləĢdirilmiĢdir [57]. Yunan
coğrafiyaĢünası Strabon Albaniyada üzümçülüyün geniĢ inkiĢaf etməsindən bəhs
180
edərək yazırdı: "Albaniyada üzüm tənəklərini qıĢda torpağa basdırmırdılar,
tənəklərin baĢı beĢ ildən bir budanırdı, yeni salınmıĢ tənəklər iki ildən sonra bar
verməyə baĢlayır. Köhnə tənəklər o qədər məhsul verirdi ki, üzümün bir hissəsi
dərilməmiĢ qalırdı" [58]. Həqiqətən də qıĢı mülayim keçən ərazidə, o cümlədən
müəllifin təsvir etdiyi Kür və Araz çaylarının qovuĢduğu yerlərdə əhali tənəkləri
qıĢda torpağa basdırmırdı.
Eramızın II-III əsrlərində yaĢamıĢ Dionisi Perieget kaspilərdən bəhs
edərkən onlarda "üzüm tənəklərinin bol məhsul verdiyini" qeyd edir [59].
Azərbaycanda təxminən e.ə. III—II və eramızın V-VII əsrlərində
üzümçülük və Ģərabçılığın geniĢ inkiĢafını arxeoloji axtarıĢlar zamanı tapılan
irihəcmli küplərlə yanaĢı, süddanlar, xırda matra, kuzə, qədəh və baĢqa təsərrüfat
qabları da sübut edir.
Qədim Mingəçevirdə eramızın III-VIII əsrlərinə aid qəbir abidələrindən
üzüm tumlarından baĢqa, Ģərab çöküntüləri və dəridən hazırlanan tuluq parçaları da
tapılmıĢdır. Bu tapıntılar onu göstərir ki, Azərbaycanda ilk orta əsrlərdə Ģərabı
təkcə iri küplərdə deyil, tuluqlarda da saxlayırlarmıĢ. Lakin əgər iri küplərdə Ģərab
uzun müddətə saxlanırdısa, Ģərab tuluqları əsas etibarilə Ģərab daĢınması üçün daha
çox iĢlədilirdi. Onu da qeyd edək ki, həmin dövrdə süfrə üzümü və Ģərab üçün daha
əlveriĢli olan üzüm növləri olmuĢdur [60].
Eramızın VII əsrinin ortalarından etibarən ərəblərin Azərbaycanı iĢğal
etmələrilə əlaqədar ZərdüĢt və Xristian dinlərin fəaliyyətləri məhdudlaĢır və Ġslam
dini yayılır. Ġslam dininə görə Ģərabın hazırlanması və içilməsi qəti qadağan idi.
Əlbəttə, islam dini Azərbaycanda üzümçülük və Ģərabçılığın inkiĢafına böyük
maneələr törətmiĢdir. Lakin dinin təsiri altında bu sahə tənəzzülə məruz qalsa da
tamamilə aradan çıxmamıĢdır. Ondan təbabətdə müalicə məqsədi kimi istifadə
edilmiĢdir.
X əsr fars təbibi Əbu Mənsur özünün "Kisab əl-əbniyean Xakik əl-
Ədviye" adlı əsərində qeyd edir ki, Ģərabı lazımi qaydada içdikdə o bədənin
sağlamlığı üçün çox faydalıdır [61]. ġərab bədəni möhkəmləndirir, insanda cəsarət,
mənlik və fərəh doğurur [62].
Üzümün və Ģərabın hazırlanması və istifadəsi haqqında "Kitabi-Dədə
Qorqud"da daha qiymətli mülahizələrə rast gəlirik.
Ol dağlarımızda bağlarımız olur,
Ol bağların qara salxımları üzümü olur.
Ol üzümü sıxarlar, al Ģərabı olur.
Ol Ģərabdan içən əsrük olur.
Bu əsərdə Ģərabın uzun müddət saxlanması açıq deyilir: "Yeddiillik
alĢərab içdilər". Göründüyü kimi, orta əsrlərdə Ģərabdan istifadə edilmiĢdir. Lakin
kübar məclislərinin Ģənliklərində Ģərabın bir içki kimi daha çox iĢlənməsi halları
181
məlumdur.
Saqi, ver mənə o qırmızı sudan,
Ki, ondan qocalar gəncləĢir hər an.
Ver ondan parlasın gənclik ulduzu,
Bu sarı gülləri edim qırmızı [63].
Həmdullah Qəzvini qeyd edir ki, Azərbaycanın bir sıra əyalətlərində
hazırlanan Ģərablar öz keyfiyyətinə görə məĢhur idi [64]. Orta əsr müəlliflərinin
əsərlərindən məlum olur ki, bu dövrdə üzümlüklərin sahəsi daha da geniĢlənir və
onların növləri artır. Müəllifi məlum olmayan XIII əsr "Əcaib əd-dünya" əsərində
deyilir ki, Naxçıvan Ģəhərinin ləziz meyvələri vardır. Naxçıvan üzümündən yaxĢısı
və cana xeyirlisi yoxdur [65]. Həmdullah Qəzvini də Ordubadda yüksək
keyfiyyətli üzüm növlərinin yetiĢdirildiyini qeyd etmiĢdir [66]. Bu da maraqlıdır
ki, artıq orta əsrlərdə geniĢ üzüm sahələrinə malik olan feodal təsərrüfatları
yaranmağa baĢlayır. Belə ki, RəĢidəddinin Təbriz Ģəhəri ətrafında yerləĢən üzüm
bağları ildə 150 ton üzüm verirdi [67]. Həmin dövrdə yetiĢdirilən üzüm növləri də
çoxalır. Orta əsr mənbələrinin verdiyi məlumata görə Təbrizdə kiĢmiĢi, sahibi,
dizmari, razeqi, əsgəri, gəlinbarmağı, ağ Ģanı, qara Ģanı, qatsab, təbərzəd, surxpüst,
mələki adlı üzüm növləri yetiĢdirilirdi [68]. Evliya Çələbi Təbrizdə ənqurə,
xurderazeqi, mələki, təbərzəd, ġamaxıda 7 növ, Cənubi Azərbaycan və Qarabağda
bir çox üzüm növünün yetiĢdirildiyini xəbər verir [69].
XVII-XVIII əsrlərdə Azərbaycanda üzümçülüyün inkiĢafı üçün müəyyən
tədbirlərin həyata keçirilməsinə baxmayaraq, o ayrıca bir təsərrüfat sahəsi kimi
əsasən XIX əsrdə daha geniĢ inkiĢaf etməyə baĢlamıĢdır.
XIX əsrin birinci yarısınadək Azərbaycanda üzümçülük əsasan natural
təsərrüfat çərçivəsində inkiĢaf edirdi. Lakin XIX əsrin ikinci yarısından etibarən
Azərbaycanın Ümumrusiya bazarına çıxması burada yetiĢdirilən müxtəlif
meyvələrlə yanaĢı üzüm məhsullarının da xarici bazarlara daĢınmasına yol açdı.
Ümumrusiya bazarının tələbatı Azərbaycanda üzümçülüyün yeni istiqamətdə
inkiĢaf etdirilməsinə təkan verməkdən baĢqa, üzüm məhsullarının emalı ilə bağlı
olan yeni sahələrin yaranıb, inkiĢaf etməsinə imkan yaratdı. Məhz bu dövrdən
baĢlayaraq, Azərbaycanda üzümçülüklə yanaĢı, Ģərabçılıq da inkiĢaf etməyə
baĢlayır ki, bu da həmin təsərrüfatın artıq Azərbaycanda geniĢ miqyas aldığını
göstərən amillərdəndir. Onu da qeyd edək ki, XIX əsrin 60-70-ci illərində
üzümçülük Azərbaycan kənd təsərrüfatında kapitalist münasibətlərinin inkiĢaf
etdiyi sahələrdən biri olub "ticarət əkinçiliyinin" yeni növü kimi xarakterizə
olunurdu.
Təbii-coğrafı Ģərait və baĢqa ictimai-iqtisadi amillər üzündən
Azərbaycanın hər yerində üzümçülük eyni vəziyyətdə inkiĢaf etməmiĢdir.
Ümumiyyətlə, XX əsrin əvvəllərində Azərbaycanda üzümçülük AbĢeron, ġirvan,
182
Qarabağ, ġəki, Qazax, Naxçıvan rayonlarında daha geniĢ yayılmıĢdır. Bu
rayonlarda yetiĢdirilən üzüm növləri istər keyfiyyətinə, istərsə də onların iqtisadi
sərfəliliyi baxımından bir-birindən fərqlənirdi. Belə ki, bir zona üçün daha
səciyyəvi olan üzüm növü baĢqa zonada azlıq təĢkil edirdi və ya bəzi rayonlarda
əsasən süfrə üzümləri yayıldığı halda, digər rayonlarda texniki üzüm sortları əkilib-
becərilirdi.
AbĢeron tarixən Azərbaycanda üzümçülüyün inkiĢaf etdiyi ərazilərdən
biri olmuĢdur. XIX əsrin əvvəllərində isə bu ərazi demək olar ki, üzümlüklərlə
əhatə olunmuĢdu. Bu üzüm bağlarından 30-40 xalvar, yəni 750-dən 1000 puda
qədər üzüm məhsulu almırdı [70]. Həmin ərazidə 50-yə qədər üzüm növü
yetiĢdirilirdi ki, bunların içərisində ən geniĢ yayılanı ağ Ģanı, qara Ģanı idi. Burada
sarıgilə, xatını, piĢraz, göybəndəm, gəlinbarmağı, keçiəmcəyi, qızıl üzüm, kiĢmiĢi
(Təbrizi), mövüci, Dərbəndi, Salyani, Zabrat üzüm növləri də becərilirdi [71].
AbĢeronda ġüvəlan, MaĢtağa, Buzovna, PirĢağa, Bilgəh, ġağan, Nardaran, Qala,
Fatmayı, Kürdəxanı, Novxanı, Saray kəndləri öz dadlı üzümü ilə məĢhur idi.
AbĢeronda əsasən süfrə üzüm növləri becərilirdi. Torpaqların qumsallığı
və iqlimin daha isti olması bu ərazidə üzümün dəmyə Ģəraitində yetiĢməsinə, onun
keyfiyyətinə və dadına da böyük təsir göstərmiĢdir.
Quba qəzasında üzüm əsasən MüĢkür və ġabran mahallarında becərilirdi. Burada
daha çox çiləyi, qırmızı çiləyi, ġabranı, ağadayı, xatını, kiĢmiĢi, sarıgilə, keçiəmcəyi,
Təbrizi, Dərbəndi, dəvəgözü və baĢqa üzüm növləri yetiĢdirilirdi [72].
Azərbaycanın əsas üzümçülük rayonlarından biri də ġamaxı və Göyçay qəza-
183
ları sayılırdı. XIX əsrin əvvəllərində burada üzümlüklərin sahəsi 600 desyatin idi [73].
XIX əsrin 40-cı illərində ġamaxıda ilk dəfə olaraq üzüm tingliyi salınmıĢdı ki, bunun
da sahəsi 10 desyatinə bərabər idi [74]. Bu qəzalarda əsasən ġirvanĢahi, keçiəmcəyi,
xəzri, qızıl üzüm, çil-çil üzüm, Beyləqani, xan üzümü adlı qırmızı üzüm növləri, riĢbaba,
Ģəkəri, dəvəgözü, kiĢmiĢi quĢürəyi, mərəndi, ağcaqara, saqi adlı ağ üzüm növləri daha
geniĢ yayılmıĢdı [75].
ġamaxı qəzasının dağətəyi kəndlərində, Göyçay qəzasında isə əsasən düzən
yerlərdə üzümçülük daha geniĢ yayılmıĢdı. ġamaxı qəzasının Saqiyan, Mədrəsə,
Kəlaxana, Gürcüvan, Ġnqar kəndləri özlərinin istehsal etdiyi üzümün qədəri və yüksək
keyfiyyətinə görə bütün ġirvanda məĢhur idi.
XIX əsrdə Azərbaycanın əsas üzümçülük rayonlarından biri də Yelizavetpol
qəzası hesab edilirdi. Həmin əsrin 30-cu illərində təkcə Yelizavetpol Ģəhərindəki üzüm
bağlarından 19 min vedrə Ģərab istehsal edilmiĢdi. Qəzanın yalnız dağlıq hissəsində 80-ə
qədər üzüm bağı var idi [76]. Bununla yanaĢı həmin illərdə qəzanın tərkibinə daxil
olan ġəmĢədil və Qazax distansiyalarında da xeyli üzüm bağları var idi. Belə ki,
ġəmĢədil distansiyasında (1840-cı ilin məlumatına görə) üzüm bağlarından 4500 vedrə
Ģərab, 680 vedrə araq və 800 batman (400 pud) bəkməz alınmıĢdır [77]. Qazax
distansiyasında isə həmin dövrdə üzümlüklərdən hər il 46500 tunq [78] Ģərab, 1736
tunq araq alınırdı [79]. Göründüyü kimi, Azərbaycanın bu üzümçülük rayonunda hələ
XIX əsrin birinci yarısında həmin təsərrüfat sahəsilə sıx bağlı olan Ģərabçılıq da inkiĢaf
etmiĢdi. Artıq XIX əsrin 50-ci illərində bu rayonda Ģərabçılıq təsərrüfatda baĢlıca
yerlərdən birini tuturdu.
Öz dadlı-ləziz üzüm növləri ilə Naxçıvan da ta qədimdən məĢhurdur. Bu əra-
zinin təbii-coğrafı Ģəraiti üzümçülüyün inkiĢafına, baĢqa sözlə, onun daha səciyyəvi və
münasib üsullarla yetiĢdirilməsinə səbəb olmuĢdur. Etnoqrafik materiallar göstərir ki,
Azərbaycanın baĢqa zonalarından fərqli olaraq, burada qıĢın sərt keçməsi ilə əlaqədar,
tənəklər Ģaxta vurmasın deyə, qıĢda torpağa basdırılır və yaz ağzı üzə çıxarılırdı.
Tənəkləri donvurmadan qorumaq üçün tətbiq edilən bu qədim üsul Azərbaycanda ancaq
Naxçıvan ərazisində yayılmıĢdır. Bu ərazidə kiĢmiĢ və mövüc istehsalı üçün daha
əlveriĢli üzüm növləri yayılmıĢdır. Burada yetiĢən arnaqırna adlı üzüm növünün 2-3
kiloqramından (baĢqa növlərin isə 5-6 kq-dan) 1 kq mövüc alınır. Bu ərazidə əskəri,
xərci, misqali, haçabaĢ, ağagörməz, [80] Xəlilli, RiĢbaba, xatınbarmağı, kiĢmiĢi,
keçiməməsi, tülkü quyruğu, Hüseyni, mərməri, bəndi, taifi, Ģəfayi, Əhmədi, arnaqırna, ağ
qulyabi, yalançı qulyabi, naxĢabi, arazbari, xozani, təmbəyi, növrəst, Ģahani, Yaqubi,
Gəncə adlı qırmızı üzüm növləri yetiĢdirilirdi [81].
Ümumiyyətlə, XIX əsrin 40-cı illərində Bakı qəzasında 1396, Qubada
2160, ġamaxıda 1252, Nuxada 2556, Lənkəranda 271, ġuĢada 2803 üzüm bağı var
idi [82]. Beləliklə də, bəhs edilən dövrdə Azərbaycanda üzümçülük bir təsərrüfat
sahəsi kimi geniĢlənməkdə idi.
XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda üzümçülük təsərrüfatı
daha geniĢ miqyasda inkiĢaf etməyə baĢlayır. Bu dövrdən baĢlayaraq Azərbaycan
184
qəzalarında ayrı-ayrı mülkədarlara məxsus olan iri üzümçülük təsərrüfatları
yaranıb inkiĢaf etməyə baĢlayır. BaĢqa sözlə, üzümçülükdə kapitalist münasibətləri
geniĢlənirdi.
Bu dövrdə Azərbaycanın üzümçülük təsərrüfatında yerli ənənəvi üzüm
növləri ilə yanaĢı, xaricdən gətirilən yeni üzüm növləri də yetiĢdirilməyə baĢlanır.
XIX əsrin sonu - XX əsrin əvvəllərində də Göyçay, ġamaxı, Bakı,
Yelizavetpol, Qazax, Cavad, ġuĢa, ƏrəĢ, CavanĢir qəzaları Azərbaycanın əsas
üzümçülük rayonları hesab edilirdi. Göyçay qəzası üzümlüklərin sahəsinə görə
Bakı quberniyasında birinci yeri tuturdu. 1873-1875-ci illərdə ġirvan ərazisində
əgər 1441 desyatin üzüm sahəsi var idisə, 12 ildən sonra bu ərazinin ancaq dövlət
kəndlərində üzümlüklərin sahəsi 2605 desyatinə çatmıĢdı ki, bunun 520 desyatini
ġamaxı qəzasının, 2085 desyatini isə Göyçay qəzasının payına düĢürdü [83]. 1895-
ci ildə ġamaxının 55 kəndində ümumi sahəsi 6529 desyatin, Göyçayın 160
kəndində isə ümumi sahəsi 8291 desyatinə qədər üzüm bağları var idi [84]. Həmin
ildə Bakı quberniyasında 10105 desyatin üzümlükdən 374421 pud məhsul yığılmıĢ
və 838800 vedrə Ģərab istehsal edilmiĢdi. Yelizavetpol quberniyasına məxsus olan
38988 desyatin üzüm bağından 1126434 pud məhsul toplanmıĢdı. Naxçıvan
qəzasında isə 1870-ci il məlumatına görə 1454 desyatin üzüm bağından 335167
pud məhsul yığılmıĢdı [85].
1897-ci il məlumatına görə Azərbaycan qəzalarında üzümçülüyün
vəziyyəti cədvəldəki kimi olmuĢdur [86].
Göründüyü
kimi, Bakı quberniyasında Göyçay, Yelizavetpol
quberniyasında isə Yelizavetpol qəzası üzüm məhsulunun istehsalına görə birinci
yeri tuturdu. Üzümçülük əsasən iri kapitalist təsərrüfatının əlində cəmlənmiĢdi.
XIX əsrin ortalarında alman kolonisti Xristofor Foryer tərəfindən
Yelizavetpol quberniyasında salınan üzüm bağları artıq əsrin sonunda
Azərbaycanda ən böyük kapitalist təsərrüfatına çevrilmiĢdi Foryer qardaĢlarının
164 desyatin üzüm bağı var idi ki, bunun 124 desyatinində yerli, 40 desyatinində
isə xaricdən gətirilən üzüm növləri becərilirdi. Təsərrüfat hər il 70 min vedrə Ģərab
satırdı [86]. Öz dövrü üçün hər cür texniki avadanlıq və müasir əkinçilik alətləri ilə
təmin edilən həmin təsərrüfatda istehsal edilən Ģərab nəinki Rusiya, hətta xarici
bazarlarda da Ģöhrət qazanmıĢdı. Foryer qardaĢlarının üzüm bağlarının xeyli hissəsi
ġəmkir dəmiryol stansiyası yaxınlığındakı Qarayeri adlı ərazidə yerləĢirdi. Burada
200 desyatin məhsul verən bağ var idi. Artıq, 1910-cu ildə bu təsərrüfatda üzüm
bağlarının sahəsi 400 desyatinə çatdırılmıĢdı ki, burada yerli növlərlə yanaĢı
Sotern, Rislinq, Aliqote, Tokay, Pinoblen, Merlo, Bordo, Kaberne, Murved,
Malben, Pinoqri, Mauzak adlı xarici üzüm sortları da yetiĢdirilirdi [88].
Yelizavetpol quberniyasında belə təsərrüfatlar tək deyildi. Sadıllı
torpaqları və habelə baĢqa mülklər digər alman kolonisti Hummel qardaĢlarına,
Qaraçanax mülkləri knyaz Qorçakova, ġəmkirin Qaraarx adlı mülkləri knyaz
S.Qolitsinə və ġəmkir bəyi Novruzova məxsus idi [89]. Bu üzümlüklər dövrünə
185
görə texnikanın son nailiyyətləri ilə təmin edilib, həm də daha yaxĢı üsullarla
əkilib-becərilirdi [90].
Yelizavetpol quberniyasında üzümçülüyün inkiĢafına təkan verən
amillərdən biri də bu ərazinin dəmir yoluna yaxınlığı idi. Dəmir yolu quberniyada
istehsal edilən üzüm və Ģərabın satıĢı üçün nəinki Cənubi Qafqaz və hətta
Rusiyanın daxili bazarlarına da yol açdı. Quberniyanın dəmir yolu boyunca
yerləĢmiĢ əhalisi üzüm məhsullarına tələbatın artdığını və çoxlu qazanc
götürəcəklərini hiss edərək əvvəllər heç bir təsərrüfat əhəmiyyəti olmayan
torpaqları becərərək üzümlüklərə çevirdilər. Beləliklə də, 16 il ərzində quberniyada
Ģərab istehsalı (Rusiyaya göndərilən üzüm nəzərə alınmadan) 7 dəfə artmıĢdı [91].
Məhz bunun nəticəsidir ki, 1900-cü ildə təkcə Gəncə rayonunda üzümlüklərin
sahəsi 3529 desyatinə çatmıĢdı ki, bu da 70-ci illərə nisbətən iki dəfə çox idi [92].
Bu inkiĢaf quberniyada daha sonrakı illərdə də davam etmiĢdir. Belə ki, 1897-ci
ildə quberniyada toplanan üzüm 1677264 puddan, 1913-cü ildə iki dəfə artaraq
3380350 puda çatmıĢdı [93].
1897-ci ildə Naxçıvan qəzasında üzümlüklərin sahəsi 520,2 desyatin,
alınan məhsul isə 193365 pud, Zaqatala dairəsində üzüm bağları 767,7 desyatin,
istehsal olunan məhsul 121590 puda bərabər olmuĢdur [94]. 1913-cü ildə isə
Naxçıvan qəzasında üzümlüklərin sahəsi iki dəfə artaraq 1014 desyatinə,
məhsuldarlıq isə 405892 puda çatmıĢdı. Zaqatala dairəsində də bu sahədə xeyli
irəliləyiĢ gözə çarpır. Belə ki, üzüm sahəsi 1897-ci ilə nisbətən çox artmasa da
məhsuldarlıq xeyli çoxalaraq 265700 puda çatmıĢdı [95].
Beləliklə, Azərbaycanda 1897-ci ildə üzüm bağlarının sahəsi 12789,9
desyatin, alınan məhsul isə 4549793 pud olduğu halda, 1913-cü ildə üzümlüklərin
sahəsi 24714 desyatin, istehsal olunan məhsul isə 5739242 puda bərabər idi [96].
Lakin burada bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycanın bağlarından
toplanan məhsulun heç də hamısı qeydə götürülmürdü. Belə ki, həmin məhsulun
müəyyən hissəsi ara bazarlarında satılır, taxıl, ət və süd məhsullarına dəyiĢdirilirdi.
Buna görə də Azərbaycanda istehsal olunan üzümün qədəri Ģübhəsiz ki, göstərilən
bu rəqəmlərdən xeyli artıq olmuĢdur.
Azərbaycanın üzümçülük təsərrüfatındakı bu yüksəliĢə baxmayaraq onun
inkiĢafına mənfi təsir göstərən, ləngidən müxtəlif ictimai-iqtisadi səbəblər də
mövcud olmuĢdur. Hər Ģeydən əvvəl, burada islam dininin təsirini qeyd etmək
lazımdır. Ġslam azərbaycanlıların Ģərabçılıqla məĢğul olmasını günah hesab edirdi.
Üzümçülüklə məĢğul olan azərbaycanlı dinin təhriki ilə nəinki spirtli içki
içməməli, hətta üzüm məhsullarını xristianlara satmamalı idi. Bütün bunlara
baxmayaraq, azərbaycanlılar içərisində Ģərab çəkmək üçün xristianlara açıq Ģəkildə
üzüm satanlar da var idi. Əlbəttə, belə bir Ģəraitdə Azərbaycan kəndlərində
üzümçülüyü geniĢ inkiĢaf etdirmək çox çətin olurdu [97]. BaĢqa bir səbəb isə
üzümlüklərin əsasən köhnə üsullarla əkib-becərilməsi, daha doğrusu, təsərrüfatda
aqrotexniki tədbirlərin tətbiq edilməməsi hesab edilə bilərdi. Məhz bunun
186
nəticəsidir ki, kapitalist təsərrüfatları
müstəsna olmaqla, xırda kəndli
təsərrüfatlarına məxsus olan kiçik
üzüm
bağları
tez-tez
müxtəlif
xəstəliklərə tutulur və məhv olurdu.
Azərbaycanda üzümçülüyün
yeni əsaslar üzrə inkiĢaf etdirilməsi
məqsədilə müəyyən tədbirlər də
görülmüĢdü.
1898-ci
ildə
Yelizavetpol
quberniyasının əsas
üzümçülük rayonlarına üç nəfər
mütəxəssis təlimatçı göndərilmiĢdi.
Onlar yerlərdə üzümlüklərin vəziyyəti
ilə tanıĢ olub, xəstəliklərə qarĢı
mübarizə tədbirləri hazırlamalı və
üzümçülərə
tənəklərin
müalicə
üsullarını öyrətməli idilər [98].
Bundan əlavə, üzüm bağlarına
kimyəvi dərman səpmək texnikasını
öyrətmək məqsədilə Quba qəzasında
sınaqlar
da
keçirilmiĢdi
[99].
Azərbaycanda üzümçülüyün inkiĢafı
üçün görülən tədbirlərdən biri də XIX
əsrin sonıında Mərdəkanda və Qubada
açılan bağçılıq məktəbləri hesab edilə
bilər.
Bu
məktəblərin
üzüm
bağlarında aqrotexniki tədbirlər tətbiq
edilir və əhali burada yeni üsullarla
tanıĢ olurdu. Əlbəttə, bütün bunlar
üzümçülük təsərrüfatının inkiĢafı
üçün irəliyə doğru atılan müsbət
addımlar idi. Lakin bu tədbirlər çox
cüzi olmaqla yanaĢı, həm də Azərbaycanın bütün üzümçülük rayonlarını əhatə
etmirdi. Azərbaycanın XX əsrin əvvəllərindəki üzümçülük təsərrüfatı əsasən
özünün ənənəvi xüsusiyyətlərini saxlamıĢ və bu zəmində də onu inkiĢaf etdirə
bilmiĢdir.
Azərbaycanda üzümlüklər müxtəlif üsullarla becərilmiĢdir. Bir qayda
olaraq üzüm bağı salınması nəzərdə tutulan sahə Ģumlanır və düzəldilir. Sonra
üzüm çubuqları əvvəldən hazırlanmıĢ çalalara basdırılırdı.
Üzümçülükdə tənəklərin becərilməsi baxımından xalq arasında geniĢ yayılan
və ən qədim üsullardan biri "xiyabani" adlanır. Azərbaycanın əksər üzümçülük
187
rayonlarında bu üsulla becərilən üzüm tənəkləri çəkil, qarağac, dağdağan və bir sıra
baĢqa ağaclara qaldırılırdı. Belə üzümlüklərdə tənəklərin budanması və onlara qulluq
etmək, xüsusilə məhsulun dərilməsi çətinlik törədir. Üzüm bağlarının salınmasında
baĢqa bir üsul tənəklərin paya, qamıĢlara və digər dayaqlara qaldırılmasıdır. Xalq
arasında "molla çəpəri" adlanan bu üsulla tənəkləri becərmək üçün əvvəlcədən
düzəldilmiĢ kəcik təpəciklərə qarğı sancılırdı.
Qarğıların ucları isə birləĢdirilərək möhkəm bağlanırdı. Dayaq vəzifəsini görən
həmin qarğılara tənəklər iliĢdirilib bərkidilirdi. Bu qayda ilə üzüm becərmək üçün
Azərbaycanın bir sıra rayonlarında, hətta mədəni qamıĢ plantasiyaları da salınmıĢdı.
Üzümlüklər "kələsər" üsulu ilə də becərilmiĢdir. Bu üsulda tənəklərin aĢağı his-
səsinə çubuqlar sancılır. Lakin Azərbaycanın bəzi zonalarında, xüsusilə AbĢeronda üzüm
tənəkləri sadəcə olaraq torpağın, qumun üzərinə sərilməklə becərilir və məhsul
götürülür.
Üzümlüklər lazım olan vaxtlarda suvarılır, dibi bellənir, alaqdan təmizlənir və
budanırdı. Tənəklərin budanması təcrübəli üzümçülər tərəfindən aparılırdı. Budanmada
qayçı və əl miĢarından istifadə edilirdi. Tənəklərin budanması iĢinə onun yarpaqları
töküləndən sonra (payızın sonunda) baĢlanırdı.
Tənəklərin müxtəlif ziyanvericilərdən qorunması üçün bir sıra sadə və təsirli
tədbirlər də görülürdü. Tənəklərin gövdəsinə və yarpaqlarına bir neçə dəfə göy daĢ suyu
səpilirdi.
Əsrlər boyu üzümün dərilməsi və daĢınmasında müxtəlif həcm və
quruluĢlu hörmə çubuq səbətlərdən geniĢ istifadə olunmuĢdur [100]. Azərbaycanda
üzümdən Ģərab bir neçə üsulla hazırlanırdı. Çox güman ki, ən qədim Ģərabalma
üsullarından biri taxta və saxsı qablara əl ilə üzümü sıxmaq olmuĢdur. Lakin xalq
arasında geniĢ yayılan üsullardan biri, iri diametrli ağac və təknə novlarda üzümün
188
ayaqla əzilməsidir. Eyni qayda ilə üzümün əzilməsində içərisi ovulmuĢ iri sal
daĢlardan (axurlardan) da geniĢ istifadə edildiyini etnoqrafik müĢahidələr təsdiq
edir.
Bir qayda olaraq təzə
dərilmiĢ üzüm təxminən iki-üç
gün qaldıqdan sonra ağac nova
və ya axura tökülür. Üzüməzən
daĢın uzunluğu təxminən 1,5-2
m-dək, eni 70-90 sm, dərinliyi
35-50 sm-ə qədər olur. Maili
vəziyyətdə
qoyulan
həmin
alətlərin bir ucundan Ģirənin
axması üçün dəlik açılır. ƏzilmiĢ
üzümün Ģirəsi isə axaraq küplərə
tökülür.
Küpün
içərisindəki
Ģirəyə bir qədər üzüm cecəsi
qatılır və bir həftə saxlanılır.
Küpdəki Ģirə qıcqırma prosesi
nəticəsində bir neçə müddətdən
sonra Ģəraba çevrilir. Hazır Ģərab
süzgəcdən keçirilərək cecədən
ayrılır və yenidən küplərə doldurulur. Daha sonra Ģərab küpünün ağzı möhkəm
bağlanır və hava keçməməsi üçün gil ilə undan düzəldilmiĢ xəmirlə möhkəm
suvanır.
Dahi Azərbaycan Ģairi Nizami Gəncəvi bu münasibətlə yazırdı:
DaĢınır Ģərabçın dolu səbətlər,
Axır iĢçilərin üz-gözündən tər.
Salxımlar sıxılır bütün baĢabaĢ
Axır Ģirələri küplərə bir baĢ [101].
Azərbaycanda üzümdən yalnız Ģərab deyil, turĢaĢirin (boza), sirkə, qoraba,
abqora, riçal, kiĢmiĢ və s. hazırlanmıĢ və istifadə edilmiĢdir. Bu göstərilənlərin
içərisində turĢaĢirin xüsusi yer tutmuĢdur. ġərabın "günah" hesab edilməsilə
əlaqədar olaraq xalq spirtsiz içkilər hazırlamıĢdır. Belə içkilərdən biri turĢaĢirin
olmuĢdur. Bu barədə XIII əsr Venesiya səyyahı Marko Polonun məlumatı daha
qiymətlidir: Üzüm Ģirəsini azca qaynadandan sonra buxarlanma gedir, qalan maye
Ģərab deyil, baĢqa cür adlanır və Ģirin dada malikdir. Dini qaydaya görə qadağan
edilməyən bu mayeni içirlər [102]. Bu içki xalqın məiĢətində mühüm yer
tutmuĢdur. Səyyahın nəql etdiyi kimi, turĢaĢirini almaq üçün üzüm əvvəlcə əzilir
189
Ģirəsi qazanda bir qədər qaynadılır. Bir qayda olaraq qaynama, Ģirənin yarısı qalana
qədər davam etdirilir. Daha sonra hazır məhsul saxsı küplərə tökülüb lazım olan
vaxta saxlanılır. Sarı-qırmızımtıl rəngdə olan turĢaĢirin çox ləzzətli içki olub,
vaxtilə Azərbaycanda geniĢ yayılmıĢdı.
Azərbaycanda üzümdən hazırlanan digər spirtsiz içki qoraba adlanır.
Alınan Ģirə tiyanlarda qatılaĢana qədər qaynadılır və müvafiq qablarda saxlanılırdı.
Qoraba içilən zaman ona bir qədər su da qatılır. ġirin dadı olan qoraba, adətən
yağlı yeməklərdən sonra içilir. Ləzzətli içki sayılan qoraba həm də insanın
bədənində sərinlik yaradır [103].
YetiĢməmiĢ üzüm suyundan hazırlanan içkilərdən biri də abqora (qora
suyu) adlanır. DərilmiĢ qora təknənin və ya tabağın içinə tökülür və əl ilə sıxılıb
suyu çıxarılır. Qora suyu ələk və ya süzgəcdən keçirilir və bundan sonra saxsı və
ya ĢüĢə qaba doldurulur. Küp və ya baĢqa qablarda saxlanan abqora bir müddətdən
sonra ağzı möhkəm bağlanır. Bir sıra yeməklərdə istifadə edilən abqora qırmızımtıl
olub, turĢməzə dada malikdir. Abqora xəmir xörəklərində daha çox iĢlədilir.
Azərbaycanda
üzüm
sirkəsindən də geniĢ istifadə
edilmiĢdir. Sirkənin alınması
üsulu xeyli asan olub, xalq
arasında
geniĢ
yayılmıĢdır.
YetiĢmiĢ üzüm giləsi salxımı ilə
birlikdə əzilir və iri küpə tökülüb
bir müddət sərin yerlə saxlanılır.
ġirənin qıcqırması üçün küpün
içinə dəmir parçası, çörək,
kömür və s. atılır ki, bu da
mayenin Ģəraba çevrilməsinin
qarĢısını alır. Küpün içərisindəki
Ģirə ara bir qarıĢdırılır. Küpdə
qıcqırma
dayandıqda
sirkə
süzgəcdən
keçirilir,
sonra
yetiĢmək - "gəlmək" üçün bir
neçə
vaxt
günün
altında
saxlanılır. Sirkə tökülmüĢ qabın
ağzı hava keçməsin deyə, bərk
bağlanır. TurĢ dada malik olan
sirkədən
əsasən
xəmir
xörəklərində istifadə edilir.
Üzümdən doĢab da
(bəkməz)
hazırlanır.
DoĢab
hazırlamaq üçün yetiĢmiĢ üzümü
190
əzib Ģirəsini çıxarır, alınmıĢ Ģirəyə az miqdarda tut ağacının külü və ya xüsusi
tərkibə malik sarı torpaq qatılır. Qatılan torpaq və ya kül Ģirənin tərkibini dəyiĢdirir
və turĢuluğunu azaldır. Alınan Ģirə süzgəcdən keçirilir. ġirə maye təxminən yarısına
qədər qaynadılıb qatılaĢdırılır. DoĢab Ģirin dada malik olub, ondan Azərbaycan
mətbəxində, xüsusilə halva və s. hazırlanmasında geniĢ istifadə edilir. DoĢabdan bəzi
yeməklərin hazırlanmasında və xalq təbabətində də istifadə olunur.
Üzüm riçalı biĢirmək üçün üzüm Ģirəsi qaynadılıb doĢab halına düĢdükdən sonra,
içərisinə yetiĢmiĢ üzüm gilələri tökülür. DoĢabla gilənin çəkisi eyni olur. Qayna-
dıldıqda üzüm giləsi biĢir və nisbətən qatılaĢaraq riçal alınır. Riçalla çay içilir və
yavanlıq kimi yeyilir.
Üzümdən alınan məhsullardan biri də kiĢmiĢdir. KiĢmiĢin hazırlanma
qaydası o qədər də çətin deyildir. KiĢmiĢ əsasən tumsuz üzüm (kiĢmiĢi növü)
növlərindən hazırlanır. Bunun üçün dərilmiĢ üzüm salxımları xüsusi ayrılmıĢ sahəyə
(ot, küləĢ, saman və s. döĢənmiĢ sahəyə) sərilir. Salxımlar 15-20 gün açıq havada qalır,
daha sonra qurumuĢ üzüm gilələri asanlıqla salxımlardan ayrılır.
KiĢmiĢin yumĢaq qalması və rəng alması üçün səbətə doldurulmuĢ gilələr tiyan-
dakı qaynar (suya tut ağacı, tənək külü və ya sarı torpaq tökülür) suyun içərisinə salınır
və iki-üç dəqiqədən sonra çıxarılıb qurudulur. Bununla da gilələr boz və ya sarı rəngə
düĢür. Beləliklə də kiĢmiĢ alınır.
Azərbaycanda üzümdən mürəbbə, mövüc, sucuq da hazırlanırdı. Üzümçülər hər
üzüm növünün hansı məhsul üçün daha səciyyəvi olduğunu çox yaxĢı müəyyən
edirdilər.
Xalqımız qədim təsərrüfat sahəsindən biri olan üzümçülükdə böyük təcrübəyə
və empirik biliyə malik olduğu kimi onun məhsulundan ləziz yeməklər, cürbəcür
içkilər və çərəzlər də hazırlaya bilmiĢlər.
|